Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1631/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə “diplomun tanınması” tələbi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2017-ci il tarixli 2-1(103)-2127/2017 nömrəli qərarından iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası “X1 Cihazqayırma Universiteti” tərəfindən onun adına verilmiş 10.07.2014-cü il tarixli 107814 002115 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2017-ci il tarixli, 2-1(82)2071/2017 saylı qərarına əsasən (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, Rusiya Federasiyası “X1 Cihazqayırma Universiteti” tərəfindən onun adına verilmiş 10.07.2014-cü il tarixli 107814 002115 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2127/2017 saylı 21.09.2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi – Cahangir Yusifov, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2017-ci il tarixli 2-1(82)2071/2017 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
5. Məhkəmə qərarı iddiaçıya 28.11.2017-ci i l tarixində təqdim edilmişdir.
6. İddiaçı 21.06.2021-ci il tarixində kassasiya şikayəti, eyni zamanda, prosessual müdətin bərpası barədə vəsatət verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2127/2017 saylı 21.09.2017-ci il tarixli qərarından kassasiya şikayəti verilmə müddətinin ötürülməmiş hesab edilməsi və kassasiya şikayətinə baxılması üçün inzibati işin Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. VƏSATƏTİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ a) Prosessual müddətin bərpası barədə iddiaçının vəsatətinin dəlilləri
7. İddiaçı vəsatəti belə əsaslandırmışdır ki, mübahisələndirilən qərarı iddiaçı 2021-ci ilin iyun ayında qəbzə imza etməklə əldə etmişdir. Onun ümumiyyətlə məhkəmə prosesindən xəbəri olmamış, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə qərarı ona rəsmi qaydada təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil izahat verərək prosessual müddətin bərpa edilərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
10. İnzibati Prosessual Məcəllə: Maddə 94.1. Kassasiya şikayəti m əhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
11. Mülki Prosessual Məcəllə: Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, i şdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsində hazırkı iş üzrə iki məhkəmə iclası keçirilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya 11.08.2017-ci il tarixli və 07.09.2017-ci il tarixli bildirişlər göndərilmişdir. İş materiallarında olan xəbərnamələrdən (iş v. 82 və 85) görünür ki, həmin bildirişlər iddiaçıya müvafiq olaraq 23.08.2017-ci il və 18.09.2017-ci il tarixlərində təqdim edilmişdir. Buna baxmayaraq, iddiaçı həmin məhkəmə iclaslarında iştirak etməmişdir.
13. Bundan sonra 21.09.2017-ci il tarixində məhkəmə qərar qəbul etmiş, həmin qərarı iddiaçı 28.11.2017-ci il tarixində qəbzə (iş v.97) imza etməklə almışdır. Kassasiya şikayətin i isə qərar ona təqdim edildiyi tarixdən 3 ildən artıq müddət keçdikdən sonra vermişdir.
14. Göründüyü kimi, yuxarıda göstərilən hallar iddiaçının məhkəmə iclasları barədə məlumatı olmaması, məhkəmə qərarının ona 2021-ci ildə təqdim olunması barədə dəlillərini təkzib edir.
15. İddiaçı əlavə olaraq məhkəməyə müddətin üzrlü səbəbdən ötürüldüyünü əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür.
16. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2127/2017 saylı 21. 09.2017-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.