Məhkəmə qərarları › İş №2-1(102)-1630/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1630/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1630/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə b ərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair inzibati iş üzrə Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(108)1/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmri ilə “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kapitan Vəliyev X5 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin Səfərbərlik hazırlığı, səfə rbərlik və qeydiyyat bölməsinin zabiti vəzifəsindən azad olunmaqla həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin ləğv olunaraq onun məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixində Naxçıvan MR Səfərbərlik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsində zabit kimi xidmətə başlamışdır. İşlədiyi dövrlərdə işində heç bir nöqsana yol verməmiş, rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını dəqiq və layiqincə yerinə yetirmişdir. İşlədiyi müddət ərzində tərəfindən qayda-qanun pozuntusuna yol verilməmiş, intizam məsuliyyətinə cəll olunmamışdır. Bütün bunlara baxmayaraq, heç bir səbəb olmadan 27 oktyabr 2022-ci il tarixində o, xidməti yerində növbətçi olduğu müddətdə xidmətin iki zabitikapitan Əsgərov Elnur və baş leytenant X6 MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlə Xidmətinin Kəngərli rayon şöbəsində axşam saatlarında yoxlamaya gəlmişlər. Həmin gün yağış yağıb, möhkəm külək əsdiyindən külək qapını açmasın deyə idarənin ön qapısını bağlamışdır. Lakin həmin vaxt arxa qapı açıq olmuş, özü isə idarənin həyətində olan qarajın yanında olmuşdur. Yoxlamaya gələn Əsgərov Elnur onu səsləmiş o da, dərhal yaxınlaşaraq məruzə etmişdir. O, məruzədən sonra ona qarşı kobudluq edərək əl-qol hərəkətlər etmiş, ona şər, böhtan ataraq xidməti yerində olmadığını bildirərək dərhal onun şöbə rəisi kapitan Habil Niftəliyevi zəng edərək şöbəyə çağırmışdır. Sonra isə baş leytenant Məmmədov Elmar xidmət rəisi Mirzə Cəlilova zəng vuraraq məruzə etmişdir ki, növbətçi Vəliyev yoxlama zamanı yerində olmamışdır. O, yerində ola-ola onu növbədən azad etmiş, səhər xidmət rəisi onu qəbul edərək ondan bu barədə izahat aldırmışdır. 05 noyabr 2022-ci il tarixində Kəngərli rayon şöbəsinə xidmətdən hazır şəkildə suallarla söhbət vərəqəsi göndərilmişdir. Söhbət vərəqəsində hərbi qulluqçunun istəkləri və son arzusu qrafasında qoyulan suallar a cavab olaraq bildirmişdir ki, hərbi-həkim komissiyasına getməyə ehtiyacı vardır. Lakin bunu qəbul etməyərək, onu həkim komissiyasına göndərməmişlər. Söhbət vərəqəsində göstərilən qulluqçunun son istəyi olaraq bildirmişdir ki, xidməti dövründə heç bir qüsur və nöqsanı olmadığını, hərbi rütbələrini vaxtı-vaxtında aldığını, tutduğu vəzifəni layiqincə yerinə yetirdiyini və əlavə olaraq adında 30 illik ipoteka, ev kreditinin olmasını bildirib, xidmətini təkrar araşdırmalarını xahiş etmişdir. Həmin söhbət vərəqəsində göstərdiklərinin heç birinə məhəl qoymayaraq 05 noyabr 2022-ci il tarixində ondan və şöbə rəisindən xəbərsiz onu işdən azad etmişdirlər. Əlavə olaraq 10 noyabr 2022-ci il tarixində xidməti yerində hərbi düzülüşdə şöbə rəisinə hərbi-həkim komisiyasına göndərilməyə ehtiyacı olması nı bildirmiş, xidmət rəisi ehtiyac olmadığını bildirmişdir. 1 noyabr 2022-ci il tarixində ona əmrin gəldiyi, işdən azad olduğu bildirilmişdir. Sonradan əmrin 05 noyabr 2022-ci il tarixində verildiyini bilmişdir. Dəfələrlə onun işdən azad olunmağı ilə bağlı işdən azad olma əmri ilə tanış etmələrini istəsə də, onu əmrlə tanış etməmişdirlər.

4. Cavabdeh iddia ərizəsinə dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinin (Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrin, xidmət etdiyi hərbi hissənin (idarənin) şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumağa məcbur edir) tələbini pozmuşdur. Xidməti vəzifələrinin icrası zamanı öz iş yoldaşı ilə qeyri-xidməti əlaqələr yaradaraq hərbi qulluqçuya yaraşmayan və xidmət etdiyi orqanın nüfuzunu aşağ salacaq nalayiq hərəkətlərə yol verməklə şəxsi heyətin yüksək nizam-intizamına mənfi örnək olmuş, o cümlədən xidməti fəaliyyətində üzərinə düşən vəzifənin əhəmiyyətini dərk etməyərək nizamnamə qaydalarını kobud şəkildə pozduğuna və etdiyi əməlin xidməti ilə bir araya, sığmadığı nəzərə alınaraq kapitan İddiaçı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət etməsi məqsədəuyğun hesab olunmamış və Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilm əsi xahiş edilmiş, etiraz məktubuna həmçinin Xidmətin Kəngərli rayon şöbəsinin sabiq kargüzarı X2 və gözətçisi X4, ehtiyatda olan kapitan İddiaçı alınmış izahatların təsdiq edilmiş ksero-sürətləri, X3 Xidmətə təqdim etdiyi flaş variantında olan “Whatsapp” yazışmalarından çıxarış və video çəkilişdə olan səs yazısının DVD-si, xx.xx.2022-ci il tarixdə kapitan İddiaçı növbətçi olduğu müddətdə növbəni özbaşına tərk etməsi barədə tərtib olunmuş aktın təsdiq edilmiş kserosurəti, smartfon telefonlardan istifadənin qadağan edilməsi ilə bağlı tərtib edilmiş və şəxsi heyət tərəfindən imzalanmış adlı siyahının təsdiq edilmiş ksero-surəti əlavə edilmişdir.

5. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 21(122)-76/2023 nömrəli qərarı ilə (hakim E.Hüseynov) iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmri ləğv olunaraq İddiaçı buraxılmış iş müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin üzərinə qoyulması qərara alınmışdır.

6. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan zəruri inzibati icraat aparmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol vermişdir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci və 67.2-ci məzmunundan aydın olur ki, inzibati icraat haqqında hüquq norma larının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt isə məhkəmə qaydasında ləğv oluna bilər.

7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

8. Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(108)-1864/2023 nömrəli qərarı ilə (hakimlər: S.Qarayev - sədrlik edən və məruzəçi, Y.Qurbanov və S.Novruzov) apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 4 avqust 2023-cü il tarixli, 2-1(122)-76/2023 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmiş və inzibati orqan diskresion səlahiyyətlərindən istifadə edərək İddiaçı barəsində Silahlı Qüvvələrin ehtiyatına buraxlması barədə əmri verməkdə haqlı olmuşdur. Həmçinin qeyd edilmişdir ki, iddiaçının qadın həmkarı ilə münasibətinin xidməti işlə əlaqədar olmaması barədə məhkəmə baxışı zamanı verdiyi izahatına münasibətdə isə xx.xx.1994-cü il tarixli, 885 nömrəli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə istinad edərək qeyd edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə əsaslanır. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Hərbi intizam hər bir hərbi qulluqçunu hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. Kollegiya qeyd edir ki, iş üzrə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən xidməti uyğunsuzluğa əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının hərbi xidmətə uyğunsuz olması isə yuxarıda qeyd edildiyi kimi işin mübahisəsiz hallarına aiddir, cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05 noyabr 2022-ci il tarixli, 016 nömrəli əmrinin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, lakin iddiaçı bunun əksinə dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir və buna görə də həmin əmrin ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyil.Kollegiya son olaraq qeyd etməyi zəruri hesab edərək bildirir ki, İddiaçı öz iş yoldaşı ilə qeyri-xidməti əlaqələr yaradaraq hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər etməsi, növbətçi olduğu zaman üzrsüz səbəbdən və özbaşına xidməti yerin tərk etməsi kollegiyanın sorğusuna əsasən iş materiallarına əlavə olunmuş iddiaçı barəsində aparılan inzibati icraat materialları ilə sübuta yetirilir və bu işin mübahisəsiz halıdır. Kollegiya buna görə də hesab edir ki, cavabdehin mübahisələndirilən əmri qanuni əsaslarla qəbul edilmiş, həmin əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə sübut edilmiş, məhkəmə araşdırması zamanı qeyd edilən əmrin ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinin pozulması müəyyən edilməmiş, eyni zamanda iddiaçı, cavabdehin gətirdiyi dəlilləri təkzib edən və öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və i ddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarı qəbul edərkən nəzərə almamışdır ki, onun tərəfindən işin müəyyən edilən hallarına əsasən, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquq larını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri)

12. Həmçinin kassator qeyd etmişdir ki, cavabdeh şikayətində bildirmişdir ki, İddiaçı xidməti vəzifələrinin icrası zamanı öz iş yoldaşları ilə qeyri-xidməti əlaqələr yaradaraq hərbi qulluqçuya yaraşmayan və xidmət etdiyi orqanın nüfüzunu aşağı salacaq nalayiq hərəkətlərə yol vermiş, habelə növbətçi olduğu zaman xidməti yerini özbaşına tərk etməklə şəxsi heyətin yüksək nizam-intizamına mənfi örnək olmuş, o cümlədən xidməti fəaliyyətində üzərinə düşən vəzifələrin əhəmiyyətini dərk etməyərək niza mnamə qaydalarını kobud şəkildə pozmuş, etdiyi əməli xidməti ilə bir araya sığmadığına görə barəsində xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən SilahlıQüvvələrin ehtiyatına buraxılması barədə əmr verilmişdir (inzibati akt qəbul edilmişdir). Lakin, qeyd edilən hallarla bağlı iddiaçının barəsində müvafiq ittiham hökmün və ya inzibati xəta haqqında qərarın mövcudluğu müəyyən edilməmişdir (cavabdeh tərəf hər hansı bir əsaslı sübut təqdim etməmişdir, yalnız Səfərbərlik İdarəsi tərəfindən alınmış, 2 nəfərin məzmununa görə ziddiyətli və qərəzli izahatı və qanunazidd tərtib edilmiş akt). Belə hallar iddiaçının qurumun nüfüzunu aşağı salıcı, nalayiq hərəkəti etməsi qismində qiymətləndirilə də bilməz. Göstərilən bütün xüsusatların məcmusunda hesab edirik ki, hətta onun xidməti fəaliyyətində s adalanan xırda nöqsanlar mövcud olsa belə, seçilmiş intizam tədbiri, yəni bundan əvvəl digər intizam tənbehi verilmədiyi halda onun “xidməti uyğunsuzluğa görə” xidmətdən ehtiyata buraxılması qanuna, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində təsbit edilmiş “mütənasiblik prinsipi”nə, 58-ci maddəsinə, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 15, 69-cu maddələrinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan RespublikasıQanununun 33.3, 41-ci maddələrinə ziddir.

13. Bundan əlavə qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbləri pozularaq iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi mötəbər sübut və dəlillərə əhəmiyyət verməmişdir. Belə ki, iddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, onun tərəfindən intizam pozuntusuna yol verilməmiş, o xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmamışdan əvvəl növbəti "kapitan" hərbi rütbəsinə layiq görülmüşdür. Həmçinin iddiaçı tərəfindən intizam pozuntusuna yol verildiyi təqdirdə ona intizam cəzası verilməli idi, lakin onun adına tərtib edilmiş xidməti vərəqədə onun intizam pozuntusuna, ona hər hansı bir intizam tənbehin verilməsi müəyyən edilməmişdir. Qeyd edilən maddəyə görə məhkəmə tərəfindən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin cavabdeh orqan məhkəmədə İddiaçı barəsində qəbul etdiyi əlverişsiz inzibati aktın qəbul edilməsinə (əmrin verilməsinə) əsas olan haları sübuta yetirə bilməmişdir. Belə ki, İddiaçı barəsində göstərdiyi hallara - xidməti vəzifələrinin icrası zamanı öz iş yoldaşları ilə qeyrixidməti əlaqələr yaradaraq hərbi qulluqçuya yaraşmayan və xidmət etdiyi orqanın nüfüzunu aşağı salacaq nalayiq hərəkətlərə yol verməsi, habelə növbətçi olduğu zaman xidməti yerini özbaşına tərk etməklə şəxsi heyətin yüksək nizam-intizamına mənfi örnək olması, o cümlədən xidməti fəaliyyətində üzərinə düşən vəzifələrin əhəmiyyətini dərk etməyərək nizamnamə qaydalarını kobud şəkildə pozması hər hansı bir əsaslı və mötəbər dəlillərlə sübuta yetirilməmişdir. İddiaçı xidmət yerini tərk etməsi halı da həqiqətə uyğun deyil, çünki, təqdim edilmiş sənədlərdən də müəyyən edilir ki, o növbətçi olduğu idarənin inzibati ərazisini tərk etməmişdir. Həmçinin əmrin verilməsinə digər əsas olmuş vətəndaş Nurtac Əhmədova tərəfindən verilmiş şikayət ərizəsinin də təzyiq və təhdid altında yazilması, bununla da, həmin ərizədə qeyd edilən faktların həqiqətə uyğun olmaması barədə hallar iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tam sübuta yetirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(108)-1864/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati icraat haqqında” Qanun Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən q ərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun Maddə

1. Hərbi qulluqçuların hüquqi statusu...

2. Hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli kələn vəzifələri daşıyırlar. Maddə

24. Ümumi vəzifələr 1. hərbi qulluqçular Azərba ycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş vəzifələrdən əlavə hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan başqa vəzifələri də yerinə yetirirlər.... 17. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)... 18. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütü n vəzifələri daşıyırlar. Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir. Hərbi qulluqçunun vəzifəsidir:... həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşm aq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq;

19. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə: 5.3. Xidmətin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Xidmətdə dövlət qulluqçuların qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan mülki işçilərlə əmək münasibətləri isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhk əmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikay ətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətl ərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş 05 noyabr 2022-ci il tarixli, 016 saylı əmrinin ləğv edilməsini və hüquqi nəticələrinin aradan qa ldırılmasına yönəlmişdir.

26. İşin apellyasiya məhkəməsi tərəfində araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olan hallar iddiaçının xidməti vəzifələrinin icrası zamanı öz iş yoldaşı ilə qeyri-xidməti əlaqələr yaradaraq hərbi qulluqçuya yaraşmayan və xidmət etdiyi orqanın nüfuzunu aşağı salacaq nalayiq hərəkətlərə yol verməklə şəxsi heyətin yüksək nizam-intizamına mənfi örnək olmasıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı öz iş yoldaşı ilə qeyri-xidməti əlaqələr yaradaraq hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər etməsi, növbətçi olduğu zaman üzrsüz səbəbdən və özbaşına xidməti yerin tərk etməsi apellyasiya məhkəməsinin sorğusuna əsasən iş materiallarına əlavə olunmuş iddiaçı barəsində aparılan inzibati icraat materialları ilə sübuta yetirilmişdir.

29. Bu səbəbdən apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmiş və inzibati orqan diskresion səlahiyyətlərindən istifadə edərək İddiaçı barəsində Silahlı Qüvvələrin ehtiyatına buraxlması barədə əmri verməkdə haqlı olmuşdur.

30. Belə olan halda, iddiaçı əmrin ləğvi və xidmətə bə rpa edilməsi ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxşıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(108)-1/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar