Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1622/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7, İddiaçı5, İddiaçı6 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sökülmüş fərdi yaşayış evinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı “vurulmuş zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixl i, 2-1(104)15/2024 nömrəli qərarından İddiaçı1 və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Kirovabad şəhər Notariat Kontorunun xx.xx.1959-cu il tarixli, 12-1904 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Kirovabad şəhəri, Karl Marks küçəsi, 17 saylı fərdi yaşayış evi X3 adından X2 adına keçmişdir.
2. Vərəsənin adına bu əmlakın yerləşdiyi 442 m² torpaq sahəsinə dair xx.xx.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir.
3. Sonradan Kirovabad şəhər Notariat Kontorunun xx.xx.1961-ci il tarixli 8-4748 saylı alqı-satqı müqaviləsinə əsasən X5 mülkün 1/3 hissəsini (bir yaşayış otağı-27,1 m²) X1.
4. Alıcının adına ünvanı: Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 13 6 olan bu əmlaka xx.xx.2006-cı il tarixli 22239 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 7 saylı Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 2V-1-55 saylı mülkiyyət hüququ haqqında və 2V-1-56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən bu mülk üzrə X4 5/8 hissəsi, X9 1/8 hissəsi, X6 1/8 hissəsi, İddiaçı1 1/8 hissəsi adlarına keçmişdir. 5. 4Ə-1125 saylı bağışlama müqaviləsinə əsasən X10, X12, İddiaçı6 öz vərəsəlik paylarını İddiaçı1 bağışlamışdırlar. İddiaçı1 Vəli Xuluflu küçəsi ünvanında yerləşən 136 nömrəli fərdi yaşayış evinə (224 m² torpaq sahəsi və tikili “a” da 26.2 m² bir yaşayış otağı) xx.xx.2006-cı il tarixdə 22239 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
6. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 136 ünv anında yerləşən sahəsi 26.2 m² olan bir yaşayış otağından ibarət yaşayış evinin bir hissəsi şəxsi mülkiyyət hüququ əsasında X16 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 33 nömrəli reyestri kitabında İddiaçı1 adına qeydə alınmışdır. 7. xx.xx.2006-ci il tarixli Texniki pasporta əsasən, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 136 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 224.0 kv.metr, ümumi sahəsi 134,5 m², yaşayış sahəsi 90 m², köməkçi sahə 44.5 m²-dən ibarət olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən mənzilin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıd ılması nəticəsində vurulmuş (dəymiş) 183.000 (bir yüz səksən üç min) manat kompensasiyanın İddiaçı1 və 100.000 (bir yüz min) manat mənəvi ziyanın Cavabdehndən alınaraq iddiaçılara ödənilməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması:
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 136 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsus olmuş, bu barədə mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar, 22239 nömrəli qeydiyyat şəhadətnaməsi verilərək 33 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan əmlaka (daşınmaz əşyaya) vurduğu ziyan, yəni zərər cavabdehin öhdəliyinin yaranması ilə nəticələnmişdir. Cavabdeh orqanın bu hərəkətləri ilə əmlakının məhvi nəticəsində ona zərər olaraq ödənilməli olan məbləğ 183.000 (bir yüz səksən üç min) manat təşkil edir. Bu ziyan maddi ziyandır, ancaq həmin hadisədən iki il keçməsinə baxmayaraq, ziyanın ödənilməməsi, mənzil təminatının olmaması, başqa-başqa yerlərdə qalması və sair bu kimi digər mənəvi əzab və iztirablar çəkdiyinə görə mənəvi zərər də çəkmişdir. Maddi və mənəvi ziyan təkcə onun deyil, bütünlüklə həmin yaşayış evində mənzil hüquqlarını həyata keçirən ailə üzvlərinə (digər iddiaçılara) də vurulmuşdur. Cavabdehin bu qanunsuz hərəkətləri ona məxsus olan yaşayış evində yaşayan, orada öz mənzil təminatlarını yerinə yetirən ailə üzvünə də təsir etmişdir. Bunun üçün dəymiş mənəvi ziyan 100.000 (bir yüz min) manat məbləğində dəyərləndirilməlidir. Cavabdeh öz əməllərinə don geyindirmək məqsədi ilə, dəfələrlə onu Gəncə şəhər i, Nizami rayon İcra Hakimiyyətinə göndərmişdir ki, guya onun problemlərini həll etmək istəyir. Lakin sonradan bəlli olmuşdur ki, cavabdeh bunu qəsdən vaxt udmaq üçün edir və öz qanunsuz hərəkətlərini ört-basdır etmək məqsədi daşıyır.
10. Belə olan halda, o rəsmi qaydada xx.xx.2020-ci il tarixdə Gəncə şəhər İH-nin başçısına (surəti Gəncə şəhəri, Nizami rayon İH-nin başçısına ünvanlanmaqla) müraciət edərək, ümumilikdə dəymiş ziyanın ona ödənilməsini tələb etmişdir. Həmin müraciətlə, mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin dağıdılması, yerlə-yeksan olması nəticəsində ümumilikdə 183.000 manat məbləğində ziyanın vurulduğu qeyd olunmuşdur. Həmin məbləğ, əmlakın yerləşdiyi ərazidə yaşayış sahəsinin hər kvadrat metrinə görə ortalama 600 manat hesablandıqda və yaşayış sahəsinin d ə ümumilikdə 305 kv.m olduğu nəzərə alınsa, bu məbləğ 183.000 manat təşkil edir. Müraciət məktubu cavabdeh orqana poçt vasitəsi ilə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Lakin müraciətin cavabdeh orqan tərəfindən alındığı vaxtdan 70 gündən çox vaxt keçməsinə baxmayaraq hazırkı vaxta qədər cavablandırılmamış və vurulmuş ziyan ödənilməmişdir. Bundan başqa digər iddiaçılar göstərilən yaşayış evində daimi qeydiyyatda olmaqla yanaşı, uzun illər ümumi təsərrüfat aparmaqla, mənzil tələbatlarının, digər hüquq və azadlıqlarının həyata keçirilməsi orada olmuşdur. Bununla əlaqədar 2018-ci ilin sentyabr ayına qədər hər hansı bir mübahisə və ya maneə olmamışdır. 2018-ci ilin sentyabr ayına qədər heç bir problem və mübahisə olmadan iddiaçılar həmin evdə birlikdə yaşamışlar. Ancaq həmin tarixdə heç bir hüquqi əsas gətirmədən və heç bir rəsmi məlumat vermədən yaşayış evi cavabdeh tərəfindən sökülmüş, heç bir maliyyə vəsaiti ödənilməmiş, qabaqcadan xəbərdarlıq edilməmiş və sair bu kimi digər kobud qanun pozuntularına yol verməklə qanunsuz olaraq məhv edilmişdir. Bu hadisə ilə bağlı onun dəfələrlə Gəncə şəhəri, Nizami rayon İH-də məsul şəxslərlə görüşməsinə baxmayaraq hər dəfə bir bəhanələr gətirməklə bu günə qədər iş həll edilməmişdir. Nəticədə, Konstitusion hüquqları pozulmaqla mülkiyyətin (əmlakın) dəyəri ödənilməmiş, yaşayış evi məhv edilən zaman o və orada yaşamaq hüququ digər şəxslərlə (mülkiyyətçidən başqa digər iddiaçılar) danışıqlar aparılmamış, əmlakın əvəzi verilməmişdir. Cavabdehin və üçüncü şəxsin etirazlar ı:
11. Cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixdə iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iş üzrə mübahisəli evlərin köçürülməsi ilə bağlı Prezidentin sərəncamı var. Həmin evlərin köçürülməsi barədə pul ayrılıb, həmçinin vətəndaşlara sökülmüş evlərin yerinə alternativ mənzillər təklif edilib.
12. Üçüncü şəxs iddia tələbinə etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-1797/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: -xx.xx.2006-cı il tarixli (inventar nömrəsi 346-61a) fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunda qeyd olunmuş 224 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində əvvəllər qanuni əsaslarla xx.xx.2006-cı il tarixdə 22239 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyət hüququ qeydə alınmış 26,20 m² bir otaqlı və həmin torpaq sahəsində 26,20 m² -də daxil olmaqla mövcud olmuş ümumi sahəsi 134,5 m² olan dördotaqlı fərdi yaşayış evinin 2017-ci ildə və hazırkı dövrdə real bazar qiyməti nə qədərdir? 14. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 264/Mİ/20 nömrəli qiymətləndirmə rəyi ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş - İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilə bazar qiyməti 177.000 manat, hazırkı dövrə bazar qiyməti isə 189.700 manat müəyyən edilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-158/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur. Birinci sual: xx.xx.2006-cı il tarixli (inventar nömrəsi 346-61a) fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportunda qeyd olunmuş 224 ha torpaq sahəsinin 2017-ci ildə və hazırkı dövrdə real bazar qiyməti nə qədərdir? İkinci sual: Həmin torpaq sahəsi üzərində əvvəllər qanuni əsaslarla xx.xx.2006-cı il tarixdə 22239 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyət hüququ qeydə alınmış 26,20 m2 bir otaqlının 2017-ci ildə və hazırkı dövrdə real bazar qiyməti nə qədərdir? Üçüncü sual: Həmin torpaq sahəsində 26,20 m² -də daxil olmaqla mövcud olmuş ümumi sahəsi 134,5 m² olan dördotaqlı fərdi yaşayış evinin 2017-ci ildə və hazırkı dövrdə real bazar qiyməti nə qədərdir? 16. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 143/Mİ/21 nömrəli qiymətləndirmə rəyi ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş - İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilə bazar qiyməti 224 m² torpaq sahəsi üçün 82.000 manat, hazırkı dövrə bazar qiyməti 88.700 manat, 2017-ci ilə bazar qiyməti 26.20 m² otaq üçün 25.000 manat, hazırkı dövrə bazar qiyməti 27.000 manat, 2017-ci ilə bazar qiyməti 134.5 m² tikili üçün 70.000 manat, hazırkı dövrə bazar qiyməti 74.000 manat, cəmi: 2017-ci ilə bazar qiyməti 177.000 manat, hazırkı dövrə bazar qiyməti isə 189.700 manat müəyyən edilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci i l tarixli, 2-1(114)-158/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarı ilə iddianın qismən təmin edilmiş, cavabdehdən 39.000 manat məbləğində maddi ziyan, 5000 manat məbləğində mənəvi ziyan, cəmi 44.000 manat tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, tələbin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 2500, xx.xx.2021-ci il tarixli 2555 və xx.xx.2021-ci il tarixli 2577 nömrəli məktublarına əsasən müəyyən olunmuşdur ki, son 1 il ərzi ndə Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə dair 1 ədəd notariat hərəkəti aparılmış və qiyməti 30.000 manat olmuşdur. Mənzillərin özgəninkiləşdirilməsinə dair müqavilələr təsdiq olunarkən alqı-satqı məbləği aşağı qiymət 25.000 manat, ən yüksək qiymət isə 47.000 manat olmuşdur. Həmçinin son 1 il ərzində Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisində Gəncə şəhəri, Vəli Xuluflu küçəsinə yaxın ərazidə Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 0.023 ha həyətyanı torpaq sahəsi 12.000 (on iki min) manata satılmışdır.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olan 0.024 ha torpaq sahəsinin ölçüsü həmin əraziyə yaxın ərazidə satılmış torpaq sahəsinin (0.023 ha) ö lçülərinə uyğun olduğundan torpaq sahəsinə görə iddiaçıya notariat qaydasında təsdiq olunmuş torpaq alqı-satqı müqaviləsində göstərilən ən yüksək qiymət, yəni 12.000 manat ödənilməlidir. 21. 26,20 kv.m-dən ibarət bir otaqlı mənzilin dəyərinə gəlincə məhkəmə hesab edir ki, həmin mənzilə dair ekspert rəyi ilə notariusun təqdim etdiyi bazar qiymətləri demək olar ki, üst-üstə düşür. Bu səbəbdən məhkəmə mənzilin dəyəri ilə bağlı ekspert rəyini, yəni 27.000 manatı məqbul hesab edir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya maddi zərər olaraq 39.000 (27.000+12.000=39.000) manat ödənilməlidir.
22. Məhkəmə, həmçinin qeyd etmişdir ki, yaşayış evinin sökülməsi ilə əlaqədar iddiaçıların qeydiyyatsız qalmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaş ayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Odur ki, məhkəmə digər iddiaçılara buna görə mənəvi ziyan ödənilməsi tələbi ilə razılaşmır.
23. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini və həmin hissədə tam təmin edilməsini xahiş etmişdir.
24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi bar ədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli 21(104)-714/2021 nömrəli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmiş, qiymətləndirmənin keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və mütəxəssislər qarşısında aşağıdakı sual qoyulmuşdur: - Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsində 0.2224 ha torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan hüquqmüəyyənedici sənəd üzrə 26,2 m² sahəli 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəb əli 4 otaqlı 134,5 m² ümumi sahədən ibarət olan 136 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bütövlükdə 2017-ci ilə və hazırkı dövrə bazar dəyəri nə qədərdir? 27. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, Ç-016 saylı qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsində 0.2224 ha torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan hüquqmüəyyənedici sənəd üzrə 26,2 m² sahəli 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 m² ümumi sahədən ibarət olan 136 nömrəli fərdi yaşayış evinin 2017-ci il üzrə bazar qiyməti 71.400 manat təşkil edir.
28. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 21(104)-67/2022 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114) -158/2021 nömrəli qərardadı ləğv edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
29. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(104)-67/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin rədd edildiyi hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsinə görə 93.600 (doxsan üç min altı yüz) manat məbləğində vurulmuş zərər cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
30. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iddiaçıya məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində 0.2224 ha torpaq sahəsində yerləşən, hüquqmüəyyənedici sənəd üzrə 26,2 m², 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 m² ümumi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evinin 2017-ci ildə və hazırkı dövrdə real bazar qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin etmiş və "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatla müəyyən edilmişdir ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində 0.2224 ha torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan hüquqmüəyyənedici sənəd üzrə 26,2 m² sahəli 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 m² ümumi sahədən ibarət olan 136 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bütövlükdə 2017-ci ilə bazar qiyməti 132.600 manat, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bütövlükdə hazırkı dövrə olan real bazar qiyməti 142.000 manat təşkil edir. Qiymətləndirmə zamanı fərdi yaşayış evinin hazırkı dövrdə real bazar dəyəri, fərdi yaşayış evinin söküntüdən əvvəlki vəziyyətində, hazırkı bazar qiymətləri əsasında müəyyən edilmişdir. Mütəxəssis tərəfindən fərdi yaşayış evinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və texniki göstəriciləri əsas götürülməklə müvafiq tədqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin rədd edildiyi hissəsində qismən ləğv edilməli, həmin his sədə yeni qərar çıxarılaraq, iddia tələbinin təmin edilmiş hissəsi üzrə müəyyən edilmiş maddi ziyan məbləği nəzərə alınmaqla İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsinə görə vurulmuş zərər 93.600 (132.600-39.000) manat müəyyən edilməlidir.
31. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat:
33. Azərbaycan Respublikası Ali Məhkə məsinin İnzibati kollegiyasının xx.xx.2022- ci il tarixli, 2-1(102)-1608/2022 qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-67/2022 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
34. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir.
35. Apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdır ma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar.
37. Apellyasiya instansiyası məhkəməsi əmlakın bazar qiymətini müəyyən etmək üçün düzgün araşdı rma aparmamış, notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrini ümumiyyətlə tələb edərək tədqiq etməmişdir.
38. Daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi peşəkar lisenziya tələb edən fəaliyyət olmaqla mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə prosesi aparılmalı olduğundan, apellyasiya instansiyası məhkəməsi bu xüsusda araşdırma aparmamışdır.
39. Cavabdeh izahatında və apellyasiya şikayətində iddiaçının evinin sökülməsi ilə bağlı sahəsi 100 kv.m 3 otaqlı mənzilin inşa edilib iddiaçıya təhvil verilməsini, iddiaçının nümayəndəsi belə mənzilin təklif edilmədiyini bildirmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, hər hansı mənzilin iddiaçıya təhvil verilməsi təsdiq olunduğu halda, ödəni lməli kompensasiyaya mütənasib olmasına münasibət bildirilməmişdir.
40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi kompensasiya ödənilməli olan torpağın və tikilinin sahəsi barədə tərəflərin bildirdikləri ziddiyyətli məlumatları yoxlamamış, kompensasiya ödənilməli torpaq və tikilinin sahəsini müəyyən etməmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
41. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(104)-15/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarı qismən Cavabdehndən 39.000 (otuz doqquz min) manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, cavabdehdən 71.400 (yetmiş bir min dörd yüz) manat məbləğində maddi ziyanın tutularaq İddiaçı1 ödənilməsi, qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, ev 136 ünvanında yerləşən 26.2 m² olan bir yaşayış otağı üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alındığı, təqdim olunan texniki pasporta əsasən isə 134,5 m² (yaşayış sahəsi 90.0 m², köməkçi sahə 44.5 m²) fərdi yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olması müəyyən edilmiş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (224 m²) iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənəd təqdim edilməmişdir.
43. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən iddiaçının məhrumetmə ilə əlaqədar maddi ziyanın cavabdeh orqandan tutulması ilə bağlı əsassız hüquqi nəticəyə gəlmişdir.
44. İddia tələbindən məlum olur ki, iddiaçı mənzilin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıdılması nəticəsində vurulmuş (dəymiş) 183 000 (bir yüz səksən üç min) manat kompensasiyasının ödənilməsini xahiş etmiş, torpaq sahəsinə dair maddi ziyanın ödənilməsini tələb etməmiş, həmçinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməmişdir.
45. Məhkəmə kollegiyasının iclasında da iddiaçının vəkili izahatında iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud olmadığından bu cür tələbin irəli sürülmədiyini bildirmişdir.
46. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında səbəbli əlaqə iş materiallarında öz əksini tapmışdır və bu hal yuxarı instansiya məhkəməsi tərəfindən işə baxılan zamanda mübahisələndirilməmişdir.
47. Hazırkı halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.
48. Cavabdehin apellyasiya şikayəti üzrə araşdırılmalı olan yeganə hal iddiaçıya ümumi sahəsi 100 kv.m olan üçotaqlı evin vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı təklif edilməsinin qanuniliyidir.
49. Bununla bağlı Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2- 03/268/2023 nömrəli məktubunda q eyd olunmuşdur ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulmuş “Gəncəçay çayının sahilboyunun və məcrasının yenidən qurulması” işlərinin aparılması ilə əlaqədar olaraq Gəncəçay çayının sol sahilində yerləşən qəzalı vəziyyətdə olan çayın məcrasında tikilmiş evlərin sökülməsi zərurəti yaranmışdır. Sökülmüş yaşayış sahələrinin əvəzinə vətəndaşların razılığı əsasında onların eyni ölçüdə digər yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X20 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 m² torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 m² olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Əlavə olaraq bildirilir ki, qeyd olunan ərazidəki evlərin yerləşdiyi torpaq sahəsinə dair hüquqverici sənədlər hazırladıqdan sonra həmin sahələrin üzərində inşa edilmiş fərdi yaşayış evləri müvafiq dövlət orqanı tərəfindən sənədləşdiriləcəkdir.
50. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1132/2023 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X20 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 m² torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 m² olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Bununla bağlı vətəndaşa rəsmi məktub ünvanlanmışdır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təklif olunan fərdi yaşayış evi maddi ziyanın əvəzi kimi qəbul edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evi üzrə sənədləşmənin natamamlığ ı, dövlət reyestrində iddiaçının hüquqlarının qeydiyyata alınmasının mümkünsüzlüyü və real olaraq həmin əmlakın qeydiyyatdan keçməməsi həmin əmlakın real olaraq mövcudluğunu şübhə altına alır. Bu cür əmlakın isə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı nəzərə alınması mümkünsüzdür.
52. Başqa sözlə, təklif edilən fərdi yaşayış evi üzərində hüquqların realizə edilməsinin mümkünlüyü ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alınması qanuna müvafiq hesab edilə bilməz.
53. İş materialları ilə tələb üzrə mübahisə predmeti olan əmlakın-yaşayış evinin iddiaçıya məxsus olması və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması işin mübahisəsiz halıdır.
54. Fərdi yaşayış evinin sahəsi ilə bağlı məhkəmə tərkibi onu qey d edir ki, iş materiallarında olan qeydiyyat vəsiqəsində iddiaçının 26.2 m² sahə üzərində hüquqları dövlət reyestrində qeydə alınsa da, təqdim olunmuş texniki pasporta əsasən fərdi yaşayış evinin ümumi sahəsi 134,5 m² müəyyən edilmişdir və həmin sahəyə 26.2 m² də daxil olmaqla, məhz iddiaçı tərəfindən inşa edilməsi təkzibedilməzdir.
55. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə 134,5 m² sahə üzrə hüquqlar dövlət reyestrində qeydiyyata alınmasa da vurulmuş zərərin məbləği məhz həmin sahə üzrə müəyyən edilməlidir və sökülmüş fərdi yaşayış evi üzrə vurulmuş ziyanın məhkəmə tərəfindən qanunamüvafiq hesablanmamasına dair apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
56. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
57. İddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. Başq a sözlə, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt olan qiymət götürülməlidir.
58. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə təqdim edilən əmlakın qiymətləndirilməsinə dair rəylərdən iddiaçının hüquqi marağını daha çox təmin edən rəy nəzərə alınmalı və həmin rəyə uyğun olaraq maddi zərərin məbləği müəyyən edilməlidir. 59. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 264/Mİ/20 nömrəli qiymətləndirmə rəyi ilə fərdi yaşayış evinin 2017-ci il bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırkı dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat müəyyən edilmişdir. 60. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 143/Mİ/21 nömrəli qiymətləndirmə rəyləri ilə fərdi yaşayış evinin 2017-ci il bazar qiyməti 224.0 kv.m torpaq sahəsi üçün 82.000 manat, hazırkı dövrə bazar qiyməti 88.700 manat, 2017-ci il bazar qiyməti 26.20 m² otaq üçün 25.000 manat, hazırkı dövrə bazar qiyməti 27.000 manat, 2017-ci ilə bazar 134.5 m² tikili üçün 70.000 manat, hazırkı dövrə bazar qiyməti 74.000 manat, cəmi: -2017-ci ilə bazar qiyməti 177.000 manat, hazırkı dövrə bazar qiyməti isə 189.700 manat müəyyən edilmişdir. 61. xx.xx.2022-ci il tarixli, Ç-016 saylı "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsində 0.224 ha torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan hüquqmüəyyənedici sənəd üzrə 26,2 m² sahəli 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 m² ümumi sahədən ibarət olan 136 nömrəli fərdi yaşayış evinin 2017-ci il ü zrə bazar qiyməti 71.400 manat təşkil edir.
62. Belə olan halda iddia tələbinin maddi zərərlə bağlı hissəsi qismən əsaslı hesab edilməklə İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə dair vurulmuş zərərin dəyəri alınma dövrünə uyğun olaraq 71.400 manat müəyyən edilməlidir.
63. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, təmin edilmiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi işin hallarına uyğundur.
64. İddia tələbinin yaşayış evinin sökülməsi ilə əlaqədar iddiaçıların qeydiyyatsız qalmalarının onlar üçün əlverişsiz şərait yaratmasına dair hissədə kollegiya qeyd edir ki, yaşayış evinin sökülməsi ilə əlaqədar iddiaç ıların qeydiyyatsız qalmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Odur ki, məhkəmə digər iddiaçılara buna görə mənəvi ziyan ödənilməsi tələbi ilə razılaşmır.
65. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın apellyasiya şikayətinin təmin olunmayan - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın- hissəsində iddia çıların iddia tələblərinin təmin olunmamasına münasibətdə ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qarar qəbul edilməsini xahiş etmişdir.
66. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçı1 kassasiya şikayətinin dəlilləri
67. Cavabdeh inzibati orqanın qanunsuz və özbaşına hərəkətləri ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və daha sonra isə 29-cu maddələrinin qəsdən, bilərəkdən və şüurlu surətdə pozulmasına gətirib çıxartmışdır. Çünki 13-cü maddə ilə mülkiyyətin toxunulmazlığı Dövlət tərəfindən bəyan edilməsinə və bunun da (toxunulmazlığın) dayaqlarının 29-cu maddə il ə təsbit olunmasına baxmayaraq, Dövlətin özünün orqanı bu pozuntunu törətmişdir. Bu da, hər bir halda iddiaçılardan İddiaçı1 mülkiyyət hüququnun kobud pozulmasını şərtləndirir. Bunun da hüquqi əsasları odur ki, yaşayış sahəsi mülkiyyət hüququ ilə İddiaçı1 məxsusdur. Düzdür, işə baxmış apellyasiya instansiyası cavabdeh orqanın qanunsuz hərəkətlərini tanımış və konstitusiyanın qeyd olunan normaları üzrə İddiaçı1 hüquqlarının pozulduğunu qəbul etmişdir. Sadəcə olaraq, məhkəmə özü dövlət orqanı olduğundan və eləcə də, cavabdeh inzibati orqan Cavabdeh də dövlət orqanı olduğundan, bu pozuntunun bərpa olunmasının aradan qaldırılması istiqamətində tutulmalı olan kompensasiyanın məbləğinin aşağı həcmdə təmin olunması məhkəmənin marağında olmuşdur. Buna görə də işə baxan Gəncə Apellyasiya Məhkəməs i bilə-bilə ki mübahisəli fərdi yaşayış evi cavabdeh tərəfindən dağıdılıb və naturada yoxdur, ancaq yenidən ekspertizanın keçirilməsində maraqlı olmuşdur. Axı, ekspertiza orada olan və əlavə dəyərləri müəyyən edilməyən tikililərlə bağlı hansısa rəy verə bilməzdi. Çünki əşya nə qədər ki, real həyatda yoxdur və gözlə görünmür, onun dəyərini ekspert müəyyənləşdirə bilməz. Lakin, məhkəmə qərarında qeyd edilən məbləğlər vaxtı ilə qiymətləndirici tərəfindən evin söküldüyü vaxtda və iddia tələblərinin verildiyi vaxtlarda müəyyənləşdirilmiş qiymətlərdir. Artıq cavabdeh orqanın qanunsuz hərəkətlərindən 7 il vaxt keçir və mülkiyyətçi, eləcə də digər iddiaçılar yaşayış yer olmadan orada-burada yaşamaq məcburiyyətində qalmışlar. Məhkəmələr isə 2020-ci il tarixdən bu tərəfə qiymətin məbləğini azaltmaq, necə olursa-olsun, cavabdeh inzibati orqanı xərcə salmamaq, artıq dəyəri qalxmış və sökülmüş evin məbləğini tam aşağı səviyyədə qiymətləndirməklə iddiaçıları süründürməçiliyə, haqsızlığa düçar etmək, qanuni və əsaslı yaşayış evini dağıtmış, məhv etmiş inzibati orqana yardım etmişdir. Neçə illərdir ki, məhkəmələr gedir, bir nəfər nə hakim, nə də ki inzibati orqanın nümayəndəsi demir ki, bu dağıdılmış evdən sonra, siz iddiaçılar harada və nə ilə qalmısınız, evinizi dövlət orqanı məhv edərək dağıdıb, amma bilmirlər ki, bu günə kimi həmin iddiaçılar harada yaşayırlar? Məhkəmə özünü sığortalamaq üçün torpaq sahəsi barədə iddia ilə məhkəməyə müraciət olunmadığını vurğulamaqla, birinci instansiya məhkəməsinin torpaqla bağlı nəzərdə tutulmuş kompensasiyanın rədd olunması barədə bildirmişdir. Düzd ür, fərdi yaşayış evinin altında yerləşən və uzun illərdir ki iddiaçının (İddiaçı1) sahiblik və istifadəsində olan torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmasa da, ancaq texniki pasportla bu bir daha müəyyən olunur. Artıq həmin texniki sənədə əsasən, hələ SSRİ dövründən bu günümüzə qədər haqqında danışılan torpaq sahəsi İddiaçı1 istifadə və sahibliyindədir. Bu da torpaq sahəsinə İddiaçı1 gözlənilən mülkiyyət hüquqlarının olmasının göstəricisidir. Apellyasiya instansiyasının bu cür mövqe tutması torpaq sahəsinə onun üzərində tikili sahibinin hüquqlarının tam üzərindən xətt çəkmək deməkdir. İkinci tərəfdən, gələcəkdə məhkəmələrin işlərinin yükünün artırılması, əlavə məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxartmaqdır. Ona görə də, birinci instansiya məhkəməsi kompensa siyanın təkcə tikili ilə bağlı olmayıb, həm də torpaq sahəsi üçün də nəzərdə tutulması tam ağlabatan və Konstitusiyanın istinad olunan normalarının təməl prinsipi olaraq tətbiqinin düzgünlüyünü özündə göstərmişdir. Odur ki, torpaq sahəsinə münasibətdə kompensasiyanın təmin edilməməsi düzgün olmamışdır.
68. İddia tələbi üzrə mülkiyyətçidən başqa digər iddiaçılar isə yaşayış sahəsinə mülkiyyət hüququ ilə deyil, orada yaşamaq hüquqları olan, daimi qeydiyyatda olan və bununla bağlı mənzil hüquqlarını həyata keçirmişlər. Cavabdehin bu qanunsuz hərəkətləri həmin şəxslərin də Konstitusiyada nəzərdə tutulmuş, təhlükəsizlik yaşamaq hüquqlarını pozmuşdur. Çünki heç bir hüquqi əsas və ya məhkəmənin qərarı olmadan mənzildə yaşayanların iradəsinə zidd olaraq mənzillərinə qəsd edilmişdir (Azərbaycan Res publikası Konstitusiyasının 31-ci maddəsinin İİ hissəsi). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi, mənzildə yaşayanların iradəsinin ziddinə olaraq mənzilə daxil olma növbəti konstitusion pozuntunu özündə əks etdirir. Göründüyü kimi, burada cavabdeh orqan təkcə mülkiyyətə deyil, eyni zamanda, yaşayış evində yaşamaq hüququ olan, gündəlik tələbatlarının yerinə yetirilməsinə öyrəşmiş, daim orada yaşayan və s., həyatı amilləri yerinə yetirən şəxslərin konstitusion hüquqlarına qəsd olunması açıq şəkildə görünür. İşə baxan məhkəmə qeyd etmişdir ki, digər iddiaçılar, hansı ki mülkiyyətçi deyillər, onlara münasibətdə qeydiyyatsız yaşamalarına görə kompensasiyanın verilməsi əsassızdır və bunu da həmin şəxslərin dövlətin müvafiq orqanlarında pasport qeydiyyatına durmalar ı ilə əsaslandırmışdır (qərarın 75-ci bəndi). Ancaq nəzərə almaq lazımdır ki, mülkiyyətçi olmayan şəxslər tərəfindən verilmiş iddia tələbləri və sonradan apellyasiya şikayəti, eləcə də AR-nın Ali Məhkəməsinin Qərarı ilə həmin şəxslərin kassasiya şikayətləri təmin edilərkən, burada qeydiyyatla bağlı olmayıb, mənzilə hüquqlarının pozulmasından danışılır. Tikilinin dağıdılmasından neçə müddət ərzində həmin şəxslər evsiz-eşiksiz qalıblar və bunun da səbəbi inzibati orqan kimi Gəncə şəhər İH olmuşdur. İndi isə məhkəmə deyir ki, iddiaçıların polis orqanlarına qeydiyyatla bağlı müraciət etmələri mümkündür. Ancaq məhkəmə bilməlidir ki, verilmiş iddia tələbləri mənzilə olan hörmət hüququnun pozulması, mənzil hüququnun kobud pozulması və digər konstitusion hüquqlara əhəmiyyət vermədən Dövlət orqan ı iddiaçıların hüquqlarını pozub və bu da 7 ildir ki, davam etmədədir. Buna görə də mülkiyyətçi olmayan, digər iddiaçılara münasibətdə də işə baxmış məhkəmə düzgün mövqe seçməmiş, ancaq dövlətin maraqlarının təmin olunması istiqamətində işlər görməklə məşğul olmuşdur.
69. Mülkiyyətçiyə münasibətdə apellyasiya şikayəti üzrə iddia tələblərinin tam təmin olunmaması Konvensiyanın qeyd olunan normasının kobud pozuntusunu özündə əks etdirmişdir.
70. Apellyasiya şikayəti üzrə iddia tələblərinin tam təmin olunmaması təkcə ölkə daxili qanunvericilik normalarının pozulmasını deyil, həmçinin “Əsas insan hüquqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş hər kəsin evinə hörmət olunması hüququnun pozulduğunu şərtləndirir. Eləcə də həmin maddənin 2- ci hissəsində də nəzərdə tutulmuş heç bir fövqəladə hadisə belə baş verməmişdir ki, cavabdeh orqan bu müdaxiləni etsin. Sadəcə, Dövlətin adından çıxış edən cavabdeh inzibati orqan bu pozuntunu törətmişdir. Cavabdehin qanunsuz və hüquqi əsasları olmayan hərəkətləri həmçinin “Əsas insan hüquqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsini də pozmuşdur. Belə ki, cavabdeh orqan imkan verməmişdir ki, həm mülkiyyətçi, həm də həmin yaşayış sahəsinə aidiyyəti olan digər iddiaçılar sərbəst və heç bir maneə olmadan öz fikirlərini bildirsinlər, yaşayış sahəsinə hüquqlarının olduğunu qeyd etməklə, müvafiq danışıqlara başlasınlar. Bunların heç biri baş tutmamış və imkan verilməmişdir (şərait yaradılmamışdır). Cavabdeh orqan çox gözəl bilirdi ki, hər hansı bir danışıql arın olması həm mülkiyyətçinin, həm də orada yaşayan digər iddiaçıların tələbləri ilə qarşılanacağından, bu pozuntunu etmişdir. b) cavabdehin kassasiya şikayətinin dəlilləri
71. Hazırkı işdə cavabdehin hər hansı qanunsuz hərəkətlərindən söz gedə bilməz, çünki bu işlər təsdiq edilmiş Dövlət proqramı çərçivəsində aparılmış və vətəndaşlara ayrılmış vəsaitə uyğun olaraq yeni ərazidən evlər tikilib təhvil verilmişdir.
72. Birinci instansiya məhkəməsi qərarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığını nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir.
73. Məhkəmə işi tam və hərtərəfli araşdırmamış, işə yalnız iddiaçının təqdim etdiyi sənədlərə istinadən baxaraq qərar qəbul et mişdir. Halbuki evlərin köçürülməsi işlərinin Dövlət proqramına uyğun olaraq aparılması və bu işlərə görə dövlət büdcəsindən vəsaitin ayrılması məsələsi araşdırılmamış, qərarda buna münasibət bildirilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
74. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahis ə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) y eni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
75. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər mümkün hesab edilmişdir.
76. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman proses sual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
79. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətrafl ı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
80. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi mənzilin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıdılması nəticəsində vurulmuş (dəymiş) 183 000 (bir yüz səksən üç min) manat kompensasiyasının ödənilməsindən ibarət olmuş, torpaq sahəsinə dair maddi ziyanın ödənilməsi tələb olunmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında da iddiaçının vəkili izahatında iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud olmadığından bu cür tələbin irəli sürülmədiyini bildirmişdir.
81. Buna görə də, torpaq sahəsi ilə bağlı iddiaçının şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
82. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi möv qeyinə istinadla düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. Başqa sözlə, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt olan qiymət götürülməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə təqdim edilən əmlakın qiymətləndirilməsinə dair rəylərdən iddiaçının hüquqi marağını daha çox təmin edən rəy nəzərə alınmalı və həmin rəyə uyğun olaraq maddi zərərin məbləği müəyyən edilməlidir.
83. Apellyasiya instansiyası məhkəməsi mü əyyən etmişdir ki, iş materiallarında olan qeydiyyat vəsiqəsində iddiaçının 26.2 m² sahə üzərində hüquqları dövlət reyestrində qeydə alınsa da, təqdim olunmuş texniki pasporta əsasən fərdi yaşayış evinin ümumi sahəsi 134,5 m² müəyyən edilmişdir və həmin sahəyə 26.2 m² də daxil olmaqla, məhz iddiaçı tərəfindən inşa edilməsi təkzibedilməzdir.
84. Apellyasiya instansiyası məhkəməsi bu qənaətdən çıxış edərək və qiymətləndirmə rəylərini nəzərə alaraq, iddia tələbinin maddi zərərlə bağlı hissəsini qismən əsaslı hesab etməklə, İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə dair vurulmuş zərərin dəyərini alınma dövrünə uyğun olaraq 71.400 manat məbləğində müəyyən etmişdir.
85. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərə rlə bağlı hissəsində haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi işin hallarına uyğundur.
86. Cavabdehin şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında səbəbli əlaqənin olduğu mübahisələndirilməli deyil.
87. Cavabdehin kompensasiya təklifinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıya təklif olunan yaşayış sahəsi maddi ziyanın əvəzi kimi qəbul edilə bilməz. Belə ki, həmin yaşayış sahəsi üzrə sənədləşmənin natamamlığı, dövlət reyestrində iddiaçının hüquqlarının qeydiyyata alınmasının mümkünsüzlüyü, həmin əmlakın qeydiyyatdan keçməməsi onun real olaraq mövcudluğunu şübhə altına alır. Başqa sözlə, təklif edilən yaşayış sahəsi üzərində hüquqların realizə edilməsinin mümkünlüyü ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alınması qanuna müvafiq hesab edilə bilməz.
88. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
89. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-15/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.