Məhkəmə qərarları › İş №2-1(102)-163/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-163/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-163/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon f ilialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 oktyabr tarixli, 2-1(107)433/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 26 sentyabr tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinə qarşı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “x” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ərizəyə əlavə etdiyi arxiv arayışından görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən və kolxozda işlədiyi illəri sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir. Səbəbi isə arxivdə saxlanılan sənədlərdə qaralamalar və düzəlişlərin olmasıdır. O, 1970-1974, 1976-1996-cı illərdə keçmiş “x” adına kolxozda işləmişdir. Qeyd olunan səbəbdən işlədiyi illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüqu qlarını pozur. Belə ki, cavabdehin sığorta stajı kimi qəbul etmədiyi illərdə o, işləyərək əmək haqqı almışdır.

4. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 03 sentyabr tarixli, 2-1(116)-152/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 1970-1974, 1976-1996cı illərdə Zaqatala rayonu keçmiş “x” adına kolxozda işlədiyi illər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 25 il sığorta stajı tamamlanmayacaqdır. Bundan əlavə, iddiaçının əmək iştirakı normasını tamamladığı və faktiki işlədiyi müddət toplandıqda yaranan staj da onun pensiya yaşına çatdığı zaman tələb olunan minimum kapitalı da formalaşdırmayacağı üçün qeyd olunan müddətin onun sosial sığorta stajına daxil edilməsinin heç bir əhəmiyyəti olmamaqla ona pensiya təyin edilməsi ilə nəticələnməyəcəkdir.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 oktyabr tarixli, 2-1(107)-433/2020 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHAT LARİ a. kassasiya şikayətinin dəlilləri

10. Cavabdehin 2019-cu il 13 sentyabr tarixli imtina məktubunda mübahisələndirilən müddət - 1970, 1972, 1989 və 1993-cü illərdir. Məhkəmə hansı səbəbə görə 1971, 1974 və 1976-cı illəri yazdığı məlum deyildir.

11. Bundan başqa, cavabdeh imtina məktubunda qeyd etmişdir ki, 1970, 1972, 1989 və 1993-cü illərdə adında və əmək haqqında qaralama və düzəlişlər vardır. Yəni cavabdeh həmin illəri sığorta stajına daxil etməmişdir. Lakin cavabdehin apellyasiya şikayətinə etirazında isə yalnız 1970-ci ilin qarşısında qaralamanın olmasını yazmışdır. Eyni zamanda, iddiaçının hərbi xidmətdə olduğu il olan 1974-cü ilə əmək haqqı yazıldığını qeyd etmişdir. 1974-cü il kolxozda işlədiyi kimi deyil, hərbi xidmət kimi sığorta stajına daxil edilmişdir.

12. Bundan başqa, ca vabdeh etirazında əmək günlərini hesablayarkən səhvə yol vermişdir, belə ki, hesabladığı 1162 əmək günü üçün 3 il 2 ay 7 gün iş stajı çıxartmışdır, halbuki, 1162 günü 220 günə böldükdə 5 il 2 ay 8 gün təşkil edir.

13. Apellyasiya məhkəməsi dəlilləri araşdırmamış və birinci instansiya məhkəməsinin qərardadında qeyd olunanların üzünü köçürməklə kifayətlənmiş və kolxozda işlədiyi illəri və hərbi xidmətdə olduğu illəri düzgün hesablamamışdır. Məhkəmə iddiaçının 1994-cü ildə kolxozda işə bərpa olunmağına dair Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin olmasını nəzərə almamışdır.

14. İşə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinin verdiyi 2019-cu il 22 iyul tarixli, 313 saylı arayışından görünür ki, iddiaçı 2 il, (1973 10 noyabr -1975-ci 10 no yabr illərdə) hərbi xidmətdə olmuş, məhkəmə isə bunu 1 il 11 ay 10 gün hesablayır.

15. Kolxozda işlədiyi illər 1970-1973 (1973-cü il daxil olmaqla), 1976-1996-cı (1996-cı il daxil olmaqla) illərdir. 16. 1973-cü il noyabr ayınadək 229 gün kolxozda işləyib noyabrın 10-u hərbi xidmətə getmişdir, noyabrın 1-dək təqvimdə minimum 300 gün vardır. 1976-cı ildən 1993-dək hər il əmək iştirakı gününün minimumunu (220 gün) yerinə yetirmiş, bu illərin cəmi 17 ilə bərabərdir. Qalan illər üzrə əmək iştirakı günləri aşağıdakı qaydada olmuşdur: 1. 1970 il = 206 ə/gün 4. 1993 il = 177 ə/gün 2. 1971 il = 208 ə/gün 5. 1994 il = 195 ə/gün 3. 1976 il =170 ə/gün 6. 1995 il = 150 ə/gün 7. 1996 il = 195 ə/gün Bu günlərin cəmi 1368 ə/günü təşkil edir. Minimum əmək iştirakı 220 gün olduğundan, 1368 bölünməlidir 220- yə, bu da bərabərdir 6 il 2 ay 18 günə. Yuxarıda qeyd olunmuş 17 il ilə 6 il 2 ay 18 günü topladıqda cəmi 23 il 2 ay 18 gün təşkil edir (17 + 6 il 2ay 18 gün=23 il 2 ay 18 gün). 23 il 2 ay 18 günün üzərinə hərbi xidmətdə olduğu 2 il toplandıqda isə cəmi 25 il 2 ay sığorta stajının olduğu aydın olur. (23 il 2 ay 18 gün + 2 il = 25 il 2 ay 18 gün). Lakin bu faktları məhkəmə nəzərə almamış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması” prinsipi və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur.

17. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b. məhkəmə icraatı iştir akçılarının izahatları

18. İddiaçı məhkəmə iclasında təmsil olunmamış, məhkəməyə yazılı izahat göndərərək şikayətini müdafiə etmiş, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi).

19. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan l azımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyünə dair gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçının mübahisələndirilməyən sığorta stajı 01 il 11 ay 10 gün hərbi xidmət dövrü ilə birlikdə 21 il 8 ay (həmin sığorta stajı 15643 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 197 0, 1971, 1976, 1989, 1993-ci illər 2 il 4 ay təşkil edir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “x” adına kolxozda işlədiyi illər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 25 il sığorta stajı tamamlanmayacaqdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının əmək iştirakı normasını tamamladığı və faktiki işlədiyi müddət toplandıqda yaranan staj da onun pensiya yaşına çatdığı zaman tələb olunan minimum kapitalı da formalaşdırmayacağı üçün qeyd olunan müddətin onun sosial sığorta stajına daxil edilməsinin heç bir əhəmiyyəti olmamaqla ona pensiya təyin edilməsi ilə nəticələnməyəcəkdir.”.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə g əldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPMin 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, həmin qənaət yalnız cavabdehin dəlillərinə əsaslanmış, həmin dəlillər bilavasitə, həm də iddiaçının dəlilləri ilə birlikdə məhkəmə araşdırmasının predmeti olmamış, məhkəmə onları qeydşərtsiz qəbul etmişdir. Halbuki, cavabdehin dəlillərində uyğunsuzluq olduğu aşkardır.

25. Belə ki, cavabdehin imtina məktubunda mübahisələndirdiyi illərə (1970, 1972, 1989, 1993) və iddiaçının stajına (19 il 6 ay) dair məlumat (iş v.3), məhkəməyə göndərdiyi 2019-cu il 4 noyabr tarixli məktubundakı (iş v.9) məlumatlar (1970, 1971, 1989, 1993) (19 il 8 ay), 2020-ci il 1 may tarixli məktubundakı (iş v.26) məlumatlar (1970, 1971, 1976, 1989, 1993) (19 il 9 ay), 2020-ci il 18 iyun tarixli məktubundakı (iş v.34) məlumatlar (iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən sığorta stajı – 24 il təşkil edir) biri-birinə uyğun olmadıqlarından, iddiaçının sığorta stajının yetərli olmadığına dair cavabdehin dəlilləri qeyd-şərtsiz qəbul edilməli deyildi və məhkəmə iddiaçının kolxozdakı əmək fəaliyyətinin müddəti ilə bağlı halları və tərəflərin dəlillərin tam və hərtərəfli araşdırmalı idi.

26. Digər tərəfdən, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı təsdiq etmişdir ki, məhkəmə iclasında baxış zamanı 1989-1993-cü illərə aid kolxozçunun staj kitabında hər hansı qaralama halı aşkar edilmədi (iş v.35). 27. 1970-ci ilin əmək stajı kitabında edilmiş düzəlişə gəldikdə, işə əlavə edilmiş arxiv arayışından göründüyü kimi, h əmin düzəliş kolxozun özü tərəfindən icra edilmişdir (iş v.41).

28. İddiaçı haqlı olaraq qeyd edir ki, cavabdeh iddiaçının apellyasiya şikayətinə etirazında əmək günlərini hesablayarkən səhvə yol vermiş, hesabladığı 1162 əmək günü üçün 3 il 2 ay 7 gün iş stajı çıxartmışdır, halbuki, 1162 günü 220 günə böldükdə 5 il 2 ay 8 gün təşkil edir.

29. Beləliklə, iddiaçının dəlilləri və işin materialları İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun araşdırılmamış və qiymətləndirilməmiş, işin hallarının araşdırılması prinsipinin tələbləri təmin olunmamışdır. Belə ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 okt yabr tarixli 21(107)-433/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar