Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1621/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hes ab edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(104)-4/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı ilə, bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün X6 icarəyə verilmişdir.
2. Sözügedən 13 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi barədə İddiaçı ilə X8 arasında xx.xx.2004-cü il tarixli, 01 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır.
3. Həmin torpaq sahəsinə iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınaraq onun adın a “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-5279 (kod: ********) nömrəli şəhadətnamə verilmişdir.
4. İddiaçı iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə bələdiyyənin kəndin şimalında dəmiryolu altında yerləşən perspektiv torpaq sahəsi ilə bələdiyyənin kəndin cənubunda yerləşən ehtiyat torpaq sahəsinin 13 hektarının yerinin dəyişdirilməsi və həmin yerləşmənin sənədləşdirilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır.
5. İddiaçı xx.xx.2014-cü il tarixli, 10 nömrəli qərarı ilə X8 ilə bağlanmış xx.xx.2004cü il tarixli, 01 nömrəli icarə müqaviləsi ləğv edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-220/2023 nömrəli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-74/2022 nömrəli qərarı ilə iddiaçı X4 iddia tələbi təmin olunmuş və İddiaçı xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarının ləğvi ilə bağlı xx.xx.2021-ci il tarixli, 03 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)74/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-2422/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-220/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 3-16-166/2-10/6914 nömr əli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəylərindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixli qərarında icarəyə verilməsi nəzərdə tutulan 13 ha torpaq sahəsi JN5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eyni sahədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X4 adına verilmiş xx.xx.2004-cü il tarixli, JN5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəh adətnamənin və "xxxx" Firmasının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixli qərarı ilə X6 bələdiyyənin ehtiyat fonduna daxil olan 13 hektar torpaq sahəsi kənd təsərrüfatı və bağçılıq məqsədi ilə 50 il müddətinə icarəyə verilmişdir. xx.xx.2004-cü il tarixdə bələdiyyə ilə X8 arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. Sabirkənd bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 10 nömrəli qərarı ilə həmin icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X6 xx.xx.2004-cü il tarixli, JN-52 79 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Şəhadətnamə aşağıdakılara əsasən etibarsız sayılmalıdır. Belə ki, şəhadətnamənin verilməsi üçün əsas olmuş bələdiyyə qərarı və icarə müqaviləsi bələdiyyənin qərarı ilə ləğv edilmişdir. Şəhadətnamə hazırlanan zaman bir sıra məqsədyönlü saxtakarlıqlara yol verilmiş, şəhadətnamə bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun tərtib edilməmişdir. Qərarda 13 hektar torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan ayrılması göstərilsə də, şəhadətnamə bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsinə işlənmişdir. Müvafiq yerseçmə aktında və kəndin kompleks yerquruluşu planından çıxarışda bələdiyyənin sabiq sədri İdris Əbdürrəhimovun imzası saxtalaşdırılmış, onun yerinə başqası saxta yo lla imza etmişdir. Qeyd olunanlar barədə yalnız xx.xx.2019-cu il tarixdə X10 filialından verilən sənədlərdən məlumat alınmışdır. İmzaların saxta olması və bələdiyyənin sabiq sədrinə məxsus olmaması sadə vizual baxışla da müəyyən edilir. Xəlilov Etibar 2004-cü ildə ərizə ilə müraciət edən zaman ərizədə torpağın yerini göstərmişdir və həmin torpaq sahəsi kəndin başqa yerində yerləşir. Məhz buna görə də sonradan DT və XK-nin əməkdaşları ilə X8 birgə saxtakarlıq etmiş, həmin ərizəni aradan çıxarmışlar. Sonra da bələdiyyənin perspektiv inkişaf fondunda olan torpaq sahəsinə dair şəhadətnamə işlənilmişdir. Həmçinin, məlum olmuşdur ki, X1 bələdiyyəsinin mülkiyyətində olan, saxta sənədlər əsasında onun istifadəsinə verilmiş 13 hektar torpaq sahəsinin 1 hektarını özünün təsis etdiyi "xxxx" Firmasını n adına rəsmiləşdirmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən ehtiyat fondu torpaqlarından 1 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində "xxxx" Firmasının adına qeydiyyata alınmışdır. Həmin sahə xx.xx.2004-cü il tarixli, 12 nömrəli protokola əsasən, Sabirkənd bələdiyyəsi tərəfindən artıq X6 50 il müddətinə icarəyə verilmişdir. Sonradan sənədlər saxtalaşdırılaraq həmin 13 ha yerin 1 hektarına dair xx.xx.2004-cü il tarixli, 26 nömrəli protokol tərtib edilmiş, xx.xx.2004cü il tarixdə 568 sayla qeydiyyata alınmış torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. İcarəyə verilmiş 13 ha torpaq sahəsi il ə guya alqı-satqı yolu ilə əldə edilmiş 1 ha torpaq sahəsi eyni kontur xətlər altında yerləşir. Yəni "xxxx" Firmasına verilmiş həmin 1 ha torpaq sahəsi artıq X6 50 il müddətinə icarəyə verilmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən X8, X9, "xxxx" MMC, X11 və X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
12. İş üzrə birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisələndirilən şəhadətnamə ilə X6 ayrılmış ərazi 2015-ci ildə İddiaçı qərarı ilə "xxxx" MMC-yə icarəyə verilmiş, hazırda da cəmiyyətin istifadəsində və nəzarətindədir. "xxxx" MMC ilə ərazidə fəaliyyət göstərən fiziki şəxslər arasında icarə müqavilələri mövcuddur. Həmin torpaqla bağlı hər hansı mübahisə birbaşa "xxxx" MMC-nin mənafeyi nə toxunur.
13. İş üzrə birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X4 vəkili izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən X4 adına verilmiş xx.xx.2004cü il tarixli, JN-5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə tam qanuni əsaslarla verilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin (hakim: Fikrət Hüseynov) 06 fevral 2020-ci il tarixli, 2-1(114)-32/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yaln ız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt və kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayıla bilər. Göründüyü kimi, qanunvericiliklə etibarsız inzibati aktların konkret dairəsi müəyyən edilmişdir və hazırkı iddia üzrə X4 adına verilmiş xx.xx.2004-cü il tarixli, JN-5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və "xxxx" Firması adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılması üçün qeyd olunan əsaslardan heç biri tətbiq oluna bilməz. Belə olan halda, iddiaçının qeyd olunan şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Həmçinin məhkəmə iddiaçıya izah edilməsini zəruri hesab edir ki, hazırda mübahisələndirilən sənədlərin verilməsinə əsas olmuş sənədlər qüvvəsini itirdiyi təqdirdə iddiaçı dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə müvafiq orqana müraciət etməli, müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməlidir.
16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Afiq Hüseynzadə /sədrlik edən və məruzəçi/, İslam Həsəno v və Şamil Rzaquliyev) 22 dekabr 2023-cü il tarixli, 2-1(104)-4/2023 nömrəli qərardadı ilə "xxxx" Firmasının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılmasına dair hissədə iddia mümkün sayılmamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Afiq Hüseynzadə /sədrlik edən və məruzəçi/, İslam Həsənov və Şamil Rzaquliyev) 22 dekabr 2023-cü il tarixli, 2-1(104)-4/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X4 adına verilmiş xx.xx.2004-cü il tarixli, JN-5279 (kod:********) nömrə li torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin (müvafiq olaraq qeydin) etibarsız sayılmasına dair hissədə iddia təmin edilməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı JN-5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın etibarsız sayılması tələbini irəli sürmüşdür ki, iddiaçının tələbinin mahiyyəti hüquqların qeydiyyatının ləğvi ilə əlaqədar olmuşdur. Buna görə də məhkəmə kollegiyası iddiaçının tələbini hüquqların qeydiyyatının ləğvi qismində qəbul etmişdir.
20. Birinci instansiya məhkəməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X4 adına verilmiş xx.xx.2004-cü il t arixli, JN-5279 (kod:********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız sayılmasına dair hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, iddianı rədd etmə əsası və mübahisəyə tətbiq etdiyi maddi hüquq normaları düzgün olmamışdır.
21. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirdiyi hüquqların qeydiyyatına dair sənədlər olan şəhadətnamə və çıxarışı inzibati akt hesab edib, mübahisəyə “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsini tətbiq etməklə, sənədlərin etibarsız hesab edilməsi üçün həmin maddədə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığını qeyd edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsası ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd olunduğu kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
22. Məhkəmə kollegiyasının iclasında isə mü əyyən edilmişdir ki, xx.xx.2004-cü il tarixli, JN-5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə iddiaçının mübahisələndirdiyi qeydin aparılmasına əsas verən hüquqmüəyyənedici sənəd İddiaçı xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı qeyd olunsa da, əslində həmin qeydin aparılmasına əsas verən sənəd İddiaçı ilə üçüncü şəxs X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 01 nömrəli torpaq icarə müqaviləsi olmuşdur. İddiaçı xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarı isə icarə müqaviləsinin bağlanması üçün əsas olmuşdur. Yəni bələdiyyə qərarının ləğvi halında belə həmin qeydin ləğvi mümkün olmamaqla, yalnız icarə müqaviləsinin ləğvi və ya etibarsızlığı halında qeydin ləğvi mümkün hesab olunacaqdır. İcarə müqaviləsinə əsaslanan qeyd mülki-hüquqi əqdə əsa slanır, tələb isə mülki-hüquqi tələb hesab olunur ki, həmin mübahisəyə də aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılır. Lakin iddiaçının iddia tələbindən göründüyü kimi, onun qeydi mübahisələndirməsi əsaslarından biri də şəhadətnamənin, yəni qeydin bələdiyyənin qərarında göstərilən torpaq sahəsinə uyğun aparılmaması olmuşdur. İddiaçının bu əsası qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı olmaqla, bu əsas üzrə inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün iddiaçının yalnız bu əsasına görə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmuşdur.
23. Lakin məhkəmə araşdırması zamanı iddiaçının həmin dəlili Daşınmaz Əml akın Dövlət Kadastrı və Reyestrinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 3-16166/2-10/6914 nömrəli mütəxəssis və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyləri ilə təkzib olunmuşdur. Belə ki, həmin rəylərə əsasən İddiaçı xx.xx.2004-cü il tarixli qərarında icarəyə verilməsi nəzərdə tutulan 13 ha torpaq sahəsinin JN-5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir ki, bununla da qeydin, o cümlədən müvafiq olaraq şəhadətnamənin bələdiyyə qərarına uyğun olaraq aparılması və verilməsi təsdiq olunmuşdur.
24. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəmə sinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
25. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməs i istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə o lmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
29. Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yaz ılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİ YA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn i şin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Hazırkı mübahisədə iddiaçının iddia tələbi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X4 adına verilmiş xx.xx.2004-cü il tarixli, JN5279 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız sayılması ilə bağlıdır. Əslində isə iddiaçının hüquqi marağı və məqsədi sözügedən şəhadətnamədə göstərilmiş torpaq sahəsinə icarə hüququna dair üçüncü şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı cavabdeh inzibati orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz hesab edilməsinə və bunun üzərind ən müvafiq qeydin ləğv edilməsinə nail olmaqdan ibarətdir.
36. Nəzərə alınmalıdır ki, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından şəhadətnamə deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyat ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş şəhadətnamənin artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nəzərə alınmalı, həmin şəhadətnamə yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir. Bundan əlavə, həm də nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə qeydiyyatın ləğv olunması səbəbindən həmin əmlak barəsində hər hansı əməliyyatın aparılması da istisna olunur. Belə ki, daşınmaz əmlaka dair əməliyyatlar fiziki anlamda mövcud olan şəhadətnamə əsasında deyil, reyestrdəki qeydiyyat üzərindən aparılır.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qeydiyyatın ləğvinə nail olmaq üçün əvvəlcə həmin qeydiyyatın aparılmasının əsası qismində çıxış edən və qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənəd ləğv olunmalıdır. Həmin sənədin qüvvədə olduğu müddət ərzində cavabdeh tərəfindən qeydiyyatın ləğv edilməsi istisna olunur. Hazırkı mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-220/2023 nömrəli qərarından görünür ki, Gəncə İnz ibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)74/2022 nömrəli qərarı ilə iddiaçı X4 iddia tələbi təmin olunmuş və İddiaçı xx.xx.2004-cü il tarixli, 12 nömrəli qərarının ləğvi ilə bağlı xx.xx.2021-ci il tarixli, 03 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-74/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2422/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)220/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmış və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Yəni torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı qərar – hüquqmüəyyənedici sənəd qüvvədədir. Bu baxımdan iddiaçının hazırkı məzmunda tələbi əsassız sayılmalıdır.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından sözügedən şəhadətnamənin etibarsız sayılması (iddianın mahiyyət baxımından daşınmaz əmlaka dair üçüncü şəxs X4 adına aparılmış qeydiyyatın ləğv edilməsi) üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(104)-4/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətid