Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1622/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1957, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1217/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1957-ci il tarixdə anadan olmuş, 1972-ci ildə X1 daxil olmuş və 1976-cı ildə “Metalların kəsməklə emalı” ixtisası üzrə tam kursu bitirmiş, 06 may 1976cı il tarixdən 10 may 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. Əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçı 03 avqust 1978-ci il tarixdən 20 iyul 1983-cü il tarixədək Şəki birliyində mexaniki şöbədə keyfiyyət üzrə usta və usta vəzifəsində işləmişdir. 20 oktyabr 1983-cü il tarixdə “X2”ndə texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, 12 iyul 1985-ci il tarixdə müvəqqəti rəis vəzifəsinə keçirilmiş, 01 yanvar 1986-cı il tarixdən ştat cədvəlinə görə ETMS rəisi təyin edilmiş, 01 iyul 1993-cü il tarixdən əmək haqqının vahid tarif şkalasının tətbiq edilməsi ilə əlaqədar ona ETMS rəisi 13-cü tarif dərəcəsi verilmişdir. Metallurgiya Dövlət Şirkətinin “Təkrarqarametal” X3 Əmlakı Nazirliyinin 08 avqust 2000-ci il tarixli 119 saylı sərəncamı ilə X4 Cəmiyyəti (ATSC) adlandırılmış və iddiaçı 18 aprel 2001-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 04 aprel 2002-ci il tarixdən 01 sentyabr 2009-cu il tarixədək “X5”də satış şöbəsində fəhlə, 18 m art 2010-cu il tarixdən hazır məhsullar anbarına dəstləyici vəzifəsinə keçirilmiş, 15 iyul 2020-ci il tarixdən işdən azad olunmuşdur. 3. "xxxx" ASC tərəfindən verilmiş 118 saylı, 12 mart 2018-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən, “Təkrarqarametal” İB-də işləmişdir və əmək kitabçasındakı qeydləri təsdiq olunur. 20 oktyabr 1983-cü il tarixdən “Təkrarqarametal” İByə texniki təhlükəsizlik şöbəsinə böyük mühəndis qəbul edilmiş, (əmr84/k xx.xx.1983) 12 iyul 1985-ci il tarixdən Elektrik təmir sexinə müvəqqəti rəis keçirilmiş (əmr 49//k xx.xx.1985), 01 yanvar 1986-cı il tarixdən ştat cədvəlinə əsasən Elektrik təmir sexinin rəisi keçirilmiş (əmr5/k xx.xx.1986), 01 aprel 1993-cü il tarixdən vahid tarif dərəcəsinin tətbiq olunması ilə əlaqədar olaraq Elektrik təmir sexinin rəi sinə 13-cü dərəcə təyin edilmiş (əmr 50/adm xx.xx.1993), 18 aprel 2001-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur (əmr 10/k xx.xx.2001). Xüsusi əmək şəraitli sahədə təmir işləri ilə məşğul olduğuna görə əlavə məzuniyyət günləri verilmişdir. Xüsusi əmək şəraitli sahədə işlədiyi illərə görə: 20 oktyabr 1983-ci il tarixdən 18 aprel 2001-ci il tarixə qədər (17 il 09 ay). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahının İİİ bölməsinin Metallurgiya istehsalatı (qara metal): 5-ci sırasının 2040500a24125 bəndinə uyğun güzəştli təqaüd ala bilər. Azərbaycan Respublikası “Təkrarqarametal” İB Dövlət Əmlak Nazirliyinin 119 saylı, 08 avqust 2000-ci il tarixli sərəncamı ilə həmin tarixdən "xxxx" ASC adlandırılmışdır.
4. İddiaç ının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciəti ilə əlaqədar cavabdeh tərəfindən ona ünvanlanmış 08 yanvar 2020-ci il tarixli, **********1 saylı imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Metallurgiya istehsalatı (qar a metallar)” bölməsinin (7), “Dəmirin birbaşa bərpa olunması və qara metallardan ovuntu istehsalı” bəndində (7.5) sex rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş 20 fevral 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1981-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 2014-cü ilin aprel ayından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiа onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1957-ci il tarixdə doğulmuş və 1978-ci ilin avqust ayından əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildən müxtəlif vəzifələrdə işləmiş və “X5” MMC-nin 15 iyul 2020-ci il tarixli 129k saylı əmri ilə onunla işəgötürən arasındakı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 2014-cü ilin aprel ayında 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin uzun müdd ət davam edən süründürməçilikdən sonra cavabdeh **********1 saylı, 08 yanvar 2020-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. İmtina məktubunda onun 20 dekabr 1981-ci il tarixdən 16 may 1983-cü il tarixədək olan dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işlədiyi əsas göstərilərək işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında nəzərdə tutulmadığı və bu səbəbdən onun əmək stajının 12 il 06 aydan az olduğu göstərilmişdir. Göstərilən məktubda ona məxsus olan İT-İ № ******* saylı əmək kitabçasına istinad edilmişdir. Halbuki, ona məxsus olan İT-İ № ******* saylı əmək kitabçasında ümumiyyətlə, onun 20 dekabr 1981-ci il tarixdən 16 may 1983-cü il tarixədək olan dövr ərzində "xxxx" ASC-də elektrik təmir sexində rəis vəzifəsində işləməsi barədə qeyd yoxdur. Əmək kitabçasına əsasən, iddiaçı 20 dekabr 1983-cü il tarixli 84/k saylı əmrlə Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinə böyük mühəndis vəzifəsinə qəbul olunmuş və 18 aprel 2001-ci ilədək həmin qurumda işləmişdir. Sonra isə 04 aprel 2002-ci il tarixdən 15 iyul 2020-ci il tarixədək “X5” MMC-də işləmişdir. "xxxx" ASC-nin 118 saylı 12 mart 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı 20 oktyabr 1983-cü il tarixdən 18 aprel 2001-ci il tarixədək Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü hissəsinin 5 -ci sırasının 2040500a-24125-ci bəndinə əsasən güzəştli şərtlərlə pensiya ala bilər. Bu halda, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ var və cavabdehin imtinası qanunsuzdur.
7. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1602/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddia tələbi təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu 24 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və bunun 12 il 06 aydan artıq müddətini Azərbayca n Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 24 aprel 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi cavabdehə həvalə edilməlidir.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1217/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1602/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edilməklə, imtina məktubu və iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsala tların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusil ə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır....
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
18. İnzibati Prosessual Məcəllə (İPM): Ma ddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verə n şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsin in qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiym ətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun 01 iyul 2017-ci il tarixədək 43 il 6 ay 16 gün ümumi iş stajının, həmçinin 15 il 9 ay 6 gün güzəştli iş stajının mövcud olması iş üzrə öz təsdiqini tapmışdır.
27. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən, həmçinin 57 yaşı 24 aprel 2014-cü il tarixdə tamam olduğundan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan R espublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan təyin olunmalıdır.
28. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yu xarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1217/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.