Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1621/2021 05.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ünvanlı dövlət sosial yardımın verilməsi tələbi; zəruri inzibati icraat aparılmayıb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 26.05.2021-ci tarixli, 2-1(103)-739/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1975-ci ildə doğulmuşdur. O, öz qızı X2 (17.10.2006-cı il təvəllüdlü) və bacısı X3 ilə birlikdə yaşayır, ailə başçısını itirdiyinə görə 2-ci qrup əlil kimi 160 manat məbləğində əmək pensiyası alır.
2. İddiaçı ona sosial yardımın təyin olunması məqsədilə 11.07.2019-cu il tarixində cavabdeh orqana müraciət etmiş, cavabdeh isə müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, İddiaçı və X1 əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs olması, həmçinin İddiaçı 1-ci qrup əlil olması barədə məlumat yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailəsi üçün dövlət tərəfindən verilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ayrılması barədə inzibati akt qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, himayəsində olan faktiki nikahdan doğulmuş qızı X2 və 1-ci qrup əlil bacısı X3 ilə birgə yaşayır. Himayəsində olan qızının atası X4, uşağın doğulduğu ilk dövrlərdən onun saxlanılmasından imtina etmişdir. Sonuncunun yaşayış yeri məlum olmadığından iddiaçı məhkəmə qaydasında aliment tələb edə bilmir. İddiaçı 2-ci qrup anadangəlmə əlil olduğuna görə pensiya alır, bu da öhdəsində olan azyaşlı uşağın saxlanılmasına kifayət etmədi yinə görə ünvanlı sosial yardıma ehtiyacı var. Cavabdeh isə əsassız olaraq ona ünvanlı sosial yardım ödəməkdən imtina edir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(112)-1665/2020 nömrəli qərarına əsasən (hakim Nəriman Abıyev) iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının ona ünvanlı sosial yardımın təyin edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinə uyğun zəruri inzib ati icraat aparmamışdır. Cavabdehin imtinanın əsası kimi qeyd etdiyi hallar iş materialları və cavabdeh inzibati orqanın struktur bölmələrinə aid olan orqanın arayışları ilə təkzib olunur. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmaqla müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli 21(103)-739/2021 saylı qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Aida Hüseyn və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(112)-1665/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdı r.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı cavabdehə 18.06.2021-ci il tarixində təqdim edilmişdir.
12. Cavabdeh 07.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli 2-1(103)-739/2021 saylı qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tamamilə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı qa nunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh orqana müraciət etməmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrində icraat zamanı yenidən düzgün formada inzibati orqana müraciət etməsi üçün iddiaçıya vaxt verilmiş, lakin iddiaçı inzibati orqana yenidən müraciət etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları və mübahisəyə tətbiq edilməli olan qanunvericiliyin tələblərini nəzərə almamış, “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında Qanunun 6.2, 10.2-ci, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.5, 3.1, 3.7.1, 4.7-ci bəndlərini hazırkı işin hallarına düzgün tətbiq etməmiş, bununla da İnzibati Prosessual Məcəl lənin 12-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Hümbətov Əli Surxay oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar lıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
18. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur.
19. Həmin Qanunun 24-cü maddəsinin 1-4-cü bəndlərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
20. Həmin Qanunun 61-ci maddəsinin 1-4-cü bəndlərinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandı rma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
21. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir.
23. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı qismən, iddianın yalnız təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmış, maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmiş, prosessual hüquq normalarının tələblərinə əməl etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.
27. Belə ki, işin mübahisəsiz hallarına əsasən iddiaçı ona ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
28. Məhkəmələr tərəfindən işə baxılarkən isə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inzibati icraatın prinsiplərinə əməl edilməmişdir. Belə ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürülməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi.
29. Cavabdehin imtina məktubunda isə imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin imtinası əsassızdır.
30. Cavabdeh kassasiya şikayətində iddiaçının inzibati orqana lazımi şəkildə müraciət etmədiyini bildirsə də, məhkəmə kollegiyası c avabdehin dəlillərini əsassız hesab edir. Belə ki, hazırkı qərarın 17-18-ci bəndlərində göstərilən normaların məzmuna uyğun olaraq vətəndaşın ərizəsində olan səhvlərin aşkar edilərək onların aradan qaldırılmasına yardım etmək, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquqları ona izah etmək inzibati orqanın vəzifəsidir. Cavabdeh orqan iddiaçının müraciətində hər hansı səhv aşkarladığı halda, həmin səhvin aradan qaldırılması üçün ona yardım etməli idi. İşin müəyyən edilmiş hallarından isə görünür ki, cavabdeh iddiaçının müraciətinin qanunvericiliyə uyğun olmaması barədə ona hər hansı məlumat verməmiş, bununla bağlı iddiaçıya yardım etməyərək öz vəzifələrinin icrasında yayınmışdır.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin üzərinə iddiaçının müraciə ti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoymuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli 2-1(103)-739/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli 21(103)-739/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.