Məhkəmə qərarları › İş №2-1(102)-163/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-163/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-163/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-163/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 10.03.2020 Açar sözlər: xarici dövlətdə alınmış diplomun tanınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi nümayəndə və vəkili Haqqı Cəlilovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1487/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirlyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən xx xxxx 2016-cı il tarixdə ona verilmiş B16, 242447 seriyalı diplomun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2012-ci ildə Ukrayna Respublikasının V.N.Karazin adına Xarkov Universtitetinə daxil olmuş, 2016-cı ilədək həmin tədris müəssisəsində hüquqşünaslıq ixtisası üzrə təhsil almı ş, təhsil planını yerinə yetirdikdən sonra ona bakalavr dərəcəsi və diplom verilmişdir. Diplomun Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin təmin olunmasından imtina etmişdir. Halbuki, qanunvericilik Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələr və dövlətlərarası razılaşmalarda ekvivalentliyin müəyyən edildiyi halda, ekvivalentlik haqqında şəhadətnamənin ekspertiza keçirilmədən verilməsini müəyyən etmişdir. “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” xx xxxx 2000ci il tarixdə Saziş imzalanmış və həmin Sazişlə Ukrayna Respublikasında verilmiş diplomların Azərbaycan Respublikası ali təhsil müəs sisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və magistr ixtisas dərəcələri haqqında verilmiş diplomlara təhsil müddətinə və təhsilin məzmununa uyğun gəldiyi hallarda tanınması nəzərdə tutulmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının diplomun tanınması tələbi ilə bağlı sənədləri araşdırılarkən ekspert qrupu tərəfindən verilmiş rəyə əsasən, diplomun tanınmasının “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, ekspert qrupunun rəyində iddiaçının V.N.Karazin Xarkov Milli Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, onun diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması qeyd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(82)3536/2018 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi qaydaları mənfi ekspert rəyinin mövcud olmasını ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtinanın əsası olaraq müəyyən etmişdir. Həmçinin, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası müqavilələrdə ekvivalentliyin müəyyən edildiyi hallarda ekvivalentlik haqqında Şəhadətnamənin ekspertiza keçirilmədən verilməsi nəzərdə tutulmuşdur. Həmin qərardan cav abdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1487/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələb təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında imzalanmış Sazişlə yalnız orta ümumtəhsil və texniki peşə təhsili haqqında verilən dövlət sənədlərinin qarşılıqlı tanınması müəyyən edildiyindən, ali və magistr təhsili üzrə diplom üzrə ekvivalentlik haqqında Şəhadətnamənin ekspertiza keçirilmədən verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Bu səbəbdən, cavabdeh iddiaçının müraciətini araşdırarkən onun aldığı təhsilin müddəti və məzmununun uyğunluğuna dair ekspertiza keçirərək iddiaçının normativ üzrə təhsil almaq üçün tələb olunan müddət qarşılığında həmin ölkədə olduğu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünü mənimsəməsinin qeyri-mümkün olmasına istinad etməklə diplomun tanınmasından imtina etməkdə haqlı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 1.1, 1.6, 3.6, 3.7, Azərbaycan Respublikasının xx xxxx 20 00ci il tarixli, 919-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivaletnliyi haqqında” Sazişin 1, 2, 5, 6, Azərbaycan Respublikasının xx xxxx 2004cü il tarixli, 595-İİQ nömrəli Qanunla qoşulduğu xx xxxxxxx 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın 3, 4, 5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmi şdir ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi qaydaları xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər-hansı sənədin, diplomun yaxud başqa şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasını müəyyən etmiş, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentliyin müəyyən edilməsi halında şəhadətnamənin ekspertiza keçirilmədən verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında belə bir Saziş mövcud olduğundan və həmin Sazişlə ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr” və “magis tr” ixtisas dərəcələri üzrə verilmiş diplomların təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun işə girməyə hüquq verdiyi müəyyən edildiyindən apellyasiya məhkəməsinin iddia tələbinin təmin olunmamasına dair gəldiyi nəticə qanunsuz olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 42, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.4, 29.0.21, 44.1, 44.2, Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında “elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5, 6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentli yin müəyyən edilməsi Qaydaları”nın 1.2, 1.6, 2.4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdehin Akkreditasiya və nostrifikasiya idarəsinin iddiaçıya ünvanladığı xx xxxx 201 8-ci il tarixli, 23-04-478/ANİ nömrəli məktubuna görə, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə xx xxxxxxxx 2016-cı il tarixli müraciətinə baxılmış, cavab olaraq bildirilmişdir ki, iddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin tədris normativi üzrə tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplom əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. İddiaçının Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən xx xxxx 2016-cı il tarixdə verilən B16 242447 nömrəli bakalavr diplom una əsasən ona Hüquq bakalavrı dərəcəsi verilmişdir. İddiaçıya məxsus P5340644 nömrəli pasporta və Sərhəd keçmə məlumatlarına əsasən iddiaçı 2013-2014 tədris ilində cəmi 4 ay 8 gün, 2014-2015 tədris ilində isə cəmi 5 ay 17 gün Ukraynada olmuşdur. Təhsil müddəti ən az 4 il olan əyani formada bakalavr təhsili aldığıı irəli sürən iddiaçı hər il 9 ay təhsil müddətinin qarşılığında 2-ci kurs ərzində Ukraynada cəmi 4 ay, 8 gün, 3-cü kursda isə 5 ay, 17 gün olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qə rarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı təhsil aldığı ölkədə çox qısa müddət ərzində olmuşdur ki, onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsi qeyri-realdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərinə əsaəsn onun diplomu ekspertiza keçirilmədən Azərbaycan Respublikası ərazisində tanınmaılıdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndir məsini aparmışdır. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1- cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir; - İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Ukrayna Respublikası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyat a keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivaletliyi haqqında” Saziş imzalanmışdır. Qeyd edilmiş Sazişin 5 və 6-cı müddəaları ali təhsilə aid olan diplomların tanınması ilə bağlı məsələləri əks etdirmişdir. Belə ki: - 5-c maddəyə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; - 6-cı maddəyə əsasən, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formas ından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Bu iki müddəaların mənasından bəlli olur ki, Ukraynada verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: - ali təhsil müəssisəsi Ukraynada dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlətlər arasında bağlanmış Sazişin müddəalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilməsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peş ə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilm iş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların İİ hissəsində, ixtisasların ekvival entliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı tərəfindən diplomun ekvivalentliyinin müəyyən edilməsi haqqında məsələ qaldırılmamış, onun tərəfindən yalnız ixtisaslarının tanınması haqqında məsələ qaldırılmışdır ki, artıq bu hal onun istinad etdiyi Qaydaların 1.6-cı bəndinin üçüncü hissəsinin tətbiqini istisna edir. Həmin bənddə ekvivalentliyin müəyyən edilməsi ilə bağlı məsələ tənzimlənmişdir. Digər tərəfdən, həmin bəndin tətbiqi onu ehtiva edir ki, bağlanmış xüsusi razılaşma ilə Azərbaycan Respublikasında qəbul edilmiş Təsnifatda nəzərdə tutulmuş müvafiq ixtisasların/istiqamətlərin (şifrə üzrə) xarici ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi, yəni bərabərliyi artıq müəyyən edilmiş olur. İddia çının istinad etdiyi Sazişin mahiyyəti iki ölkə arsında ixtisasların/istiqamətlərin (şifrə üzrə) digər ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyinin olunması ilə bağlı deyildir. İddiaçının bildirdiyi digər əsasa münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, istinad edilmiş Konvensiya, Saziş və Qaydalara uyğun olaraq mübahisənin həlli ilə bağlı apellyasiya məhkəməsinin apardığı araşdırma ilə cavabdehin bildirdiyi əsasın düzgün olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olduğundan, Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr,təhsilin dövlət standartlarıvə Azərbaycan Respublikasının tə hsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İşin hallarından göründüyü kimi, məhkəmə tərəfindən aparılmış araşdırmalarla iddiaçının faktiki olaraq xarici ölkədə olduğu qısa müddət ərzində bakalavr pilləsi üzrə proqramın mənimsənilməsinin qeyri-mümkün olduğu nəticəsi əldə edilmişdir. Məhkəmənin bu nəticəsi ilə razılaşaraq məhkəmə kollegiyası həmçinin bildirir ki, bu müddət həm də Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilin dövlət standartlarına uyğun olmadığı nəticəsini yaradır. «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, xx xxxx 2010-cu il tarixli qərarının 2.8-ci bəndində müəyyən edilmişdir ki, qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, qanunvericiliyin göstərilmiş tələbinə münasibətdə iddiaçı Ukrayna Respublikasında 2013-2014 tədris ilində cəmi 4 ay 8 gün, 2014-2015 tədris ilində isə cəmi 5 ay 17 gün olmuşdur. Belə olan halda isə apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, cavabdehin imtinası qanunamüvafiqdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbayca n Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-1487/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar