Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1620/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-185/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 46 saylı arxiv arayışından görünür ki, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən X2 Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən fərdi mənzil tikmək üçün 500 kv m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin qohumu İddiaçı adına keçirilməsi qərara alınmışdır.
2. Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokolunda n görünür ki, Dəvəçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən X2 Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən fərdi mənzil tikmək üçün 500 kv m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi qohumu İddiaçı adına keçirilməsi qərara alınmışdır.
3. Şabran rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Dəvəçi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 saylı qərarına əsasən Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən 500 kvm torpaq sahəsi fərdi mənzil tikmək üçün X3 ayrılmışdır. Həmin qərara DTXK-nin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsinin rəyi, 2005-ci ilin noyabr ayında tərtib edilmiş alqı-satqı aktı, yerquruluşu planı və sonradan torpaq sahəsinin həmin torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə xx.xx.2006-cı il tarixli, 10 saylı qərar əlavə edil mişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən fərdi mənzil tikmək üçün adına rəsmiləşdirilmiş Şabran (Dəvəçi) şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv.m torpaq sahəsinin adına ilkin özəlləşdirilməsi və buna dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Daha sonra, iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən fərdi mənzil tikmək üçün iddiaçının adına rəsmiləşdirilmi ş, Şabran (Dəvəçi şəhəri), 31-ci məhəllədə yerləşən 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. iddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Dəvəçi Bələdiyyəsinin 26 oktyabr 2001-ci il tarixli, 10 saylı qərarına əsasən, şəhərin 31-ci məhəlləsində yerləşən 500 m2 torpaq sahəsi fərdi mənzil tikmək üçün iddiaçının qohumu X2 ayrılmışdır. Sonuncu ilə iddiaçı arasında olan razılaşmaya əsasən həmin torpaq sahəsi X4 tərəfindən iddiaçıya bağışlandığından S.Qasımov və iddiaçı xx.xx.2006-cı il tarixində müvafiq ərizə ilə Dəvəçi Bələdiyyəsinə müraciət edərək, həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsini xahiş e tmişlər. Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 saylı protokoluna əsasən S.Qasımov və iddiaçının ərizəsi nəzərə alınaraq Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən 500 m2 torpaq sahəsinin fərdi mənzil tikmək üçün iddiaçının adına keçirilməsi qərara alınmış və torpağın müddətsiz şəxsi mülkiyyətinə verilməsindən ötrü DƏDRX-də müvafiq sənədləşmənin aparılması iddiaçıya həvalə edilmişdir. Qeyd edir ki, yaşlı olduğundan, adıçəkilən torpaq sahəsinin artıq ona məxsusluğunu qəbul edərək, həmin dövrdə torpağa dair sənədləşdirmə işlərinin aparılmasını həyata keçirməmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir.
7. Sözügedən torpaq sahəsi yuxarıda göstə rildiyi kimi, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən iddiaçının adına rəsmiləşdirilmişdir. Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən 500 m2 torpaq sahəsi fərdi mənzil tikmək üçün qohumu X2 26 oktyabr 2001-ci il tarixli 10 saylı protokol qərarına əsasən ayrılmış və onunla alqı-satqı aktı rəsmiləşdirilərək, həmin dövrdə onun tərəfindən torpağın dəyəri bələdiyyəyə ödənilmişdir. S.Qasımov göstərilən torpaq sahəsinə dair hüquqlarından iddiaçının xeyrinə imtina etdiyindən, onunla bələdiyyə arasında alqı-satqı aktı rəsmiləşdirilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı etirazı imtina məktubu ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansi hissəsində yerləşdiyinə dair sənəd, sxem təqdim edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1887/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən ayrılmış Şabran şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sözügedən torpaq sahəsi həqiqətən də 2005-ci ildə X1. Daha sonra bələdiyyəni n xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçının adına keçirilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq icra hakimiyyəti orqanlarının rəyləri və razılaşdırmaları maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınma ması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-185/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbinin əsası olaraq Dəvəçi Bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 10 saylı qərarına istinad edir ki, aparılan təhlillə müəyyən olunur ki, bu qərar qanunamüvafiq qaydada verilmədiyi üçün hüququn qeydiyyatı üçün əsas təşkil etmir. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisəsi gedən torpaq sahəsinin statusunu düzgün müəyyən etməyərək bələdiyyə mülkiyyəti hesab etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olmamışdır.
14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi bələdiyyə qərarı səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Kassas iya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
17. Bundan əlavə, şikayətdə qeyd olunur ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrıl ma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi).
18. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
19. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurt ardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.”
20. Göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu qanuni tələbləri ilə razılaşmamışdır. Hesab edir ki, işə baxan məhkəmə ən azından bu tələblər i nəzərə almalı və iddiaçının hüquqlarını pozmamalı idi. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kas sasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qanunvericilikdə bələdiyyələrin səlahiyyətlərinə yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Belə ki, bələdiyyələr tərəfindən verilə bilən torpaq sahələr i yalnız bələdiyyə ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir.
27. İddiaçının istinad etdiyi qərarda torpaq sahəsinin bələdiyyə ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Belə ki, həmin qərarın mətnindən göründüyü kimi, qərarla tənzimlənən məsələlər “torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə” adlandırılmaqla, qərarda torpaq sahəsinin bələdiyyə qərarı ilə S.A.Qasımova məxsus olduğu, başqa sözlə xüsusi mülkiyyətdə olduğu qeyd olunmuşdur.
28. Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmla kın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
29. Qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə orqanı tərəfindən 29 sentyabr 2006-cı il tarixli, 10 saylı qərarla bələdiyyəyə məxsus olmayan əmlak barədə sərəncam verilmişdir. İddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün is tinad etdiyi bələdiyyə qərarı səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-185/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.