Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-163/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair icarə müqaviləsinin bağlanılması) 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 202 2-ci il tarixli, 2-1(103)-2293/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Keçmiş Kirov rayon Xalq məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarına əsasən, X5 övladları ilə birlikdə şəxsi hesab açmadan Kirov qəsəbəsi, A.Nemətulla küçəsi, ev 5 ünvanda yerləşən 6 saylı mənzilə köçürülməsi qərara alınmışdır.
2. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli, 58 №li əmrindən görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı evin şəxsi hesab vərəqəsinin xx.xx.2018-ci ildə vəfat etmiş qaynanası X1 adına olduğunu bildirmiş, əri Vladimir Panteleyiçin də xx.xx.2018-c i il tarixdə vəfat etdiyini nəzərə alaraq, şəxsi hesab vərəqəsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, Binəqədi rayonu, A.Nemətulla küçəsindəki 5 saylı evin 6-cı mənzili xx.xx.1952-ci il tarixli orderlə Nikulkin Panteley lvanoviçin adına verilmiş və onunla müqavilə bağlanmışdır. İcarədar P.İ.Nikulkin xx.xx.1959-cu ildə vəfat etdiyindən onun həyat yoldaşı X3 ilə xx.xx.1969-cu il tarixli icarə müqaviləsi bağlanmış və şəxsi hesab vərəqi onun adına açılmışdır və hazırda da A.Z.Nikulkinanın adınadır. Kirov rayon Xalq Məhkəməsinin 2-42 nömrəli, xx.xx.1976-cı il tarixli qərarından görünür ki, X7 Binəqədi rayonu, A.Nemətulla küçəsi ev 5, mənzil 6 ünvanındakı yaşayış sahəsinə istifadə hüquqları tanınmış, hazırda qeydiyyatda olduğu və yaşadığı mənzilə köçürülmüşdür. Halhazırda mənzil kirayəsi və kommunal xidmətlərə görə ödənişlərin V.H.Nikulnina tərəfindən həyata keçirilməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, A.Nemətulla küçəsi ev 5 ünvanındakı 6-cı mənzilin şəxsi hesab vərəqinin X5 adına dəyişdirilməsi qərara alınmışdır.
3. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 72 saylı MKİS tərəfindən verilən 97 №li 16 mart 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin sahibi (kirayəçisi) İddiaçıdır. O, qeyd olunan mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və İddiaçı 1971-ci ildən, ailə üzvlərindən X6 1971-ci il tarixdən, X10 1993-cü ildən qeydiyyatdadırlar.
4. X10 və X6 ünvan 3 ünvanda yerləşən 6 saylı mənzilin kirayə müqaviləsinin İddiaçı adına bağlanmasına etiraz etmədiklərinə dair notarial qaydada razılıq ərizələri vermişlər.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ünvan 4 ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsini xahiş etmişdir.
6. Cavabdeh 28 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müəyyənləşdirilmədiyindən ərizəçinin müraciətinin müsbət həlli mümkün olmamışdır. Müvafiq birtipli forma müəyyən edildikdən sonra mənzilin daimi istifadəyə verilməsi üçün yenidən müraciət edilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 29 noyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 5 ünvanda yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında sərəncamın verilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 noyabr 1970-ci il tarixdə V.Nikulkinlə nikaha daxil olaraq sonuncunun yaşadığı mənzilə köçmüşdür. Mənzilin ilkin orderi qayınatası Panteley Nikulkinin adına olmuş, onun vəfatından sonra xx.xx.1969-cu il tarixdə Anastasiya Nikulkina ilə müqavilə bağlanılmış, şəxsi hesab vərəqəsi dəyişdirilmişdir. Binəqədi rayon Məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarı ilə onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Qayınanası və əri 2018-ci il tarixdə vəfat etmiş, bundan sonra o, Bin əqədi rayon İcra Hakimiyyətinə mənzilin hesab vərəqəsinin onun adına dəyişdirilməsi, onunla kirayə müqaviləsinin bağlanılmasına dair müraciət etmiş, Mənzil - Kommunal Təsərrüfatı Birliyinin № 58, xx.xx.2018-ci il tarixli əmri ilə ünvan 6 ünvanda yerləşən mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilmişdir. Həmin mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması niyyətindədir. Lakin DƏDRXnin 1 Saylı Ərazi İdarəsi müraciətə o əsasla imtina vermişdir ki, mənzilə dair hüquqmüəyyənedici sənəd mövcud deyil. Hesab edir ki, həmin hüquqmüəyyənedici sənədin, yəni kirayə müqaviləsinin onun adına verilməsi üçün hər cür əsas müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləs i qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınma üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin bu zaman nəzərə alınmalıdır ki, sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla, 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Bu səbəbdən də barəsində 2009-cu ilin oktyabrın 1-dən sonrakı tarixdə, yəni hal-hazırda mənzil kirayə müqaviləsinin bağlanılması ilə bağlı sərəncam qəbul edilə bilər. Göründüyü kimi, o, əvvəlki icarədarla birlikdə təsərrüfat aparan şəxs kimi, əvvəlki icarədar vəfat etdiyi halda, mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malikdir. Əks halda, cavabdeh tərəfindən şəxsi hesab vərəqəsinin dəyişdirilməsi ilə bağlı müvafiq qərar da qəbul edilməzdi. Eyni zamanda, 1976-cı il tarixli məhkəmə qətnaməsindən görünür ki, onun mənzilə köçürülmə tələbi təmin edilmiş, həmin qətnamədə cavabdeh, o zaman mənzilin kirayədarı olan A.Nukilnika tərəfindən onun köçürülməsinə hər hansı etirazın olmaması barədə izahat verilmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-4149/2022 nömrəli qərarı ilə (hakim: X13) iddia təmin edilmiş, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 5 ünvanda yerləşən 6 saylı mənzilin kirayə müqav iləsinin iddiaçının adına dəyişdirilməsi haqqında sərəncamın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Kirov rayon Xalq məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarına əsasən övladları ilə birlikdə mübahisə predmeti olan mənzilə köçürülmüş, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli, 58 №li Əmrinə əsasən mənzilin şəxsi hesab vərəqi onun adına dəyişdirilmişdir. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin 1971-ci il tarixindən fasiləsiz olaraq iddiaçının və ailə üzlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı həmin mənzild ə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmir və bu barədə, notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq həmin yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin, onun yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia t ələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X12 və X9) 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2293/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlili olan xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad edilməsinin düzgün olmadığı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından, mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının qeydiyyatda olaraq yaşadığı evin şəxsi hesab vərəqəsi xx.xx.2018-ci ildə vəfat etmiş qaynanası X2 adına olmuş və onunla kirayə müqaviləsi bağlanmışdır. Göründüyü kimi, mübahisəli hüquq münasibəti iddiaçının qayınanasının vəfatı ilə yaranmışdır və sonuncu 2018-ci ildə vəfat etdiyindən, yaranmış hüquq münasibətinə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq maddələrinin tətbiqi düzgün deyildi r. Bundan başqa, sözügedən mənzil 27 aprel 1952-ci il tarixli xidməti orderlə iddiaçının qayınatası X4 adına verilmişdir. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, sözügedən yaşayış sahəsi xidməti mənzillər siyahısından çıxarılmamış və X8 vəfat etdikdən sonra onun həyati yoldaşı X3 ilə 16 may 1969-cu ildə müqavilə bağlanmışdır. Belə ki, Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna əlavə edilir. “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarının 1.8-ci bəndinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu barədə, vətəndaşa xx.xx.2021-ci il tarixli 04/09-11-1 l/N-81-091 saylı məktubda ətraflı izahat verilmişdir. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədə k qüvvədə olan redaksiya) Maddə
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə
85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-bulu ğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Maddə
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhk əməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıl an zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə q eyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi mənzilə dair icarə müqaviləsinin bağlanılması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkə məsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Kirov rayon Xalq məhkəməsinin 12 yanvar 1976-cı il tarixli qərarına əsasən, övladları ilə birlikdə mübahisə predmeti olan mənzilə köçürülmüş, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 noyabr 2018-ci il tarixli, 58 №li Əmrinə əsasən, mənzilin şəxsi hesab vərəqi onun adına dəyişdirilmişdir. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Mənzilin 1971-ci il tarixindən fasiləsiz olaraq iddia çının və ailə üzlərinin istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə icarədarın ailə üzvü kimi yaşayan həddi-buluğa çatmış şəxslər yaşayış sahəsinə dair icarə müqaviləsinin iddiaçı ilə bağlanmasına etiraz etmir və bu barədə, notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən yaşayış sahəsinin ilkin icarə müqaviləsi yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək (01 oktyabr 2009-cu il tarixədək) bağlandığından və iddia çı da köhnə Mənzil Məcəlləsi qüvvədə olan vaxt əvvəlki icarədarın ailə üzvü kimi həmin mənzildə yaşadığından hazırkı mübahisəyə 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
28. İşdən göründüyü kimi, sözügedən yaşayış sahəsinin icarədarı öldükdən sonra iddiaçı icarə müqaviləsinin onunla bağlanması ilə bağlı cavabdehə müraciət etmiş, bununla bağlı lazımi sənədləri, eyni zamanda onunla birlikdə yaşayan həddi-buluğa çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrini təqdim etmiş, cavabdeh onun müraciətini təmin etməmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçının mənzil hüququnun pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçının hazırkı məzmunda tələb hüququ 01 oktyabr 200 9-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 85-ci maddələrindən irəli gəlir.
30. Cavabdehin kassasiya şikayətində sözügedən yaşayış sahəsinin xidməti yaşayış sahəsi olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində irəli sürülən bu dəlilə cavabdehin imtina məktubunda istinad edilməmişdir. Həmçinin, iş materiallarında sözügedən yaşayış sahəsinin xidmət yaşayış sahəsi olmasına dair heç bir sübut yoxdur. Belə ki, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 100-cü maddəsinə görə, yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Cavabdeh şikayətində bu dəlilə istinad edirsə, iddiaçının yaşayış sahəsinin xidməti yaşayış sahəsi olmasını sübut etmək üçün bu barədə, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarını təqdim etməli idi. Lakin məhkəməyə belə bir sübut təqdim edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır.
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Ona görə də kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2293/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.