Məhkəmə qərarları › İş №2-1(102)-1627/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1627/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1627/2021 05.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: arxiv arayışında qeyd olunan iş illərinin sosial sığorta stajına əlavə edilməsi; yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə “işlədiyi illərin sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci tarixli, 2-1(103)-977/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1953-cü il tarixində doğulmuş, 1967-1972-ci illərdə Culfa rayon Milax kənd X adına sovxozda işləmiş, 13.05.1972-ci ildən 22.05.1974-cü ilədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 1984-1991-ci illərdə Culfa rayon 52 nömrəli Tikinti Q uraşdırma İdarəsində işləmişdir.

2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 02.08.2019-cu il tarixində cavabdehə müraciət etmiş, cavabdeh 02.08.2019-cu il tarixli, **********1 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdirş

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajı və pensiya sığorta kapitalı olmadığından əmək pensiya hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 13.10.2016-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan normativ aktlara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməs i öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə doğulmuş və 13.10.2016-cı il tarixindən yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq müraciətini təmin etməmişdir. Belə ki, o, 26.11.1984-cü ildən 17.05.1991-ci ilədək Culfa rayon 52 nömrəli Tikinti Quraşdırma İdarəsində 6 il, 05 ay, 21 gün, 1967-1972-ci illərdə isə Culfa rayon Milax kənd X adına sovxozda 5 il işləmişdir. 1972-1974-cü illərdə Sovet Ordusunda əsgəri xidmətdə olmuşdur. Ümumilikdə 13 il, 05 ay, 21 gün sığorta stajı vardır. Bunları Culfa rayon Dövlət Arxivinin 19.07.2019-cu il tarixli arxiv arayışı, hərbi biletinin təsdiq edilmiş surəti sübut edir. Cavabdehin imtinasının digər bir səbəbi isə pensiya kapitalı ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun pensiya kapitalı tələb edən 7-ci maddəsi 01.07.2017-ci ildən sonra pensiya hüququ yaranan şəxslərə tətbiq edilə bilər. Onun isə yaşa görə əmək pensiya hüququ 13.10.2016-cı ildən yarandığından pensiya kapitalı tələb edilə bilməz.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığından iddiaçının əmək pensiyası hüququ yaranmır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3490/2019 nömrəli, 24.12.2019-cu il tarixli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmiş, iddiaçıya arayışda və hərbi biletdə göstərilən dövrün iş stajına daxil edilərək 13. 10.2016-cı il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və qüvvədə olan qanunvericiliyə əsasən pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi illər hərbi bilet və arayışla təsdiqlənir, həmin sənədlərdə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh sübut etməmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1099/2020 saylı, 20.07.2020-ci il tarixli qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 2-1(82)-3490/2019 saylı, 24.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə 01.01.2006-cı il tarixinədək sığortaolunanların qazanmış olduqları əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi barədə imperativ norma olsa da, iddiaçı iş stajını təsdiq edən əmək kitabçası təqdim etməmişdir. İddiaçının təqdim etdiyi arxiv arayışı və hərbi bileti nəzərə alındıqda isə onun 11 il 4 ay iş stajı olması müəyyən edilir ki, bu da ona 63 yaşdan pensiya təyin edilməsi üçün tələb edilən (12 il) sığorta stajından azdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respub likası Ali Məhkəməsinin 2-1(102)-2044/2020 saylı, 27.10.2020-ci il tarixli qərarı ilə (sədrlik edən Bədəlov Kəmaləddin, hakimlər Hüseynov İlqar və Şəfiyev İspəndiyar) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.07.2020-ci il tarixli 2-1(103)1099/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı digər sənədlər əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. Odur ki, iddiaçının təqdim etdiyi arxiv arayışı onun iş staj ını təsdiq edən sənəd kimi qəbul edilməlidir. Arxiv arayışındakı iş illərinin hesablanmasında da məhkəmə səhvə yol verib. Belə ki, məhkəmə iddiaçının 1967-1972-ci illərdə Culfa rayon Milax kənd X adına sovxozda işlədiyi illərdə yalnız əmək haqqı aldığı ayları iş stajı kimi nəzərə alsa da, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 21(103)-977/2021 saylı qərarına əsasən (sədrlik edən Aida Hüseyn, hakimlər Xəyalə Cəmilova və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3490/2019 nömrəli, 24.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Məhkəmə qərarı 07.06.2021-ci il tarixində cavabdehə təqdim edilmişdir.

18. Cavabdeh 07.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 2-1(103)-977/2021 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cav abdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir.

20. Apellyasiya instansiyası məhkəməsi isə İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbini pozaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təq dim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

23. Məhkəmə iclasında iştirak edən cavabdeh vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvar ın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1- dən başlayaraq, 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.

25. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 26. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haq qında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 27. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydas ı barədə” Əsasnamənin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 29. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. İnzibati Prosessual Məcəllənin 14.3-cü madd əsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

31. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

33. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının tələb edilən sosial sığorta stajı və ya pensiya kapitalı yoxdur. Qanunvericiliyə əsasən sosial sığorta stajı arxiv arayışı ilə yox, əmək kitabçası ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsi isə bu halı nəzərə almamışdır.

38. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 24-28-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik m üəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

39. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir. Həmin arxiv arayışı ilə iddiaçının tələb edilən 12 ildən artıq iş stajı olduğu təsdiq olunur və arxiv arayışının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.

41. Cavabdeh isə buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında q eyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 29-cu bəndində göstərilən normanın tələbini pozmuşdur.

42. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).

43. Məhkəmə kolle giyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

44. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 21(103)-977/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 21(103)-977/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar