Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1625/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1625/23) (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaç ı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Oğuz rayonu Xaçmaz Bələdiyyəsi; X9; X3 və X5) “ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2023-cü il tarixli, 21(107)-138/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Xaçmaz”-İ X29 Komissiyasının xx. xx.1998-ci il tarixli 14 saylı protokolundan çıxarışa əsasən “Turan” təsərrüfatına əhatə edən torpaq payı alacaq subyektlərin tərtib edilmiş siyahısının təsdiq edilməsi, ailə başçılarının qaytanlanmış torpaq kitabında olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi, bu günə kimi ayrı-ayrı ailələr tərəfindən salınmış bağ sahələrinin onların mülkiyyətlərinə verilməklə onlara düşəcək torpaq payına daxil edilərək çıxılması, qərarın təsdiqinin Oğuz rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır.
2. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 saylı iclas protokolundan çıxarışa əsasən, Oğuz rayon Xaçmaz kənd Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 5 saylı yığıncaq qərarı təsdiq edilmiş (qeyd: sənəddə qələmlə düzəliş ed ilmiş, “5” rəqəmi “14” rəqəmi ilə əvəz edilmişdir), Oğuz rayon Xaçmaz kəndində özəlləşdirilərək torpaq paylarını bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi Respublika Aqrar İslahat Komissiyasından xahiş edilmiş, qərardan irəli gələn Yerquruluşu işlərinin yerinə yetirilməsinə köməklik göstərilməsi Respublika Torpaq Komitəsindən xahiş edilmişdir.
3. Oğuz rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Oğuz rayon Xaçmaz kənd “Turan” kooperativi inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların X1 (4 nəfər ailə üzvləri ilə birgə-X19, İddiaçı və X6) qarşısında “0.30qaytanlanmış kitabda həyətyanı sahə və 2.00-faktiki torpaq sahəsi” rəqəmləri və sözləri yazılmışdır.
4. Oğuz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş “O ğuz rayonunun Xaçmaz kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” X2 (4 nəfər ailə üzvləri ilə birgə-X19, İddiaçı və X21) qanuni istifadəsində 0.30 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir.
5. KOD 40509018, JN-472F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli Şəhadətnaməyə əsasən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.30 ha torpaq sahəsi X9, X19, İddiaçı və X10 mülkiyyətinə verilmişdir (torpağın təyinatı: fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı).
6. KOD 40509018, JN-472G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli Şəhadətnaməyə əsasən, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı əsasında 0.07 ha torpaq sahəsi X9, X19, İddiaçı və X10 mülkiyyətinə verilmişdir (torpağın təyinatı: fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı).
7. JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarı ilə verilmiş 0.89 ha torpaq sahəsi X9, X22, X6, X4 mülkiyyətindədir (torpağın təyinatı: kənd təsərrüfatı məhsulları istehsalı).
8. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsindən verilmiş xx.xx.2011-ci il tarixli 128 nömrəli arayışın surətinə əsasən Xaçmaz rayonunda torpaq islahatı zamanı X7 (4 nəfər ailə üzvləri ilə birgə) istifadəsinə 0.30 ha həyətyanı və 1.7 0 ha zəbt torpaq sahəsi verilmişdir.
9. İddiaçı cavabdehə müraciət edərək JN-189 KOD 40509018 nömrəli Dövlət Aktının ləğv edilməsini və 2.0 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq ona və ailə üzvlərinin adına çıxarış verilməsini xahiş etmişdir.
10. Cavabdeh 18 dekabr 2020-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, heç bir mülkiyyət hüququna dair sənəd təqdim etmədən torpağa mülkiyyət hüququnun qeydə alınması onun səlahiyyətlərinə aid deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahə sinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbində işin hallarını sadalamış və qeyd etmişdir ki, cavabdehin imtinasını əsassızdır. Belə ki, JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı və həmin Dövlət Aktında göstərilən 0.89 ha torpaq sahəsi onlara təqdim olunmamışdır. Həmin torpaq sahəsinin harada yerləşdiyi onlara məlum deyil və bir dəfə də olsa istifadə etməmişlər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsindən mərhum atasına JN189 KOD 40509018 nömrəli Dövlət Aktının ləğv edildiyi və istifadələrində olan 2.0 ha torpağa sənəd hazırlanacağı bildirilmişdir.
13. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazda qeyd etmişdir ki, İddiaçı ünvan 1ində yerləşən iddia olunan torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, mövcud olan sənədlərdən başqa iddiaçının və ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Dövlət Aktı hazırlanmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Faktiki istifadədə olan torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətçilərə məxsus torpaq sahələridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət leyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrind ə daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. 14. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, X13 Uçotunun İnformasiyası sisteminə əsasən İddiaçı JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı ilə verilmiş 0.89 ha pay torpaq sahəsinin 0.69 ha hissəsi (sxem 3), JN472G Şəhadətnamədə qeyd edilən 0.30 ha torpaq sahəsinin 2978 kv.m hissəsi (sxem 1), JN-472F saylı Şəhadətnamədə göstərilən 0.07 ha torpaq sahəsi isə (sxem 3) hazırda faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinin sahəsi 2.28 ha. olmaqla yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutululub, elektro n baza məlumatlarına əsasən mülkiyyətçiləri X9, İddiaçı, X18 və X14r (472G və JN-472F saylı Şəhadətnamələr).
15. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iş üzrə təqdim edilmiş iddiaçıların faktiki istifadələrində olan 2,28 hektar torpaq sahəsi 0,98 və 1,3 hektar olmaqla 2 ayrı ərazidə yerləşir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-472F nömrəli şəhadətnaməyə əsasən 0,30 hektar, JN-472G nömrəli şəhadətnaməyə əsasən 0,07 hektar torpaq sahəsi verilmişdir. JN-472F nömrəli şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,30 hektar torpaq sahəsi yerləşən ərazidə faktiki istifadələrində 0,98 hektar, JN-472G nömrəli şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi yerləşən ərazidə faktiki istifadələrində 1,3 hektar torpaq sahəsi mövcuddur. İddiaçıların istifadələrində olan cəmi 2,28 hektar torpaq sahəsinin JN-472F nömrəli şəhadətnaməyə əsasən 0,30 hektar hissəsi, JN-472G nömrəli şəhadətnaməyə əsasən 0,07 hektar hissəsi, cəmi 0,37 hektar onların xüsusi mülkiyyətlərinə verilmişdir. İddaçıların istifadəsində olan cəmi 2,28 hektar torpaq sahəsinin 0,37 hektar hissəsi onların mülkiyyətində, qalan 1,91 hektar hissəsi istifadələrindədir. Həmin 1,91 hektar torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. JN-189 kod 40509018 nömrəli Dövlət Aktına əsasən 0,89 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi (əkin) ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
16. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə e dilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-189 kod 40509018 nömrəli Dövlət Aktında qeyd edilmiş 0,89 ha torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olan 1,91 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. İddiaçıların faktiki istifadə etdikləri və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 1,11 ha torpaq sahəsi Oğuz rayon Xaçmaz kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən torpaq sahəsi digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür.
17. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia rədd edilmişdir.
18. Birinci instansiya məhkəm əsi qeyd etmişdir ki, azırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan Oğuz rayon Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Qanunvericiliyə əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 202 3-cü il tarixli, 2-1(107)-138/2022 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(116)-51/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdehin üzərinə ünvan 1ində yerləşən, İddiaçı faktiki istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
21. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan “Xaçmaz” –İ X29 Komissiyasının 20 iyun 1998-ci il tarixli 14 nömrəli protokol qərarından çıxarışdan görünür ki, həmin qərarın 5-ci bəndinə görə ailə başçılarının qaytanlanmış torpaq kitabında olan həyətyanı torpaq sahələri onların mülkiyyətlərinə verilməsi, 6-cı bəndinə görə isə bu günə kimi ayrı-ayrı ailə tərəfindən salınmış bağ sahələri, onların mülkiyyətlərinə verilməklə onlara düşəcək torpaq payına daxil edilərək çıxılması qərara alınmışdır. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində 2,00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmasına baxmayaraq Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbi pozularaq ona 0,89 ha kənd təsərrüfatı torpaq sahəsi verilmiş, 1,11 ha hissəsi isə verilməmişdir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kas sasiya şikayətinin dəlilləri
23. Cavabdeh qeyd edir ki, məhkəmə kollegiyası “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, işin müəyyən edilmiş halından göründüyü kimi, 1,11 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Lakin həmin maddədə söhbət vətəndaşların qanuni istifadəsindəki (faktiki istifadəsindəki deyil) fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlardan gedir. Göründüyü kimi, həmin maddə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmadığına görə tətbiq oluna bilməzdi.
24. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndini də düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyasının özünün dəfələrlə istinad etdiyi kimi, 1,11 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Lakin həmin maddi hüquq normasında söhbət vətəndaşların qanuni istifadəsindəki (faktiki istifadəsindəki deyil) fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlardan gedir. Hazırki iş üzrə isə iddiaçının 1.11 ha torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Göründüyü kimi, həmin norma kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmadığına və torpaq sahəsinə dair heç bir sənəd olmadığına görə tətbiq oluna bilməzdi.
25. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı və onun ailə üzvlərinin adına Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 67 saylı qərarı ilə 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir və bunun əsasında JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Məhkəmə kollegiyası isə iddiaçının faktiki istifadəsində 2.00 ha torpaq sahəsinin olduğunu əsas götürərək 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair heç sənəd olmadığı halda həmin maddəni tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzəri ndə hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən mü vafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyekti nin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli ara şdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Al i Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icr aat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 28(a) bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən və hazırkı qərarın 27-ci bəndində qeyd olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. İddia tələbi, iddianın mümkünlüyü və digər prosessual pozuntular
32. Hazırkı iş üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-189 KOD 4 0509018 nömrəli dövlət aktının ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən və qanuni istifadəsində olan 0.37 ha həyətyanı və 1.63 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
33. Daha sonra xx.xx.2021-ci il tarixdə İddiaçı, X5 və X21 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-189 KOD 40509018 nömrəli dövlət aktının ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən və qanuni istifadələrində olan 2.0 ha torpaq sahəsinə mərhum valideynlərinin və özlərinin mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər.
34. Daha sonra İddiaçı xx.xx.2022-ci ildə dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ində yerləşən, qanuni istifadəsində olan 1,11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq ailə üzvlərinin adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Qeyd edilməlidir ki, Şəki İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli İddiaçı, X5 və X21 tərəfindən verilmiş iddia ərizəsinə məhkəmə tərəfindən münasibət bildirilməmiş, eyni zamanda İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş dəqiqləşdirilmiş iddia ərizəsi barədə nə protokol qaydasında, nə də ki, qərardad qəbul edilmədən ərizə icraata qəbul edilmiş, bununla da, İPM-in 54-cü maddəsinin tələbini pozmuşdur.
36. Digər tərəfdən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının xx.xx.2023-cü il tarixli 2-1(07)138/2023 saylı qərardadı ilə X9; X3 və X5 üçüncü şəxslər kimi icraata cəlb edilmişlər. Halbuki, nə iddia ərizəsindəki dəlillərə əsasən, həm də iş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”yə əsasən X9 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir.
37. Bundan əlavə, iş materiallarında olan sənədlərdən görünür ki (bax hazırkı qərarın 2-7-ci bəndləri) torpaq sahəsi X9 və onun ailə üzvlərinin (X19, İddiaçı, X6 və X21) ümumi birgə mülkiyyətinə verilmişdir. Belə olan halda isə, həmin şəxslər (vəfat etdiyi halda isə hüquqi varisləri) hazırkı iddia tələbində iddiaçı qismində çıxış etməlidirlər, üçüncü şəxs kimi yox. Lakin, işə baxan aşağı instansiya məhkəmələri İddiaçı iddia ərizəsi ilə hazırkı tələblə təkbaşına müraciət etməsinə subyektiv hüququnun olmamas ı məsələsinə qiymət verməmişlər.
38. Eyni zamanda, X7 vəfat etdiyi nəzərə alınmaqla onun qanuni vərəsələrinin kimliyi müəyyən edilməmiş, X19 nə iddiaçı nə də üçüncü şəxs kimi icraata cəlb edilməmiş (vəfat etməsi ilə bağlı iş materiallarında məlumat yoxdur), əlavə olaraq, ailə üzvlərinin adına çıxarışın verilməsini xahiş etməklə qeyri-müəyyən tələb irəli sürmüş (ailə üzvlərinin adı dəqiqləşdirilməmişdir) və qeyri-müəyyən tələb olaraq da apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Beləliklə, hazırkı iddia üzrə subyektiv hüquq məsələsi aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmamış və qiymətləndirilməmiş, o cümlədən iddia tələbi qeyri-müəyyən şəxslər dairəsi ilə bağlı təmin edilmişdir. İddianın mahiyyəti və sübutların araşdırılması ilə bağlı pozuntular
39. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi Xaçmaz kəndində yerləşən “Turan” k/t məhsulları kooperativinin istifadəsində olan torpaq sahələrinin islahatı barədə “Xaçmaz”-İ X29 Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı protokolundan çıxarışa, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 saylı iclas protokolundan çıxarışa istinad edir.
40. Qeyd edilməlidir ki, iş materiallarında olan Xaçmaz kəndində yerləşən “Turan” k/t məhsulları kooperativinin istifadəsində olan torpaq sahələrinin islahatı barədə “Xaçmaz”-İ X29 Komissiyasının xx.xx.1998-ci il tarixli 14 saylı protokolundan çıxarışın məzmununda iclasın sədrinin adından qeyd edilmişdir ki, “...bu günə qədər kənddə normadan artıq həyətyanı torpaq sahəsindən istifadə edilir ki, həmin həyətyanıdan artıq sahələrin he sabı onlara veriləcək torpaq payından çıxılmasını daha məqsədə uyğun hesab etdiyini bildirdi...”. Həmin protokolun qərara aldı hissəsində isə qeyd edilmişdir ki: “...2.“Turan” təsərrüfatına əhatə edən... torpaq payı alacaq subyektlərin tərtib edilmiş siyahısı təsdiq edilsin....
5. Ailə başçılarının qaytanlanmış torpaq kitabında olan həyətyanı torpaq sahələri onların mülkiyyətinə verilsin.
6. Bu günə kimi ayrı-ayrı ailələr tərəfindən salınmış bağ sahələri, onların mülkiyyətlərinə verilməklə onlara düşəcək torpaq payına daxil edilərək çıxılsın....
10. Qərarın təsdiqi Oğuz rayon Aqrar İslahat Komissiyasından xahiş edilsin.”
41. Digər tərəfdən, iş materiallarında olan Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 67 saylı iclas protokolundan çıxarışın məzmununda “iclas gün dəliyi” hissəsində qeyd edilmişdir ki, “Oğuz rayonunun Xaçmaz kənd X29 komissiyasının 20 iyun 1998-ci il tarixli 5 saylı yığıncaq qərarının təsdiqi barədə”, “qərar alır” hissəsində isə qeyd edilmişdir ki, “1. Oğuz rayon Xaçmaz kənd Aqrar-İslahat komissiyasının 20 iyun 1998-ci il tarixli 5 saylı yığıncaq qərarı təsdiq edilsin.
2. Oğuz rayon Xaçmaz kəndində özəlləşdiriləcək torpaq paylarının bölünüb rəsmiləşdirilməsinə köməklik göstərilməsi Respublika Aqrar İslahat Komissiyasından xahiş edilsin...”. Sözügedən qərardan çıxarışın “qərar alır” hissəsində sonradan qələmlə düzəliş edilmiş və “5” rəqəmi “14” rəqəminə dəyişdirilmişdir (iş v. 6).
42. Bundan əlavə, iş materiallarında olan KOD 40509018, JN-472F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli Şəhadətnamədə və KOD 405090 18, JN-472G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2006-cı il tarixli Şəhadətnamədə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarına istinad edilmiş, JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında isə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 67 saylı qərarına istinad edilmişdir.
43. Əlavə olaraq, iş materiallarında olan Oğuz rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Oğuz rayon Xaçmaz kənd “Turan” kooperativi inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların X1 (4 nəfər ailə üzvləri ilə birgə-X19, İddiaçı və X6) qarşısında “0.30-qaytanlanmış kitabda həyətyanı sahə və 2.00-faktiki torpaq sahəsi” rəqəmləri və sözləri yazılmışdır. Eyni zamanda, həmin siyahıya da sonrad an qələmlə düzəliş edilmişdir (ailə başçısının sıra nömrəsi və ardıcıl sıra nömrəsi hissəsinə).
44. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iş materiallarında olan sənədlərin məzmununda ziddiyyətli hallar mövcuddur və bu hallar aşağı instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
45. Nəzərə alınmalıdır ki, hazırkı halda iddiaçının tələbi ailə üzvləri ilə birgə istifadələrində olan 1.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması olduğundan və tələb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə yönəldiyindən, tələbin əsaslı olması “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanan əsaslar olduğu halda mü mkündür.
46. Hazırkı halda isə iddiaçının istinad etdiyi sənədlərin məzmunu natamam və ziddiyyətlidir. Aşağı instansiya məhkəmələri isə tələb üzrə hərtərəfli araşdırma aparmamış, torpaq islahatı zamanı iddiaçıya və ailə üzvlərinin istifadəsinə ayrılan torpaq sahəsi ilə bağlı sənədləri tələb etməmiş və tədqiq etməmiş (iddiaçıya və ailə üzvlərinin istifadəsinə faktiki nə qədər torpaq sahəsi ayrılması, eyni zamanda istifadələrində olan torpaq sahəsi ilə pay torpağının əvəzləşdirilib-əvəzləşdirilməməsi və sair ilə bağlı), iddiaçının hüquqi marağına uyğun iddia qaldırmaqda yardım etməmişdir (əgər aqrar islahat komissiyasının qərarı düzgün icra edilməmişsə, iddiaçı və ailə üzvləri qərarıın düzgün icra edilmə ilə bağlı müvafiq iddia ilə çıxış etməlidirlər).
47. Həmçinin apellyasiya instansiya məh kəməsi iddia tələbini 1.11 ha torpaq sahəsinə münasibətdə iddia tələbini təmin etməklə nəzərə almamışdır ki, dövlət aktı ilə 0.89 ha, dövlət şəhadətnamələri isə müvafiq olaraq 0.30 ha və 0.07 ha torpaq sahələri verilmiş, bu isə ümumilikdə 2.36 ha torpaq sahəsi edir. Əlavə olaraq, JN-189 KOD 40509018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qüvvədən düşməsi barədə də iş materiallarında sübut yoxdur. Digər tərəfdən, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki,JN-189 kod 40509018 nömrəli Dövlət Aktına əsasən 0,89 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi (əkin) ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
48. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinin kənd təsərrüfatı təyin atlı” olması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıların faktiki istifadə etdikləri və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdikləri 1,11 ha torpaq sahəsi Oğuz rayon Xaçmaz kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir. Digər tərəfdən isə, cavabdeh torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğunu bildirir, həmçinin apellyasiya instansiya məhkəməsinin qərarında da qeyd edilmişdir ki, “iddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsində 2,00 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi olmasın a baxmayaraq Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tələbi pozularaq ona 0,89 ha kənd təsərrüfatı torpaq sahəsi verilmiş, 1,11 ha hissəsi isə verilməmişdir. Göründüyü kimi, iş materiallarında olan sübutlar və tərəflərin dəlilləri ziddiyyətli olmaqla, məhkəmənin mövqeyi də əsaslı olmamışdır.
49. Bundan əlavə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyi, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyi və cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyinin məzmunu da ziddiyyətlidir. Belə ki, xx.xx.2021-ci il tarixli rəydə qeyd edilmişdir ki, İddiaçı JN-189 KOD 40509018 nömrəli Dövlət Aktı ilə verilmiş 0.89 ha pa y torpaq sahəsinin 0.69 ha hissəsi (sxem 3), JN472G Şəhadətnamədə qeyd edilən 0.30 ha torpaq sahəsinin 2978 kv.m hissəsi (sxem 1), JN472F saylı Şəhadətnamədə göstərilən 0.07 ha torpaq sahəsi isə (sxem 3) hazırda faktiki istifadələrində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. xx.xx.2022-ci il tarixli rəydə isə qeyd edilmişdir ki, iddiaçıların faktiki istifadələrində olan 2,28 hektar torpaq sahəsi 0,98 və 1,3 hektar olmaqla 2 ayrı ərazidə yerləşir, JN-189 kod 40509018 nömrəli Dövlət Aktına əsasən 0,89 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi (əkin) ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyində isə qeyd edilmişdir ki, JN-189 kod 40509018 nömrəli Dövl ət Aktında qeyd edilmiş 0,89 ha torpaq sahəsi iddiaçıların faktiki istifadəsində olan 1,91 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.
50. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 27 və 28(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə yekun qərar qəbul etməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(107)-138/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.