Məhkəmə qərarları › İş №2-1(102)-1623/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1623/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1623/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli, 21(105)-50/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. № ******* saylı Rusiya Federasiyası pasportunun surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyası vətəndaşıdır.

2. AZ-İ №395821 saylı, 18 may 2021-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı X3dur.

3. Xİ-МЮ №709265 saylı, 07 oktyabr 2021-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 10 noyabr 1997-ci il təvə llüdlü İddiaçı atası Azərbaycan Respublikası vətəndaşı X7, anası X2.

4. AZ-İ №738314 saylı, 13 mart 2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 13 may 2015-ci ildə ölmüşdür.

5. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu aşkar edilmişdir.

6. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş K/511 saylı, 30 avqust 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, BMT QAK-ın himayəsin də olan Sabina Karginovaya (himayə sənədi № ***-*******3) Dövlət Miqrasiya Xidməti tərəfindən 20 aprel 2021-ci il tarixindən 01 may 2025-ci il tarixinədək ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilərək, xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci i l tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Doğumu Rusiya Federasiyası, Moskva şəhəri, X1 X4 Lyublin Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə 363 nömrəli aktla qeydə alınaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sonradan doğum haqqında şəhadətnaməsini itirdiyi üçün xx.xx.2005-ci il tarixdə İİ-MYU (İİ-MİO) seriyalı, 820738 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. X6 Maqomedovna xx.xx.1975-ci il tarixdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının Vedeno rayonunda anadan olub. Anası Rusiya Federasiyasının vətəndaşıdır, hazırda ünvan 1 ünvanında yaşayır, heç yerdə işləmir. X3 xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olub. Atası Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat edib. Atası Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün o, valideynləri və bacı-qardaşı ilə birlikdə müxtəlif vaxtlarda Azərbaycana gəlib-getmişdir. 2007-ci ildə isə daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir, həmin vaxtdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. O, doğulan zaman valideynləri nikahda olmadığı üçün və o, doğum haqqında şəhadətnamə ilə təmin edilən zaman atalıq müəyyən edilmədiyindən onun doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası barədə məlumat qeyd edilməmişdi. xx.xx.2019-cu il tarixdə o, atalığın tanınması faktının müəyyən edilməsi tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəsini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7629/2021 saylı iş üzrə xx.xx.2020-ci il ta rixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə həmin qətnamə əsasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı, 395821 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bundan sonra onun doğum haqqında akt qeydində dəyişikliklər edilməsi və həmin dəyişiklilər əsasında ona doğum haqqında yeni şəhadətnamə verilməsi üçün Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Rusiya Federasiyası, Moskva şəhəri X1 X4 Lyublin Şöbəsinə sorğu göndərilmişdir. Həmin sorğu əsasında onun doğumu haqqında akt qeydində dəyişiklik edilmiş və o, xx.xx.2021-ci il tarixdə Xİ-MYU (Х1-МЮ) seriyalı, 709265 nömrəli doğum haqqında yeni şəhadətnamə ilə təmin edilmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidməti onun digər ölkə vətəndaşlığını təsdiq edən sənədə malik olduğunu əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü bəndlərinə istinad etməklə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin tanınmaması barədə” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərar (həmin qərar ona rəsmi qaydada 6 saylı Bakı ASAN Xidmət Mərkəzində xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir) qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasi ya Xidmətinin cavabı əsassız və qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur.

9. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırlma aparılmış onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə müvafiq inzibati akt qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1997ci ildə Rusiya Federasiyasında anadan omuş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bu səbəbdən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra şəxs vətəndaşlıq əldə etməklə bağlı SMX-yə müraciət edə bilər. (Bunun üçün sözügedən şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı ASAN xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısının həmin Xidmətdən və ya migration.gov.az saytından əldə edə bilər). Şəxs DMX-nın araşdırmasına qədər RF vətəndaşı olmuş (şəxs vətəndaşsızlıq halında olmamışdır). Bu da onu deməyə əsas verir ki, şəxsin AR vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir (Konvensiyanın 4-1-ci hissəsinə əsasən razılığa gələn dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxslərə həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətənd aşlığı olubsa – verir.) Bundan başqa inzibati icraat zamanı şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.10cu bəndində nəzərdə tutulan sənədi də (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim etməmişdir. Şəxs əvvəllər RF pasportu ilə olduğu yer üzrə qeydiyyatla bağlı DMX-ya müraciət etmiş, onun müraciəti təmin edilmişdir. Qanunvericilik vətəndaş lıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. DMX qanunvericiliklə müəyyən edilmiş çərçivədə qeyd olunan şəxsə münasibətdə işin hallarını araşdırmış və müvafiq inzibati akt qəbul etmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) xx.xx.2023-cü il tarixli, 21(118)-640/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbləri əsassız, cavabdeh inzibati orqanın imtinası isə əsaslı olmuşdur. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İş materiallarında olan iddiaçıya məxsus Xİ-МЮ № 709265 saylı, 07 oktyabr 2021-ci il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 10 noyabr 1997-ci il təvəllüdlü İddiaçı atası Azərbaycan Respublikası vətəndaşı X7, anası X2. İddiaçı Federasiyasında doğulmuşdur və hal-hazırda Rusiya Federasiyası vətəndaşıdır və xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı yoxdur. Cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə olan halda müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yoxdur, buna görə də cavabdehin idiaçıya verdiyi imtina əsaslı olmuş, onun hüquqlarının pozulmasına səbəb olmamışdır.

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər G.İ.Cabbarova (sədrlik edən), Z.İ.Məmmədov və H.Ç.Babayeva) 6 fevral 2024-cü il tarixli, 2-1(105)-50/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

16. Kassasiya şikayəti iddia ərizəsinə u yğun əsaslandırılmışdır.

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun: Maddə

5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə

18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınma qla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası” 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avq ust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir..... 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayə tlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüq uq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəm əsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir.

27. İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, həmin ölkədə doğumu qeydə alınaraq, bu barədə şəhadətnamə verilmişdir (Xİ-МЮ №709265). Hazırda da Rusiya Federasiyasının vətəndaşıdır (Rusiya Federasiyasının Pasportu 51№6772681).

28. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşa yaraq qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. 29. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

30. Hazırkı iş üzrə işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı xx.xx.1997-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş və Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığın a mənsubiyyəti tanınmamalıdır. Belə ki, sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina üçün əsasdır.

31. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində qeyd etdiyi Rusiya Federasiyasında doğulduğu üçün həmin ölkənin vətəndaşı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının Rusiya Federasiyasında doğulması faktı onun məhz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməli olması anlamına gəlmir. Başqa sözlə, iddiaçı Rusiya Federasiyasının vətəndaşlığını məcburi deyil, könüllü şəkildə qəbul etmiş və bu hal-hazırda da davam etməkdədir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2-1(105)-50/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar