Məhkəmə qərarları › İş №2-1(102)-1622/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1622/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1622/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsus i Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Fizuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2-1(106)45/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2014-cü il tarixədək Füzuli rayonu 1 nömrəli qəsəbənin icra nümayəndəsi vəzifəsində işləmişdir.

2. İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il t arixədək Fizuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsində də dövlət qulluğunda işləməsini əsas gətirərək, ona dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (11 il 6 gün) təşkil edir. Bu səbəbdən ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1980-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Fizuli rayon “Engels” adına üzü mçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsində işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Füzuli rayon “Engels” adına üzümçülük sovxozunda fəhlə işləmişdir. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1979-cu tarixdən xx.xx.1980-ci il tarixədək həmin sovxozda fəhlə işləmişdir. xx.xx.1980-ci il tarixdə həmin sovxozun komsomol komitəsinin katibi seçilmiş və xx.xx.1988-ci il tarixədək bu vəzifədə çalışmışdır. 1982-19 88-ci illərdə istehsalatdan ayrılmadan “S.Ağamalıoğlu” adına X1 “Zootexniya” ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək sözügedən sovxozda maldarlıq briqadasında icarədar işləmiş, xx.xx.1995-ci il tarıxdən həmin sovxozun direktoru vəzifəsinə təyin olunmuş, xx.xx.2003-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Füzuli rayon İHB-nin 1 nömrəli qəsəbə üzrə ərazi nümayəndəsi vəzifəsində işləmişdir. Hazırda o, dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu bundan imtina edərək bildirmişdir ki, onun dövlət qulluğu stajı 15 ildən az (11 il 6 gün (05 noyabr 2003-cü-11 noyabr 2014-cü il tarixləri arasındakı dövr) təşkil edir. Halbuki, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi işlədiyi müddət dövlət qulluğu stajına hesablanmalıdır. İşə qəbul edilməsi və azad edilməsi barədə əmrlərin alınması üçün Füzuli rayon Dövlət Arxivinə müraciət etmiş, lakin sonuncu bildirmişdir ki, Füzuli rayon “Engels” adına sovxozun 1980-1985-ci illərə aid sənədləri xx.xx.1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmiş, 1986-1988-ci illərə aid sənədlər arxivə verilməmişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1980 – xx.xx.1988-ci il tarixlərində Füzuli rayonu “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsində çalışdığı dövrün də onun dövlət qulluqçusu stajına daxil edilməsini və ona dövlət qulluqçusu kimi pen siya təyin olunmasını tələb edir. Lakin iddiaçı Füzuli rayonu “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsinin dövlət qulluqçusu hesab edilməsinin əsasını göstərə bilmir. Halbuki, Prezidentin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsassn pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularınm vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması qaydası öz əksini tapmışdır. İddiaçı sözügedən Fərmandakı hansı peşədə çalışdığını və bu peşənin də Fərmandakı hansı peşəyə uyğunlaşdırıldığını əsaslandıra bilmir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə müvafıq olaraq, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə təyin edilir. Göründüyü kimi, iddiaçının dövlət qulluqçusu kimi 15 il qulluq stajı olmadığından imtina qanuni və əsaslı olmuşdur.

6. Şirvan İnzibati Məhkəməsinin (hakim F.N.Abbasov) 16 sentyabr 202 2-ci il tarixli, 2-1(120)-1261/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsi müvafiq təsnifatda (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu) nəzərdə tutulmadığından, iddiaçı 15 ildən az olmayan müddətdə dövlət qulluğunda işləmiş sayıla bilməz.

8. İddiaçı həmin qərardan apellyasiya şi kayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: O.N.İsmayılov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və S.F.Həsənov) 13 mart 2023-cü il tarixli, 2-1(106)-45/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1261/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı mübahisə apellyasiya şikayətinin ifadə tərzinə əsasən mahiyyət etibarı ilə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1 988-ci il tarixədək Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsində işlədiyi vəzifəsinin dövlət qulluğuna uyğunlaşdırılması ilə əlaqədardır. İddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsi dövlət qulluğu vəzifələri qismində nəzərdə tutulmamış, eləcə də dövlət qulluğunun müvafiq vəzifələrinə aparılmış uyğunlaşdıma ilə əhatə olunmamışdır. Belə olan halda isə iddiaçının dövlət qulluğunda iş stajının 15 ildən az olması müəyyən olunur.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. İddiaçının kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia ərizəsinin və apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2-1(106)-45/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qul luqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə

9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalar ının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqs ədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respubli kasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qullu ğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”: 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları 1 İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları 2 1. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin adları:... 1.17. Rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında: icra iyyə komitəsinin sədri icraiyyə komitəsi sədrinin birinci müavini (müavini), icraiyyə komitəsinin katibi (məsul katibi) icraiyyə komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri, plan komissiyasının sədri, icraiyyə komitəsinin təlim-təşkilati şöbənin rəisi, baş memar, əmək üzrə müvəkkil icraiyyə komitəsinin idarə rəisinin müavini, müstəqil şöbə müdirinin müavini, plan komissiyası sədrinin müavini, baş memarın müavini, icraiyyə komitəsinin təlim-təşkilati şöbəsi rəisinin müavini, baş rəssam icraiyyə komitəsi idarəsinin əsas şöbəsinin rəisi, maliyyə şöbəsinin rəisi, ümumi şöbənin rəisi, müstəqil şöbənin əsas sektor rəisi... 1.17. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: əhalisinin sayı müvafiq olaraq 50- 10 0 min nəfər və 100 min nəfərdən çox olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının birinci müavini, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonlar (şəhərlər) üzrə yerli icra hakimiyyəti başçısının müavini yerli icra hakimiyyəti başçısının müavini bölmə rəhbəri bölmə rəhbərinin müavini sektor müdiri baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib baş məsləhətçi icraiyyə komitəsinin təşkilati işlər üzrə təlimatçısı, icraiyyə komitəsi sədrinin köməkçisi, icraiyyə komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; icraiyyə komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, icraiyyə komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçi, hüquqşünas, mühasib və digər mütəxəssislər... böyük məsləhətçi 2. 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək məsləhətçi … Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adları:... 2.13. Rayon, şəhər X2 (Məclisinin) icraiyyə komitəsinin, rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: icraiyyə komitəsinin sədri icraiyyə komitəsi sədrinin müavini, icra hakimiyyəti başçısının 1- ci müavini, müavini) icra hakimiyyəti aparatının idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdiri (rəisi), M ülki Müdafiə Qərargahının rəisi icra hakimiyyəti aparatının idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdirinin (rəisinin) müavini bölmə müdiri, idarənin şöbə rəisi, qəbul otağının müdiri baş mütəxəssis, böyük məsləhətçi, böyük referent məsləhətçi, referent aparıcı mütəxəssis, təşkilatçı, memar 1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis...... 2.13. Rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında: [17] rayon, şəhər və şəhərdə rayon icra hakimiyyətinin başçısı icra hakimiyyəti başçısının müavini bölmə rəhbəri bölmə rəhbərinin müavini sektor müdiri baş məsləhətçi böyük məsləhətçi aparıcı məsləhətçi məsləhətçi …

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin halla rının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmi şdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hü quqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya instansiyası məhkəməsi qanunve riciliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya məhz dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya yaşa görə əmək pensiyası pensiya təyin edilmişdir və onun yaşa görə əmək pensiyası almaq hüququnun yaranması işin mübahisələndirilməyən halıdır. İddiaçının tələbi və işin mübahisələndirilən halı onun xx.xx.1980-xx.xx.1988-ci illərdə Fizuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsində işlədiyi katib vəzifəsinin dövlət qulluğuna uyğunlaşdırılmasından və beləliklə də, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı hesab edir ki, işlədiyi həmin vəzifə dövlət qulluğudur.

25. Kassasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası təkrar qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərma nı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmiş və müvafiq uyğunlaşdırılma aparılmışdır. Eyni zamanda Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göst ərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

26. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. İddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi Füzuli rayon “Engels” adına üzümçülük sovxozunun komsomol komitəsinin katibi vəzifəsi sadalanan qanunvericilik aktlarında dövlət qulluğu vəzifələri qismində nəzərdə tutulmamış, eləcə də dövlət qulluğunun müvafi q vəzifələrinə aparılmış uyğunlaşdırma ilə əhatə olunmamışdır. Bu səbəbdən iddiaçının işlədiyi həmin illər dövlət qulluğu stajına aid edilməmiş və beləliklə də, onun dövlət qulluğunda iş stajı 15 ildən az olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası əsaslı olmuşdur.

27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2-1 (106)-45/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar