Məhkəmə qərarları › İş №2-1(102)-1622/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1622/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1622/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialına qarşı “ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(103)-296/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx xxxxx 1965-ci ildə anadan olmuşdur.

2. İddiaçı 04 oktyabr 2006-cı ildə X2 xaric olunmuşdur.

3. İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir.

4. Cavabdeh 04 avqust 2023-cü il tarixli məktubla müraciətin təmin edil məsindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 04 oktyabr 2006-cı il tarixdən pensiya təyin edilməsini, təminat xərclərinin 68 faiz həcmində hesablanmasının və təminat xərclərinin artım məbləğinin hər il üçün 3% əlavənin hesablanmasının və yaranacaq fərqin 04 oktyabr 2006-cı il tarixdən 04 oktyabr 2019-cu il tarixədək hesablanmasının və birdəfəlik ödənilməsi vəzifəsini cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini x ahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 il 5 ay 1 gün Azərbaycan Respublikası Daxili İşlər orqanlarında baş serjant vəzifəsində xidmət etmişdir. 24 mart 2022-cı il tarixdən xidmət müddəti 26 il 5 ay 1 gün olmaqla pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən geriyə 3 ili, yəni 24 mart 2019-cu ildən pensiya ödənişi əlavə ödənilmişdir. Əslində ona 04 oktyabr 2006-cı ildən pensiya təyin olunmalı idi. Odur ki, ona ödənilməmiş 12 il 6 ay, yəni 04 oktyabr 2006-cı ildən 04 oktyabr 2019-cu il tarixə qədər pensiyasının ödənilməsini, təminat xərclərinin 68 faiz həcmində hesablanmasını və təminat xərclərinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla pensiyasının hesablanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə mür aciət etmişdir. Həmin İdarə cavab məktubunda ödənişlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənildiyini bildirmişdir. Təyin olunmuş pensiyanın düzgün hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 20 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Həmin şöbə 3-17- 1/2-T176340/23 saylı, 04 avqust 2023-cü il tarixli cavab məktubu ilə pensiyasının müəyyən vaxtlarda hesablanmasını göstərsə də, hesab edir ki, onun iş fəaliyyəti ilə bağlı pensiyası düzgün hesablanmayıb. Hesab edir ki, sosial təminat hüququ pozulur. Əslində onun kifayət qədər sığorta stajı olduğu halda, (26 il 5 ay 1 gün) ona 4 oktyabr 2006-cı il tarixdən pensiya təyin olunmalı idi və pensiyası 01 iyul 2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hesablanmalı idi. Yəni təminat xərcləri 68 faiz həcmində hesablanmalı və təminat xərclərinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi. 01 iyul 2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1 maddəsinə əsasən hərbi xidmətidən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) təminat xərclərinin 68 faiz həcmində hesablanmalı və təminat xərclərinin artım məbləğinin hər il üçün 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı idi.

7. Cavabdeh Azər baycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli qərardadı ilə, iddia cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayılmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2024 nömrəli, 15 may 2024-cü il tarixlin qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən h esablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 % miqdarında əlavə olunmaqla hesablanır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddiaçının ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

11. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(103)-296/2025 nömrəli qərarı ilə (hakimlər X4 (məruzəçi), X1 və X3) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3611/2024 nömrəli, 15 may 2024-cü il tarixlin qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək İddiaçı əmək pensiyasının 20 ildən yuxarı olan xidmət illərinin hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) təminat xərcliyinin 3 faizi miqdarında əlavə nəzərə alınmaqla yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ilkin müraciət tarixindən geriyə 3 il üçün (xx.xx.2019-cu il tarixdən) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir: Birinci instansiya məhkəməsi hazırkı inzibati mübahisənin hansı zaman mərhələsində qüvvədə olmuş maddi hüquq normaları üzrə həll edilməli olması (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında, həmin maddənin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələr in yenidən hesablanması Qaydası” ilə) məsələsinə diqqət yetirməmişdir. Pensiya işi materiallarından görünür ki, iddiaçıya əmək pensiyası 25 fevral 2022-ci il tarixli məlumat vərəqəsi nəzərə alınmaqla təyin edilsə də, onun pensiya hüququ xx.xx.2006-cı ildə X2 xaric edildiyi andan, yəni “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan norması qüvvədə olan zamanı yaranmışdır. Belə ki, iddiaçı xidmətdən xaric olunduğu vaxt Daxili İşlər Nazirliyinin məlumatına əsasən ona təqvimi hesablama ilə - 19 il, 03 ay, 07 gün, imtiyazlı hesablama ilə - 26 il, 04 ay, 29 gün xidmət müddəti hesablanmışdır. 2021-ci ilin iyul ayında iddiaçının müraciətinə əsasən ona pensiya təyin olunma məsələsinə yenidən baxılmış və onun xidmət müddəti təqvimi hesablama ilə - 21 il, 04 ay, 01 gün, imtiyazlı hesablama ilə - 26 il, 05 ay, 01 gün olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş və “Əmək pensiyaları haqqında” Qanunun 32.11-ci maddəsinə əsasən ona son üç il nəzərə alınmaqla pensiya təyin edilmişdir. Göründüyü kimi DİN-in 25 fevral 2022-ci il tarixli, 45 nömrəli məlumat vərəqəsində onun xidmət müddətinin təqvimi hesablama ilə - 21 il, 04 ay, 01 gün, imtiyazlı hesablama ilə - 26 il, 05 ay, 01 gün olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının pensiya hüququ faktiki olaraq 2006-cı ildən yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla hesablama həyata keçirilməlidir. Lakin işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”-nın 2.5-ci bəndinə istinad edilərək, iddiaçının pensiyasının artım faizi 62,83 faiz olmaqla yenidən hesablanmışdır. Halbuki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi baxımınd an, həmin “Qayda” hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq olunaraq, onun xidmət ilinin 20 ildən artıq hər ili üçün təminat xərcliyinin 2 faizindən əlavə hesablaması yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun pensiya hesablanması həyata keçirilən zamanı natamam ildəki iş stajı aylarının da hesablanması ilə bağlı nüans vurğulanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasında sözügedən qayda müəyyən edilməsə də, əslində bununla bağlı hər hansı bir qadağada olmamış, sadəcə olaraq boşluq mövcud olmuşdur. Bununla belə, qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin, 01 iyul 2017ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında həmin boşluq aradan qaldırılaraq, maddənin yeni redaksiyasına “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” müddəası əlavə edilmişdir ki, burada yenə də Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə müraciət edilməsi zərurəti yaranır. Belə ki, yuxarıda artıq göstərildiyi həmin maddənin Vİİ hissəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilən halda, iddiaçının natamam ildəki iş stajının, yəni 5 ay 1 gün müddətinin hesablanmasına (“Əmək pensiyaları haqqında” qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasında olan mətn üzrə) münasibətdə, Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində müəyyən edilmiş normativ hüquqi aktların “fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran” müddəası tətbiq edilməlidir”.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixədək olan redaksiyasına istinad edərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Məhkəmə qərar qəbul e dərkən maddi hüquq normalarının tələblərini nəzərə almamışlar. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublik ası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir;... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensi yaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqd arında əlavə olunmaqla ((10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir).

19. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir.)... 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbl əğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gü n müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Hazırki iş üzrə iddiaçı nın tələbi ona 04 oktyabr 2006-cı il tarixdən pensiya təyin edilməsi, təminat xərclərinin 68 faiz həcmində hesablanması və təminat xərclərinin artım məbləğinin hər il üçün 3% əlavənin hesablanması və yaranacaq fərqin 04 oktyabr 2006-cı il tarixdən 04 oktyabr 2019-cu il tarixədək hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması ilə bağlıdır

24. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin qanunvericiliyin müddəalarına zidd hesab etsə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini 20 ildən yuxarı xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla hesablanmalı olması hissəsində əsaslı hesab etmişdir.

25. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın maddi hüquq normalarına zidd olduğunu bildirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.

27. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

28. Əvvəla qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin xx.xx.2024-cü il tarixədək olan redaksiyasına əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş h ərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvimili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi; 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. 29. xx.xx.2017-ci il tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla - hərbi xidmətdən buraxılanadək 20 təqvimli və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, - yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara - 55 faizi, - 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında müəyyən edilir.

30. Həmçinin, Azərbaycan Respub likası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tamolmadıqda isə natamamildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (3 il) hər ili üçün 2 faiz tətb iq edilməklə (3x2) təminat xərcliyinin 6 faizi; -natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1,66 faizi.

31. Fərman Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli 1903 nömrəli Fərmanı ilə ləğv edilmiş və bu fərman 2023-cü il 1 yanvardan qüvvəyə minmişdir. 2023-cü il 1 yanvar tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində qeyd olunan şərtlərlə pensiya təyin olunan şəxslərə münasibətdə sonrakı artımlar hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində onların əmək pensiyasına əlavə olunaraq yenidən hesablanır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 68%-i miqdarında müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (62,83%) həmin tarixdən əvvəlki təminat xərcliyinin 68%-i həcmində müəyyən edilmişdir.

33. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində nəzərdə tutulmuşdu ki, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olar aq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2% miqdarında əlavə olunmaqla hesablanır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən normaları düzgün təhlil etməyərək iddianın təmin edilməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir.

34. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin onun arzu etdiyi qaydada ödənilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh inzibati orqan tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apelyas iya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 21(103)-296/2025 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar