Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1629/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı filialı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayət verilməsi müddətinin üzrsüz səbəblərdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Bakı filialının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi üçü ncü şəxslər olmaqla) “dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-38/2021 nömrəli, 19 may 2021-ci il tarixli qərarından cavabadehin verildiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 9.295.963,22 manat məbləğində və qeyri- yaşayış sahəsinin sökülməsi nəticəsində içərisində olan əşyaların məhv olması ilə əlaqədar 500.000 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı 24 yanvar 2018ci il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq İddiaçı Bakı filialına 2.555.000 (iki milyon beş yüz əlli beş min) manat məbləğində kompensasiyanın ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə 1400 (bir min dörd yüz) manat mütəxəssis rəyi xərcinin müştərək qaydada 700 (yeddi yüz) manat olmaqla, cavabdeh Bakı şəhər İcra Hakimiyyətindən və 700 (yeddi yüz) manat olmaqla İddiaçı Bakı filialından tutulub “X1” MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayətləri verilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-258/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı 24 yanvar 2018-ci il tarixli qərarı dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaç ıya məxsus Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq iddiaçıya 972.795 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2773/2019 saylı, 09 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) iddiaçının kassasiya şikayəti tam, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnziba tiİqtisadi Kollegiyasının 2-1(103)-258/2019 nömrəli iş üzrə 01 may 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-38/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və Q.X.Babayev) cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətləri qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-25/2018 saylı 24 yanvar 2018ci il tarixli qərarı dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq iddiaçıya 2.080.000 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı cavabdehə 16.06.2021-ci il tarixdə daxil olmuş olsa da, həmin qərardan qanunla müyyən edilmiş müddətdə kassasiya şikayəti verilməsi pandemiya və bu işə məsul olan şəxsin işə çıxmaması səbəbindən ötürülmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı halla rda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə tərkibi hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
12. Belə ki, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
13. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 19 may 2021-ci il tarixli, 2-1(103)-38/2021 saylı qərarı 10 iyun 2021-ci il tarixdə cavabdehə təqdim edilmişdir. Cavabdehin həmin qərardan kassasiya şikayətini isə 26 oktyab r 2021-ci il tarixdə təqdim etmişdir. Şikayətin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə də, kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş 1( bir) aylıq müddətin ötürülməsi işin mübahisəsiz halıdır. Cavabdehin ərizəsində də qərarın təqdim edilməsi və şikayətin verilməsi tarixləri, eləcə də şikayət verilməsi müddətinin ötürülməsi mübahisə edilmir.
14. Cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürülməsi ərizədə etiraf edilir və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunması xahiş edilir. Cavabdeh ərizəsində müddətin ötürülmə səbəbini pandemiya ilə əlaqələndirir.
15. Məhkəmə tərkibi ərizənin dəlilinə qiymət verərək qeyd edir ki, apelyasiya instansiyası məhkəməs inin qərarı cavabdehə təqdim edilən vaxt (10 iyun 2021-ci il tarixdə) və ondan sonrakı müddətdə Azərbaycan Respublikası ərazisində sərt karantin rejimi mövcud olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, pandemiya vətəndaşların və ya inzibati orqanların məhkəmələrə müraciət etməsinə, kassasiya şikayəti təqdim etməsinə maneə olan hal deyildir. Bu müddət ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
17. Məhkəmə tərkibi cavabdehin dəlilini müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul etmir və hesab edir ki, cavabdehin kassasiya şikayətini vaxtında təqdim etməsinə mane olan və ya məhdudiyyət qoyan səbəblər müəyyən edilmədiyindən, kassasiya şikayəti verilməsi müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürülmüşdür. Odur ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, kassasiya mümkün sayılmamalıdır.
18. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Apelyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2021-ci il tarixli, 21(103)-38/2021 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Cavabdehin verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.