Məhkəmə qərarları › İş №2-1(102)-1623/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1623/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1623/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı mən zilin texniki inventarlaşdırılmasının aparılması və mənzilə dair sxemin tərtib edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1760/2021 saylı, 6 iyul 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə Ali Məhkəmənin binasında şifahi dinləmə keçirilmədən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət olan mənzilə texniki inventarlaşdırılmasının keçirilməsi və mənzilə dair sxemin tərtib olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2021 saylı 6 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkü n sayılmamışdır.

3. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün hesab edilərək Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1760/2021 saylı 22 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3938/2021 saylı 06 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək dövlət hesabına vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işləmir və pensiya almır.

6. Bakı Apelyasiya Məhkəməsinin İnzib ati kollegiyasının 6 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır.

7. Apelyasiya məhkəməsi ərizəni rədd etməsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbinin mümkünsüz sayılmasına səbəb iddiaçının eyni tələblə, eyni inzibati orqana qarşı qaldırdığı iddia üzrə Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)6852/2020 nömrəli iddianın mümkün sayılmaması barədə qərardadının olmasıdır. Həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli, 21(103)692/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qərardadda müəyyən olan halları nəzərə almadan təkrar eyni inzibati orqana qarşı eyni predmet və eyni əsasla məhkəmədə iddia qaldırmışdır.

8. İddiaçı 8 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edi lərək vəkillə təmin olunma barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

9. İddiaçı faktiki olaraq işsizdir, vəkillə müqavilə bağlamağa imkanı yoxdur, maddi imkanı olmadığına görə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsinə ehtiyac vardır. Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

11. Mülki Prosessual Məcəllə: Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi işti rakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə 20.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13. “Ünv anlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 1.0.5 və 1.0.6. Aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Kasasiya şikayətinin mümkü nlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

17. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

18. Yuxarıda sadalanan normaların təhlili göstərir ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə şəxsin bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik m üavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır.

19. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı bildirir ki, iddiaçının başqa tələbləri üzrə kasasiya şikayəti tərtib edilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizələri təmin edilmişdir.

20. Hazırkı işin iddiaçının digər tələblərindən fərqli xüsusiyyəti ondadır ki, hazırkı iddia tələbinin mümkünsüz sayılmasına səbəb iddiaçının eyni tələblə, eyni inzibati orqana qarşı qaldırdığı iddia üzrə Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 21(112)6852/2020 nömrəli iddianın mümkün sayılmaması barədə qərardadının olmasıdır. Həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli, 21(103)-692/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı q ərardadda müəyyən olan halları nəzərə almadan təkrar eyni inzibati orqana qarşı eyni predmet və eyni əsasla məhkəmədə iddia qaldırmışdır.

21. Odur ki, hazırkı işdə iddiaçının kasasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsinin məqsədə müvafiq olmaması barədə apelyasiya məhkəməsinin mövqeyini əsaslı sayan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1760/2021 saylı, 6 iyul 2021-ci il tarixli qərardadı dəyişdi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar