Məhkəmə qərarları › İş №2-1(102)-1630/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1630/2021

29.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1630/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə istifadə hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və “Azneft” İB) “torpaq sahəsinə istifadə hüququnun qeydiyyata alın ması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-177/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı-yə (əvvəlki adı “Xəzər” kənd təsərrüfatı kooperativi) Bakı şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6\225 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində yardımçı təsərrüfatın yaradılması üçün 4.7 ha torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə ç ıxarışın verilməsini xahiş etmişdir.

3. Cavabdeh 28 dekabr 2016-cı il tarixli məktubla müraciətin təmin olunmasından imtina olunduğunu bildirmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, ayrılmış torpaq sahəsinin 3 ha, inşaat pasportunda 5 ha, ayrıc aktında isə 4,7 ha qeyd olunmasına baxmayaraq, faktiki torpaq sahəsinin sərhədlərinin şərti olmasına, koordinatla verilmiş ərazinin 6060 kv.m. hissəsinin Abşeron rayon ərazisinə düşməsinə və həmin torpaq sahəsinin 1420 kv.m hissəsinin digər fiziki şəxsin mülkiyyətində olmasına görə, bundan başqa, torpaq sahəsində 1 ədəd qaz paylayıcı qurğu və neft buruğu olduğundan ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 07 noyabr 2017-ci il tarixdə 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında İddiaçı-yə ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərb hissəsində yerləşən 4,7 ha torpaq sahəsi üzərində İddiaçı-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında verilmiş torpaq sahəsi uzun illər ərzində cəmiyyətin istifadəsindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimi yyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüququnun yaranması əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 56-cı maddəsinin 1ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyət ə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. İddiaçı həmin normalara istinadən cavabdehin imtinasını əsassız hesab edir və tələbinin təmin olunmasını xahiş edir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2-1(82)39/2019 nömrəli (hakim Xaliq İmanov ) qərarı ilə iddia təmin edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun deyil, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında mövcud olan istifadə hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan məsələyə “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinin tələblərinə uyğun yanaşaraq, onun həlli istiqamətində tədbir görmək əvəzinə, məsələyə aidiyyəti olmayan şərtlərə istinad edərək, məsələnin həllindən yayınmışdır. Bakı şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarı yuxarıda qeyd edilən Qanunun 8.0.1-ci maddəsində göstərilən aktlardan biri hesab edildiyi üçün, cavabdeh inzibati orqanın bununla bağlı hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2019cu il tarixli, 2-1(10 3)-2265/2019 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2-1(82)-39/2019 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin neft quyularının və eləcə də, müxtəlif kommunikasiya xətlərinin (texniki su, elektrik xətləri və neft boru xətləri) yerləşdiyi torpaq sahəsi olduğu məhkəmə kollegiyasının araşdırmaları zamanı sübuta yetirilmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

11. İddiaçı kas sasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Ali Məhkəmənin İnzibati Kollegiyasının 30.06.2020-ci il tarixli, 2-1(102)-1013/2020 nömrəli (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və Kəmaləddin Bədəlov ) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2-1(103)-2265/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

13. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı öz tələbinin ə sası kimi səlahiyyətli orqanın qərarına və həmin qərara əlavə edilmiş torpaqayırma sənədlərinə istinad etdiyi halda, apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları İPM-in yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun tədqiq etməklə, üçüncü şəxs “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 2005-ci ildən ona məxsusluğunu bəyan etdiyi torpaq sahəsinin 2005-ci ilədək məhz həmin koordinatlarda əvvəllər “Azneft” İB-nin sahibliyində olduğunu, 2005-ci ildən isə eyni koordinatlarda “X2 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sahibliyinə verilib-verilmədiyini və bu sahibliyin hüquqi əsaslarını müəyyən etməli idi. apelyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.20 21-ci il tarixli, 2-1(103)-177/2021 nömrəli ( hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn ) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.05.2019-cu il tarixli, 2-1(82)-39/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin neft quyuları və eləcə də, müxtəlif kommunikasiya xətlərinin (texniki su, elektrik xətləri və neft boru xətləri) yerləşdiyi torpaq sahəsi olması məhkəmə kollegiyasının araşdırılmaları ilə sübuta yetirilmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

16. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyini nəzərə almadan, eləcə də, hər hansı əlavə məhkəmə araşdırması aparmadan, ləğv edilmiş apelyasiya instansiyası məhkəməsinin qərarını olduğu kimi təkrarlamış, əlavə olaraq qanunvericiliyin bir sıra normalarını sadalamaqla kifayətlənmişdir.

18. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi, hələ 2005-ci ildə saziş bağlanılmamışdan və Nümayəndəlik yaradılmamışdan azı 15 il əvv əl qanuni əsaslarla iddiaçı “Elçin R.İ.S" MMC-yə ayrılmış 4.7 ha. torpaq sahəsinin "Azneft“ İB-yə və ya üçüncü şəxs "X2 Kompany S.A" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus (icarə, istifadə və ya mülkiyyət hüququ ilə) olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmədiyi halda, yalnız ümumi sözlərlə həmin torpaq sahəsinin kimlərəsə məxsus olduğunu bəyan etmişdir.

19. Bundan başqa, mübahisəli torpaq sahəsi 1990-cı ildən iddiaçının faktiki sahibliyində və istifadəsində olmuşdur. Lakin həmin torpaq sahəsi ilə bağlı nə “Azneft” İB, nə “X2 Kompany S.A" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, nə hər hansı fiziki və ya hüquqi şəxs, habelə digər dövlət qurumları tərəfindən hər hansı bir irad bildirilməmiş və məhkəmədə iddia qaldırılmamı şdır.

20. Bundan əlavə, qeyd olunan torpaq sahəsi səlahiyyətli dövlət qurumu hesab edilən və 01.01.2001-ci ilədək dövlət torpaqlarını fiziki və hüquqi şəxslərin daimi və ya müvəqqəti istifadəsinə vermək səlahiyyətində olan Bakı Şəhər XDS İcraiyyə Komitəsi (hazırki Bakı şəhər İcra Hakimiyyəti) tərəfindən 16.08.1990-cı il tarixli, 6\225 saylı qərar əsasında yardımçı təsərrüfat yaradılması məqsədilə iddiaçıya ayrılmış, inşaat pasportunda qeyd edildiyi kimi, torpaq ayırma zamanı tələb olunan bütün dövlət orqanlarının rəsmi qaydada razılıqları alınmış və Bakı şəhərinin Baş Memarı tərəfindən torpaq sahəsinin ayrıc aktı təsdiq edilmişdir.

21. Bundan başqa, inzibati orqan imtina məktubunda elektron kadastr məlumatlarına əsasən koordinatla verilmiş ərazinin 6060 kv.m hissəsinin Abşeron rayon ərazis ində yerləşməsinə və həmin torpaq sahəsinin 1420 kv.m hissəsinin digər fiziki şəxslərin mülkiyyətində olmasına istinad etmişdir. Halbuki, iddiaçının tələb etdiyi torpaq sahəsi qanuni əsaslarla ona ayrılmış 4700 kv.m torpaq sahəsi olmaqla, həmin ərazinin digər şəxslərin mülkiyyətində olması barədə cavabdeh inzibati orqan heç bir sənəd təqdim etməmiş və həmin şəxslərin kimliyi barədə məlumat verməmişdir. İddiaçının qanuni əsaslarla tələb etdiyi 4700 kv.m torpaq sahəsindən əlavə hər hansı torpaq sahəsinin hansı rayonun ərazisinə düşməsinin iddia tələbinə heç bir aidiyyəti yoxdur. Həmçinin, Ünvan Reyestri Xidməti 25.12.2018-ci il tarixli rəyində qeyd edir ki, mübahisə edilən əraziyə dair hər hansı bir şəxsə hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar olunmamışdır.

22. Azərbaycan R espublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25.12.201 8-ci il tarixli, **********47 saylı məktubla birinci instansiya məhkəməsinə təqdim etdiyi mütəxəssis rəyindən görünür ki. iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərindən 48 metr, 68 metr və 95 metr məsafədə 3 ədəd neft quyusu və 138 metr aralıda isə qazpaylayıcı qurğu mövcuddur.

23. Qeyd olunan mütəxəssis rəyi yarımçıq olmaqla işin hallarını tam əks etdirmir. Ən azından ona görə ki, mütəxəssis rəyində həmin 4.7 hektar torpaq sahəsinin konkret hansı hissəsinin neft təyinatlı torpaq sahəsinə aid olduğu qeyd olunmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz Əmlakın dövlət r eyestri haqqında” Qanun Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qan unla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edi lə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səb əb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Torpaq Məcəlləsi M a d d ə 5

6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. 1.Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. M a d d ə 6

7. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. D övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

27. İnzibati Prosessual Məcəllə: Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqey i apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləy ən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

31. Hazırkı mübahisə mahiyyət etibarı ilə yardımçı təsərrüfatın yaradılması məqsədləri üçün Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində onun istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində istifadə hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

32. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

33. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakim iyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

34. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

35. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarına əsasən, yardımçı təsərrüfat yaradılması üçün iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimal-qərbində torpaq sahəsi ayrılmışdır. Həmin qərara əlavə edilmiş 90/218 saylı ayrıc aktında iddiaçıya 4,7 ha torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. Bakı Şəhər XDS İcraiyyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin tor paq sahəsinin inşaat pasportu və 1:10000 miqyasda cizgisi tərtib edilmişdir. 21.10.1990-cı ildə inşaat pasportu şəhərin baş memarı tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

36. Göründüyü ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq X1nin icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xit amı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

37. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

38. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə t utulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

39. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qey diyyatın aparılması üçün yetərli sayılmalıdır.

40. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

41. İş üzrə materiallardan görünür ki, iddiaçı istifadə hüququnun qeydiyyata alınması üçün Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarını (aktı) cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barə də Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarı qüvvədədir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərarın hər hansı subyekt, o cümlədən “Azneft” İstehsalat Birliyi və “X2 Kompani S.A.” şirkəti tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. 42. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qan unla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. 43. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Bakı şəhər X1 İcraiyyə Komitəsinin dövlətə məxsus olan torpa q sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan qərarı Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır.

44. Cavabdehin imtinasında istinad etdiyi və məhkəmə icraatının gedişində dəfələrlə dəyişdirdiyi əsaslarla, o cümlədən faktiki torpaq sahəsinin sərhədlərinin şərti olması, koordinatla verilmiş ərazinin 6060 kv.m. hissəsinin Abşeron rayon ərazisinə düşməsi, torpaq sahəsində 1 ədəd qaz paylayıcı qurğunun və neft buruğunun olması ilə və sair əsaslarla bağlı məhkəmə kollegiyası, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, hüquqların dövlət qeyd iyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqlə yici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

45. Belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, koordinatları qeyd olunan ərazi “Azneft” İstehsalat Birliyinin istifadəsində olan torpaq sahələrinin və həmin birliyə məxsus neft-qaz boru kəmərləri və kommunikasiya qurğularının mühafizə zonasının hüdudları xaricində yerləşir.

46. Qeyd etmək lazımdır ki, istinad olunan Azərbaycan Respublikasında “Suraxanı” neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş iddiaçıya torpaq sahəsi ayrılmasından uzun müddət sonra bağlanılmışdır və torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdırmır. Belə ki, həmin Saziş “Suraxanı” neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü, yəni artıq mövcud olan yataq üzrə həmin məsələlərin tənzimlənməsini nəzərdə tutur və bu mənada həmin Sazişin müddəaları iddiaçının istifadə hüququnun məhdudlaşdırılması istiqamətində təfsir olunmamalıdır.

47. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi 4,7 ha torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həm in qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan ərazidə torpaq sahəsinin ayrılması və rəsmiləşdirilməsi ilə bağlı sənədlərdə nəzərdə tutulmuş, eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olan fəaliyyətlə məşğul olmaq üçün lazımi tədbirlər həyata keçirmiş və müvafiq iqtisadi və kommunikasiya infrastrukturu yaratmışdır.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan 16.08.1990-cı il tarixli, 6/225 saylı qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar Mülki Məcə llənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

49. Bu baxımdan iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iddia təmin edilməlidir.

51. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(103)-177/2021 nömrəli qərarı ləğv olunur. Yeni qərar qəbul edilir. İddia təmin edilir. Bakı şəhər X1 İcraiyyə Komitəsinin 16.08.1990-cı il tarixli, 6\225 saylı qərarı əsasında İddiaçı-yə ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin şimalqərb hissəsində yerləşən 4.7 ha torpaq sahəsi üzərində İddiaçı-nin istifadə hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar