Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-163/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edildiyi tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2021-ci il tarixind ən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 2-1(103)-2423/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının xx.xx.2016-cı il tarixdən 5 il müddətinə təkrar ikinci dərəcə əlilliyi müəyyən edilmiş və ona xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. 2. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən iddiaçıya əmək pensiyasının ödənişi dayandırılmışdır.
3. İddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən yenidən müəyyən edildiyi üçün həmin tarixdən onun əmək pensiyası ödənişi bərpa edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpasını və həmin dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir.
5. Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi sosial ekspert komissiyası tərəfindən təkrar müayinə edilərkən iddiaçıya xx.xx.2021-ci il tarixindən ikinci də rəcə əlillik müəyyən edilmişdir. Əmək pensiyasının ödənişi Qanunun 36.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. Qeyd olunanlara əsasən, əlillik müddətinin bitməsindən sonra əlilliyin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün keçməsi səbəbindən pensiyanın ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etm işdir
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya təkrar olaraq ikinci dərəcə əlillik təyin olunmuş, növbəti müayinə tarixi isə xx.xx.2021-ci il müəyyən edilmişdir. İddiaçıya ödənilən əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı yenidən müayinəyə göndərilmiş, TibbiSosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatına əsasən təkrar müayinə əsasında ona yenidən müddətsiz olmaqla ikinci dərəcə əlillik təyin edilmiş və əmək pensiyasının ödənişi bərpa edilmişdir. Göründüyü kimi, əlilliyə görə əmək pensiyasının ödənilməsində ondan asılı olmayan səbəblərdən 10 aya yaxın fasilə yar anmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə əmək pensiyasının ötürülmüş müddət üzrə bərpası ilə bağlı müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla əmək pensiyasının ötürülmüş müddət üzrə bərpasının mümkünsüz olduğunu bildirmişdir. İddiaçı yuxarıda qeyd olunan səbəbdən ərizəsinin icrasından imtina olunmasını qanunsuz və əsassız hesab edir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır. İddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya pensiya ödənilməmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu, qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 01 fevral 2023-cü il tarixli, 2-1(112)-1102/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas ola n xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibb müəssisəsi tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2021-ci ilin noyabr ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Ağırlaşma E11.4 İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Diabetik polineyropatiya” diaqnozu qoyulmuş və onun ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda çoxsaylı ağırlaşmalar aşkar olunmuş, bunun nəticəsində yuxarıda qeyd olunan diaqnoz ilə o nun müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin çıxarış epikrizi, ambulator kitabçadan çıxarış, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin çıxarışı, Respublika Endokrinoloji Mərkəzinin epikrizi və ambulator kitabçadan çıxarışından) aydın olur ki, iddiaçı həmin dövrlərdə müxtəlif mərkəzlərdə müayinə edilmiş, əlillik müddəti bitdikdən sonra əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində iddiaçının əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını, müddətin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Pərviz Hüseynov) 18 iyul 2023-cü il tarixli, 2-1(103)-2423/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, qanunv ericiliyə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə e htiyacının olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda, xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur. Göründüyü kimi, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır. İddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya pensiya ödənişi edilməmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu, qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. Beləliklə iddiaçıya xx.xx.2021-ci il tarixdən yenidən əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürü lmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən kassasiya şikayəti nə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs – müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qayda sını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Naz irlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əs asnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzər indən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göst əriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq no rmaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması tə min edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə iddiaçının pensiyasının ötürülmüş müddət üzrə bərpası və ona həmin dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının xx.xx.2016-cı il tarixdən 5 il müddətinə təkrar ikinci dərəcə əlilliyi müəyyən edilmiş və ona xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən iddiaçıya əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən yenidən müəyyən edildiyi üçün həmin tarixdən ona əmək pensiyasının ödənişi bərpa edilmişdir.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə pensiyasının ötürülmüş müddət üzrə bərpasına və ona həmin dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
30. Cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə, yəni iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən onun əlilliyinin yenidən müəyyən olunduğu xx.xx.2021-ci il tarixədək 6 aydan çox müddət keçdiyinə istinadən həmin müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsindən imtina etmişdir. 31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun istinad olunan həmin normasına əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
32. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin müddəaları baxımından təmin edilə bilməz. Cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçı qeyd olunan dövr üçün əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etməkdə haqlı sayıla bilməz.
33. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillə rinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinin tələblərinə uyğun hərəkət etmiş, yəni iddiaçıya əmək pensiyasının ödənilməsini onun əlillik müddətinin bitdiyi tarixdən dayandırmış, onun yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa etmiş və əlillik müddəti bitdikdən sonra 6 ay ərzində onun əlilliyi yenidən müəyyən edilmədiyi üçün, həmin müddət üzrə əlilliyi olan şəxs hesab edilmədiyindən ona qeyd edilən müddət üzrə əmək pensiyasının ödənilməsindən imtina etmişdir.
34. Nəzərə almaq lazımdır ki, cavabdehin iddiaçıya 6 ay ərzində onun əlilliyi yenidən müəyyən edildiyi təqdirdə, ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi məhz iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlill iyini yenidən müəyyən edən aidiyyəti inzibati orqanın müvafiq qərarı əsasında yaranır.
35. İddiaçının əlilliyinin 6 aydan çox müddət keçdikdən sonra yenidən müəyyən edilməsi hazırkı iş üzrə cavabdehin deyil, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini müəyyən edən aidiyyəti inzibati orqanın məsuliyyət sferasına aiddir.
36. Nəzərə almaq lazımdır ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə görə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu baxımdan, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində yenidən müəyyən olunmuş əlillik təyinatı zamanı, qanunun birbaşa göstər işinə əsasən, əlilliyə görə ödəmə əvvəlki əlillik müddətinin bitdiyi tarixdən həyata keçirilməlidir. Bu halda, şəxsin üzərinə əlilliklə bağlı qərarın tarixinin dəyişdirilməsinə dair iddia qaldırmaq vəzifəsi qoyula bilməz. Ödəməni həyata keçirən orqanlar onlara təqdim edilmiş qərarın tarixini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdırlar. Əgər müddətin bitdiyi tarixdən ödəmələr aparılmamışsa və ya natamam aparılmışsa, bu halda ödəməni həyata keçirən orqanlara qarşı iddia qaldırılmalıdır. 37. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq şəxsin yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən pensiyanın bərpa edilməsini nəzərdə tutur.
38. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yenidən qiymətləndirmə nəticəsində şəxsin əlilliyinin onun əlillik müddətinin bitdiyi tarixdən yuxarıda istinad olunan normada təsbit edilmiş 6 ay ərzində deyil, həmin müddətdən sonra müəyyən olunduğu hallarda, şəxs ilk növbədə əlillik tarixinin dəyişdirilməsinə nail olmalıdır. Başqa sözlə, belə hallarda hüququnun pozulduğunu güman edən şəxs öncə əlilliyin təyinat tarixinin dəyişdirilməsi barədə əlilliyi müəyyən edən inzibati orqana qarşı hüquqi müdafiə imkanlarından istifadə etməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, şəxsin əlilliyinin əvvəlki əlillik müddətinin bitdiyi tarixdən və ya həmin tarixdən ən azından 6 ay ərzində müəyyən olunması üçün üzrlü səbəblər və yetərli əsaslar olmalıdır. Təyinat tarixinin dəyişdirilməsi üçün y etərli əsasların mövcud olduğu təqdirdə və yalnız əlilliyin təyinat tarixinin dəyişdirilməsinə nail olduqdan sonra şəxs ödəməni həyata keçirən orqandan həmin tarixdən ödəmənin həyata keçirilməsini tələb edə, bundan imtina olunduğu təqdirdə isə həmin orqana qarşı iddia qaldıra bilər.
39. Hazırkı mübahisəyə münasibətdə səlahiyyətli inzibati orqan tərəfindən iddiaçının əlilliyi, əlillik müddətinin bitdiyi tarixdən 6 ay ərzində deyil, 9 aydan çox müddət keçdikdən sonra müəyyən edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı da bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh həmin qərarın məzmununa bağlıdır və ona uyğun davranmağa, yəni pensiya ödənişini iddiaçının əlilliyi olan şəxs hesab edildiyi tarixdən həyata keçirməyə borcludur.
40. Həmin qərarda iddiaçının əlilliyinin onun əlillik müddətinin bitdiyi tarixdən müəyyən olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Buna baxmayaraq, iddiaçı əlillik tarixinin dəyişdirilməsi ilə bağlı bu qərarın 38-ci bəndində qeyd olunmuş qaydada səlahiyyətli inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş və əlillik tarixinin dəyişdirilməsinə nail olmamışdır. Halbuki, iddiaçı yalnız bundan sonra hazırkı məzmunda iddia tələbi ilə hazırkı cavabdehə qarşı iddia qaldırmaqda haqlı sayıla bilərdi.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndiril ən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2023-cü il tarixli, 21(103)-2423/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.