Məhkəmə qərarları › İş №2-1(102)-1628/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1628/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1628/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafi ə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı “əmək pensiyası məbləğinin düzgün təyin edilməsi və ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-1827/2*22 nömrəli, 31 may 2*22-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 22.*6.2**7-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 22.*6.2*12-ci il tarixdən yaşa görə əmək pensiyasının məbləği nin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1*-cu maddəsinin 1*.2-ci bəndinə və 27-ci maddəsinin *1.*1.2**6-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən (52 yaşdan, 2**4-2**5-ci il tarixdən bu günə qədər təyin olunaraq ona ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.*5.2*17-ci il tarixli 2-1(82)2393/2*17 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan apelyasiya şikayəti verilməmişdir.

3. Məhkəmə qərarı qanuni qüvvəyə mindiyi üçün 13.*7.2*17-ci il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmiş və Şöbənin *4.*8.2*17-ci il tarixli, 11/*3-722 nömrəli məktubunda məhkəmə qərarının icra edildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkənəsində icraat

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 26.1*.2*21-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 25.*5.2*17-ci il tarixli, 2-1(82)-2393/2*17 saylı qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə olan sənədlərə əsasən məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı adından yazılmış və imza olunmuş 26.*7.2*12-ci il tarixli pensiya təyinatı barədə ərizəsi Fondun keçmiş Bakı şəhəri Xəzər rayon şöbəsində eyni tarixdə qeydiyyata alınmaqla həmin şöbənin Pensiya təyin edən komissiyasının 3*.*8.2*12-ci il tarixli 359 №-li qərarı ilə 22.*6.2*12-ci il tarixdən 57 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**7-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına (Güzəştli siyahı) istinad etməklə və “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin möhürü ilə təsdiq edilmiş "Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatı (2 nömrəli əlavə) və 26.*7.2*12-ci il tarixl i 28 №-li arayışı, Əzizbəyov rayon Hərbi Komissarlığının arayışı, *1.*1.2**6-cı ilədək hesablanmış 33 il sosial sığorta stajı nəzərə alınmaqla İddiaçı 153,85 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin şöbənin 31.*1,2*13-cü il tarixli sərəncamı ilə qanunvericiliyə uyğun olaraq *1 yanvar 2**6-ci il tarixdən *1.*1.2*12-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı üzrə hesablanmış 58,85 manat sığorta hissəsi nəzərə alınmaqla İddiaçı pensiyasının aylıq məbləği 22.*6.2*12-ci ildən 212,7* manata çatdırılmış, *1.*9.2*12-ci il tarixdən ödənişinə başlanılmışdır. Müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və baza hissəsinə artımlar nəzərə alınmaqla əmək pensiyasının aylı q məbləği qanunvericiliyə uyğun olaraq *1.*1.2*13-cü il tarixdən 214,11 manat, *1.*9.2*13-cü il tarixdən 229,11 manat, *1.*1,2*14-cü il tarixdən 232,21 manat, *1.*1,2*15-ci il tarixdən 234,*6 manat, *1.*1,2*16-ci il tarixdən 239,42 manat, *1,*2.2*16-cı il tarixdən 249,42 manat, *1.*7.2*17- ci il tarixdən 266,71 manat təşkil etmiş və ödənilmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin müvafiq qurumu tərəfindən aparılan əməliyyataxtarış tədbirləri zamanı X2 ofisindən və ya mənzilindən götürülmüş maddi sübutlar və dəlillər arasında kağız daşıyıcıda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin şöbəyə göndərilmiş məktubunun əsli və İddiaçı adına verilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının əsli aşkar edilmişdir. Araşdırma zamanı aşkar edilmişdir ki, İddiaçı pensi yasının məbləğinin artırılması ilə əlaqədar məhkəmə işlərinə pensiya təyinatından 5 il sonra, 2*17-ci ildə başlanılmışdır. Belə ki, vətəndaşın “Pensiyaçının uçot vərəqi”nə tikilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.*5.2*17-ci il tarixli 21(82)2393/2*17 nömrəli qərarında qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı cavabdeh Fondun Xəzər rayon şöbəsinə (bundan sonra-şöbə) qarşı iddia ərizəsi ilə ona “22.*6.2**7-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 22.*6.2**7-ci il tarixdən yaşa görə əmək pensiyası məbləğinin Qanunun 1*-cu maddəsinin 1*.2 bəndinə və 27-ci maddəsinin *1.*1.2**6-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən (52 yaşdan, 2**4-2**5-ci illərin əmək haqqı və iş stajı nəzərə alınmaqla) yenidən hesablanması və 22.*6.2*12-ci il tarix dən bu günə qədər təyin olunaraq ona ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Fondun Xəzər rayon şöbəsi tərəfindən iddiaçıya 22.*6.2*12-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, onun əmək pensiyası almaq hüququ 22.*6.2**7-ci il tarixdən yarandığı halda, təyinat aparılarkən *1.*1.2*1*-cu il tarixdən Qanuna edilmiş dəyişikliyin tələbləri ona münasibətdə tətbiq edilmiş, bununla da Qanunun *1.*1.2**6-cı il tarixdə qüvvədə olan 1*- cu maddəsinin 1*.2 bəndindəki və 27-ci maddəsindəki hüquqları pozulmuşdur. Bununla əlaqədar ona pensiya təyin ol unduqda və sonradan dəfələrlə şöbəyə müraciət etsə də, onlardan müsbət cavab ala bilməmişdir. Sonuncu dəfə 25.*4.2*17-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək onun pensiyasının yuxarıda qeyd olunan iddia tələbinə əsasən yenidən hesablanmasını və yaranacaq məbləğ fərqinin ona ödənilməsinə dair göstəriş verilməsini bildirmişdir. Lakin şöbənin vətəndaşa ünvanlanmış 28.*4.2*17-ci il tarixli 11/*3-41* №-li cavab məktubunda ona 22.*6.2*12-ci il tarixdən Qanunun 9-cu maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğu qeyd olunmuşdur. İddiaçının pensiyasının məbləği mövcud qanunvericiliyə əsasən düzgün təyin edildiyindən iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı həmin imtinanı mübahisələndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət e tmişdir. Həmçinin, uçot vərəqinə tikilmiş sənədlərin araşdırılması ilə məlum olmuşdur ki, İddiaçı adından yazılmış və imza edilməmiş 25.*4.2*17-ci il tarixli ərizədə onun pensiyasının 52 yaşdan əmək haqqı əsasında haqq-hesab edilərək yaranacaq məbləğ fərqinin nəzərə alınmaqla ödənilməsinə razılıq verilməsi xahiş edilmiş, həmin ərizəyə 25.*4.2*17-ci il tarixdə şöbə müdiri tərəfindən dərkənar qoyulmuş, lakin ərizə 27.*4.2*17-ci il tarixdə şöbədə rəsmi qeydiyyata daxilolma ştampı vurulmaqla 248/*2 №-si ilə alınmışdır. Şöbənin vətəndaşa ünvanladığı 28.*4.2*17-ci il tarixli 11/*3-41* №-li cavab məktubunda isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 №-li Siyahı üzrə kişilər 2**7-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş kişilər 57 yaşına çatdıqda, azı 25 iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğu və 22.*6.2*12-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğu, bu səbəbdən 52 yaşdan həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiyasının yenidən hesablanmasının mümkün olmadığı barədə məlumat verilmişdir. A.X3 rayon şöbəsinə qarşı qaldırdığı iddiası 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25.*5.2*17-ci il tarixli (İş № 2-1(82)-2393/2*17) qəbul etdiyi qərarı ilə təmin edilmişdir. Şöbə tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş 25.*5.2*17-ci il tarixli qərarına qarşı apelyasiya şikayəti verilməmi şdir. "Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin möhürü və səlahiyyətli şəxslərinin imzası ilə təsdiq edilməklə təqdim olunmuş və pensiya işinə tikilmiş məlumat (2 nömrəli əlavə), habelə müvafiq idarənin möhürü ilə təsdiq edilmiş və “Pensiyaçının uçot vərəqi”nə əlavə olunmuş seriya nömrəsi olmayan əmək kitabçasının surətinə və SOCAR1911*1*3*3***7**2*B***87 №-li əmrin surətinə əsasən İddiaçı 21.*8.1972-26.11,1973-cü il dövr ərzində Neft Sənayesi Nazirliyi X1 Xəzərneftdonanma idarəsinin Abşeron rayon idarəsinin Artyom adası təmir quraşdırma sexində elektrik qaynaqçısının şagirdi (1972), elektrik qaynaqçısı (1972-1973), *7.12.1973-18.*5.1974-cü il və 22.*7.1976-1*.*3.1978-ci il dövr ərzində “Azərdəniznefttikinti" trestinin 6 №-li Tikinti Quraşdırma İdarəsində 2 və 3-cü dərəcəli əl ilə elektr ik qaynaqçısı, *5.*4.1978-*6.*2.1979cü il dövr ərzində Xəzər dəniz gəmiçiliyində 3- cü dərəcəli elektrik qaynaqçısı, 27.*2.1979*6.1*.1981-ci il dövr ərzində Qum adası dəniz qazma işləri idarəsində 3 və 4-cü dərəcəli elektrik qaynaqçı, 3*.1*.1981-ci ildən 17.*7.2*19 tarixədək “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sexlərində elektrik qaz qaynaqçısı (1981-1997), quyuların istismara hazırlanması və xidməti üzrə operator (1997-1999), quyuların əsaslı təmiri sexində təmirçiçilingər (1999-2**1), quyuların yeraltı təmiri sexində operator (2**1-2**9), quyuların əsaslı təmiri sexində qazmaçı köməkçisi (2**9- 2*19) peşələrində çalışmışdır. Əzizbəyov rayon Hərbi Komissarlığı tərəfindən verilmiş və pensiya işinə tikilmiş 24.11,2**9-cu il tarixli 4/358 №-li arayışında, habelə əmək kitabçasının sur ətində qeyd olunanlara əsasən İddiaçı 26.*5.1974-15.*6.1976-cı il dövr ərzində hərbi xidmətdə olmuşdur. Fondun Xəzər rayon şöbəsinə təqdim olunması üçün İddiaçı adına “Azneft” İstehsalat Birliyinin “Abşeronneft" Neft və Qazçıxarma idarəsi tərəfindən 26.*7.2*12-ci il tarixli 28 №-li tərtib edilmiş və pensiya işinə tikilmiş (izahedici) arayışında İddiaçı 3*.1*.1981-ci ildən *1,*6.1997-ci ilədək "Abşeronneft” NQÇİ-nin QƏTS-də elektrik qaz qaynaqçısı, *1.*6.1997-ci ildən 16.*6.1997ci ilədək “Abşeronneft” NQÇİ-nin QƏTS-də quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator, 16.11.2**1-ci ildən 14.*4.2**9-cu ilədək "Abşeronneft” NQÇİ-nin QYTS-də quyuların yeraltı təmiri üzrə operator işlədiyi, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajının 24 il 14 gün olduğu, yuxarıda göst ərilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*1 2**7-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin “Neft, qaz və qaz kondensatının hasilatı” 1*.2 bölməsinə aid olduğu qeyd edilmişdir. Lakin həmin arayışda zərərli şəraitin ağırlıq dərəcəsi, istehsalat sahəsinin xarakteristikası barədə zəruri izahatlar verilməmişdir. Vətəndaşın 16.*6.1997-ci ilədək işlədiyi elektrik qaynaqçısı peşəsi Güzəştli siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş, bu bölməyə istehsalatlar deyil, yalnız peşələr salınmışdır. Güzəştli siyahının 1*.2 bölməsində “elektrik qaz qaynaqçısı” peşəsi nəzərdə tutulmadığı halda vətəndaşın işlədiyi müəssisə tərəfindən onun adına əsassız müvaf iq arayış tərtib edilmişdir. Bununla belə, araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı işlədiyi peşələrin Nazirlər Kabinetinin vaxtilə qüvvədə olmuş 21.*6.1993-cü il tarixli 32* nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda və Güzəştli siyahıda göstərilmiş xüsusilə zərərli və xüsusilə ağır işlərdəki peşələrə uyğunluğu barədə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində əsaslı sənədlər alınmadan, ağır və zərərli işlərdə işləməsi barədə zəruri tədqiqat işləri, habelə iddiaçının işlədiyi peşələrin 1 №-li və Güzəştli siyahılar üzrə hər hansı peşələrə uyğun hesab edilməsi üçün heç bir əsaslandırma və hüquqi mübahisələndirmə aparılmadan (əsaslı hüquqverici sənədlərlə sübuta yetirilmədən) iddia tələbi xeyrinə təmin edilməklə İddiaçı pensiya işi barədə qeyd edilən qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi”nin pozulması ehtimal olunur. Həmin maddədə nəzərdə tutulmuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutlar toplamağa borcludur. Məhkəmə, tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Beləliklə, araşdırma nəticəsində qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna 52 yaşından malik olmadığı, məhkəmə qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi və peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**7-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən is tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında (qüvvədə olan), habelə Nazirlər Kabinetinin 32* nömrəli 21.*6.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və ya 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) (hazırda qüvvədə olmayan) uyğunluğunun əsaslandırılmadığı, vətəndaşın işlədiyi peşəsinin qüvvədə olmuş 2 №-li siyahı və Güzəştli siyahı üzrə 57 yaşından əmək pensiyası hüququ olduğu halda qüvvədə olan normativ hüquqi aktların tələblərinə zidd olaraq ümumi mülahizələr əsasında 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq məhkəmə qərarlarının qəbul edilməsinə nail olunması müəyyən edilmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keç irilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilməklə və yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış iş stajlarının və hesablanma zamanı əsas götürülmüş əmək haqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, həm də məhkəmə tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2**4-2**5-ci illərin əmək haqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial s ığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Bununla belə, pensiyanın təyin edilməsi və yenidən hesablanması barədə qərarın rəsmiləşdirildiyi 2*17ci il tarixədək İddiaçı 1* il əvvəl, yəni 2**7-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Mövcud sənədlərə əsasən müəyyən olunmuşdur ki, məhkəmələrdə proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının məbləği Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə bəndi üzrə yenidən hesablanmışdır. Belə ki, şöbənin 27.*6.2**7-ci il tarixli sərəncamı ilə 22.*6.2**7-ci il tarixdən 415,49 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği pensiyanın baza hissəsi artırılmaqla və müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə, həmçinin uçot vərəqində qeyd edilməklə *1.*1.2**8-ci il tarixdən 486,53 manat, *1,*9.2**8-ci il tarixdən 5*1,53 manat, *1.*1.2**9-cu il tarixdən 59*,25 manat, *1.*1.2*1*-cu il tarixdən 597,98 manat, *1.*9.2*1*-cu il tarixdən 6*7,88 manat, *1.*1.2*11 -ci il tarixdən 637,79 manat, *1.*1,2*12-ci il tarixdən 681,46 manat, *1.*1,2*13cü il tarixdən 688,*2 manat, *1,*9.2*13-cu il tarixdən 7*3,*2 manat, *1.*1.2*14-cü il tarixdən 717,49 manat, *1.*1,2*15-ci il tarixdən 726,13 ma nat, *1.*1.2*16-cı il tarixdən 751,18 manat, *1.*2.2*16- cı il tarixdən 761,18 manat, *1.*1.2*17-ci il tarixdən 841,93 manat olmaqla 2*17-ci ilin iyul ayından ödənişə başlanılmışdır. Əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinin qüvvədə olan tələblərinə əsasən 6 illik pensiya kapitalı nəzərə alınmaqla İddiaçı şöbəyə təqdim etdiyi 3*.1*.2*17-ci il tarixli ərizəsinə baxılaraq *1.11.2*17-ci il tarixdən pensiyasının məbləği yenidən hesablanmaqla 1246,*6 manata çatdırılmış və *1.11 2*17-ci il tarixdən ödənişi artırılmış məbləğlə davam etdirilmiş, pensiyanın məbləği sığorta hissənin indeksləşdirilməsi nəticəsində *1.*1.2*18-ci il tarixdən 1317,*9 manat, *1.*1.2*19-cu il tarixdən 1356,6* manat, 19.*7.2*19-cu il tarixli ərizəsi nəzərə alı nmaqla fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına uyğun olaraq 17.*7.2*19-cu il tarixdən işdən azad olunduğuna görə pensiyasının məbləği yenidən hesablanaraq şöbənin 24.*7.2*19-cu il tarixli sərəncamı ilə vətəndaşın pensiyasının məbləğinin hesablanmasında yol verilmiş nöqsan aradan qaldırılmaqla onun aylıq pensiya məbləği *1.11.2*17-ci il tarixdən 12*2,26 manat, *1.*1.2*18-ci il tarixdən 127*,79 manat, *1.*1.2*19-cu il tarixdən 13*8,92 manat, 17.*7.2*19-cu il tarixdən 1325,4* manat müəyyən edilmiş və vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Sonuncu pensiya məbləği isə avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə *1.*1.2*2*-ci il tarixdən 1545,42 manat məbləğinə çatdırılmış və *1.11.2*2*-ci il tarixədək ödənilmişdir. Artıq ödənilmiş vəsaitin cəmi 3**,* manatını n pensiyadan tutularaq bərpası şöbə tərəfindən təmin olunmuşdur. Göstərilənlərlə yanaşı, 22.*6.2**7-ci ildən *1.*7.2*17-ci ilədək olan dövr üzrə 65*37,16 manat (ötən dövrlər üçün) fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən 2*17-ci ilin iyul ayında 5***,* manat, avqust ayında 5***,* manat, sentyabr ayında 5***,* manat, oktyabr ayında 5***,* manat, noyabr ayında 8***,* manat, 2*18-ci ilin yanvar ayında 9***,* manat, fevral ayında 5***,* manat, mart ayında 7***,* manat, aprel ayında 8***,* manat məbləğlər birdəfəlik, *1.*5.2*18-3*.11.2*18-ci il aralığı üzrə 7 ay ərzində aylıq məbləğ civarında cəmi 8*37,16 manat vəsait aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Ümumilikdə, təyin olunduğu tarixdən və məhkəmə qərarına əsasən 22.*6.2**7-ci il tarixdən yenidən hesablanma ilə *1,*9.2*12-ci il tarixdən başlanılmaqla pensiya ödənişinin dayandırıldığı *1.11.2*2*-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş cəmi məbləğ 133444,42 manat təşkil etmişdir. Ehtimal olunur ki, pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, eyni zamanda həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Vətəndaşın əmək pensiyası hüququnun müəyyən edilməsi üçün təqdim etdiyi zəruri sənədlərin, o cümlədən əmək kitabçasına əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, onun faktiki ümumi sosial sığorta stajı *1.*1.2**6-cı il tarixədək 33 il təşkil etmiş, eyni zamanda Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2**7-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə xüsusi iş stajına (12 il 6 ay) malik olmuşdur. Qeyd olunanlar nəzərə alındıqda Qanunun 9.1-ci maddəsinə əsasən vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşından 22.*6.2*12-ci il tarixdən yaranır. Vətəndaşın 22.*6 2*12-ci il tarixə faktiki mövcud olan sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən aylıq pensiyası müvafiq dövrlər üzrə baza hissəsinin artırılması və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi nəzərə alınmaqla 22.*6.2*12-ci il tarixdən 212,7* manat, *1.*1.2 *13-cü il tarixdən 214,11 manat, *1,*9.2*13cü il tarixdən 229,11 manat, *1.*1,2*14-cü il tarixdən 232,21 manat, *1.*1.2*15-ci il tarixdən 234,*6 manat, *1.*1,2*16-cı il tarixdən 239,42 manat, *1.*2.2*16-cı il tarixdən 249,42 manat, *1.*1.2*17- ci il tarixdən 226,74 manat, *1.*1.2*18-ci il tarixdən 239,66 manat, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün şöbəyə ərizə ilə müraciəti və Qanunun 37.3.1-ci maddəsinin şərtləri nəzərə alınmaqla 6 illik pensiya kapitalı əsasında *1.*7.2*18-ci il tarixdən pensiyasının aylıq məbləği yenidən hesablanmaqla 443,97 manat, həmin il üzrə indeksləşdirmə nəzərə alındıqda *1.*1.2*19- cu il tarixdən 457,29 manat, 17.*7.2*19-cu il tarixdən işdən azad olunduğuna görə *1.*7.2*18-*1.*8.2*19-cu il dövr ərzində toplanmış pensiya k apitalı üzrə pensiyasının aylıq məbləği yenidən hesablanmaqla 492,*2 manat və indeksləşdirmə nəzərə alındıqda *1.*1.2*2*-ci ildən 573,71 manat təşkil etməlidir. Göründüyü kimi, *1.11.2*2*-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 573,71 manata qarşı 1545,42 (2,7 dəfə, 971,71 manat artıq fərqlə) manatla təyin olunması və ödənilməsinə yol verilmişdir. Araşdırma ilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi *1.11 2*2*-ci il tarixdən dayandırılmışdır. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla 22.*6.2*12-ci il tarixdən *1.11.2*2*-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi hesablanaraq ödənilməli pensiya məbləği 29476,52 manat təşkil edəcəkdir. Beləliklə, 22.*6.2**7-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası h üququ olmadığı halda məhkəmə qərarı nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Xəzər rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və *1.11.2*2*-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 1*3 967,9* manat (133444,42-29476,52) təşkil etmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1**-cü maddəsinə əsasən qanuni qüvvə yə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.*5.2*17-ci il tarixli 2-1(82)- 2393/2*17 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2393/2*17 nömrəli, 19 yanvar 2*22-ci il tarixli qərardadı ilə (hakim: M.Hacıbəyova) ərizə mümkün hesab edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş ərizədə bildirdikləri- İddiaçı işlədiyi peşələrin Nazirlər Kabinetinin vaxtilə qüvvədə olmuş 21.*6.1993-cü il tarixli 32* nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda və Güzəştli siyahıda göstərilmiş xüsusilə zərərli və xüsusilə ağır işlərdəki peşələrə uyğunluğu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində əsaslı sənədlər alınmadan, ağır və zərərli işlərdə işləməsi barədə zəruri tədqiqat işləri, habelə iddiaçının işlədiyi peşələrin 1 №- li və Güzəştli siyahılar üzrə hər hansı peşələrə uyğun h esab edilməsi üçün heç bir əsaslandırma və hüquqi mübahisələndirmə aparılmadan iddia tələbinin iddiaçının xeyrinə təmin edilməsi, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi”nin pozulması ehtimal olunması və məhkəmə baxışının formal olaraq keçirilməsi, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilməsi, kimi dəlilləri məhkəmə yeni açılmış hallar kimi qiymətləndirmir. Belə ki, cavabdeh tərəfindən ilkin inzibati məhkəmə icraatı zamanı iddiaçının hüququ barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlar göstərilməmiş və heç bir sübut təqdim edilməmişdir.

8. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-1827/2*22 nömrəli, 31 may 2*22-ci il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2393/2*17 nömrəli, 19 yanvar 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 1*. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri yeni açılmış hallar barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 1**. Qanuni qüvvəyə mi nmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 1*3.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 1**-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 1*3.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 1*4.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 1*6.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 1*6.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 1**-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 1*6.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 1**-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şik ayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İPM-in 1**-cü maddəsinə görə qanun i qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

19. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır. 2*. Ərizəçinin ərizədə göstərdiyi halların iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsü zdür.

21. Göründüyü kimi, ərizədə mübahisə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını bildirməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.

22. Həmin qərarın qüvvəyə mindiyi və icraya yönəldiyi vaxtdan (13 iyul 2*17-ci il) cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (26 oktyabr 2*2113 mart 2*2*-ci il) qədər isə 3 ildən çox müddət keçmişdir.

23. İPM-in 1*3.1-ci maddəsinin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcə llənin 1**-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

24. Göründüyü kimi, İPM-in 1** və 1*3.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.

25. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

26. İPM-in 1*6.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 1**-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərə findən qərardad qəbul edilir.

27. İcraatın təzələnməsi üçün bu Məcəllənin 1**-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

29. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 3*. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-1827/2*22 nömrəli, 31 may 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar