Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1625/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “alqı-satqı müqavi ləsinin bağlanmış hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2-1(103)-2010/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 5 mart 2007-ci il tarixli 2689/İİİ41-A/İİ-31 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin tam, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin apellyasiya şikayətinin isə qismən təmin edilməsi; Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 1-ci instansiya qaydasında çıxarmış olduğu 26 oktyabr 1999-cu il tarixli 2256/3-203 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılması, i ddiaçı "xxxx" kiçik müəssisəsinin iddiasının rədd edilməsi; İddiaçı qarşılıqlı iddiasının təmin edilməsi: Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti 101 saylı binada yerləşən birmərtəbəli 823,9 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" kiçik müəssisəsinə satılması haqqında (həmin sahənin) 000394 saylı xx.xx.2000-ci il tarixli şəhadətnamə; X1 haqqında (həmin sahənin) 002080 saylı xx.xx.2004-cü il tarixli şəhadətnamələr üzrə müvafiq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətlərlə qaytarılmaqla alqı-satqı müqavilələri və şəhadətnamələrin verilməsi üzrə xərclərinin hər birinin müvafiq olaraq digər tərəfə ödənilməsi; Dövlət büdcəsinə ödənilmiş pulların Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən qaytarılması (bu qətnamə və əlaqədar ödəmə sənədləri p ulun qaytarılması üçün əsasdır); Bakı şəhəri, Nərimanov rayonu, sabiq Moskva prospekti, hazırda Heydər Əliyev prospekti 101-ci ünvandakı birinci mərtəbədə yerləşən 823,9 kv.m metr qeyri1yaşayış sahəsinin X10 X7 adına özəlləşdirilməsi vəzifəsinin DƏİE üzrə Dövlət Komitəsinə həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. İş üzrə xx.xx.2007-ci il tarixli icra vərəqəsi verilmişdir.
2. Xətai rayon məhkəmə icraçıları şöbəsinin icraatında olan AR İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi “Məhkəmə Qərarlarının İcrası Haqqında” AR Qanununun 70-ci maddəsinə əsasən icra olunmadan geri qaytarılmışdır.
3. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ünvanlan mış xx.xx.2008-ci il tarixli 2689/İİİ-41-A-31 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı iş üzrə 05 mart 2007-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən birmərtəbəli 823.9 kv. metr qeyri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir. Qeyd edilən qətnamə və xx.xx.2007-ci il tarixli icra vərəqəsi icra olunması üçün xx.xx.2007-ci il tarixdə Komitəyə göndərilsə də qətnamənin icrası təmin olunmamışdır. xx.xx.2007-ci il tarixli eyni məzmunlu məktublarına heç bir cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 saylı iş üzrə 05 mart 2007-ci il tarixli q ətnamənin surəti təkrarən Komitəyə göndərilərək icranın nəticəsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
4. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən sahələr üzrə faktiki ölçüsü 825 kv. metr (ərazinin ümumi torpaq sahəsi 1967,3 kv. metr, ümumi tikinti altı sahə 947.8 kv.metr) olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına xx.xx.2008-ci il tarixdə 000457 nömrəli Texniki pasport tərtib olunmuşdur.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən sahələr üzrə faktiki ölçüsü 825 kv. metr (ərazinin ümumi torpaq sahəs i 1967,3 kv. metr, ümumi tikinti altı sahə 947.8 kv.metr) olan qeyri-yaşayış sahəsinin əmlakın özəlləşdirilməsini xahiş etmişdir.
6. Cavabdeh 5 may 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, bu əmlakın özəlləşdirilməsi iddiaçıya təklif olunmuş, lakin bu təklifə müsbət cavab verilmədiyi üçün xx.xx.2012-ci il tarixdən həmin əmlakın iddiaçıya satılması ilə bağlı sərəncam ona aid hissədə ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 17 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 5 mart 2007-ci il tarixli, 2689/İİİ-41A/İİ-31 saylı q anuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, iddiaçının adına özəlləşdirilməsi üçün tərtib olunmuş xx.xx.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41 -A/İİ- 31 №li qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, sabiq Moskva prospekti, hazırda Heydər Əliyev prospekti 101-ci ünvanındakı birinci mərtəbədə yerləşən 823.9 kv. metr qe yri-yaşayış sahəsinin İddiaçı adına özəlləşdirilməsi vəzifəsinin Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmiş və xx.xx.2007- ci il tarixli icra vərəqəsi qəbul edilmişdir. Bu qətnamə əsasında xx.xx.2008-ci il tarixli, 000 457 №-li müəssisə və obyektin daşınmaz əmlakının texniki pasportu tərtib edilmiş, lakin iddiaçı BEYSİF icarəçi qismində göstərilmiş, qeyd olunan qeyri-yaşayış sahəsi iddiaçının adına özəlləşdirilməmişdir. Bu texniki pasportun sonuncu səhifəsində onun hazırlanması üçün əsas olan sənədlərdə də məhz yuxarıda qeyd olunan qətnamə göstərilmişdir. Qətnamənin düzgün şəkildə icra olunaraq müvafiq əmlakın özəlləşdirilməsi üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə müraciət olunmuş, c avabdehin xx.xx.2021-ci il tarixli, **********37 №- li cavab məktubu ilə bildirilmişdir ki, bu əmlakın özəlləşdirilməsi iddiaçıya təklif olunmuş, lakin bu təklifə müsbət cavab verilmədiyi üçün xx.xx.2012-ci il tarixdən həmin əmlakın iddiaçıya satılması ilə bağlı sərəncam ona aid hissədə ləğv edilmişdir. Halbuki, cavabdeh tərəfindən bu barədə hər hansı təklif olunmamış, iddiaçıya bu barədə hər hansı məlumat verilməmiş, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tələblərini kobud surətdə pozaraq özbaşına qeyd olunan əmlakın satılmasını deyil, icarəyə verilməsini rəsmiləşdirmişdir. Çünki məhkəmə qətnaməsi cavabdehə qeyd olunan əmlakın icarəyə verilməsi daha sonra isə özəlləşdirilməsi vəzifəsi qoymamış, birbaşa əmlakın özəlləşdirilməsini tələb etmişdir. Cavabdeh isə hansısa məlum olma yan əsasa görə əmlakı iddiaçıya icarəyə verilməsi kimi rəsmiləşdirmişdir. Əslində isə cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi qaydalarını” rəhbər tutaraq buna uyğun olaraq əmlakın iddiaçının mülkiyyətinə keçməsini rəhbər tutmalı idi.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı "xxxx" kiçik müəssisəsi cavabdeh Dövlət Əmlak Komitəsinə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış binasının onun adına özəlləşdiri lməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış binası “Tural-4" kiçik müəssisəsinə satılmış və həmin müəssisəyə xx.xx.2000-ci il tarixli, 000019 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra İddiaçı İqtisad Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin məhkəmənin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, xx.xx.1999-cu il tarixli qətnamə ləğv edilmiş, "xxxx" kiçik müəssisəsinin iddiası rədd edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (indiki Heydər Əliyev) prospekti 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış sahəsinin "xxxx" Kiçik Müəssisəsi tərəfindən özəlləşdirilməsinə və daha sonra digər şəxslərə satılmasına dair şəhadətnamələr və müqavilələr etibarsız hesab edilmiş, qeyd edilən əmlakın İddiaçı adına özəlləşdirilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 61 nömrəli Sərəncamı ilə xx.xx.2007-ci il tarixli qətnamənin icrası ilə əlaqədar olaraq "Tural-4” kiçik müəssisəsi ilə bağlanılmış alqı-satqı müqaviləsi ləğv edilmiş və qeyd edilən qeyri-yaşayış sahəsinin yenidən özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Döv lət Komitəsi ilə İddiaçı arasında qeyd edilən qeyri-yaşayış sahəsinə dair əvvəlcə xx.xx.2008-ci il tarixli, 7360 nömrəli icarə müqaviləsi bağlanmışdır. Daha sonra iddiaçı tərəfindən icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin onun tərəfindən alqı-satqı müqaviləsi imzalanmamış və dəyərinin ödənilməsi təmin edilməmişdir. İddiaçı əmlakın dəyərini ödəmədiyinə görə əmlak onun mülkiyyətinə keçməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan qeyri-yaşayış sahəsi satın alınması üçün Azərbaycan Respublikası İddiaçına təklif olunmuşdur. Beləliklə, ƏMDK tərəfindən mübahisəli əmlakın özəlləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş vəzifələr yerinə yetirilmiş, la kin iddiaçının hərəkətsizliyi səbəbindən özəlləşdirmə həyata keçirilməmişdir. İddiaçı Azərbaycan Respublikası İddiaçı ƏMDX tərəfindən onun hüquqlarını pozan qərar qəbul edildiyini və ya hərəkətə (hərəkətsizliyə) yol verildiyini sübut edə bilməmiş, Xidmətə qarşı əsassız tələblər irəli sürmüşdür.
10. Daha sonra cavabdeh məhkəməyə təqdim etdiyi **********36 saylı 24 fevral 2022-ci il tarixli iddia tələbinə dair yazılı etirazda əlavə olaraq göstərmişdir ki, iddiaçı icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etmiş, qeyd olunan müraciət nəzərə alınaraq Komitənin xx.xx.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan əmlak özəlləşdirilməsi üçün iddiaçıya təklif olunmuş, lakin onun tərə findən alqı- satqı müqaviləsi imzalanmamış və dəyərinin ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən də, Əmlak Məsələləri Dövlət Komitəsinin 7 noyabr 2012-ci il tarixli, 342 nömrəli sərəncamı ilə mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının hərəkətsizliyi səbəbindən (alqı-satqı müqaviləsi imzalanmadığından, əmlakın dəyəri ödəmədiyindən) əmlak onun mülkiyyətinə keçməmişdir. Beləliklə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş sərəncamın qüvvədə olduğu dörd il ərzində iddiaçı tərəfindən əmlakın özəlləşdirilməsi ilə bağlı hərəkətsizlik göstərilməsi səbəbindən özəlləşmə barədə həmin sərəncam qanunvericiliy ə uyğun olaraq ləğv olunmuşdur. Nəzərə alınsa ki, əmlakın özəlləşdirilməsində maraqlı şəxs məhz iddiaçının özü olmuşdur, onun özünün iradəsizliyi səbəbindən alqı-satqı müqaviləsinin baş tutmamasının səbəblərinin heç bir sübuta əsaslanmadan yalnız formal mülahizələr əsasında cavabdehin hərəkətsizliyi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Eyni zamanda bildirilir ki, iddiaçının mülki əqd olan alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi barədə tələbinə prosessual normalara əsasən inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Belə ki, iddiaçının hazırkı tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilmiş inzibati icraat qaydasında baxılan iddia növlərinin heç birinə aid deyildir. Göründüyü kimi, iddiaç ı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etməklə məhkəmə aidiyyəti qaydalarını da pozmuşdur. Qeyd edilənlərdən əlavə iddiaçının tələbi mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat olması hissəsində də əsassızdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X3 rəyinə əsasən qiymətləndirici ayrıca tikililəri qiymətləndirərkən Əsasnamənin 28-ci bəndinə istinad etmişdir ki, bu da yalnız bina və tikililərin bir hissəsində yerləşən qeyri-yaşayış sahələrinin qalıq dəyərini müəyyən etmək üçün tətbiq edilir. Ayrıca tikililərin, əsas vəsaitlərin (balans dəyəri olduqda) start qiyməti Əsasnamənin 5-ci və 16-cı bəndlərinə əsasən müəyyənləşdirilir. Mübahisəli qeyri-yaşayış binasının normativ qiyməti 2008-ci ildə iddiaçının iddia etdiyi kimi 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat deyil, 285 369 (iki yüz səksən beş min üç yüz altmış doqquz) manat təşkil etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(112)-2540/2022 nömrəli qərarı (hakim: X8) ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 2689/İİİ-41-A/İİ-31 №li iş üzrə çıxartdığı qanuni qüvvəyə minmiş 5 mart 2007-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 101 ünvanında yerləşən 823,9 kv. metr qeyri-yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsi üçün tərtib olunmuş 28 may 2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, bağlanmış hesab edilməsi öhdəliyi cavab dehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozularaq qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə iddiaçı ilə mübahisəli daşınmaz əmlaka dair qanunla müəyyən olunmuş qaydada alqı-satqı müqaviləsinin bağlanmasının tam başa çatdırılması həyata keçirilməmişdir. Məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Birinci instansiya məhkəməsi İddiaçı sifarişi əsasında X5 tərəfindən hazırlanmış 10 fevral 2022-ci il tarixli, 10 nömrəli mütəxəssis rəyinə istinad edərək qeyri-yaşayış sahəsinin qiyməti ilə bağlı da iddiaçının tələblərini əsaslı hesab etmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməs ini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2-1(103)-2010/2022 nömrəli qərarı (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X13 və X15) ilə Bakı İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən qeyriyaşayış sahəsi ayrıca tikilidir. Ayrıca tikililərlə bağlı hesablama fərqli düsturla həyata keçirilir. xx.xx.2008-ci il tarixli baxış aktından, həmçinin, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 178 nömrəli sərəncamı ilə təsdiq edilmiş icarəçilərə 100 faiz dəyəri ilə təklif olunan icarəyə verilmiş daşınmaz dövlət əmlakının siyahısından aydın olur ki, binanın tipi 1 mərtəbəli ayrıca tikililərdir. Həmçinin, əmlakın qiymətləndirilməsi haqqında hazırki iddiaçı ilə qiymətləndirici "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 124 nömrəli müqaviləyə əsasən qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəydən aydın görünür ki, təqdim edilmiş ilkin məlumatlara, təhlil və hesablamalara, mühasibat sənədlərinə və baxış aktına əsasən qeyri-yaşayış sahəsinin bərpa və real qalıq dəyərləri cəmi 81534,00 manat müəyyən edilmişdir. Beləliklə, “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 5-ci bəndi tətbiq edilməli olduğu halda həmin Əsasnamənin 28-ci bəndinə istinad edilərək iddianın təmin edilməsi məhkəm ə qərarında maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi 3-cü zonaya aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 3,5 yerləşmə əmsalı tətbiq edilməklə hazırlanmış xx.xx.2008-ci il tarixli, 3043 nömrəli alqı-satqı müqaviləsindəki qiymət əsaslı hesab edilməlidir. Lakin buna baxmayaraq, apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi və vəkili tələbin məhz qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi olduğunu qeyd etmiş, məhkəmə kollegiyasının hüquqi yardımına müvafiq olaraq iddia tələbində dəqiqləşdirmə həyata keçirməmişdir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti və ona əlav ə verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə iddiaçının qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman, yəni qətnamənin qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericilik normasının tətbiq edilməli olduğu mövqeyi ilə razılaşmış, cavabdehin bununla əlaqədar olaraq apellyasiya şikayətində qeyd etdiyi məqamları düzgün hesab etməmişdir. Məhkəmə yalnız qeyd olunan əmlakın satış dəyərinin müəyyən olunmasında fərqli mövqedə olmuş, əmlakı ayrıca tikili olaraq qiymətləndirmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 5-ci bəndinin tətbiq edilməli olduğunu bildirmişdir. Bu Əsasnamənin 5-ci bəndinə əsasən icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının start (satış) qiyməti aşağıdakı qayda ilə müəyyən edilir: İq=İd * Yə. Burada İq—icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının start (satış) qiyməti, Yə—müəssisənin (obyektin) yerləşmə əmsalı, İd—icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının müəssisənin mühasibat uçotu məlumatlarına və ya bu Əsasnamənin 28-ci bəndinə əsasən hesablanmış qalıq dəyəridir. Məhkəmə qərarında əmlakın qiymətləndi rilməsinə dair cavabdeh tərəfindən təqdim olunmuş qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəyə və xx.xx.2008-ci il tarixli 124 nömrəli müqaviləyə istinad etmişdir. Qeyd edilməlidir ki, bu MMC ilə xx.xx.2008-ci il tarixli, 124 nömrəli müqaviləni iddiaçı deyil, onun adından səlahiyyəti olmayan və iddiaçının işlər müdirinin müavini kimi özünü qələmə vermiş E.M.Lazımov adlı şəxs bağlamışdır. İddiaçının belə bir əməkdaşı, ümumiyyətlə işlər müdiri adlı strukturunda vahid olmamışdır. Təqdim olunmuş iddiaçının nizamnaməsindən də göründüyü kimi yalnız təsisçilər, prezident və icraçı direktor səlahiyyətli şəxs kimi nəzərdə tutulmuşdur. Nizamnamənin 5-ci bəndinə əsasən, müqavilələr bağlamaq səlahiyyəti icraçı direktora verilmişdir. Bu halda qeyd olunan müqaviləni bağla maq üçün həmin şəxsə nə etibarnamə verilmiş, nə də bu müəssisənin nizamnaməsində nəzərdə tutulmuşdur. Ona görə də həmin müqaviləyə və rəyə istinad olunması, bunun iddiaçının özü tərəfindən bağlanmış kimi hesab olunması qanunsuz və əsassızdır.
18. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnaməyə əsasən daşınmaz dövlət əmlakının müəssisənin mühasibat uçotu məlumatlarına əsasən qalıq dəyəri hesablanmalı olduğu göstərilsə də, qeyd olunan bu rəydə ümumiyyətlə mühasibatlıq sənədlərinə istinad olunmur, göstərilən rəqəmlərin nəyin əsasında və necə hesablanması göstərilməmişdir. Məhkəmə qeyd olunan Əsasnamənin 5-ci bəndinə əsasən qalıq dəyərinin hesablanmalı olduğu qənaə tinə gəlmiş idisə, ilk növbədə mühasibat uçotu məlumatlarının olub-olmaması araşdırılmalı, hesablanmış dəyərin düzgünlüyünü müəyyən etməli idi. Lakin məhkəmə bu məsələlərə qiymət verməmiş, araşdırmamışdır.
19. Məhkəmə yalnız cavabdeh tərəfindən təqdim olunan işdə olan sənədlər əsasında bu qeyri-yaşayış sahəsinin ayrıca tikili olması qənaətinə gəlmişdir. Halbuki, bu əmlakın ayrıca tikili yaxud bütöv əmlakın tərkib hissəsi olması xüsusi bilik tələb edən sahədir, bununla əlaqədar olaraq iddiaçı və cavabdeh arasında mübahisə mövcuddur, belə olan halda isə bu məsələnin aydınlaşdırılması üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmalı yaxud mütəxəssis cəlb olunmalı idi. Qeyri-yaşayış sahəsinin təqdim olunan xx.xx.2008-ci il tarixli, 000457 saylı texniki pasportundan da aydın olur ki, sözügedən qeyri-yaşayış sahəsi ayrıca tikili deyil, tikililərin tərkib hissəsidir. Belə ki, bu texniki pasportun baş planına əsasən burada 4 tikili, beton və daş hasar, eləcə də dəmir darvaza mövcuddur. A tikilisi istehsal qaraj və inzibati binadan, B tikilisi anbar binasından, C tikilisi xidməti binadan, D tikilisi isə sanitar qovşaqdan ibarətdir. Bu məhkəmə mübahisəsinin predmetini A tikilisi təşkil edir. Göründüyü kimi ərazidə digər tikililər də mövcuddur və mübahisə predmeti olan qeyriyaşayış sahəsi ayrıca tikili yox, ümumi tikilinin bir hissəsidir. Belə olan halda isə “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 28-ci bəndi tətbiq olunmaqla qiymət hesablanmalıdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş dir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, hazırda iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində məhkəməyə yanlış məlumat təqdim edilərək qeyri-yaşayış sahəsinin ayrıca tikili deyil, tikilinin tərkib hissəsi olması qeyd edilmişdir. İddiaçı bu mövqeyini əsaslandırmaq üçün mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportda həmin sahənin tərkib hissəsi kimi qeyd olunmuş A (istehsal qaraj və inzibati bina), B (anbar), C (xidməti bina), D (sanitar qovşaq) tikililərinin ümumi tikilinin bir hissəsi olduğunu, məhkəmə mübahisəsinin predmetini A tikilisinin təşkil etdiyini qeyd etmişdir. Halbuki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş r egistrdən çıxarışdan, həmin sahəyə dair alqı-satqı müqaviləsindən və texniki pasportdan görünür ki, məhkəmə mübahisəsinin predmeti olan sahə ümumilikdə 825 kv.m-dən ibarət olmaqla, iddiaçının qeyd etdiyi “A” tikilisi həmin sahənin tərkib hissəsi olmaqla ümumi sahəsi 745.5 kv.m təşkil edir (sənədlər əlavə olunur).
21. İddiaçı heç bir əsas olmadan Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən “Turan-4” kiçik müəssisəsinə verilmiş şəhadətnamədə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin qiymətinin 27,586,000 manat, yəni 5517.2 yeni Azərbaycan manatı müəyyən edildiyi halda, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş 2008-ci il tarixli alqı-satqı müqaviləsində əmlakın dəyərinin 285.369 yeni Azərbaycan manatı müəyyən edilməsinin əsassız olduğun u bildirmişdir. Bununla bağlı bildirilməlidir ki, iddiaçı tərəfindən qeyd olunan dəlil irəli sürülsə də, nəzərə alınmamışdır ki, əmlakın dəyərində bu qədər fərqin yaranmasında səbəb milli valyuta olan manatın yüksək devalvasiyaya uğraması, "«dəyərinin xeyli aşağı düşməsi, ölkədə əmlakların dəyərində dəfələrlə bahalaşmanın baş verməsi ilə əlaqədar olmuşdur. 22. 2008-ci ildə əmlakın satın alınması üçün iddiaçıya təklif edildiyi zaman onun qiymətləndirilməsi həyata keçirilmiş və müstəqil qiymətləndirici şirkət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2008-ci il tarixli rəyində tikililərin qalıq dəyəri 81534 manat dəyərində qiymətləndirilmiş, həmin ərazi 3-cü zonaya aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 3.5 yerləşmə əmsalı tətbiq edilmişdir (8153 4*3.5=285369 manat). Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan X3 rəyi əsassızdır və 2008-ci ildə alqı-satqı müqaviləsi bağlanılan zaman əmlakın mövcud olmuş həqiqi normativ dəyərini əks etdirməmişdir. Belə ki, mübahisəli qeyri-yaşayış binasının normativ qiyməti 2008-ci ildə iddiaçının iddia etdiyi kimi 57750 (əlli yeddi min yeddi yüz əlli) manat deyil, 285.369 manat təşkil etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamə Bənd 5.... icarəyə verilmiş və istifadəsiz olan daşınmaz dövlət əmlakının start (satış) qiyməti ( düstur- İq= İd x Yə) müəyyən edilir. İq icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət ə mlakının start (satış) qiyməti, İd – icarəyə verilmiş və ya istifadəsiz olan daşınmaz dövlət əmlakının müəssisənin mühasibat uçotu məlumatlarına və ya bu Əsasnamənin 28-ci bəndinə əsasən hesablanmış qalıq dəyəri, Yə müəssisənin yerləşmə əmsalıdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli, 23 nömrəli qərarı
4. Müəssisənin ilkin qiymətinə aşağıdakı əmsallar tətbiq edilir:... d) müəssisənin (obyektin) yerləşmə əmsalı (Yə): - Bakı şəhəri üzrə 3-cü zona üzrə əmsal 3,5 müəyyən edilmişdir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayə tin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşin halları ilə müəyyən olunur ki, qanuni qüvvəsini almış əvvəlki məhkəmə qərarı ilə cavabdehin üzərinə qeyri-yaşayış sahəsinin X10 X7 adına özəlləşdirilməsi vəzifəsi həvalə edilərək, mülkiyyət haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. Dövlət əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsi tərəfindən qətnamənin icrası ilə əlaqədar olaraq, mübahisənin predmeti olan əmlaka dair iddiaçı ilə əvvəlcə icarə müqaviləsi bağlanılmış və daha sonra əmlak satın alınması üçün ona təklif edilmişdir.
30. Həmçinin xx.xx.2008-ci il tarixli, 3043 №-li alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, müqavilədə “Satıcı” qismində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Alıcı” qismində isə X16 X9 göstərilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Y.Səfərov küçəsi 20) ilə bağladığı xx.xx.2008-ci il tarixli 7360 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 825,0 kv.m qeyri yaşayış sahəsi tə şkil edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Satıcı” Nərimanov rayonu, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən 825,0 kv. metr qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərə 285.369,00-iki yüz səksən beş min üç yüz altmış doqquz manata birbaşa satır, “Alıcı” isə onu satın alır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən əmlakın satış qiymətinin 100 faizi ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Müqavilə iddiaçı tərəfindən imzlanmamışdır.
31. Hazırda cavabdeh orqan qeyri-yaşayış sahəsinin satış qiymətinin cari zamanda qüvvədə olan qanunvericiliyə uyğun, iddiaçı isə qeyri-yaşayış sahəsinin ona satılmasını qət edən müvafiq məhkəmə qərarının qüvvəsini aldığı tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun müəyyənl əşdirilməli olmasını hesab edir. Belə ki, iddiaçı hazırda məhz tələbində əmlakın qiyməti 57.750 manat olmaqla alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir.
32. İddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı yaranacaq hüquq münasibətinə həmin münasibətin yarandığı zaman, yəni qətnamənin qüvvəyə mindiyi dövrdə qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir.
33. İddiaçı məhkəmə qətnaməsinin qüvvəyə mindiyi vaxtda qüvvədə olan qanunvericilik normasına istinad etsə də, son olaraq tələbində Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41-A/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 101-ci ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satış qiyməti (dəyəri) 57.750 (əlli yeddi min yeddi yüz əlli) manat müəyyən edilməklə, İddiaçı adına özəlləşdirilməsi üçün tərtib olunmuş xx.xx.2008-ci il tarixli, 3043 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi öhdəliyinin cavabdeh ƏMDX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. İşin halları ilə müəyyən edilən xx.xx.2008-ci il tarixli baxış aktından, həmçinin, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 178 nömrəli sərəncamı ilə təsdiq edilmiş icarəçilərə 100 faiz dəyəri ilə təklif olunan icarəyə verilmiş daşınmaz dövlət əmlakının siyahısından aydın olur ki, binanın tipi 1 mərtəbəli ayrıca tikililərdir.
35. Eyni zamanda, əmlakın qiymətləndirilməsi haqqında iddiaçı ilə qiymətləndirici " xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 124 nömrəli müqaviləyə əsasən qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli rəydən görünür ki, təqdim edilmiş ilkin məlumatlara, təhlil və hesablamalara, mühasibat sənədlərinə və baxış aktına əsasən qeyri-yaşayış sahəsinin bərpa və real qalıq dəyərləri cəmi 81.534,00 manat müəyyən edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında” Əsasnamənin 5-ci bəndi tətbiq edilməli olduğu halda, həmin Əsasnamənin 28-ci bəndinə istinad edilərək iddianın təmin edilməsi məhkəmə qərarında maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. 37. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərindən aydın görünür ki, hazırda sözügedən qeyri-yaşayış sahəsi 3-cü zonada yerləşir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli, 23 nömrəli qərarı ilə 3-cü zona üzrə əmsal 3,5 müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi 3cü zonaya aid olduğundan Azərbaycan Respublikası Naz irlər Kabinetinin qərarına əsasən 3,5 yerləşmə əmsalı tətbiq edilməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi çıxarılan zaman qüvvədə olan normalar tətbiq edilməklə əmlakın qiyməti müəyyən edilə bilər.
40. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2689/İİİ-41-A/İİ-31 saylı qanuni qüvvəyə minmiş qətnaməsində əmlakın əvəzsiz olaraq iddiaçıya verilməsi nəzərdə tutulmamışdır. Qətnamə ilə Bakı şəhəri, Nərimanov rayonu, sabiq Moskva prospekti, hazırda Heydər Əliyev prospekti 101-ci ünvandakı birinci mərtəbədə yerləşən 823,9 kv.m metr qeyri-yaşayış sahəsinin X10 X7 adına özəlləşdirilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. İddiaçıya izah edilir ki, məhkəmə qətnaməsi qəbul edilən vaxt əmlakın özəlləşdirilməsinə dair qüvvədə olan qanunvericiliyə uyğun əmlakın dəyər ini ödəməklə əmlakın özəlləşdirilməsi barədə cavabdehə müraciət edə bilər.
41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri təkrarlamağı lüzum görmür. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
42. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 21(103)-2010/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.