Məhkəmə qərarları › İş №2-1(102)-1627/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1627/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1627/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (1.11.1966-cı il təvəllüdlü; FİN: 43AOOJV) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli, 2-1(103)-1723/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehin tabeliyində X2 müraciət edərək, 190 manat birdəfəlik ödəmənin təyin olunmasını xahiş etmişdir.

2. Cavabdehin tabeliyində X1 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının 20 noyabr 2020-ci il tarixli, **********7 nömrəli məktubuna əsasən iddiaçıya koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Azərbaycan Respublikası İqtisadiyyat Naz irliyinin müvafiq informasiya sisteminə uyğun olaraq torpaq mülkiyyətçisi olduğuna görə Sizə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “(COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il tarixli, 07 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarına uyğun olaraq 190 manat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun işsiz kimi qeydiyyata alınması və buna müvafiq ola raq C0VİD 19 pandemiyası ilə əlaqədar yardım verilməsi barədə müraciətinə SMS vasitəsi ilə imtina olunmuşdur. İmtinaya səbəb kimi onun torpaq mülkiyyətçisi olduğu göstərilmişdir. Lakin bu hal həqiqətə uyğun deyil. O, torpaq mülkiyyətçisi deyil. Bununla bağlı cavabdehə müraciəti nəticəsiz qalmışdır. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və onun üzərinə pandemiya ilə əlaqədar 190 manat məbləğində maddi yardımın verilməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib. Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara apr el-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel və 23 iyun 2020-ci il tarixli qərarlarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron. Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşd ur. O, həmin Qaydalara uyğun olaraq müraciət etmiş, lakin imtina olunmuşdur. Halbuki, imtina üçün qanuni əsaslar olmamışdır, əsas qanunsuz olmuşdur.

5. Cavabdeh iddia tələbinə yazılı etirazında bildirmişdir ki, iddiaçının iddiası əsassız olduğundan rədd edilməlidir, belə ki, müvafiq dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə əldə olunan məlumatlara əsasən İddiaçı torpaq mülkiyyətçisi olduğuna görə məşğul şəxs hesab edilir və onun işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Belə ki, MEİS-dən aldığımız məlumata əsasən, iddiaçı indiki dövrədək ümumiyyətlə əmək münasibətlərində olmamışdır. İddiaçı X2 yalnız pandemiya dövründə müraciət etmişdir, beləliklə onun müraciət etməkdə məqsədi yalnız ödəmə ilə bağlı olmuşdur. Birdəfəlik ödəmə ünvanlı lıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər, yəni xüsusi karantin rejiminin tətbiq olunmasının təsiri ilə bağlı işindən məhrum olmuş şəxslərə, həmçinin 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış və məşğulluq tədbirlərinə cəlb olunmuş, lakin xüsusi karantin rejiminin tətbiq olunduğuna görə tədbirlərin dayandırılması ilə bağlı zərərçəkən şəxslərə verilir. İddiaçı “Məşğulluq haqqında” AR Qanununa uyğun olaraq məşğul şəxs olduğu üçün işsiz şəxs hesab edilmədiyindən, həmçinin pandemiya dövrünün mənfi təsirindən zərərçəkən işsizlər sırasına aid olmadığından, onun birdəfəlik ödəmənin almaq hüququ yaranmamışdır.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə aylıq birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3740/2021 nömrəli (hakim R.Kərimli) qərarı ilə iddia təmin edilmiş, İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr alları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Sığortaedənlərin reyestri”ndən çıxarışda torpaq mülkiyyətçisi kimi “İddiaçı”nın adı göstərilsə də, adıçəkilən şəxsin FİN nömrəsi 1E1LSFG, doğum tarixi xx.xx.1984-cü il, yaşayış yeri Şəki rayonu, Suçma Ərazi Dairəsi, Dərəcənnət kəndi dir. Halbuki hazırkı iddiaçının FİN nömrəsi 43AOOJV, doğum tarixi xx.xx.1966-cı il, yaşayış yeri isə Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi 2, mənzil 33-dür. Bununla da müəyyən olunur ki, mülkiyyətində torpaq sahəsi olan həmin şəxslə hazırkı iddiaçı fərqli şəxslərdir.

9. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən onun xüsusi karantin rejimin tətbiqi ərəfəsində “işsiz kimi qeydiyyat alınsa da, az təminatlı sayılmaması”nı əsas gətirərək imtina etmişdir. Lakin məhkəmə icraatında cavabdeh inzibati orqan iddiaçının “ az təminatlı sayılmaması” qənaətinin konkret əsaslarını bildirmədən, müvafiq sistemin məlumatlarına formal olaraq istinad etmişdir. Halbuki, belə hal “İnzibati icraat haqqında” AR Qanununun 12, 13, 17, 19, 24-cü maddələrinin pozulmasıdır - 1) eyni statusda və vəziyyətdə olan şəxslərə münasibətdə “bərabərlik prinsipi”nə və “mövcud inzibati praktika”ya ziddir; 2) müvafiq normativ aktla (AR Nazirlər Kabinetinin 127 nömrəli 7 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalar) müəyyən edilən “birdəfəlik ödəmənin məqsədi”nə mütənasib deyil; 3) iddiaçının işsiz və aztəminatlı olmasını bəyan etdiyi halda, bunun əksini sübut edən tutarlı dəlil təqdim edilməməsi “mötəbərlilik” xüsusatını inkar etmir; 4) işin tam və hərtərəfli araşdırılmasının aparılması təmin edilməmişdir. İddiaçının karanti n rejiminin tətbiq edildiyi müvafiq tarixdən əvvəl hansı tarixdə işsiz kimi qeydiyyata alınması həmin qeydiyyat əsasında onun əldə etdiyi güzəştlərdən yararlanmasına təsir etmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli, 2-1(103)-1723/2022 nömrəli (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseyn və M.Tağızadə) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh hesab edir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icra müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq ödənişlər həyata keçirilmişdir. Bu sosial müdafiə tədbirinə cəlbetmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli qərarının 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir.

15. Bundan başqa “Mediasiya haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraat ı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Lakin məhkəmə qanunvericiliyin bu imkanından istifadə etməyərək, dövlətin, o cümlədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra haki miyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; [4]...

18. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı:... 1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respubl ikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.

2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”:

1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi kara ntin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsi z kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15- ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

3. Birdəfəlik ödəmənin verilməsi qayd ası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. N övbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli Qərarı:

1. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: “2-1. Birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir”.

2. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” üzrə: 2.1. 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilsin; 2.2. 2.3.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı;”; 2.3. aşağıdakı məzmunda 2.3.11-2.3.15-ci yarımbən dlər əlavə edilsin: “2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.”; 2.4. 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi m əqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.”

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı:... 2. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci hissəsində “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istis na olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin....

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli, 216 nömrəli qərarı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkil də həyata keçirilsin. Qeyd: 8 iyul 2020-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qərarının adında və 1-ci hissəsində “şəhərləri” sözü “, Mingəçevir, Şəki, Yevlax şəhərləri” sözləri ilə və “Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları” sözləri “Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları” sözləri ilə əvəz edilmişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli, 283 nömrəli qərarı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2020-ci il tarixli, 444 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuv ar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli, 506 nömrəli qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 mana t məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin. 26. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Mediasiyanın tətbiq dairəsi 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.... Maddə

31. Məhkəmə mediasiyası 31.1. Məhkəmə prosesinin istənilən mərhələsi ndə məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yox lanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycan a qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edən cavabdeh iddiaçının torpaq mülkiyyətçisi olmasına əsaslanmışdır. Halbuki, iş materialları ilə müəyyən olunur ki, “Sığortaedənlərin reyestri”ndən çıxarışda torpaq mülkiyyətçisi kimi “İddiaçı”nın adı göstərilsə də, adıçəkilən şəxsin FİN nömrəsi 1E1LSFG, doğum tarixi xx.xx.1984-cü il, yaşayış yeri Şəki rayonu Suçma Ərazi Dairəsi, Dərəcənnət kəndidir. Hazırkı iddiaçının FİN nömrəsi 43AOOJV, doğum tarixi xx.xx.1966-cı il, yaşayış yeri isə Bakı şəhəri, Nərimanov rayonu, Çaykovski küçəsi, 2, mənzil 33-dür. Bununla da müəyyən olunur ki, mülkiyyətində torpaq sahəsi olan həmin şəxslə hazırkı iddiaçı fərqli şəxslərdir. Göründüyü kimi cavabdehin imtinasında qeyd olunan iddiaçının torpaq mülkiyyətçisi olması iş materialları ilə təkzib olunur.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının torpaq mülkiyyətçisi olmasına istinad edərək, ona maddi yardımın ödənilməsindən imtina etməsi barədə hərəkəti qanuni olmamışdır.

35. Yuxarıda istinad olunan normala ra görə, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

36. Kassasiya şikayətinin dəlillərinə əsasən, 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm f aktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1 və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır.

37. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Bununla belə, məhkəmə kollegiyası cavabdehin apellyasiya məhkəməsi tərəfindən mübahisənin mediasiya vasitəsilə həllini təmin etmədən dövlət büdcəsinin əlavə maliyyə yükünə səbəb olması ilə bağlı kassasiya şikayətindəki dəlilinə münasibətdə qeyd edir ki, hazırkı qərarın 26-cı bəndində qeyd edilən normaya əsasən, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə aid edilsə də, həmin mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakın məcburi olması ilə bağlı hər hansı göstəriş yoxdur.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 may 2022-ci il tarixli, 21(103)-1723/2022 nömrəli qərarı dəyişdi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar