Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1626/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Seriya MA, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-112/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs X11 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1994-cü ildə vəfat etmiş X7 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsinə X12 və digər şəxslərin payları xx.xx.1998-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə müəyyən edilmişdir.
2. Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə ünva n 1 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmışdır. 3. 1947-ci ildə tikilmiş, 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ünvanı Qəbələ şəhəri Nizami küçəsi 8 qeyd edilmiş həmin daşınmaz əmlak üzərində X5 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. X2 alqı-satqı əsasında həmin fərdi yaşayış evini X1.
4. İddiaçı cavabdehə müraciət edərək X5 adına tərtib edilmiş çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdeh 10 may 2022-ci il tarixli, **********54 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, fərdi yaşayış evinin qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyət hüquqlarının bərpa edilməsi onların səlahi yyətlərində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon Aqrar İslahat Komissiyasının verdiyi oktyabr 2002 JN-1059F KOD 40601004 saylı şəhadətnamənin, cavabdehin verdiyi xx.xx.2011-ci il tarixli seriya MA ******* və xx.xx.2011ci il tarixli Seriya MA ******* nömrəli çıxarışların ləğv edilməsi, satılmış ev və torpaq sahəsinin 1/4 hissəsinə kompensasiyanın ödənilməsi, yeni qeydiyyat şəhadətnaməsi çıxarılması, əmlakın satılması haqqında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ya həmin miras əmlakdan özünə çatan payın kompensasiya formasında verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə dörddə bir hissədə ona məxsusdur. Lakin buna baxmayaraq cavabdeh həmin əmlak üzərində mülkiyyət hüququnu X5 adına rəsmiləşdirmişdir.
8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərardadı ilə iş üzrə X9, X8, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək təqdim etdiyi ərizəsində "yeni qeydiyyat şəhadətnaməsi çıxarılması” dedikdə tələbdə qeyd olunmuş əmlakla, yəni JN059F nömrəli şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda qeyd olunmuş fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı il ə bağlı çıxarışın verilməsini nəzərdə tutduğunu bildirmişdir.
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərardadı ilə (hakim: V.Ə.Musayev) iddia tələbinin “Qəbələ rayon Aqrar İslahat Komissiyasının verdiyi oktyabr 2002 JN-1059F KOD 40601004 saylı şəhadətnamənin, cavabdehin verdiyi xx.xx.2011-ci il tarixli seriya MA ******* çıxarışın ləğv edilməsi, Seriya MA ******* nömrəli çıxarışın torpaq sahəsinə aid hissədə ləğv edilməsi, satılmış ev və torpaq sahəsinin 1/4 hissəsinə kompensasiyanın ödənilməsi, JN-059F nömrəli şəhadətnamədə və onun əsasında verilmiş çıxarışda qeyd olunmuş fərdi y aşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çıxarışın verilməsi, əmlakın satılması haqqında alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ya həmin miras əmlakdan özünə çatan payın kompensasiya formasında verilməsi” hissəsində iddia tələbi qeyri-mümkün sayılmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, Seriya MA ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evinin AN-İ ******* və AN-İ ******* xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə özgəninkiləşdirilərək hazırda ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla X8 və X3 hər biri ½ hissə pay olmaqla ümumi birgə mülkiyyətində olması müəyyən edilir. Həmçinin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, hal-hazırda həmin f ərdi yaşayış evi sökülmüşdür. Odur ki, sözügedən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması tələbi mümkünsüz sayılmalıdır.
13. İddia tələbinin digər hissəsi, cavabdehin üzərində üçüncü şəxs X5 adına verilmiş "Seriya MA, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” hissəsi Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərarı ilə (hakim: V.Ə.Musayev) təmin edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən çıxarışın X5 adına tərtib edilməsi və həmin daşınmaz əmlak üzərində sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər hansı hüquqi əsas mövcud olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Suqura Kərimova xx.xx.1998-ci il tarixli "Qanun üzrə vərəs əlik hüququ haqqında” şəhadətnamədə ¼ hissə payının olduğu qeyd edilmiş Rauf Kərimovun arvadıdır. İstinad olunan şəhadətnamədən göründüyü kimi Rauf Kərimovun övladlarının 1/4 hissəyə vərəsə olması qeyd edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh və üçüncü şəxs X9 apelyasiya şikayətləri verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-112/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və G.İ.Cavadova) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1542/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanı lmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materialları ilə müəyyən edilir ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmışdır. Belə olan halda cavabdeh orqan, xx.xx.1998-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə və Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsinə istinad edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində adları həmin sənədlərdə adları qeyd edilmiş şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı olduğu halda, heç bir hüqu qi əsas olmadan fərdi yaşayış evi üzərində Suqura Kərimovanın xüsusi mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Qeyd edilən hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan, iddiaçı MA Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissəsinin ləğv edilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
18. Cavabdeh və üçüncü şəxs X9 apelyasiya instansiyası məhkəməsinin qərarından hər biri ayrı ayrılıqda kassasiya şikayətləri vermişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayca n Respublikası Qanununun 16.6-cı maddəsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
20. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, məhkəmə qərarı ilə ləğv edilmiş X5 adına verilmiş MA Seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış artıq qüvvədə deyil, fərdi yaşayış evi X9 tərəfindən notarial qaydada özgəninkiləşdirildiyindən ********** vəl ********* qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla X8 və X3 hər birinin ¼ hissə pay olmaqla ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır, həmin çıxarışlar ha zırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda isə iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmayacaq. b) üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
21. Üçüncü şəxs kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15.1-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5-ci maddəsinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
22. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarlarında cavabdeh Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə üçüncü şəxs X5 adma verilmiş “Seriya MA, 02044049 nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi” öhdəliyi qoyulmuş, lakin X5 adına ünvan 3 ünvanındakı fərdi yaşayış evinə xx.xx.2011-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********22-10301 olan Daşınmaz Əmlakın Texniki pasportu mübahisələndirilməmiş və ünvan 3 ünvanındakı fərdi yaşayış evinə verilmiş Texniki pasport ləğv edilmədən, Seriya MA, 02044049 nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissənin ləğv edilməsi qanunsuzdur və qərarın əsassız olmasını sübut edir. Digər tərəfdən iddia tələbi tam olaraq qeyri-mümkün sayılmalıdır, belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. İddiaçı hər iki kassasiya şikayətinə etiraz edərək şikayətlərin rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əm ələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.[1 Maddə 146 Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülki yyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qey diyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərar ını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarı 28. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarix li qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, iddiaçı tərəfindən veri lmiş iddia mümkün sayıla bilməz. Belə ki, hazırki mübahisəyə mülki mühakimə icraatında baxılmalıdır.
33. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, “"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: 1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Eyni zamanda “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasınd a aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
35. Beləliklə, hazırki işdə iddianın faktiki əsasını cavabdeh tərəfindən qəbul edilmiş aktın (çıxarışın) qanunsuzluğu təşkil etdiyindən hazırki mübahisə inzibati xarakterlidir.
36. Cavabdehin kassasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, məhkəmələr iddianı tam təmin edərkən düzgün nəticəyə gəlməmişlər. İş materiallarında olan və məhkəmələrin də istinad etdiyi Qəbələ rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-293/2010 saylı qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin dörddə bir hissəsinə miras əmlak olaraq İddiaçı Məcnun qızının hüquqları tanınmışdır. Odur ki, məhkəmələrin MA seriyalı, ******* nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə tam edilməsi ilə bağlı gəldikləri nəticə qanuni sayıla bilməz.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın tam təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən MA seriyalı, ******* nömrəli çıxarışın ¼ hissədə ləğv edilməsi təmin edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-112/2023 saylı iş üzrə 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilsin. İddia qismən təmin edilsin. MA Seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış ¼ hissədə ləğv edilsin. Qərar qətidir.