Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1624/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Abdulnasir oğlu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Abdulnasir oğlunun (xx.xx.1988-ci il təvəllüdlü; Rusiya Federasiyası vətəndaşı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 21(106)-24/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Astara rayon Şahağac sovxoz yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli iclas protokoluna əsasən, vətəndaşların fak tiki istifadəsində olan həyətyanı torpaq sahələrinin müəyyən edilib özəlləşdirilməsi qərara alınmışdır.
2. Astara Rayon Aqrar İslahat Komissiyasının 3 mart 1998-ci il tarixli 12 nömrəli iclas protokoluna əsasən, Astara rayon Şahağac yerli aqrar islahat komissiyası üzrə (Şahağac kəndi) kompleks yerquruluşu layihəsinin hazırlanması və torpaq payı almaq hüququna malik subyektlərə payların müvafiq qaydada ayrılması barədə rayon torpaq şöbəsinin müdiri, rayon aqrar islahat komissiyasının üzvü V.Qasımovun məlumatı nəzərə alınmaqla layihənin təsdiq edilməsi, Şahağac kəndində torpaq islahatının həyata keçirilməsi və bununla əlaqədar pay almaq hüququna malik subyektlərin müvafiq paylarla təmin edilməsi barədə yerli aqrar islahat komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli iclas protokolu nun qərarının təsdiq edilməsi qərara alınmışdır. 3. 15 dekabr 2006-cı il tarixdə verilmiş JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, iddiaçıya Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə 0.66 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
4. İddiaçı həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********21 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN 1229A nömrəli şəhadətnamə ilə İddiaçı Abdulnasir oğlunun tam mülkiyyətinə verilmiş Astara rayonu, Şahağacı kənd ərazisində yerləşən 0.66 ha həyətyanı torpaq sahəsinə dair əvvəllər yaranmış h üquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları araşdırılmış və müəyyən edilmişdir ki, ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN 1229A nömrəli şəhadətnamədə iddiaçıya 0.66 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmasına baxmayaraq, ləğv edilmiş DT və XK-nin təqdim etdiyi mövcud DWG (xəritə) və DBF (siyahı) baza məlumatlarında həmin torpaq sahəsinin ümumi ölçüsünün 0.06 ha olması və digər şəxsin adına qeydə alınması göstərilmişdir. Belə ki, təqdim olunmuş sənəd üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında uyğunsuzluğun yarandığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, JN 1229A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Astara rayon Aqrar İslahat Komissiyasının 3 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə 0.66 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə göstərilmişdir ki, şəhadətnamə iki nüsxədə tərtib edilib və 1092 nömrə ilə kitabda qeydə alınmışdır. Mülkiyyətinə verilmiş həmin torpaq sahəsini o, hasara almış, özünə ev tikmişdir və iyirmi ildən artıq müddətdir ki, həmin evdə yaşayır. Öz evini və torpaq sahəsini qeydə aldırmaq istədiyi üçün 27 noyabr 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 4 dekabr 2019-cu il tarixdə **********21 nömrəli məktubla onun nümayəndəsi X3 cavab məktubu yazmış və torpağın qeydə alınmasından imtina etmişdir. Cavabdeh xəritə və siyahıda həmin torpaq sahəsinin baza məlumatlarının olmamasını, torpaq sahəsinin ölçüsünün 006 ha olmasını və digər şəxsə məxsus olduğunu göstərir. Əgər ona dövlət tərəfindən təsdiq olunmuş və Torpaq Komitəsinin kitabında qeydə alındığı göstərilən şəhadətnamə verilibsə, o, həmin torpaq sahəsini hasara alıb özünə ev tikmişsə və bu uzun illər ərzində heç kim həmin torpağın ona məxsus olması barədə bir iddia irəli sürməmişsə, bu onun təqsiri deyil. Torpağı verən orqan həmin torpağı xəritəyə salmalı və siyahıya almalı idi. Bu komitənin vəzifəsi idi. Əgər torpaq komitəsi öz vəzifəsini yerinə yetirməyibsə, onda həmin vəzifəni, onun hüquqi varisi olan cavabdeh yerinə yetirməli və həmin torpağı xəritəyə və siyahıya əlavə etməlidir.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması ərazi idarəsinin imkanları xaricindədir. Belə ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-1229A nömrəli şəhadətnamə ilə hazırkı iş üzrə iddiaçıya ayrıldığı ehtimal edilən 0.66 ha torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar iddia ərizəsində qeyd olunanlarla mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatları arasında uyğunsuzluq vardır. Qeyd olunan JN-1229 nömrəli “Şəhadətnamə” mövcud DBF (siyahı) məlumatlarında hazırkı iş üzrə iddiaçı şəxsin adına deyil, d igər vətəndaş X4 adına tərtib olunmuşdur və hüquqmüəyyənedici sənəddə iddia ərizəsində qeyd olunduğu kimi ümumilikdə torpaq sahəsinin ölçüsü 0.66 ha deyil, reallıqda 0.06 ha həyətyanı torpaq sahəsi kimi həmin şəxsin tam mülkiyyətinə verilmişdir və bu barədə, DWG (xəritə) məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Eyni zamanda, X4 adına verilmiş JN-1229 nömrəli “Şəhadətnamə” barədə şəhadətnamələrin qeydiyyatı kitabında qeyd aparılmamış və həmin şəhadətnamənin arxiv nüsxəsi aşkarlanmamışdır. Lakin hazırki iş üzrə iddiaçı şəxsin adına isə ümumiyyətlə mövcud arxiv və baza məlumatlarında hər hansı bir qeydiyyat aparılmamışdır.
9. Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərardadı iş üzrə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
10. Şirvan İnzibati Məhkəməs inin 27 fevral 2020-ci il tarixli, 2-1(120)-490/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. 11. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 018/Mİ/21 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddiaçının xüsusi mülkiyyətinə verilmiş Astara rayonu, Şahağac kəndində yerləşən 0.66 ha torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən olunmuş, sözügedən torpaq sahəsinin hüquqi statusu – iddiaçıya məxsus JN-1229A, Kod 80112018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tam mülkiyyətidir və şəhadətnamədə göstərilən formada və ölçüdə tam şəkildə iddiaçının istifadəsindədir. Cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubunda sözügedən torpaq sahəsinin DBF(siyahı) baza məlumatlarında 0.06 ha olması və digər vət əndaşın adında olması göstərilmişdir. Lakin araşdırmaların əsasında digər vətəndaşın adı və torpaq sahəsinin onun adına olması haqqında əsas arxiv sənədlərində aşkar olunmamışdır. Həmin torpaq sahəsi hal-hazırda 0.66 ha olmaqla, iddiaçının istifadəsindədir və 3 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. 2011-ci ilin ortofoto görüntüsündə sözügedən 0.66 ha torpaq sahəsini və fərdi yaşayış evini müşahidə etmək olur. Qeyd edilən torpaq sahəsi digər mülkiyyətçilərə məxsus olan qonşu torpaq sahələri ilə üst-üstə düşmür.
12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/301 nömrəli ekspert rəyində "xxxx" MMC-nin mütəxəssis rəyinə istinad edilmiş və hazırkı qərarın 11-ci bəndində sadalanan hallar göstərilmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.
13. Şirvan İnzibati Məhkəməsinin (hakim O.N.İsmayılov) 21 sentyabr 2021-ci il tarixli, 2-1(120)-38/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş 0.66 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə JN-1229A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan JN-1229 nömrəli “Şəhadətnamə” mövcud DBF (siyahı) məlumatlarında hazırkı iş üzrə iddiaçı şəxsin adına deyil, digər vətəndaş X4 adına tərtib olunmuşdur və həmin hüquqmüəyyənedici sənədlə 0.06 ha həyətyanı torpaq sahəsi onun tam mülkiyyətinə verilmişdir. Bu barədə, DWG (xəritə) məlumatlarında aidiyyəti qeydlər aparılmışdır. Lakin hazırkı iş üzrə iddiaçı şəxsin adına isə ümumiyyətlə mövcud arxiv və baza məlumatlarında hər hansı bir qeydiyyat aparılmamışdır. Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatda olan iddiaçının 0.66 ha torpaq sahəsi olmadığından təsərrüfatbaşı kitabda heç bir müvafiq qeydiyyat aparılmamışdır. Məhkəmənin qənaətinə görə, JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnam ə” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilməz. Belə ki, həmin şəhadətnamə xx.xx.2006-cı il tarixdə tərtib edilib. Halbuki, qanunvericiliyin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Başqa sözlə, iddiaçıya şəhadətnamə verilməsinə dair mövcud arxiv və baza məlumatlarında hər hansı bir qeydiyyat aparılmamış, aqrar islahat aparılan zaman onun qanuni istifadəsində torpaq sahəsinin olması müəyyən edilməmişdir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Şirvan Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, Z.A.Zeynalov və Z.M.Allahyarov) xx.xx.2022-ci il tarixli, 2-1(106)-31/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(120)-38/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, X.S.Məmmədov və S.Ə.Kərimov) xx.xx.2022-ci il tarixli, 2-1(102)-1604/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(106)-31/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin hal hazırda qüvvədə olması, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv, etibarsız hesab edilməsi məhkəmə tərəfindən yoxlanılmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini yoxlamamış, iddiaçıya məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin üçüncü şəxs Q.Səmədovun mülki yyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə səlahiyyətli dövlət orqanının əsaslandırılmış rəyini, torpaq sahəsinin Q.Səmədovun mülkiyyətində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədləri almamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. İş təkrar apellyasiya baxışına qaytarıldıqdan sonra məhkəmə sorğusuna cavab olaraq cavabdehin 20 fevral 2023-cü il tarixli, 3-21-3-43/2-421/2023 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonu Şahağacı kəndi üzrə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında siyahı üzrə sonuncu mülkiyyətçi olaraq X4 adına hüquqmüəyyənedici sənəd olaraq torpağın mülkiyyətə verilməsinə dair JN-1229 nömrəli şəhadətnamə üzrə 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmasına dair müvafiq qeyd aparılmışdır və hal-hazırda qüvvədədir. Lak in həmin hüquqmüəyyənedici sənədin arxiv nüsxəsi Ərazi İdarəsində saxlanılan arxiv statuslu sənədlərin sırasında aşkarlanmamışdır. Mülkiyyətçi olaraq hazırkı sorğuda barəsində qeyd olunan iddiaçının adına torpaq sahəsi ayrılması barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında hər hansı bir qeyd aparılmamış, habelə onun adına tərtib olunduğu ehtimal edilən JN-1229A nömrəli şəhadətnamənin arxiv nüsxəsi mövcud deyildir, daşınmaz əmlakın dövlət reyestrində hüquqmüəyyənedici sənəd qismində həmin şəhadətnamə barədə heç bir məlumat aşkarlanmamışdır. Habelə, islahatın müvafiq qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədlər tərtib olunarkən yaş həddinə məhdudiyyət qoyulmadan ayrı-ayrılıqda vətəndaşın və onun ailə üzvləri barədə müvafiq icra hakimiyyəti nin təqdim etdiyi siyahı əsas götürülmüşdür.
22. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.T.Əhmədov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və C.F.İmanov) 21 fevral 2023-cü il tarixli, 2-1(106)-24/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(120)-38/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada hüququ müəyyən edilmir. Belə ki, iddiaçının həmin torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İddiaçının adına tər tib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də istinad edilən Astara rayon Aqrar İslahat Komissiyasının 3 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilmədiyi müəyyən edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə müvafiq ilkin qərarla verilmiş mülkiyyət hüququnu özündə əks etdirən hüquqi sənəddir. Müvafiq ilkin qərarla, yəni Astara rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə torpaq sahəsi verilmədiyindən onun adına tərtib edilmiş JN-1229A (kod ********) nömrəli şəhadətnamə də hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1229A (kod ********) nömrəli şəhadətnamə mötəbər sənəd hesab edilmədiyindən iddiaçının söz ügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas ola bilməz.
24. Apellyasiya instansiyası məhkəməsi 15 mart 2021-ci il tarixli 10/301 nömrəli ekspert rəyinə münasibətdə isə qeyd etmişdir ki, ekspert sözügedən torpaq sahəsinə dair elektron baza məlumatları olmadan, müqayisəli tədqiqat aparmadan, sadəcə mütəxəssis rəyinə istinad edərək rəy vermişdir. Mütəxəssis rəyi isə iddiaçının adına tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1229A (kod ********) nömrəli mübahisəli şəhadətnamə əsasında verilmişdir. Bu səbəbdən həmin ekspert və mütəxəssis rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz.
25. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı 29 fevral 1988-ci ildə Rusiya Federasiyasının Leninqra d vilayətinin Kinqisepp şəhərində doğulmuşdur, hal-hazırda da Rusiya Federasiyasının vətəndaşıdır və heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığından torpaq islahatı zamanı onun xüsusi mülkiyyətinə torpaq sahəsi verilə bilməzdi.
26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
27. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd edir ki, ona məxsus JN-1229 A (Kod********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qüvvədədir, hər hansı bir qurum və ya məhkə mə tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Həmin şəhadətnamənin qüvvədə olması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun hüququn qeydə alınması üçün əsasdır. Bununla bağlı sənədlər və sübutlar iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı tam araşdırmamışdır. İddiaçı kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.12-ci maddəsinə istinad edir.
28. İddiaçının təqdim etdiyi kassasiya şikayətinə əlavədə işin hallarına istinad edilərək göstərilmişdir ki, 2006-cı ilədək torpaq sahələri üzərində daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət qurumu tərəfindən iddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” təqdim edilmişdir ki, həmin şəhadətnamənin verilməsinə əsas ol an sənədləri özündə saxlamaq iddiaçının vəzifəsi deyil, arxiv sənədlərini qorumaq və saxlamaq vəzifəsi iddiaçıya şəhadətnamə təqdim edən dövlət qurumunun səlahiyyətlərinə aid olan məsələdir. Cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi şəhadətnamənin məhkəmə qaydasında etibarsızlığı, ləğv edilməsi və ya dəyişdirilməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, belə bir sübutun mövcudluğu məhkəmə araşdırmasında müəyyən edilməmişdir.
29. İddiaçıya məxsus şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin hal-hazırda qüvvədə olması, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv, etibarsız hesab edilməsi məhkəmə tərəfindən yoxlanılmamışdır. İddiaçıya məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qüvvədə olması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanu nun tələbinə görə hüququn qeydə alınması üçün əsas ola bilər. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini tam yoxlamamış, iddiaçıya məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən torpaq sahəsinin üçüncü şəxs Qalib Səmədovun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə səlahiyyətli dövlət orqanının əsaslandırılmış rəyini, torpaq sahəsinin Qalib Səmədovun mülkiyyətində olmasını təsdiq edən hüquqmüəyyənedici sənədləri almamışdır.
30. İnzibati orqan yalnız formal əsaslarla iddiaçıya imtina cavabı verməklə kifayətlənmiş, cavabdehin dediyi kimi, üçüncü şəxsə məxsus 0.06 hektar torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud olsa belə, ən azından qalan 0.60 hektar torpaq sahəsinə onun hüququnun qeydiyyatının aparılması halı araşdırılmalı idi. Bundan əlavə, iddiaçının tələbinin əsası işdə olan həm mütəxəssis, həm də ekspert rəyi ilə tam təsdiq edildiyi halda, məhkəmələr həmin rəyləri ümumiyyətlə sübut kimi nəzərə almamışlar.
31. İddiaçı kassasiya şikayətinə əlavədə atası X1 şəxsi hesabına təsərrüfatının xüsusi mülkiyyətində 1997-ci ildə tikilmiş yaşayış sahəsi 120 kv.metr olan fərdi yaşayış evinin və 0.06 hektar həyətyanı torpaq sahəsinin mövcud olduğunu göstərmişdir.
32. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 8.0.5-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinin 5-ci abzasına, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə və İPM-nin 14.2, 62 və 64.1-ci maddələrinə istinad edərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etir azın dəlilləri:
33. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
10. Hüquqların dövl ət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxa rışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunv ericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 35. “Daşınmaz ə mlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanı:
4. Müəyyən edilsin ki:... 4.2. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:... 4.2.9. 8.0.12-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. 36. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
4. Torpaqların xüsusi mülkiyyətə və istifadəyə verilməsi Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xa rici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Ka ssasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 9 8.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyas iya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Kassasiya şikayətinin əsas dəlillərindən biri işin hallarının apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamasından ibarətdir. Belə ki, iddiaçı k assasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.12-ci maddəsinə, kassasiya şikayətinə əlavədə isə 8.0.5-ci maddəsinə istinad edərək bildirir ki, onun adına verilmiş JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” qüvvədədir, hər hansı bir qurum və ya məhkəmə tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. 46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab ol unur.
47. İşin hallarından göründüyü kimi, iddiaçının təqdim etdiyi JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ona 15 dekabr 2006-cı il tarixdə verilmişdir. Belə olan halda, hazırkı iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində göstərilən əsasın mövcud olması öz təsdiqini tapmamışdır.
48. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.12-ci maddəsində qeyd olunan “müvafiq icra hakimiyyəti” orqanı dedikdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsi) nəzərdə tutulur.
49. İddiaçının təqdim etdiyi JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyə tə verilməsinə dair şəhadətnamə” Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmədiyindən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.12-ci maddəsinin tətbiqi üçün də əsas hesab edilə bilməz.
50. İddiaçının istinad etdiyi JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin müəyyən edilməsi ilə bağlı aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və müəyyən edilmişdir ki, həmin şəhadətnamədə istinad edilən Astara rayon Aqrar İslahat Komissiyasının 3 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə torpaq sahəsi verilməmiş, onun adına ümumiyyətlə mövcud arxiv və baza məlumatlarında hər hansı bir qeydiyyat aparılmamışdır.
51. Göstə rilənlərin əksinə olaraq, JN-1229 nömrəli şəhadətnamə mövcud DBF (siyahı) məlumatlarına əsasən üçüncü şəxs X4 adına tərtib olunmuş, torpaq sahəsinin ölçüsü 0.06 ha qeyd edilmiş və bu barədə, DWG (xəritə) məlumatlarında aidiyyəti qeydlər aparılmışdır.
52. Bundan başqa, iş materiallarında (cild 2, iş vərəqə 97-98) olan iddiaçının ərizəsindən və doğum haqqında şəhadətnaməsindən müəyyən edilir ki, iddiaçı 29 fevral 1988-ci ildə Rusiya Federasiyası Leninqrad vilayətinin Kinqisepp şəhərində anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. O, heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamışdır.
53. Hazırkı qərarın 36-cı bəndində qeyd edilən maddi hüquq normasına əsasən, iddiaçı heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmadığından torpaq islahatı zamanı ona torpaq sahəsi ayrıla b ilməzdi. Bu hal, Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşı kitabında iddiaçının adına heç bir müvafiq qeydiyyatın aparılmaması ilə də öz təsdiqini tapır.
54. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin mötəbərliyi öz təsdiqini tapmadığından, habelə həmin şəhadətnamədə qeyd edilən Astara rayon Aqrar İslahat Komissiyasının 3 mart 1998-ci il tarixli 12 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə torpaq sahəsi verilmədiyindən, həmin şəhadətnamə əsasında tərtib edilmiş mütəxəssis və ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
55. Bundan başqa, iddiaçı kassasiya şikayətinə əlavədə Astara rayonun Şahağacı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 2001-2005-ci illərin təsərrüfatbaşına kitablarına əsasən 16 saylı kitabın 1282 nömrəli şəxsi hesabında atası X2 təsərrüfatının xüsusi mülkiyyətində 1997-ci ildə tikilmiş yaşayış sahəsi 120 kv.m olan fərdi yaşayış evinin və 0.06 hektar həyətyanı torpaq sahəsinin qeyd edildiyini göstərsə də, həmin faktlar hazırkı işin həlli üçün heç bir əhəmiyyət daşımır. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi qeyd etdiyi JN-1229A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də belə, onun adı tək yazılmış, ailə üzvü kimi atası göstərilməmişdir.
56. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş fakti ki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2-1(106)-24/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.