Məhkəmə qərarları › İş №2-1(102)-1623/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1623/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1623/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.09.2023 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X16) qarşı “əlilliyin təyin edilməs” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-7/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2011-ci ildə ilk dəfə əlillik təyin edilmişdir. 2. xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə iddiaçının əlilliyi uzadılmışdır. xx.xx.2016-cı il tarixdə iddiaçının ikinci dərəcə əlilliyi beş il müddətinə uzadılmış və xx.xx.2021-ci il tarixdə əlillik müddəti başa çatmışdır.

3. İddiaçıya əlilliyin təyin edilməsi üçün Sabirabad rayon Mərkəzi Xəstəxanasının iddiaçı barəsində tərtib edilmiş 0311003AAQ4Z nöm rəli Göndərişi (Forma 88) cavabdeh inzibati orqana göndərilmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinalar edilmişdir. İmtinalara səbəb – “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə əlavə müalicə təyin edilir. Diaqnoz dəqiqləşdirilsin.”; “Göndərişin natamam doldurulması Səbəb: Köməkçi diaqnostik müayinələr yetərli deyil. Spirometriya müayinəsi”; “Göndərişin natamam doldurulması - Səbəb: 2009-cu ildən xəstə olmasına baxmayaraq stasionar müalicələr haqqında məlumat yoxdur. Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb müəssisəsində (Elmi Tədqiqat X1) müayinə tövsiyə olunur.”; “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin. ”; “Göndərişin natamam doldurulması Səbəb: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.”; “Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin əsas diaqnozu və ağırlaşmaları dəqiqləşdirilsin və F88 TSER Alt Sistemə yerləşdirilsin.”; “Diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.”; “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin dinamikası ətraflı qeyd edilsin.” – olmuşdur. 5. 2021-ci ilin may ayında məhkəmə qərarı əsasında cavabdeh iddiaçını müayinə etmiş və ona əsas xəstəlik kimi “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə, yanaşı xəstəliklər kimi “Xroniki bronxit, kəskinləşmə mərhələsində. Keçirilmiş vərəm dən sonrakı qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində (XBT-10 üzrə kod: J42, B90.9)” diaqnozu qoyulmuşdur. Lakin növbəti dəfə ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2011-ci il tarixdə Elmi Tədqiqat X1 tərəfindən “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində, əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 30 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb-Ekspertizası Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə ona ikinci dərəcə əlillik təyin edilmişdir. O, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərdə müvafiq tibbi ekspertiza müayinələrindən keçmiş, onun xx.xx.2021-ci il tarixə kimi ikinci dərəcə əlilliyi təsdiq edilmişdir. Əlillik dərəcəsinin müddətinin 10 il tamam olması, həmçinin növbəti və sonuncu müayinə müddəti çatdığı üçün xx.xx.2021-ci il tarixli elektron göndərişlə cavabdeh inzibati orqana müraciət e tmiş, lakin ona əsassız, formal imtina cavabları verilmişdir. O, dəfələrlə müayinə olunmuş, stasionar və ambulator müalicələr almış, lakin səhhətində müsbət dəyişikliklər olmamış, müalicələr nəticəsiz qalmışdır. Məhkəmə qərarına əsasən cavabdeh inzibati orqanda xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə əyani müayinədə olmuş, ondan tələb olunan xəstəlik sənədlərinin əsillərini həmin orqana təqdim etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli göndərişi ilə Elmi Tədqiqat X1nda əyani müayinədə olmuş və ona əsas xəstəlik kimi “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə, yanaşı xəstəliklər kimi “Xroniki bronxit, kəskinləşmə mərhələsində. Keçirilmiş vərəmdən s onrakı qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində (XBT-10 üzrə kod: J42, B90.9)” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqanın formal imtinalarında göstərilən köməkçi diaqnostik müayinələrdən, o cümlədən spirometriya müayinələrindən keçmiş, ixtisaslaşmış dövlət tibb müəssisəsində, yəni Elmi Tədqiqat X1nda ətraflı müayinə olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh inzibati orqan tərəfindən onun hazırkı vəziyyəti barədə ixtisaslı həkim rəyinin səthi yazıldığı əsas gətirilərək ona müddətsiz ikinci dərəcə əlillik təyin edilməmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-640/2022 nömrəli, 9 avqust 2022-ci il tarixli qərarı ilə (hakim H.Nəcəfov) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, işdə olan 06 iyun 2022-ci il tarixli ekspertiza rəyinə əsasən İddiaçı s əhhətində mövcud olan xəstəliklər ona (iddiaçıya) əlilliyin təyin olunmasına əsas vermir. Məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmiş, tədqiq edilmiş ekspert rəyinə əsasən müayinə edilmiş şəxs kimi İddiaçı vəziyyətində dəyişiklik (ağırlaşma) olduğu halda, yeni göndərişlə əlilliyin təyin olunması məsələsinə baxıla bilər. Məhkəmə belə nəticəyə gəlmişdir ki, «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5-ci bəndinin tələbləri baxımından da İddiaçı tibb müəssisəsinin göndərişi üzrə əlilliyin təyinatı yolverilən deyil.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr tarixli qərardadı ilə İddiaçı cavabdehə qarşı ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Sabirabad rayon X4 Hüquqi Şəxsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və aşağıdakı suallara cavab verməklə mütəxəssis rəyin verilməsi tapşırılmışdır. 1. xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı (ş/v AA*******) üzərində aparılmış əyani müayinələrin nəticələri əsasında təyin olunmuş diaqnoza, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə qeyd edilən diaqnoza əsasən İddiaçı əlilliy in təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hansı bəndinə uyğundur, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hansı bəndinə uyğun olmuşdur?

2. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundurmu və ya aparılmış müayinələrin nəticələri İddiaçı müvafiq diaqnozun təyin olunması üçün kifayət edirmi?

3. Mütəxəssis rəyi tərtib edilərkən aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı sağlamlıq vəziyyətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, onun orqanizminin funksiyalarının pozulmasının klinik funksional xüsusiyyətləri əsaslandırılsın.

4. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin öz səlahiyyətinə (sərəncamına) buraxılsın.

12. İşdə olan “Elmi Tədqiqat X1” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, PHŞ/6.91-2-2022-435 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, vətəndaş İ ddiaçı xəstəliyinin hazırkı vəziyyətinin ağırlıq dərəcəsini qiymətləndirmək məqsədilə təkrar müayinədən keçməsi üçün “Elmi Tədqiqat X1” X17 (ETAXİ) dəvət edildi, lakin o təkrar müayinədən imtina etdi. Bu səbəbdən onun ambulator kitabçasında (№12012) olan məlumatlara əsaslanaraq rəy hazırlanmışdır. Kitabçaya əsasən xəstə ilk dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixində ETAXİ-də spirometriya müayinəsindən keçmişdir. Müayinənin nəticəsi: Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu (FVC-22%, FEV1-24%). Xəstə növbəti dəfə Dövlət Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin xx.xx.2021-ci il tarixli göndərişi ilə tam müayinə və tibbi rəy üçün ETAXİ-yə gəlmişdir. Xəstə müayinələrdən keçib və xəstəyə həkim baxışı o lmuşdur. Xəstəyə “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit kəskinləşmə mərhələsi. Keçirilmiş vərəmdən sonra qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində” diaqnoz qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilən suallara cavab olaraq bildirilir ki,

1. Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasına ünvanlamaq məqsədə uyğundur.

2. Xəstənin anamnezi, fizikal, instrumental müayinələrinin nəticəsinə əsasən təyin olunmuş “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit kəskinləşmə mərhələsi. Keçirilmiş vərəmdən sonra qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində” diaqnozu kifayət edir. Xəstə ETAX İdə yalnız ambulator olaraq müayinələrdən keçmiş və daimi olaraq “Seretide. 250/50 mg” diskindən istifadəsi məsləhət görülmüşdür. Nəzərə alsaq ki, bronxial astma xroniki, tez-tez kəskinləşən patologiya olduğundan bu xəstəyə daima həkim müayinəsi və müşahidəsi tələb olunur. Xəstənin keçdiyi spirometriya müayinələrinin nəticəsinə əsasən xəstəliyin orta ağır, tez-tez kəskinləşmə fazasında olması xəstənin həyat keyfiyyətini aşağı salmasına dəlalət edir.

13. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X14 həkimi X6 ifadə verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, o, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkimidir. O, həkim kimi iddiaçının müayinəsində və müalicəsində iştirak etmişdir. İddiaçının əvvəlcə “Ağciyərin fibroz vərəmi” xəstəliyi olmuş, aldığı müalicələrlə həmin xəstəliyi qismən sağalmış, lakin həmin xəstəlik nəticəsində iddiaçının ağciyəri zədələndiyindən onda “Qarışıq astma” xəstəliyi yaranmışdır. Belə ki, daxili işlər orqanlarında xidmət keçdiyi dövrdə iddiaçıda “Ağciyərin fibroz vərəmi” xəstəliyi müəyyən edilmişdir. İddiaçının şikayətləri bəlğəmli öskürək, təngnəfəslik, baş ağrıları və baş gicəllənməsi, tez əsəbləşmə ilə əlaqədar olmuşdur. İddiaçı təhkim olunduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasında xx.xx.2010-cu il tarixdə müayinə olunmuş və ona “Sol tərəfli ocaqlı vərəm” diaqnozu qoyulmuşdur. Diaqnozu dəqiqləşdirmək üçün iddiaçı Elmi Tədqiqat X1nda müayinə olunmuşdur. İddiaçı xx.xx.2010-cu il tarix dən xx.xx.2011- ci il tarixədək Sabirabad rayon Ağciyər Xəstəxanasında “Sol ağciyərin ocaqlı vərəmi, infiltrasiya və sağa səpələnmə fazada. Xroniki diffuz endobronxit, boğulma tutmaları ilə” diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı xx.xx.2011-ci il tarixdə Elmi Tədqiqat X1nda yenidən müayinədən keçmiş və ona “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. İddiaçı uzun müddət xəstəliklə əlaqədar işə çıxmamışdır. Obyektiv müayinənin məlumatları, o cümlədən xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və sair) nəticələri nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi Xüsusi Həkim K omissiyası qeyd edilən diaqnozu təsdiqləyərək iddiaçının xəstəliyi daxili işlər orqanlarında xidmət keçmə dövründə alması və xidmətə yararsız olması barədə qərar qəbul etmiş və bununla əlaqədar iddiaçıya daxili işlər orqanlarında xidmətə yararsızlıqla əlaqədar xəstəlik haqqında şəhadətnamə təqdim etmişdir. İddiaçının daxili işlər orqanlarında xidmət keçmə dövründə yaranmış xəstəliyi ilə əlaqədar 2011-ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun bir illik müddətinə ikinci qrup əlilliyi müəyyən edilmiş, daha sonra 2016-cı ilə qədər ikinci qrup əlilliyi hər il bir il müddətinə uzadılmışdır. xx.xx.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyi daha 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdı r. Bu qeyd edilənlər işdə olan sənədlərlə mübahisəsiz olaraq öz təsdiqini tapır. İddiaçı xəstələndiyi ilk günlərdən hal-hazıradək Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzarətində olmuş, müayinələri və müalicələri davam etdirilmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə əlaqədar 2021-ci ilin fevral ayında iddiaçıya “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyularaq bu barədə müvafiq göndəriş Sabirabad Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən həkimməsləhət komissiyası tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edil ərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X7 ötürülmüş, lakin əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi, iddiaçının xəstəliyi ilə əlaqədar müvafiq göndərişlər təkrarən xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X7 ötürülmüş, lakin müxtəlif səbəblərdən imtinalar verilmişdir. İmtin alara səbəb – “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə - əlavə müalicə təyin edilir. Diaqnoz dəqiqləşdirilsin.”; “Göndərişin natamam doldurulması Səbəb: Köməkçi diaqnostik müayinələr yetərli deyil. Spirometriya müayinəsi”; “Göndərişin natamam doldurulması - Səbəb: 2009-cu ildən xəstə olmasına baxmayaraq stasionar müalicələr haqqında məlumat yoxdur. Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb müəssisəsində (Elmi Tədqiqat X1) müayinə tövsiyə olunur.”; “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.”; “Göndərişin natamam doldurulması Səbəb: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.”; “Göndərişi n natamam doldurulması - Səbəb: Xəstənin əsas diaqnozu və ağırlaşmaları dəqiqləşdirilsin və F88 TSER Alt Sistemə yerləşdirilsin.”; “Diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.”; “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin dinamikası ətraflı qeyd edilsin.” – olmuşdur. İddiaçı 2021-ci ilə qədər, həmçinin 2021-ci ildə əlilliyin müəyyən edilməsi üçün kifayət edəcək qədər Sabirabad Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur (həm ambulator, həm stasionar), daim həkim nəzarətində olmuş, həmçinin diaqnozunun dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış xəstəxanaya, yəni Elmi Tədqiqat X1na göndərilmişdir. Elmi Tədqiqat X1 tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya əsas xəstəlik kimi “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J4 5.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə, yanaşı xəstəliklər kimi “Xroniki bronxit, kəskinləşmə mərhələsində. Keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində (XBT-10 üzrə kod: J42, B90.9)” diaqnozu ilə ambulator kartadan çıxarış verilmişdir. Həmçinin iş materiallarında olan sənədlərə əsasən iddiaçının anamnezi, fizikal, instrumental müayinələrinin nəticəsi onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olmasının təsdiq edilməsi üçün kifayət edir. İddiaçının “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.” diaqnozu qoyulmuş əsas xəstəliyi olan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyi bir dəfə aparılan müayinə ilə, yəni bir dəfəy ə müəyyən ediləsi xəstəlik deyildir. İldə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan bu xəstəlik müəyyən müddət ərzində həkim nəzarəti altında müayinə və müalicələrin həyata keçirilməsi nəticəsində müəyyən edilə bilər. “Qarışıq tipli kəskin (əhəmiyyətli) ventilyasiya pozğunluğu” ilə “kəskin tənəffüs çatışmazlığı” eyni anlayışlardır. İddiaçının xəstəliyi ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunmasaydı ixtisaslaşmış xəstəxana olan Elmi Tədqiqat X1 tərəfindən ona “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə diaqnozu qoyulmazdı. Başqa sözlə, həmin əlamətlər olmadan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xə stəliyi təsdiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçıda tənəffüs çatışmazlığı sözügedən diaqnozu qoymaq üçün tələb olunan ikinci dərəcədən daha yüksək üçüncü dərəcədir. İddiaçıya təyin olunan sözügedən diaqnoz xronikidir və tez-tez kəskinləşən patalogiya olduğundan Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona təyin olunan dərman preparatları ilə hər ay təmin olunur. Hazırda iddiaçının vəziyyəti ağır və tez-tez kəskinləşmə fazasında olduğundan onun həyat keyfiyyəti aşağıdır.

14. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 məhkəmə-tibb eksperti X2 ifadə verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, onun əlilliyi müəyyən etmək səlahiyyəti yoxdur, əlill iyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspertləri müəyyən edir. O, məhkəmə-tibb eksperti kimi xəstəliyi, onun diaqnozunu müəyyən edir. İş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X5” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T230/2022 nömrəli ekspert rəyi məhkəmə-tibb eksperti kimi o, yəni X2 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X3 tərəfindən tərtib edilmişdir. Həmin rəy verilən zaman hesab etmişdirlər ki, iddiaçının xəstəliyi ilə əlaqədar dövlət səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişlərdə olan diaqnozun dəqiqləşdirilməsi üçün iddiaçı ixtisaslaşmış səhiyyə müəssisəsində, yəni Elmi Tədqiqat X1nda əlavə müayinə və müalicə olunmalıdır. Çünki, iddiaçının “Bronxial astma, qarışıq forma, nəzarət olu nmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.” diaqnozu qoyulmuş əsas xəstəliyi olan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyi bir dəfə aparılan müayinə ilə, yəni bir dəfəyə müəyyən ediləsi xəstəlik deyildir. İldə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan bu xəstəlik müəyyən müddət ərzində həkim nəzarəti altında müayinə və müalicələrin həyata keçirilməsi nəticəsində müəyyən edilə bilər. Hazırda iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı uzun müddət Sabirabad Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Həmçinin iddiaçı 2 dəfə ayrı-ayrı vaxtlarda ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat X1nda müayinə olunmuş və onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olması müəyyən edilmişdir. Həmçinin iddiaçının ayrı-ayrı vaxtlarda keçirilmiş spirometriya müayinəsinin nəticəsində “Qarışıq tipli kəskin (əhəmiyyətli) ventilyasiya pozğunluğu”nun müəyyən edilməsi iddiaçının xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olmasını təsdiqləyir. “Qarışıq tipli kəskin (əhəmiyyətli) ventilyasiya pozğunluğu” ilə “kəskin tənəffüs çatışmazlığı” eyni anlayışlardır. İddiaçının xəstəliyi ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunmasaydı ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat X1 tərəfindən ona “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə diaqnozu qoyula bilməzdi. Başqa sözlə, həmin əlamətlər olma dan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyi təsdiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçıda tənəffüs çatışmazlığı sözügedən diaqnozu qoymaq üçün tələb olunan ikinci dərəcədən daha yüksək üçüncü dərəcədir. X10 X1 tərəfindən iddiaçının əsas xəstəliyinin ağırlaşması halları, yanaşı xəstəlikləri müəyyənləşdirilmişdir. İş materiallarında olan sənədlərə əsasən iddiaçının anamnezi, fizikal, instrumental müayinələrinin nəticəsi onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT10 üzrə kod: J45.8) olmasının təsdiq edilməsi üçün kifayət edir.

15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-7/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, O.N.İsmayılov və S.F.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, bi rinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

16. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, məhkəmə araşdırması nəticəsində iş materialları ilə iddiaçının əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olması öz təsdiqini tapmışdır. İddiaçının əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci və 2.2.3-cü bəndlərinə ə sasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9, J35-J37.1, J41.0-J70.9, J84-J86.9, J91-J95.8) olduğu halda şəxsə ikinci dərəcə əlillik təyin edilir. Həmçinin iddiaçı 2011-2021-ci illərdə fasiləsiz ikinci dərəcə əlil olmuşdur. Belə olan halda, iddiaçıya əlilliyinin növbəti qiymətləndirmə tarixindən, yəni xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. C avabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixli son göndəriş əsasında Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baxılmış və Diaqnozun mətni: Qarışıq astma, Nəzarət edilməyən kəskin ventilyasiya pozğunluğu, İİİ-dərəcəli tənəffüs çatışmamazlığı.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin dinamikasi ətraflı qeyd olunsun.” səbəbi ilə imtina verilmişdir.

19. Göründüyü kimi, İddiaçı “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin dinamikasi ətraflı qeyd olunsun.” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçıya verilən imtinanın səbəbindən aydın olur ki, cavabdeh orqan natamam doldurulma ilə bağlı olaraq lazım olan sənədləri düzgün doldurulduğu halda ona uyğun əlil lik dərəcəsi də verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Aydın şəkildə görünür ki, cavabdeh orqan imtinada anlaşılan bir şəkildə göndərilən göndərişin düzgün tərtib edilməməsini iddiaçının diqqətinə çatdırmışdır. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməsindən haqlı olaraq imtina edilmişdir.

20. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən X18dir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sos ial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.

21. İş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçı barədə göndəriş yenidən qiymətləndirilərkən iddiaçının xəstəliyinin əlilliyin təmin edilməsi üçün əsaslı olmaması səbəbindən müəyyən edilməmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

22. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

23. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Niza mnaməsinin 3.1.2., 3.2.5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cıi bəndinə, Mülki Prosessual Məcəllənin 417. l, 417.1.4., 417.2., 418.1 və İPM-in 90.1, 96.9-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə

38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

26. İnzibati icraat haqqında Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılı qlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyi bsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tə nəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8);

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

28. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdi yi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçin in tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. X15 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sənədlərlə mütəxəssis rəyi və şah id ifadələri ilə müəyyən etmişdir ki, iddiaçının əvvəlcə “Ağciyərin fibroz vərəmi” xəstəliyi olmuş, aldığı müalicələrlə həmin xəstəliyi qismən sağalmış, lakin həmin xəstəlik nəticəsində iddiaçının ağciyəri zədələndiyindən onda “Qarışıq astma” xəstəliyi yaranmışdır. Belə ki, daxili işlər orqanlarında xidmət keçdiyi dövrdə iddiaçıda “Ağciyərin fibroz vərəmi” xəstəliyi müəyyən edilmişdir. İddiaçının şikayətləri bəlğəmli öskürək, təngnəfəslik, baş ağrıları və baş gicəllənməsi, tez əsəbləşmə ilə əlaqədar olmuşdur. İddiaçı təhkim olunduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasında xx.xx.2010-cu il tarixdə müayinə olunmuş və ona “Sol tərəfli ocaqlı vərəm” diaqnozu qoyulmuşdur. Diaqnozu dəqiqləşdirmək üçün iddiaçı Elmi Tədqiqat X1nda müayinə olunmuşdur. İddiaçı xx.x x.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Sabirabad rayon Ağciyər Xəstəxanasında “Sol ağciyərin ocaqlı vərəmi, infiltrasiya və sağa səpələnmə fazada. Xroniki diffuz endobronxit, boğulma tutmaları ilə” diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı xx.xx.2011-ci il tarixdə Elmi Tədqiqat X1nda yenidən müayinədən keçmiş və ona “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və sair) nəticələri nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi Xüsusi Həkim Komissiyası qeyd edilən diaqnozu təsdiqləyərək iddiaçının xəstəliyi daxili işlər or qanlarında xidmət keçmə, dövründə alması və xidmətə yararsız olması barədə qərar qəbul etmiş və iddiaçıya daxili işlər orqanlarında xidmətə yararsızlıqla əlaqədar təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş xəstəlik haqqında şəhadətnamə təqdim etmişdir. İddiaçının daxili işlər orqanlarında xidmət keçmə dövründə yaranmış xəstəliyi ilə əlaqədar 2011-ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun bir illik müddətinə ikinci qrup əlilliyi müəyyən edilmiş, daha sonra 2016-cı ilə qədər ikinci qrup əlilliyi hər il bir il müddətinə uzadılmışdır. xx.xx.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyi daha 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır.

36. Əlillik müddətinin bitməsi ilə əlaqəd ar 2021-ci ildə dövlət səhiyyə müəssisəsi tərəfindən iddiaçıya “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu, daha sonra isə ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat X1 tərəfindən verilmiş iddiaçının dəqiqləşdirilmiş diaqnozuna dair ambulator kitabçadan çıxarış əsasında “Qarışıq astma, nəzarət edilməyən kəskin ventilyasiya pozğunluğu, üçüncü dərəcə tənəffüs çatışmazlığı” diaqnozu qoyularaq bu barədə müvafiq göndərişlər 7 dəfə “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspe rtiza və X7 ötürülmüş, lakin hər dəfə cavabdeh tərəfindən müxtəlif səbəblər göstərilərək iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.

37. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, inzibati orqan kimi cavabdeh ilk imtinaların səbəblərini tam aydın şəkildə göstərilməli idi ki, süründürməçiliyə səbəb olmasın, məlumatları göndərən dövlət səhiyyə müəssisəsinin vəzifəli şəxsi hansı texniki səhvlərə yol verməsini ilkin imtinalardan görsün, texniki səhvlərini aradan qaldırsın, əlilliyin təyin edilməsi üçün müraciət edən şəxsin müayinə və müalicəsi ilə əlaqədar bütün tədbirlərini görsün. 2021-ci ildə dövlət səhiyyə müəssisəsi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X7 ötürülmüş göndərişlərdə texniki yanlışlıqların olmasında iddiaçının heç bir təqsiri yoxdur.

38. İşin hallarından da, görünür ki, Bakı İnzibati Məhkəməsi tərəfindən əlillik dərəcəsinin təyin edilməsinə dair iddiaçının müraciəti ilə əlaqədar inzibati icraatın cavabdeh tərəfindən davam etdirilməsi ilə əlaqədar qərar qəbul edildikdən sonra iddiaçı barədə dövlət səhiyyə müəssisəsinin göndərişlərinə bir neçə dəfə müxtəlif səbəblərdən yenidən imtina verilmiş, iddiaçı xəstəliyi ilə əlaqədar ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat X1nda 2 dəfə müayinə olunmuş, nəhayət, xx.xx.2021-ci il tarixdə iddiaçı müraciəti əsasında cavabdeh tərəfindən əyani müayinə olunmuşdur. Əyani müayinənin nəticəsi olaraq iddiaçıya sağlamlıq vəziyyətinin aydınlaşdırılması üçün X13 müayinə edilməsi bildirilmişdir. Lakin iddiaçının 2 dəfə ixtisaslaşmış səhiyyə müəssisəsində, yəni Elmi Tədqiqat X1nda müayinə olunmasına baxmayaraq onun hansı səbəbdən X13 müayinə edilməli olması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır.

39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iş materialları və şahid ifadələri ilə iddiaçının əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olması öz təsdiqini tapmışdır. İddiaçının əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 və 2.2.3-cü bəndlərinə əsasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9, J35-J37.1, J41.0-J70.9, J84-J86.9, J91-J95.8) olduğu halda şəxsə ikinci dərəcə əlillik təyin edilir. Həmçinin iddiaçı 2011-2021-ci illərdə fasiləsiz ikinci dərəcə əlil olmuşdur. Belə olan halda, iddiaçıya əlilliyinin növbəti qiymətləndirmə tarixindən, yəni xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir.

40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisə yə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-7/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar