Məhkəmə qərarları › İş №2-1(102)-1625/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1625/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1625/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlər lə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2016-cı ildən, lakin pensiya ödənişlərinin 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)271/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1983-cü ildən xx.xx.2023-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. Diplomun surətinə əsasən, 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi (10 ay 19 gün) X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbdə əyani təhsil almışdır. 4. "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən, iddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt “Superfosfat” zavodunun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik montyoru vəzifəsində işləmiş, həmin vəzifə bilavasitə müvafiq 1 №li Siyahı üzrə Vİİİ Kimya İstehsalatı bölməsinin 1080A010 koduna aid hesab edilir, bundan əlavə xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi zavodda Hərbiləşdirilmiş Mühafizə Dəstəsində nəzarətçi, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-cı il tarixə kimi X2 Qatar tərtibatçısı vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Hərbiləşdirilmiş Mühafizə Dəstəsində Dəstə rəisi, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Superfosfat sexinin texnoloji prosesləri üzrə rəis müavini vəzifəsində işləmişdir.

5. İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir.

6. Cavabdeh tərəfindən həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, 1 yanvar 2006-cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 1 ay 1 gün (xx.xx.1983 - xx.xx.1983-cü il, xx.xx.1983 xx.xx.1985-ci il, xx.xx.1986 - xx.xx.1990-cı il, xx.xx.1990 - xx.xx.1993-cü il, xx.xx.1993 - xx.xx.1996-cı il, 3041.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir, 1 N-li siyahı üzrə güzəştli iş stajı isə yoxdur. Eyni zamanda yuxanda qeyd oluna n Qərarla təsdiq olunmuş 2 N-li siyahıya əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.1986-xx.xx.1990- cı il, xx.xx.1993-xx.xx.1996-cı il və xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən hesablanmaqla, ona inzibati orqana bununla bağlı müraciət etdiyi vaxtdan əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə əriz əsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 52 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2016-cı ildən, lakin pensiya ödənişlərinin 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək ona Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə 52 yaşdan güzəştli şərtlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan onun müraciətini müsbət həll etməmişdir. Cavabdeh inzibati orqanın imtinası imtina qanunsuz və əsassızdır. Belə ki, onun tələbi isə qanunvericiliyin tələblərinə uyğundur. Çünki onun i şlədiyi peşələr Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş peşələrə uyğundur və iddiaçının 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajı olduğuna görə ona 52 yaşdan güzəştli şərtlə pensiya təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. O, 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi (10 ay 19 gün) X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbdə əyani təhsil almış (Diplom B N-703081), xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi (02 ay 02 gün) 2 N-li Trestin TQİ-23 A/nəqliyyat sahəsinə 3-cü dərəcəli a/çilingər qəbul edilmişdir, xx.xx.1983-cü ildə Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilib və xx.xx.1983 ildən xx.xx.1985-ci (02 il, 01 ay, 18 gün) ilə ki mi ordu sıralarında xidmətdə olub, xx.xx.1986 ildən xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində (04 il, 03 ay, 06 gün) Sadə superfosfat sexində müəssisənin superfosfat sexində elektrik montyoru, xx.xx.1990- xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində (02 il, 09 ay, 09 gün) tikinti quraşdırma idarəsində elektrik montyoru, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində (02 il, 11 ay, 22 gün) superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində, xx.xx.1996-cı ildən xx-xx.1996-cı ilə kimi (05 ay, 24 gün ) Hərbiləşdirilmiş mühafizə dəstəsində 5-ci dərəcəli nəzarətçi, xx.xx.1996-cı ildən xx.xx.2011-ci ilə kimi (14 il, 02 ay, 4 gün) Hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi (01 il, 25 gün) Superfosfat sexinin texnol ogiya üzrə müavini, daha sonra isə həmin vaxtdan müxtəlif vəzifələrdə olmaqla bugünə kimi çalışır. Həmçinin onun çalışdığı "xxxx" ASC-nin vəkil sorğusuna verdiyi 10 may 2023-cü il tarixli, 36 nömrəli cavab məktubunda bildirilmişdir ki, o, həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi "xxxx" zavodunun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik montyoru vəzifəsində işləmişdir, onun vəzifəsi bilavasitə Superfosfat kübrəsi məhsulunun istehsalı zamanı texnoloji proseslərin normal vəziyyətdə işləməsi üçün həmin elektrik avadanlıqların vaxtlıvaxtında ciddi nəzarət etmək ibarətdir. Onun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik montyoru vəzifəsində və eləcə də peşəsi məhz Azərbaycan Respublikası Naz irlə Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə (Vİİİ.Kimya istehsalatı bölməsi 1080A010 koduna aid hesab edilir) güzəştli arayışın verilməsinə zəmin yaradır. Bundan əlavə xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinə kimi zavodun Hərbiləşdirilmiş Mühafizə Dəstəsində nəzarətçi vəzifəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixinə kimi zavodun Dəmir Yolu sexində qatar tərtibatçısı vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi yenidən zavodun Hərbiləşdirilmiş Mühafizə Dəstəsinə Dəstə rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi isə Superfosfat sexinin texnoloji prosesləri üzrə rəis müavini vəzifəsində işləmişdir. Qeyd olunanlara əsasə n ona xx.xx.1986-cı ildən xx.xx.2011-ci ilədək çalışdığı müxtəlif sexlərdə elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, qatar tərtibatçısı və eləcə də mühafizə dəstəsi peşələri üzrə topladığı staj əsasında yaşa görə güzəştli şərtlə pensiya təyin edilməsi məqsədə uyğun hesab edilir”. Göründüyü kimi onun işlədiyi dövrləri hesablayanda o, 40 ildən çox ümumi staja malikdir ki, həmin stajın 10 il, 07 günü güzəştli şərtlə pensiya hüququ verən iş stajına aiddir. xx.xx.2006-cı il tarixədək onun çalışdığı yuxarıda qeyd olunan dövrlər üzrə ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-nə kimi 22 il 10 ay 20 gün edir ki, bunun da güzəştli şərtlə əmək pensiyası hüququ verən xüsusi stajı 10 il 7 gün təşkil edir. Onun ödənişsiz məzuniyyətdə olması istəyi olmadığından, müəssisənin maliyyə çət inliyinə görə olduğundan həmin dövr nəzərə alınmamalıdır. Əgər ödənişsiz məzuniyyət dövrünü nəzərə alsaq belə, həmin dövrü stajdan çıxanda da ona güzəştli şərtlə pensiya təyin edilməsi üçün tələb olan sərtlər yenə də ödənilmiş olur. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, o, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olmuşdur. Lakin məktubdan və şəxsi vərəqədən görünür ki, 01 yanvar 1996-cı ildən deyil, xx.xx.1996-cı ildən məzuniyyətə göndərilmişdir və şəxsi vərəqədə 2 il 5 ay məzuniyyət dövrü qeyd olunmuşdur. Əgər xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilə kimi ödənişsiz məzuniyyət müddətini hesablasaq, bu müddət 2 il 09 ay 7 gün edir. Onun ümumi stajından - yəni ki, 22 il 10 ay 20 gündən məzuniyyət dövrü olan 2 il 09 ay 7 günü çıxsaq yenə də onun ümumi stajı 20 il 01 ay 13 gün edir və məzuniyyət dövrü güzəştli iş stajını əhatə edən dövrə düşmür.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3307/2023 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia tələbi təmin edilmiş, İddiaçı 03 dekabr 2016-cı ildən (lakin pensiya ödənişləri 13 mart 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbində təhsil aldığı müddət ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Aparılan araşdırmalar zamanı iddiaçının əmək stajı 01 sentyabr 1982-ci ildən 20 iyul 1983-cü ilə kimi X1 Təhsili Komitəsi Sumqayıt şəhəri, 17 nömrəli Texniki məktəbdə əyani təhsil almış (10 ay 19 gün), xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi 2 N-li Trestin TQİ-23 A/nəqliyyat sahəsinə 3-cü dərəcəli a/çilingər qəbul edilmişdir (02 ay 02 gün), xx.xx.1983-cü ildə Sovet Ordusuna çağırışı ilə əlaqədar işdən azad edilib və xx.xx.1983 ildən xx.xx.1985-ci ilə kimi Sovet ordu sıralarında xidmətdə olub (02 il, 01 ay, 14 gün), xx.xx.1986 ildən xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində Sadə superfosfat sexində müəssisənin superfosfat sexində elektrik montyoru (04 il, 03 ay, 06 g ün ), xx.xx.1990-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində tikinti quraşdırma idarəsində elektrik montyoru (02 il, 09 ay, 09 gün), xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində (02 il, 11 ay, 22 gün). xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi Hərbiləşdirilmiş mühafizə dəstəsində nəzarətçi (10 ay. 02 gün), xx.xx.1996-cı ildən xx.xx.2011-ci ilə kimi Hərbiləşdirilmiş mühafizə dəstəsinin rəisi (14 il, 02 ay, 4 gün), xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə kimi Superfosfat sexinin texnologiya üzrə müavini (01 il, 25 gün), daha sonra isə həmin vaxtdan müxtəlif vəzilərdə olmaqla bugünə kimi çalışır. İddiaçının çalışdığı yuxarıda qeyd olunan dövrlər üzrə ümumi iş stajı 2006-cı ilin yanvar ayının 1-nə kimi 22 il 10 ay 20 gün edir ki, bunun da güzəştli şərtlə əmək pensiyası hüququ verən xüsusi stajı 10 il 7 gün təşkil edir. Həmçinin, iddiaçının ödənişsiz məzuniyyət dövrünü nəzərə almasaq belə, həmin dövrü stajdan çıxanda da iddiaçıya güzəştli şərtlə pensiya təyin edilməsi üçün tələb olan şərtlər yenə də ödənilmiş olur. İddiaçının təhsil, hərbi xidmət və əmək fəaliyyəti ilə məşğul olduğu illəri hesablandıqda xx.xx.2006-cı ilə qədər onun ümumi əmək stajı 20 ildən çox və xüsusi stajı 10 ildən çox təşkil edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanu nvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)271/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi A.Süleymanova və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2023-cü il tarixli 02,03,04 nömrəli arayışlarında xx.xx.1986-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin superfosfat sexində elektrik montyoru, xx.xx.1990xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində tikinti quraşdırma idarəsində elektrik montyoru, xx.xx.1993-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində superfosfat sexində növbətçi elektrik montyoru vəzifələrində işlədiyi qeyd olunmuşdur.

17. Araşdırma zamanı sözüge dən dövrlər ərzində iddiaçının işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş 1 nömrəli siyahıda deyil, 2 nömrəli siyahıda nəzərdə tutulan vəzifələrə uyğundur.

18. Göstərilən səbəblərdən də 1 yanvar 2006- cı il tarixinədək İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 1 ay 1 gün (xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1996-cı il, xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir, 1 nömrəli siyahı üzrə güzəştli iş stajı isə yoxdur.

19. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin siyahısına əsasən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 20 gün (xx.xx.1986-xx.xx.1990- cı il, xx.xx.1993-xx.xx.1996-cı il və xx.xx.1990xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimi yyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri.... İş stajına bunlardan başqa aşağıd akılar daxil edilir:.... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadrhazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspira nturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahı.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kass asiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin d əlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az, 1 N-li siyahı üzrə güzəştli iş stajının olmaması, həmçinin 2 N-li siyahıya əsasən güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi bildirilmişdir.

31. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilməlidir ki, işəgötürən tərəfindən verilmiş ara yışa görə, iddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Sumqayıt “Superfosfat” zavodunun Superfosfat sexində elektrik avadanlıqlarının təmiri, quraşdırılması üzrə elektrik montyoru vəzifəsində işləmiş, həmin vəzifə bilavasitə müvafiq 1 №li Siyahı üzrə Vİİİ Kimya İstehsalatı bölməsinin 1080A010 koduna aid hesab edilir, bundan əlavə xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixə kimi zavodda Hərbiləşdirilmiş Mühafizə Dəstəsində nəzarətçi, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-cı il tarixə kimi X2 Qatar tərtibatçısı vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Hərbiləşdirilmiş Mühafizə Dəstəsində Dəstə rəisi, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Superfosfat sexinin texnoloji prosesləri üzrə rəis müavini vəzifəsində işləmişdir.

32. Həm çinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyasının xarakterinə dair işəgötürən tərəfindən təqdim edilmiş məlumatın məzmunundan görünür ki, onun işlədiyi sexdə istehsal olunan dənəvər kübrəsi və sadə superfosfat kübrəsinin əsas xammalı olan apatit məhsulu və sulfat turşusu məhsulu insan orqanizmi üçün təhlükəli və zərərli olduğundan bütün işçilərə, o cümlədən bütün elektrik avadanlıqları və elektrik qurğuları ilə məşğul olan elektrik montyorları da daxil olmaqla, iş prosesləri zamanı güzəştli qidaların verilməsi vacib hesab edilirdi.

33. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını düzgün hesab edərək qeyd edir ki, iddiaçının işlədiyi sahənin müvafiq 1 №li Siyahının Vİİİ bölməsinin (10800000 Vİİİ. Kimya istehsalatı. 1 080A00— 17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) 1-ci bəndində göstərilmiş istehsalatlara (1080A010) uyğun olduğu öz təsdiqini tapmışdır.

34. Belə ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısına uyğun olmaqla xx.xx.2006-ci ilə qədər 10 ildən çox güzəştli iş stajı və 20 ildən çox ümumi staja malik olduğu öz təsdiqini tapmışdır.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin olunması üçün iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

36. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

37. Nəticə etibarı ilə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri a pellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-271/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar