Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1626/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-139/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********5902 nömrəli qərarından görünür ki, İddiaçı məxsus obyektdə nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edil məsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat və Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 03193 nömrəli aktının etibarsız hesab edilməsi və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqınd a” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarının qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ağstafa rayonu, Dağ Kəsəmən kəndi ərazisində fəaliyyət göstərən “Fuad” şadlıq sarayı ona məxsusdur. xx.xx.2023-cü il tarixdə həmin obyektdə cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib olunmuş akta əsasən “Fuad” şadlıq sarayında çalışan, guya 20 nəfər işçidən 12 nəfərinin əmək müqaviləsinin olduğunu, 8 nəfər işçinin və ya sabit qəzb olmadan işçilərin işə cəlb edildiyinin aşkar olunduğu göstərilmişdir. Halbuki, həmin 8 nəfərdən yalnız 3 nəfər i (X4, X7 və X2) iddiaçı tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmişdir. Aktda adları göstərilən qalan 5 nəfəri isə (X10, X5, X6, Şahid və X3) tanımır, həmin şəxlər ümumiyyətlə şadlıq sarayında işləməmişlər. Ola bilsin ki, həmin şəxslər həmin gün sarayda keçirilən toy mərasimində qonaqlar və ya məclisi keçirən şəxsin yaxını, qohuməqrabası olmuşdur. Bir sözlə, həmin 5 nəfər şəxsin iddiaçı tərəfindən işə cəlb edilməsi sübuta yetirilmədiyi halda, cavabdeh orqan tərəfindən əsassız olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ona 16.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanı keçirən cavabdeh orqanın əməkdaşları tərəfindən nə videoçəkiliş aparılmış, nə də həmin tanımadığı şəxslərin izahatları alınmamışdır. Eyni zamanda, Azətbayca n Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ona tətbiq edilmiş 16.000 manat məbləğində maliyyə sanksiyasının 6.000 manatını (X4, X7 və X1 münasibətdə) dövlət nəfinə ödəmişdir. Bu səbəbdən də hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli, 03193 nömrəli aktı etibarsız hesab edilməli və ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarı qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməlidir
5. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz ərizəsində qeyd edilmişdir ki, keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçı məxsus Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, “Fuad” şadlıq sarayında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nə zərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edilməsi və Vergi Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 7 nəfər fiziki şəxsi işlərin yerin yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək 18 iyun 2023-cü il tarixli aktla rəsmiləşdirilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsində olan uçot məlumat bazasına əsasən İddiaçı məxsus “Fuad” şadlıq sarayının sahəsi 520 kvm və əmək müqaviləsi üzrə işçi sayı 9 nəfərdir. Bu da onu deməyə əsas verir ki, 520 kvm sahəsi olan sadlıq sarayını 9 nəfər fiziki şəxslə idarə etmək mümkün deyil. Ona görə də mübahisələndirilən qərar qanuni hesab edilməlidir.
6. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********3345 nömrəli qərarının qismən (10.000 manat məbləğində maliyyə sanksiyasına münasibətdə) ləğv edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim F.C.Hüseynov) xx.xx.2023-cü il tarixli, 21(114)-4093/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmiş dir ki, iş materiallarında olan operativ vergi nəzarətinin nəticəsi haqqında tərtib edilmiş akt və ona əlavələrdən görünür ki, iddiaçı həmin sənədləri imzalamaqdan imtina etmişdir. Həmçinin aktda adı olan şəxslərdən izahat alınması və akta onların imza etməsi vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin şəxslərin sözügedən obyektdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bundan əlavə, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda cavabdeh orqan iddiaçının 5 nəfər fiziki şəxsi əmək müqaviləsi olmadan işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilmədiyindən bu hallar vergi ödəyicisinin xeyr inə şərh edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.V.İsgəndərova (sədrlik edən), R.Z.Mamedov və A.V.Bayramov) 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-139/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə mötəbər sübutların təqdim edilmədiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, çəkiliş üçün vasitə yalnız mobil telefon olmuş və toy sahibləri narazılıq etdiyindən çəkiliş aparılmamışdır. Vergi ödəyicisi İddiaçı məhkəmə sorğusuna əsasən bildirmişdir ki, şadlıq sarayında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə aparılan çəkilişlərin qeydə alınması müddəti 20 gün təşkil edir. Bu səbəbdən sarayda quraşdırılmış müşahidə kameraları vasitəsi ilə xx.xx.2023-cü il tarixdə aparılan çəkilişlərin qeydə alınmasına dair video görüntünün təqdim edilməsi mümkün deyildir. İddiaçı 16 iyun 2023-cü il tarixli **********5972 saylı “Operativ vergi nə zarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnaməni” almaqdan imtina etmiş, vergi orqanının əməkdaşlarına operativ vergi nəzarətinin keçirilməsinə şərait yaratmamış və yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsindən imtina etmişdir. Bundan başqa, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 48-ci maddəsində tərtib edilən protokola dair ümumi tələblərdə foto və video çəkilişin aparılması tələblər siyahısında nəzərdə tutulmadığından səyyar vergi yoxlamaları və OVN zamanı icra olunan hərəkətlər əsasən protokol və aktlarla rəsmiləşdirilir və yalnız zərurət olduqdan bu hərəkətlərlə bağlı foto və video çəkiliş aparılır. Sözü gedən normanın məzmunundan göründüyü kimi foto və ya video çəkilişdən istifadə olunması imperativ tələb kimi nəzərdə tutulmamışdır. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Maddə 5
8. Vergilərin azaldılmasına və digər vergi hüquq pozmalarına görə maliyyə sanksiyaları 58.10.Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosi al sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnziba ti orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
17. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məh kəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İşin faktiki hallarından görünür ki, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023cü il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus obyektə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Yoxlama zamanı vergi ödəyicisi İddiaçı məxsus obyektdə keçirilən operativ vergi nəzarəti nəticəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və sözügedən akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozu lmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək iddiaçıya maliyyə sanksiyası tərtib edilmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, operativ vergi nəzarəti zamanı izahatı alınmamış şəxslərin iddiaçı ilə əmək münasibətlərində olub-olmaması halını sübut edə bilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yəni, hazırkı iş üzrə iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür (İPM-nin 14.1-ci maddəsi).
26. Mübahisələndirmə haqqında iddia növündə olan işlərdə cavabdeh faktiki şərtlərin m övcudluğunu məhkəmə prosesi zamanı təqdim edilmiş sənədlərlə sübut etməklə yanaşı və hətta daha öncə, inzibati icraatın gedişində, o cümlədən icraatın nəticəsində inzibati aktın qəbulu zamanı şəxsə faktiki şərtlərin mövcudluğunu göstərməlidir. Bu “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələbindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
27. Nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı.
28. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
29. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi məsuliyyətinə cəlb etdikdən sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
30. Odur ki, hazırkı halda qiymət verilməli olan, cavabdeh tərəfindən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi və vergi məsuliyyətinə cəlb edilməsi zamanı inzibati icraatın tələblərinə riayət edilib-edilməməsidir.
31. Lakin hazırkı iş üzrə mübahisələn dirilən xx.xx.2023-cü il tarixli qərarda, yəni inzibati aktda yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər hansı əsaslandırma aparılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirilən qərarında istinad etdiyi xx.xx.2023-cü il tarixli operativ vergi nəzarətinin nəticəsi haqqında aktların məzmununa nəzər yetirdikdə də müəyyən olunur ki, 5 nəfər şəxsin şəxsiyyəti müəyyən edilməmiş, onların izahatı alınmamış, bu şəxslərə münasibətdə qeyd olunan halların mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda həmin şəxslərlə əlaqədar iddiaçının Azərbayc an Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır.
33. Qeyd edilənlərə əsasən, mübahisələndirilən inzibati akt inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının, o cümlədən maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsinin sözügedən inzibati aktın ləğv edilməsi ilə bağlı hüquqi mövqeyi düzgün olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şika yət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(104)-139/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.