Məhkəmə qərarları › İş №2-1(102)-163/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-163/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-163/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.06.2021-ci il tarixli, 2-1(103)-809/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.xxxx-ci il tarixində doğulmuş, 10.03.1976-cı ildən əmək fəaliyyətinə başlamış, 28.05.1977-ci il tarixindən 04.06.1979-cu il tarixinədək Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş 25.08.2007-ci il tarixədək fasilələrlə müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İ ddiaçı 30.09.2019-ci il tarixində ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 16.10.2019-cu il tarixli **********8 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı 01.10.2014-cü ildən, 57 yaşından güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməmiş illərin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrində iş icraçısı, usta, rəhbər və mütəxəssis işləmişdir. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi istehsalat sahələri, vəzifələri həmin Qərarın təsiri altına düşür və ona 57 yaşından pensiya almaq hüququna imkan verir. İddiaçı əmək kitabçasını cavabdeh or qana təqdim etsə də, cavabdeh əsassız olaraq ona pensiya təyin etməkdən imtina etmişdir.

6. Cаvаbdеh iddiаyа dаir yazılı еtirаzını təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə təcrübəsinə görə güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşlərin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Ali Məhkəmənin bu cür işlərlə bağlı mövqeyi də ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əm ək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(112)-605/2020 nömrəli qərarı ilə (hakim Mehriban Qarayeva) iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı ilədək güzəştli iş stajının müəyyən edilməsi qeyri-mümkün olmuşdur. İddiaçı bu barədə sənədləri nə cavabdehə, nə də məhkəmə təqdim etməmiş, müvafiq hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 22.06.2021-ci il tarixli, 21(103)-809/2021 nömrəli qərarına əsasən (sədrlik edən – Elmira Nağıyeva, hakimlər – Həmid Həmidov və Cahangir Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2-1(112)-605/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilsin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə müvafiq olaraq onun cavabdehə müraciət etdiyi tarixdən üç il əvvəlki dövrə (30.09.2016-cı il tarixdən) hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsus i Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqdim edilmiş arayışda iddiaçının çalışdığı peşələrin konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarında təsdiq edilmiş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işlərinin peşələrin vəzifələrin və siyahısının - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri idarələrinin işçiləri bölməsində yer aldığı göstərilmişdir. Odur ki, iddiaçının 25 ildən çox ümumi əmək stajı ilə bərabər 12 il 06 aydan çox əmək şəraiti zərərli işlərdə işləməsi iş materialları ilə təsdiq olunur.

12. Məhkəmə qərarı cavabdehə 12.08.2021-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh 26.08.2021-ci il t arixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.06.2021-ci il tarixli, 2-1(103)-809/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı tələb edilən 12 il 6 ay güzəştli iş stajını toplamamış, məhkəmə isə bu halı nəzərə almamışdır. İddiaçının təqdim etdiyi Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye müəssisələri və Təmir Tikinti Birliyinin verdiyi 02 nömrəli, 05.05.2021-ci il tarixli arayış mötəbər hesab edilə bilməz. Belə ki, arayışda iddiaçının 03.04.1984-cü ildən 10.10.1991-ci ilədək usta vəzifəsində işləməsi qeyd olunaraq bu peşə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” peşəsinə uyğunlaşdırılmışdır. Halbuki, iddiaçının əmək kitabçasına əsasən o, 10.08.1984-cü il tarixindən 23.12.1985-ci il tarixinədək quraşdırıcı, 24.12.1985-ci il tarixindən 26.05.1986-cı il tarixinədək rəngsaz, 07.08.1986-cı il tarixindən 19.10.1986-cı il tarixinədək tərbiyəçi, 13.11.1986-cı il tarixindən 20.03.1987-ci il tarixinədək koçeqar, 23.03.1987-ci il tarixindən 10.09.1988-ci il tarixinədək betonçu, 19.09.1988-ci il tarixindən 28.02.1989-cu il tarixinədək zavodda tikinti ustası və s. olmuşdur. Yəni, arayışdakı peşələrlə əmək kitabçasındakı peşələr üst-üstə düşmür və əmək kitabçasındakı p eşələrin heç biri güzəştli şərtlərlə əmək pensiyası hüququ vermir.

15. Arayışda iddiaçının 02.08.2004-cü il tarixindən 25.08.2007-ci il tarixinədək işləmiş olduğu İmişli rayon Quraşdırma Sazlama sahəsində mühəndis vəzifəsi müvafiq siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki “rəhbərlər və mütəxəssislər” peşəsinə uyğunlaşdırlımışdır. Göründüyü kimi, nə sahə, nə də peşə adı uyğun gəlir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddia ərizəsində gün, ay və il qeyd edilməyib. Cavabdeh iddiaçının zərərli işlərdə işlədiyi sahələrin yanlış olduğunu qeyd etsə də, Nazirlər Kabineti bu sənədi təqdim etmişdir. TƏTBİQ EDİLƏ N HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə ə sasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

22. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir.

25. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 01.01.2006-cı il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.

30. Cavabdehin mübahisələndirdiyi hal və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının tələb edilən 12 il 06 ay güzəştli iş stajı yoxdur. İddiaçı Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye müəssisələri və Təmir Tikinti Birliyinin verdiyi 02 nömrəli, 05.05.2021-ci il tarixli arayışa istinad edərək zəruri güzəştli iş stajının mövcud olduğunu iddia etsə də, həmin arayış mötəbər hesab edilə bilməz.

31. Cavabdehin bu mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

32. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

33. Hazırkı işə baxan məhkəmə də sözügedən arayışı Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun tədqiq edərək həmin arayışın mötəbər olması barədə nəticəyə gəlmişdir. Belə ki, işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxi tektura Komitəsinin Sənaye müəssisələri və Təmir Tikinti Birliyinin 01-KS nömrəli, 15.03.2021-ci il tarixli arayışını məhkəməyə təqdim etmişdir. Lakin onun işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı üzrə kodları göstərilməmişdir.

34. Bu səbəbdən iddiaçı sonradan yeni arayış təqdim etmiş, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye müəssisələri və Təmir Tikinti Birliyinin 02 nömrəli, 05.05.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı həqiqətən 10.03.1976-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 03.04.1984-cü ildən Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin İmişli rayon ThTTQS-də 10.10.1991-ci ilə kimi usta vəzifəsində ( 2290000b-23419), 10.10.1991-ci ildən T/hesablı tikinti təmir quraşdırma sahəsind ə 01.03.1993-cü ilə kimi iş icraçısı vəzifəsində (2290000b-24441), 01.03.1993-cü ildən 6 №li R/arası xüsusi təmir quraşdırma idarəsində 13.02.1997-ci ilə kimi iş icraçısı vəzifəsində (2290000b-24441), 14.02.1997-ci ildən 12 saylı İmişli rayon təmir-tikinti idarəsində 20.12.2003-cü ilə kimi iş icraçısı vəzifəsində (2290000b-24441), 02.08.2004-cü ildən sənaye müəssisələri və Təmir-Tikinti Birliyinin İmişli Quraşdırma sazlama sahəsində 25-08-2007-ci ilə kimi mühəndis vəzifəsində (2290000b), 25.08.2007-ci ildən İmişli Quraşdırma sazlama sahəsində 29.12.2008-ci ilə kimi rəis vəzifəsində (2290000b) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarında təsdiq edilmiş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işlərinin peşələrin vəzifəl ərin və siyahısına əsasən XXVİİ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması texniki təchizatı, bərpası və təmiri idarələrinin işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir.

35. Göründüyü kimi, hazırkı qərarın 22-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.

36. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.06.2021-ci il tarixli, 2-1(103)-809/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.06.2021-ci il tarixli, 21(103)-809/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar