Məhkəmə qərarları › İş №2-1(102)-1621/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1621/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1621/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: subyektiv hüquq, tikintinin layihələndirilməsi barədə sərəncamın mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1072/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərar ından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 29 iyun 2010-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçıya məxsus ünvan 1 ünvanına dair DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24 iyun 2010-cu ildə texniki pasport tərtib edilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin 28 mart 2018-ci il tarixli, 01 saylı müraciəti ni və vət. X1 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini nəzərə alaraq, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 11.1 kv.m, yardımçı sahəsi 2.4 kv.m, ümumi sahəsi 13.5 kv.m sahədən ibarət 1 otaqlı mənzil DƏDRX- nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bu yaxınlarda o, bilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ona qarşı "mülkiyyət hüquqlarına xitam verilməklə mənzildən çıxarılma tələbinə dair" iddia ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamı ilə onlara çoxmərtəbəli bina tikintisi üçün ayrılmış sahədə yerləşən əmlakın onun adına olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə məhəlləsi 53 ünvanında yerləşən 1 saylı mənzilin sökülərək, əvəzinə həmin ünvanda inşa olunacaq binadan hüquqmüəyyənedici sənədlərdəki ümumi sahənin üzərinə 30% artıq sahənin təmirli və ayda 350 manat kirayə haqqı verilməsi şərtilə onun həmin mənzilə dair mülkiyyət hüququna xitam verilməklə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, hüquqlarının müdafiə edilməsi üçün o, özünə vəkil tutmaq məcburiyyətində qalmışdır. Tikintinin aparılması üçün əsas olmuş sənədlərin alınması üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə vəkil sorğusu ilə müraciət edilmiş, oradan üçüncü şəxs "xxxx" MTK-nın adına verilmiş tikintiyə icazənin surəti təqdim edilsə də, həmin sənədin verilməsi üçün əsaslardan biri olmuş Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamının surəti təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə cavabdehə "xxxx" MTK-ya tikinti işlərinin aparılması üçün əsas olmuş Bakı şəhəri İcra Hakimiy yəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamının surətinin verilməsi üçün vəkil sorğusu ilə müraciət edilsə də, cavabdeh qurum xx.xx.2020-ci il tarixli 7-3344/17 saylı cavab məktubu ilə sərəncamın surətini verməkdən imtina etmiş və yalnız məhkəmə sorğusu əsasında sərəncamın verilə biləcəyini bildirmişdir. Amma istənilən halda, "xxxx" MTK-ya tikinti işlərinin aparılması üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamı onun Konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozur və həmin sərəncam verilərkən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. O, cavabdeh tərəfindən qəbul ediləcək inzibati akt dan xəbərsiz olmuş və mübahisələndirilən inzibati aktdan yalnız üçüncü şəxs "xxxx" MTK ona qarşı məhkəmədə iddia qaldıraraq, həmin sərəncamın adını hallandırarkən xəbər tutsa da, hazıradək həmin sərəncamı əldə edə bilməmiş və məzmunundan məlumatsızdır. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamı qanunsuz və əsassız olduğundan və ona münasibətdə uzun illər ərzində istifadəsində olan evindən və torpaq sahəsindən məhrum edən əlverişsiz inzibati akt olduğundan, ləğv edilməlidir. ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 11.1 kv.m, yardımçı sahəsi 2.4 kv.m, ümumi sahəsi 13.5 kv.m sahədən ibarət 1 otaqlı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehin və üçüncü şəxsin maddi maraqları mülkiyyətçi kimi onun mülkiyyət hüququnun xitamına səbəb o la bilməz. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Mübahisələndirilən sərəncam qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir.

5. Cavabdeh tərəfindən 18 yanvar 2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativin in 28 mart 2018-ci il tarixli, 01 saylı müraciətini və vət. X1 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini nəzərə alaraq, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır.

6. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi olan 112.7 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüquq (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində 27 fevral 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

7. H əmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi olan 149.0 kv.m olan qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüquq (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində 27 fevral 2015-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Həmin məktuba əlavə edilmiş X1 notarial qaydada təsdiq olunmuş ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 112.7 kv.m və 149 kv.m olan qeyri yaşayış sahəsinin yerləşdiyi ərazidə "xxxx" MTK tərəfindən sökülüb yerində tikili tikilməsinə heç bir etirazı yoxdur, razıdır.

9. Bakı şəhər İcra Hakimiyyəti tərə findən məhkəməyə ünvanlanmış 21 iyun 2021-ci il tarixli məktubda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 185 nömrəli 12 aprel 2018-ci il tarixli sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsi "xxxx" MTK tərəfindən həll edilməli məsələ olduğundan, ərazidəki daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi həmin MTK tərəfindən həyata keçirilir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 4 noyabr 2021-ci il tarixli, 21(112)-2752/2021 nömrəli qərarı ilə iddiа rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M. Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi qərara alınmışdır. Mübahisələndirilən sərəncamda yalnız yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi nəzərdə tutulur, daha sonra isə şəhərsalma əsaslandırılmasının hazırlanması və razılaşdırılması, ərazinin və obyektin memarlıq planlaşdırmasının həllinin razılaşdırılması və işçi layihəsinin təqdim edilməsi, tikinti layihəsinin təqdim edilməsi və digər işlərin görülməsi "xxxx" MTK-ya tapşırılır, eyni zamanda göstərişlərin yalnız layihələndirmə üçün əsas olması qeyd olunur. Mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Qeyd olunan sərəncamın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən iddia əsassızdır və təmin edilməməlidir.

12. İddiaçı apelyasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1072/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbu l olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apelyasiya instansiyası məhkəməsi qərarda qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 441-ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi qərara alınmışdır. Mübahisələndirilən sərəncamla dan göründüyü kimi yalnız yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MTK-ya icazə verilməsi nəzərdə tutulur, daha sonra isə şəhərsalma əsaslandırılmasının hazırlanması və razılaşdırılması, ərazinin və obyektin memarlıq planlaşd ırmasının həllinin razılaşdırılması və işçi layihəsinin təqdim edilməsi, tikinti layihəsinin təqdim edilməsi və digər işlərin görülməsi "xxxx" MTK-ya tapşırılır, eyni zamanda göstərişlərin yalnız layihələndirmə üçün əsas olması qeyd olunur.

17. Məhkəmə Kollegiyası nəzərdən qaçırmışdır ki, həmin sərəncam "xxxx" MTK tərəfindən iddiaçının yaşadığı və xüsusi mülkiyyətində olan evi ətrafında söküntü və sonradan isə tikinti işlərinin aparılması üçün zəruri razılıqların alınması üçün əsas olmuşdur. Həmin işlərin aparılması zamanı isə iddiaçının istirahət və sağlam şəraitdə yaşamaq hüququ pozulmuşdur.

18. Apelyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, əgər mübahisələndirilən sərəncamın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun 36.3, 58-ci və 61-ci maddələr inin tələblərinə əsasən, barəsində qərar qəbul edilən ərazidə yaşayan sakinlərin hər hansı marağına toxunulmamış və onların həmin icraata cəlb edilməsinə zərurət olmamışdırsa, onda hansı səbəbdən X1 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 112.7 kv.m və 149 kv.m olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə "xxxx" MTK tərəfindən sökülüb yerində tikili tikilməsinə heç bir etirazının olmaması və razı olmasına dair notarial qaydada təsdiq olunmuş ərizəsi alınmışdır.

19. Şikayətin maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Qanunun 1.1, 1.2, 2, 3.1, 21.1, 36.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə

3. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar...... 3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusu;...... Maddə

47. Tikinti obyektinin sifarişçisi...... 47.4. Sifarişçi:...... 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir....... Maddə

75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları.... 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzə rində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi...... 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini...... 22. “İnzibati icraat haqqında” Qanun: Maddə

36. İnzibati icraatda iştirakçılar.... 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur..... Maddə

58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hü quq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ər izəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYAS İ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.

27. İddiaçı hesab edir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamı qanunsuz və əsassız olduğundan və ona münasibətdə uzun illər ərzində istifadəsində olan evindən və torpaq sahəsindən məhrum edən əlverişsiz inzibati akt olduğundan, ləğv edilməlidir.

28. Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 aprel 2018-ci il tarixli 185 nömrəli sərəncamında aşağıdakılar qeyd edilir: 1. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2018-ci il tarixli, 01 saylı müraciətini və vət. X1 notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini nəzərə alaraq, Yasamal rayonu, 441 -ci məhəllə, Ə.Hüseynzadə və M.Muxtarov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilsin. 1.1. Ərazidə yerləşən tikililərin sökülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilsin.

2. Sifarişçiyə tapşırılsın: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş idarəsinə təqdim etsin. 2.2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3. Layihələ ndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş idarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndisi kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanıl ması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin.

3. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. 29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

30. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir...

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv h üquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

32. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd edilən sərəncam tikiliyə icazə deyil və iddiaçının hüquq və mənafeyinə toxunması halı iş materialları ilə təsdiq edilmir.

33. Belə ki, mübahisə predmeti olan sərəncamın 3-cü bəndində açıq qeyd edilmişdir ki, bu sə rəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır.

34. Yuxarıda istinad olunan tikintiyə icazə verilməsinin ümumi qaydalarını tənzimləyən normaların anlamında da layihələndirmə üçün əsas olan inzibati akt özlüyündə iddiaçı üçün hər hansı nəticə yaratmır.

35. Belə ki, qanunvericiliyə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublik ası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi əlavə olunur. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini, bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini təmin edir.

36. Beləliklə layihələndirmə üçün əsas olan sərəncam tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) olan müraciətə əlavə edilə edilən tikinti layihəsinin tərtib edilməsi üçün əsasdır və iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır.

37. Göründüyü kimi iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamışdır.

38. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

39. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmi şdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

40. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarə ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1072/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar