Məhkəmə qərarları › İş №2-1(102)-1629/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1629/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1629/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbin ə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1554/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, 1983-cü ildə Sumqayıt Texniki Texnikumuna daxil olmuş, 1986-cı ildə “Sənaye müəssisələri və qurğularının elektrik avadanlığı” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 26 fevral 1986-cı il tarixli qərarı ilə ona “Texnik-elektrik” ixtisası verilmişdir.

2. O, ИТ-İ seriyalı ******* nömrəli, 27 iyul 1997-ci il tarixli əmək kitabçasına əsasən: - xx.xx.1986-cı ildə “Azbaşenerji” İdarəsi Qubadlı elektrik şəbəkəsi mühafizə və ölçmə xidmətinə elektrik montyoru qəbu l edilmiş, xx.xx.2002-ci il tarixdə Qubadlı elektrik şəbəkəsində elektrik montyoru vəzifəsindən azad edilmişdir; - xx.xx.2003-cü il tarixdən "xxxx" ASC "xxxx" MMC Abşeron YGES-in Nizami YS-na xadimə vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə həmin YS-da qalmaqla akkumlyatorçu vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2004-cü il tarixdə "xxxx" ASC "xxxx" MMC-də 220 kV “Nizami” YŞ-na akkumlyatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə həmin YŞ-da qalmaqla istehsalat sahəsini və xidmət otaqlarını təmizləyən vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 3. "xxxx" ASC X2 Şəbəkəsi MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən akkumlyatorçu vəzifəsində "xxxx" ASC “X2 Şəbəkəsi” MMC-nin 220 kV-luq Nizami yarımstansiyasında xx.xx.2003-cü ildən (əmr 76 – Ş, xx.xx.2003) xx.xx.2004-cü ilə kimi (əmr 143 – Ş xx.xx.2004) və xx.xx.2004-cü ildən (əmr 06 – kş xx.xx.2004) xx.xx.2016-cı ilə kimi (əmr 88-kş xx.xx.2016) işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 12 il 10 ay (illər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: bütün tiplərdən olan akkumulyatorların və akkumulyator batareyaların doldurulması, sökülməsi və yığılması (zərərli); Elektrolitin kimyəvi tərkibinin düzəldilməsi (zərərli; Probkalarda (tıxac) rezin klapanların dəyişdirilməsi, aralıq qatlarının hazırlan ması; Akkumulyator batareyalarında ayrı-ayrı elementlərin gərginliyinin ölçülməsi və birləşmələrin lehimlənməsi (zərərli); Akummulyator elementlərində elektrolitin səviyyəsinin və kipliyinin təyin edilməsi; Qələvi məhlulun kristal kaustikdən və ya qəbul edilmiş resepturaya uyğun qablaşdırılmış məhluldan hazırlanması (zərərli); Ayrı-ayrı bankaların dəyişdirilməsi, onların mastika ilə suvanması, elektrolitin əlavə edilməsi və tökülməsi (zərərli); Akkumulyator batareyalarının sınağı; gələcəkdə akkumulyatorların və batareyaların istismara görə yararlı olmasının təyin edilməsi; elementlərarası birləşmələrin uyğunlaşdırılınası; elektrolitin keyfiyyətinin təyin edilməsi; Batareya elementlərində zədələnmənin müəyyən edilməsi və onun aradan qaldırılması, doldurucu aqreqatların cari təmiri; Akkumuly ator batareyalarında elektrolitin dəyişdirilməsi (zərərli). Qoyulmuş qaydaya uyğun reseptlə elektrolitin hazırlanması; Akkumulyator batareya elementlərinin birləşdirici detalların düzəldilməsi ilə quraşdırılması və sökülməsi; İşləyən batareya elementlərindən şlakların çıxarılması. İddiaçı akkumlyatorçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının 24.1-ci bölməsinin “a” bəndində (akkumlyatorçular) müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir.

4. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubla müraciətin icrasından imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının ümumi iş stajının 20 ildən az olmasına istinad edilmişdir. İddiaçının ümumi iş stajına daxil edilməmiş müddət onun xx.xx.1986-xx.xx.2002-ci il tarixlərdə “Azbaşenerji” İdarəsinin Qubadlı Elektrik Şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyi müddət olmuşdur. Cavabdeh tərəfindən həmin illərin iddiaçının ümumi iş stajına daxil edilməməsinin səbəbi kimi “Azbaşenerji” İdarəsinin Qubadlı Elektrik Şəbəkəsinin fəaliyyətinin dayandırıldığı və hüquqi ünvanı məlum olmadığından, onun iş stajı barədə məlumatların dəqiqləşdirilməsinin mümkün olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 24 oktyabr 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, pensiya hüququnun yarandığı 57 yaşdan, yəni 17 iyun 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

8. İddiaçı ərizəsində əmək kitabşasındakı qeydlərə istinad etmiş, əlavə olaraq qeyd bildirmişdir ki, imtina məktubunda qeyd edilən əsaslar tamamilə qanunsuz və əsassızdır. Belə ki, əmək kitabçasında xx.xx.1986 - xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji” İdarəsinin Qubadlı Elektrik Şəbəkəsində elektrik montyoru vəzifəsində işləməsi ilə bağlı qeydlər mövcuddur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda onun işlədiyi peşələr, yəni “elektrik montyoru” nəzərdə tutulmuşdur.

9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 2-1(112)-13887/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1986 - xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaşenerji” İdarəsinin Qubadlı Elektrik Şəbəkəsində işləməsi ilə bağlı qeydlər mövcuddur ki, məhkəmə həmin iş stajı dövrünün xx.xx.2006-cı il tarixədək olmasını nəzərə alaraq, iddiaçının əmək kitabçasındakı qeydləri qanunvericilik normalarına əsasən iddiaçının iş stajını təsdiq edən sübut qismində qiymətləndirir. Sənədlərin yerində qarşılıqlı yoxlanmasının mümkün olmaması iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir.

12. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdə yaranması, həmin tarixdə onun qanunvericiliklə tələb olunan 20 il ümumi, 10 il xüsusi iş stajına malik olması sübuta yetirildiyindən iddia əsaslıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərar ın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 2-1(103)-1554/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13887/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: (xx.xx.2017-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sı ğortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsas ən qüvvədən düşmüşdür): Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildi yindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində i rəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

29. Məh kəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, mübahisəli iş dövrü üzrə əmək kitabçasına düzəliş edilərək, onun işə qəbul edilmə tarixi ilk öncə xx.xx.1972-ci il göstərilmiş, sonradan həmin qeydə düzəliş edilərək xx.xx.1986-cı il qeyd edilmiş, əmrin tarixi xx.xx.1993-cü il qeyd edilmiş, sonradan həmin qeydə düzəliş edilərək xx.xx.1986-cı il qeyd edilmişdir və əmək kitabçasında qeyd yazılaraq 1 nömrəli qeydin tarixinə edilmiş düzəlişin düzgün olması ilə bağlı qeyd aparılmışdır.

30. Bundan başqa, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışda göstərilmişdir ki, “Qubadlı rayon X1” "xxxx" ASC- nin tabeçiliyində olsa da, kadrlara dai r sənədlər rayon X1 (PEŞ) tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qaldığından “Qubadlı” PEŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur.

31. Cavabdeh iddiaçının Qubadlı elektrik şəbəkəsində işlədiyi dövrləri həm arxiv sənədlərinin tapılmaması, həm də əmək kitabçasında mövcud olan düzəlişlərə əsasən qəbul etməsə də, iddiaçı tərəfindən təqdim edilmiş Texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsiqədən aydın görünür ki, 31 nömrəli vəsiqə ona 04 avqust 1986-cı ildə təqdim edilmiş, 04 avqust 1986-cı il tarixindən mütəmadi olaraq illik yoxlanışlardan keçmiş, sonuncu yoxlanış tarixi xx.xx.1994-cü il qeyd edilmişdir.

32. Həm əmək kitabçasındakı qeydlər, həm də Texniki təhlükəsizlik barədə biliyin yoxlanılmasına dair vəsi qədəki qeydlər iddiaçının Qubadlı elektrik şəbəkəsində işləməsini şübhə altına almır. Hətta Qubadlı rayonu işğal edilən tarixədək (xx.xx.1993) iddiaçının həmin vəzifədə çalışdığı dövrlər nəzərə alınsa belə, tələb olunan 20 illik ümumi iş stajı tamamlanmış olur.

33. Belə ki, xx.xx.1986-cı ildən 31 avqust 1993-cü ilədək “Azbaşenerji” İdarəsi Qubadlı elektrik şəbəkəsi mühafizə və ölçmə xidmətində işlədiyi 7 il 4 ay, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC "xxxx" MMC Abşeron YGES-in Nizami YS-da işlədiyi 1 il 9 ay 27 gün, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC "xxxx" MMC-də işlədiyi 11 il 7 ay 2 gün iş stajı, həmçinin xx.xx.1983-xx.xx.1986-cı illərdə təhsil aldığı dövr götürüldükdə xx.xx.2017-ci il tarixədək iddiaçının 20 ildən (20 il 8 ay 29 gün iş stajı+2 il 6 ay 15 gün təhsil dövrü) çox ümumi iş stajına malik olduğu aydın görünür.

34. Göründüyü kimi, iddiaçının xx.xx.2017-cı il tarixədək 52 yaşının tamam olması və 20 ildən çox ümumi iş stajının, o cümlədən 10 ildən çox güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

36. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1554/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar