Məhkəmə qərarları › İş №2-1(102)-1626/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1626/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1626/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi maraq; iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi) “torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərar ın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə maneələrin olmaması barədə məlumatın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1883/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu, Hökməli qəsəbəsində 0,02 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, sonuncu xx.xx.2020, xx.xx. 2020 və xx.xx.2020-ci il tarixli məktublarla bildirmişdir ki, qeyd edilən torpaq sahəsi üzərində Daxili İşlər Nazirliyinin məktubuna əsasən məhdudiyyət qoyulmuşdur.

3. Bundan sonra iddiaçı müvafiq olaraq xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktublarla cavabdehə müraciət edərək, torpaq sahəsi üzərində hansı əsasla və qərarla məhdudiyyət qoyulması barədə məlumat verilməsini, o cümlədən məhdudiyyətin götürülməsi haqqında müvafiq qurumlara tapşırıq verilməsini xahiş etmişdir.

4. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, iddiaçının həyat yoldaşının təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-ə kredit borcu vardır və həmin borc üzrə tələb hüququ “Aqrarkredit” Səhmd ar Kredit Təşkilatına keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

5. İddiaçı 4 fevral 2021-ci il tarixində cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə üçüncü şəxsə məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində hansı səbəbə, hansı cinayət işi üzrə məhdudiyyət qoyulduğu ona məlum deyildir. Belə ki, o, heç bir cinayət işi üzrə nə şahid, nə şübhəli şəxs, nə də ki, təqsirləndirilən şəxs qismində c əlb edilməmişdir. Sadəcə, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ona verdiyi xx.xx.2020-ci il tarixli, 007-14429/4ə cavab məktubunda keçmiş həyat yoldaşı X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-yə kredit borcunun olduğu və həmin borc üzrə tələb hüququnun “Aqrarkredit” Səhmdar Kredit Təşkilatına keçdiyi bildirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4102/2021 nömrəli, 5 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “torpaq sahəsi üzərində qoyulmuş məhdudiyyətin götürülməsi, məhdudiyyət barədə qərarın ləğv edilməsi, həmin əmlak üzərində hüquqların həyata keçirilməsinə manelərin olmaması barədə məlumatın v erilməsi” barədə iddia tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1549/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4102/2021 nömrəli, 5 aprel 2021-ci il tarixli qərardadı ləğv edilərək inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2022 nömrəli 1 mart 2022-ci il tarixli qərardadı ilə (R.L.Kərimli) iddia mümkün sayı lmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddianın bir hissəsində tələb kimi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cinayət-prosessual fəaliyyəti ilə bağlı qərar və ya hərəkətlərini mübahisələndirdiyindən və mübahisələndirilən qərar və ya hərəkət inzibati icraat çərçivəsində qəbul olunmadığından, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiada göstərilən digər tələbə, yəni “müvafiq məlumatın verilməsi” tələbinə dair hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, bu tələb birinci tələbdən törəmə və asılıdır, ona görə də iddiaya həmin hissədə də inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür.

12. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və i ddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1883/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və S.İ.Bəktaşi) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-633/2022 nömrəli 1 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlillə ri

16. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Belə ki, cavabdehdən məhdudiyyətin nəyin əsasında qoyulması ilə bağlı sübut tələb etməmişdir. Əgər həqiqətən də iddiaçı yaxud onun keçmiş həyat yoldaşı barədə cinayət proseessual fəaliyyətin nəticəsində hər hansı bir qərar mövcud olsa idi, cavabdeh bunu məhkəməyə təqdim edər, iddiaçı da müvafiq qaydada həmin qərarı mübahisələndirərdi. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qər arı: -1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsasla ndırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 20.Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 21.Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iddianın mümkünsüzlüyü ilə bağlı gəlinən nəticə düzgün olsa da, məhkəmə qərarının əsaslandırması işin hallarına və iddiaçının hüquqi marağına uyğun olma mışdır. Odur ki, İPM-nin 96.7-ci maddəsinin tələbi baxımından apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək istədiyi zaman, torpaq sahəsi üzərində məhdudiyyətin olması və həmin məhdudiyyətin DİN tərəfindən verilmiş məktub əsasında qoyulması barədə məlumat əldə etmişdir.

24. Göründüyü kimi, iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsi üzərində məhdudiyyətin aradan götürülməsi ilə bağlıdır.

25. Belə olan halda isə, iddiaçı məhdudiyyətin qoyulması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin hərəkətlərinin q anuniliyini mübahisələndirməli, başqa sözlə, sonuncuya qarşı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanladığı məktubların məzmunundan görünür ki, əmlak üzərində məhdudiyyətin qoyulmasının əsasında cavabdeh tərəfindən aparılmış inzibati icraat və onun nəticəsində qəbul edilmiş bir inzibati akt dayanmır. Odur ki, hazırkı halda, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin məktub əsasında iddiaçının mülkiyyəti üzərində məhdudiyyət qoyulması ilə bağlı hərəkətləri mübahisələndirilməlidir.

26. Belə ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün h üquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər.

27. Hazırkı iş üzrə aşağı instansiya məhkəmələri iddia tələbinin mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlsələr də, iddianın mümkünlük şərtlərinə iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymət verilməmiş, düzgün cavabdehə qarşı iddia qaldırılması məsələsi müzakirə edilməmiş, sadəcə hazırkı tələblərin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmamasına əsaslanılmışdır.

28. Halbuki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı başqa predmetli və başqa cavabdehə qarşı iddia qaldırmaqla daha tez, daha münasib və daha sadə yolla arzuladığı məqsədə çata bilər.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1883/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar