Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1627/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı kameral vergi yoxlamasının keçirilməsi nəticəs ində qəbul edilmiş qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1752/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC barəsində 2021-ci ilin dekabr ayı üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəm əsinin e-2-1(112)-7000/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ilə (hakim S.İ.Salahova) iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1752/2023 nömrəli, 13 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7000/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
6. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin ilk cümləsi məhz inzibati orqanın əhatə dairəsinə aid olan ərazi üzrə inzibati aktın qəbul edilməsini ehtiva edir, ikinci cümləsi isə inzibati orqanın ərazi dairəsi bir çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqanın inzibati aktın qəbul edilməsini nəzərdə tutur.
7. İnzibati orqan digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olduğu üçün digər tərəflə bərabər deyil. İnzibati orqan öz inzibati binasına, maddi-texniki bazasında və işçi heyətinə malikdir və məlum məsələdir ki, digər tərəfdən üstün səlahiyyətə malikdir. İPM-nin 8.1.2-ci maddəsinin ikinci c ümləsi də məhz həmin hallarda tətbiq edilir ki, əgər inzibati orqan öz ərazi dairəsinə daxil olmayan yerdə yerləşən fiziki və ya hüquq şəxs barəsində inzibati akt qəbul edirsə, deməli, həmin maddənin ikini cümləsi tətbiq edilməlidir.
8. Beləliklə, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi halda işə iddiaçının olduğu yer üzrə baxılır. Cavabdeh 6 saylı ƏVBİ iddiaçı barəsində kameral vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul etməklə öz səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olmasını təsdiq etmişdir.
9. Lakin məhkəmə İPM-in 8.1.2-ci maddəsini tətbiq etmək əvəzinə cavabdeh orqanın birdən çox ərazini əhatə etməməsi qənaətinə gələrək İPM-in 8.1.4-cü maddəsini tətbiq etmişdir.
10. Bel ə ki, hazırda işdən görünür ki, hazırkı iddia mübahisələndirilmə haqqında iddia tələbinə aiddir. Mübahisələndirilən qərardan və məhkəməyə təqdim edilən təsis sənədlərindən görünür ki, iddiaçının hüquqi ünvanı, yəni olduğu yer kimi ünvan 1ərilmişdir.
11. Belə olan halda, sual yaranır ki, cavabdeh 6 saylı ƏVBİ-nin əgər səlahiyyəti məhkəmənin qeyd etdiyi kimi yalnız Lənkəran şəhəri, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonlarını əhatə edirsə, necə olur ki, cavabdeh Bakı şəhərində olan iddiaçı barəsində hazırda mübahisələndirilən qərar qəbul edir. Buradan görünür ki, cavabdeh 6 saylı ƏVBİ elə Bakı səhərində olduğu yeri olan iddiaçı barəsində qərar qəbul etməklə öz səlahiyyətinin, həmçinin Bakı səhərinin də əhatə etməsini özü təsdiq etmişdir.
12. Aydın məsələdir ki, iddiaç ı hüquqi şəxsin olduğu yer onun hüquqi ünvanıdır. Lakin vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan isə fərqli ola bilər. Qanunla hüquqi şəxsə münasibətdə olduğu yer dedikdə onun hüquqi ünvanının olduğu yer başa düşülür. Lakin vergi ödəyicisinin hüquqi ünvanı misal üçün Bakı şəhəri, fəaliyyət göstərdiyi ünvan isə Lənkəran şəhəri olar bilər. Yəni, qanunun məhz tələbi də vergi ödəyicisinin təsərrüfat obyektinin fəaliyyət göstərdiyi ünvanda yenidən uçota alınmasıdır. Misal üçün, vergi ödəyicisi ilkin olaraq Bakı şəhərində qeydiyyata alınır və Bakı şəhərində yerləşən vergi orqanında uçotda olur, daha sonra öz təsərrüfat subyektini Lənkəran şəhərinə keçirir və bu halda, yeni qanuna görə o, Lənkəran şəhərini əhatə edən vergi orqanında uçotda alınmalıdır. Lakin bu o demək deyil ki, vergi ödəyic isinin hüquqi ünvanı da dəyişir. Əksinə vergi ödəyicisinin hüquqi ünvanı dəyişməz olaraq Bakı şəhəri qalır.
13. Məhkəmələr də ərazi aidiyyətini müəyyən edərkən iddiaçının yaşayış və yaxud olduğu yeri əsas götürməlidir. Çünki iddiaçı hüquqi şəxs Bakı şəhərində olduğu yeri, lakin sahibkarlıq fəaliyyəti Lənkəran şəhərində apardığı üçün vergi uçotunda isə 6 saylı ƏVBİdə ola bilər. Başqa sözlə desək, vergi ödəyicilərinin olduğu yer ilə vergi orqanında vergi uçotunda olduğu yerlər fərqlənə bilər.
14. Hazırkı iş üzrə də iddiaçı ilkin olaraq öz sahibkarlıq fəaliyyətini Cəlilabad rayonunda apardığı üçün orada qeydiyyatdan keçib 6 saylı ƏVBİ-də vergi uçotuna düşmüş, daha sonra öz hüquqi ünvanını ünvan 6sində qərar qəbul etmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti 6 saylı ƏVBİ-nin ərazi yurisdiksiyas ına aid edilən rayonda olduğu üçün o, həmin idarədə vergi uçotundadır. Lakin onun hüquqi ünvanı dəyişdirilmiş və yeni ünvan Bakı şəhərində olduğu və qanunda olduğu yer dedikdə hüquqi ünvan başa düşüldüyü üçün İPM-in 8.1.2-ci maddəsinin tələbini nəzərə alınaraq həmin işə də Bakı İnzibati Məhkəməsində baxılmalıdır.
15. Beləliklə, məhkəmələr tərəfindən ərazi aidiyyəti müəyyən edilərkən ilkin olaraq iddiaçının yaşayış və yaxud olduğu ünvan nəzərə alınmalı və əgər inzibati orqan öz səlahiyyəti dairəsindən çıxaraq iddiaçının olduğu ünvanı onun səlahiyyət dairəsinə aid olmasa da, onun barəsində qərar qəbul edirsə, bu halda həmin məhkəmə işinə iddiaçının olduğu yer (ünvan) üzrə baxılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə (İPM) 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra h akimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur;... 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qər arı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” (Azərbaycan Respublikası MəhkəməHüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir): Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: 18.1. Ağcabədi rayonu; 18.2. Astara rayonu; 18.3. Beyləqan rayonu; 18.4. Biləsuvar rayonu; 18.5. Cəbrayıl rayonu; 18.6. Cəlilabad rayonu; 18.7. Füzuli rayonu; 18.8. Hacıqabul rayonu; 18.9. Xocavənd rayonu; 18.10. İmişli rayonu; 18.11. Kürdəmir rayonu; 18.12. Laçın rayonu; 18.13. Lerik rayonu; 18.14. Lənkəran rayonu; 18.15. Masallı rayonu; 18.16. Neftçala rayonu; 18.17. Saatlı rayonu; 18.18. Sabirabad rayon u; 18.19. Salyan rayonu; 18.20. Şirvan şəhəri; 18.21. Yardımlı rayonu. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin q ərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
22. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin hazırkı icraat çərçivəsində baxılan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin birinci cümləsində göstərilmiş müddəaya əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iş üzrə isə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ünvan 8 ünvanında yerləşir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inz ibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarının 18.14-cü bəndinə əsasən isə Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Həmçinin iddiaçı kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin ikinci cümləsinə istinad edərək göstərmişdir ki, hazırkı mübahisəyə iddiaçının olduğu yerin məhkəməsində - Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinin yurisdiksiyasına aid olan inzibati ərazi vahidləri birdən çox (o cümlədən Bakı İnzibati Məhkəməsinə) aid deyil, yalnız Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasının ərazisini ə hatə edir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 15 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin 1.8.2-ci yarımbəndindən görünür ki, 6 saylı Ərazi Vergilər Departamentinin yurisdiksiyasına Lənkəran şəhəri, Astara rayonu, Biləsuvar rayonu, Yardımlı rayonu, Lerik rayonu, Masallı rayonu və Cəlilabad rayonu aiddir. Sözügedən ərazilər isə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarın 18-ci hissəsinə əsasən Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, iddiaçın ın istinad etdiyi İPM-in 8.1.2-ci maddəsinin 2-ci cümləsinin hazırkı mübahisəyə tətbiqi istisna olunur.
24. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən işin baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və düzgün sayılmalıdır. Ona görə də, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1752/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.