Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1629/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1965; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Quba Rayon Mərkəzi Xəstəxanası) əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)154/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 51497 saylı ambulator kartdan çıxarışın surətinə əsasən iddiaçı ilk dəfə xx.xx.2017-ci ildə Az.ETHTİ-na müraciət etmiş, “İdiopatik Trombositopenik purpura” diaqnozu ilə dispanser qeydiyyatdadır, 3 dəfə st asionar müalicədə olub və mütəmadi olaraq müayinə və müalicə alır.
2. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 0244003AAHVD nömrəli Göndərişə (Forma 88) əsasən onun xəstəliyi xx.xx.2017-ci il tarixdə başlamış və o, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018xx.xx.2018-ci il və xx.xx.2018- xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda stasionar müalicə almış, 2017-ci ildən bu günə qədər isə Quba Rayon Mərkəzi Xəstəxanasında ambulator müalicə alır.
3. İddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatında iddiaçıya əlillik dərəcəsinin təyi n edilməsindən imtinanın səbəbləri kimi “İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Əlavə ixtisaslaşmış (Eyvazov. ad.Hematologiya və Transfuzologlya ETİ) müalicəyə ehtiyac var” göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Quba rayon mərkəzi xəstəxanasının rəyinə əsasən xəstəliyi ilə bağlı əlilliyin təyin olunması üçün müraciət etmiş, sənədlərini xx.xx.2018-ci il tarixində TSEK-ə göndəriblər, lakin xx.xx.2018-ci il tarixində bildirişə cavabda əlilliyə təyin olunmasından imtina olunduğu göstə rilib. Həmən ilin avqust ayında xəstəliyi ilə bağlı yenidən müalicədə olmuş, sənədlərini TSEK-ə göndərilsə də yenidən imtina olunub. 2018-ci ilin noyabr-dekabr aylarında vəziyyəti ağırlaşdığı üçün qeydiyyatda olduğu B.Eyvazov adına ETHVTİ-da müalicədə olmuş, həkimlərin rəyinə görə onun xəstəliyi xroniki olduğundan 2 qrup əllilik təyin olunmalıdır, onun tam müalicəsi olmadığı göstərilib, lakin sənədləri yenidən TSEK-ə göndəriləndə onlar artıq bəhanəsi qalmadığından həmin müəssisədə müalicə olunmağı tövsiyə ediblər. 29 may 2019-cu il tarixində xəstəliyi ilə bağlı qeydiyyatda olduğu xəstəxanada olmuş, xəstəliyi xroniki olduğu bildirilib, dərmanlar verilib.
6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçın ın əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli 0244003AAHVD saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0244003AAHVD saylı göndərişdə əsas xəstəlik kimi qeyd edilmiş “İdiopatik trombositopenik purpura, tez-tez burun və diş dibindən qanaxma ilə” xəstəliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Qeyd edilmiş ağırlaşmalar isə müayinələrlə təsdiqlənmir. Buna görə də düzgün olaraq əlillik təyinatı aparılmamış və əlavə müalicəyə ehtiyacın olması barədə qərar veri lmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı ıl tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırı lması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər üç göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Hər üç halda əlillik təyinatından düzgün olaraq imtina verilmişdir, verilmiş qərarlar səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş məlumatlara uyğun olaraq verilmişdir, İddi açı hüquqlarının pozulması istiqamətində tibbisosial ekspert komissiyaları tərəfindən hər hansı qanunazidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia tələbi təmin edilmiş, iddiaçının xəstəliyi nəzərə alınaraq onun əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyatda olduğu, müvafiq stasionar və davamlı olaraq ambulator müalicə aldığı halda, əlavə ixtisaslaşmış (Eyvazov. Ad.Hematologiya və Transfuzologlya ETİ) müalicəyə ehtiyacın olması səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təy in edilməməsi qanuna ziddir və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 21(103)-154/2022 nömrəli qərarı ilə (hakimlər S.İ.Bəktaşi – sədrlik edən və məruzəçi, A.Ə.Hüseyn və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 nömrəli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
11. Məhkəmə xx.xx.2021-ci il tarixdə aralıq qərardadı qəbul edərək, cavabdehin iddiaçının əyani müayi nəyə cəlb edilməsi və əlilliyinin qiymətləndirilməsi üçün iki aylıq müddət təyin etmişdir. Agentlik tərəfindən məhkəmənin qərardadının icrası ilə əlaqədar olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “İdiopatik trombositopenik purpura. Diş dibindən və burnundan qanaxmalarla. Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyasi İİ f.s. Qan dövranı çatışmazlığı İİ dərəcə. X2 İ İ mərhələ. Dəqiqləşdirilməmiş xroniki hepatit, xroniki xolesistohepatit” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetini n 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında əllilik üçün əsas hesab olunur (4.1.1.2. X2 İİİ mərhələ (X1 İİ mərhələ qanda kreatinin səviyyəsi 177-352 m km ol/l aralığında) 5.1.5 qanın laxtalanma pozuntuları, purpura və digər hemorganik hallar). İddiaçının yuxarıda adları qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi danılmaz faktdır. İş materiallarından da görünür ki, iddiaçı Quba rayon Mərkəzi Xəstəxanasında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elm i-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə almış və qeydiyyatdadır. Həmin tibb müəssisələrinin tibbi sənədlər TSEK-ə və məhkəmələrə təqdim edilmişdir. İş üzrə qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə-tibbi ekspertizası keçirilməl i və məhkəmə bununla əlavə sübut toplayaraq daha ədalətli qərar çıxarmalı idi. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)-154/2022 nömrəli qərarını dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-so sial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna na il olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 16. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. (-).
6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. (-). 17. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanun una uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiz a və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş nata mam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
19. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. M addə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərard adını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MOVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir
23. İşin hallarından görünür ki, iddiaçı ona əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
24. Apellyasiya məhkəməsi iddianı rədd etmiş və öz mövqeyini cavabdehin 03 fevral 2022-ci il tarixli, **********1 nömrəli məktubuna istinad edərək belə əsaslandırmışdır ki, iddiaçı 27 yanvar 2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur və təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq onun barəsində “Diaqnoz əlillik əlaməti təyin e tmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır.
25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
26. Belə ki, cavabdehin 3 fevral 2022-ci il tarixli məktubunda iddiaçının 27 yanvar 2022-ci il tarixdə əyani müayinədə olduğu bildirilsə də, işdə olan (iş v. 292-294) protokola və ona əlavə edilmiş əyani müayinədən keçən şəxslərin siyahısına əsasən 13 nəfər şəxsin, o cümlədən iddiaçının 21 fevral 2022-ci il tarixdə əyani müayinədən keçdiyi müəyyən olunur.
27. Cavabdeh tərəfindən 3 fevral 2022-ci il tarixdə apellyasiya məhkəməsinə məktub ünvanlanarkən iddiaçının 21 fevral 2022-ci il tarixdə əyani müayinədən keçməsi barədə məlumatı ziddiyyətli olmuşdur.
28. İddiaçının 21 fevral 2022-ci il tarixdə əyani müayinədən keçməsini həmçinin cavabdehin nümayəndəsi işin apellyasiya məhkəməsində baxışı zamanı özü də təsdiq etmiş və bu məhkəmə iclasının protokolunda qeyd olunmuşdur (iş v. 296).
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həqiqətən əyani müayinədən keçməsini, müayinənin hansı tarixdə aparılmasını və əyani müayinədən keçən zaman hansı qərarın qəbul edilməsini araşdırmamışdır.
30. Eyni zamanda yuxarıda qeyd edilən 21 fevral 2022-ci il tarixli protokolda konkret olaraq iddiaçı barəsində hər hansı əsaslandırılmış qərarın qəbul edilməsi də əksini tapmamış, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini yoxlamamışdır.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından müə yyən olunur ki, iddiaçı xəstəliyi ilə bağlı 3 dəfə stasionar müalicədə olmuş və cavabdeh sonuncu imtinasında onun əlavə müalicəyə ehtiyacı olmasını bildirmiş, bundan sonra iddiaçının əlavə müalicə olunub-olunmadığını, müalicənin hansı nəticə verdiyini məhkəmə müəyyən etməmişdir.
32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə düzgün qərar qəbul edilməsi (əlilliyin müəyyən edilməsi) üçün məhkəmə-tibbi ekspertizası təyin edilməsinin zəruriliyi apellyasiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir.
33. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin ha zırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, hazırkı halda yekun qərar qəbul edilməsi üçün əsaslar olmadığından iddianın təmin edilməsi barədə şikayət təmin edilməməlidir.
34. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə kollegiyasının hazırkı iş üzrə hüquqi mövqeyi nəzərə almaqla, iddiaçının konkret olaraq nə vaxt əyani müayinədən keçməsi və bu barədə əsaslandırılmış qərarın qəbul edilibedilməməsi, o cümlədən iddiaçının cavabdehin sonuncu imtinasından sonra yenidən müalicə olunub-olunmaması, həmçinin iddiaçının xəstəliyinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”də qeyd olunan xəstəliklərə uyğun gəlib-gəlməməsi araşdırılmalı və İPM-nin 12.1-ci maddəsinin tələblərinə riayət etməklə qiymət verilməlidir.
35. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 21(103)-154/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.