Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1631/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin ("xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Departamentinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Vergi Məcəlləsinin 85.4-cü maddəsindəki müddətlərin pozulması ilə vergilərin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin ("xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətinin Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-48/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında **********086819 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə vergi ödəyicisinin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2017-ci il tarixli, **********088380 nömrəli aktla rəsmiləşdirilmişdir.
2. Həmin akt əsasında “Vergi ödəyi cisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, **********133764 saylı qərar və həmin qərara düzəlişin edilməsi haqqında xx.xx.2017-ci il tarixli, **********134703 saylı qərar qəbul edilmişdir. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərarla iddiaçıya 2014-cü ilin ƏDV üzrə 636340.78 manat (00.00 manat maliyyə sanksiyası), 2015-ci ilin ƏDV üzrə 6058.99 manat (3029.50 manat maliyyə sanksiyası), 2016-cı ilin ƏDV üzrə 457.60 manat (228.80 manat maliyyə sanksiyası), həmçinin 2014-cü ilin əmlak vergisi üzrə 0.21 manat (0.11 manat maliyyə sanksiyası), 2015-ci ilin əmlak vergisi üzrə 4774.94 manat (2387.47 manat mal iyyə sanksiyası), 2016-cı ilin əmlak vergisi üzrə 9215.20 manat (4607.60 manat maliyyə sanksiyası), ümumilikdə 656847.72 manat vergi borcu hesablanmış və 10333.58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslan dırmışdır ki, mübahisələndirilən qərarla hesablanan vergi məbləğləri (ƏDV və əmlak vergisi üzrə) əsassızıdır. Belə ki, iddiaçı 2014-2016-cı illərdə ƏDV-nin ödəyicisi olmamışdır. Bundan əlavə, mütəxəssis tərəfindən əmlak vergisinin məbləği də düzgün müəyyən edilməmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, yoxlanılan dövrdə müəssisənin ümumi gəliri 3653255.8 manat (ƏDV-siz) olmuşdur, o cümlədən mənzillərin satışından (bazar qiyməti tətbiq etməklə) 3513050.85 manat, "Qismət" klinikasınnın tibbi xidmətindən 119567.43 manat (ƏDV-siz) və "X1" körpələr evinin icarə haqqında (bazar qiyməti tətbiq edilməklə) 20637.52 manat (ƏDV-siz) olmuşdur. Yoxlama ilə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələri yoxlanılmış və yoxlanılan dövrdə 642857.37 manat ƏDV azaldılma sı müəyyən edilmişdir (iyun 2014 - dekabr 2016 dövrləri üzrə). Bundan əlavə, yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası" Azərekspertiza" Birliyinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov 2942 ünvanda inşa olunan "Qismət" klinikasının binasının 2014-cü ildə tikintisini və təmir işlərini başa çatdırmaqla, ümumi dəyəri 951022.95 manat qiymətləndirilmişdir. Yoxlama zamanı müəssisənin hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 13990.35 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən, hesabatda göstərilən məbləğin hesabatda göstərilməli olan məbləğə nisbətən 13990.35 manat azaldılmasına görə müəssisəyə 50 fai z miqdarında, yəni 6995.18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X.X.İmanov) 23 oktyabr 2019cu il tarixli, 2-1(82)-66/2019 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərarının qismən, 2014-2016-cı illər üzrə "xxxx" MMC-yə 640157.37 (642857.37 – 2700) manat ƏDV hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 320078.68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 32908 saylı ekspert rəyinə əsasən hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, bəhs edilən akt vergi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, aktda göstərilən məlumatların əksəriyyəti həqiqəti əks etdirməmiş, həmin aktın əsasını obyektivliyinə, tamlığına və düzgünlüyünə görə heç kəsdə şübhə doğurmayan məlumatlar və həmin məlumatları əks etdirən mötəbər vergi sənədləri deyil, mötəbərliyi əsaslı və ciddi şübhə doğuran “Azərekspertiza” Birliyinin rəyi təşkil etmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icr aat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Ağayevsədrlik edən və məruzəçi, A.B.Nuriyeva və S.S.Seyidova) 2-1(103)- 471/2020 nömrəli 18 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(82)-66/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev-sədrlik edən və məruzəçi, R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) 2-1(102 )-1525/2020 nömrəli 22 iyul 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-471/2020 nömrəli 18 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, hazırkı inzibati mübahisəni həll etmiş apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərinə riayət etməmiş və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, mübahisələndirilən qərarla düzəliş edilmiş 15 dekabr 2017-ci il tarixli qərar iş materiallarında yoxdur və onun mövcud olması yalnız cavabdehin 21 dekabr 2017-ci il tarixli qərarından görünür. Bundan əlavə, mübahisələndirilən qərarla cəmi 656847.72 manat verginin az aldılmasına görə 328463.87 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə ümumiyyətlə heç nə yazılmamış, həmçinin belə maliyyə sanksiyası iddiaçının vergilərə dair şəxsi vərəqəsində öz əksini tapmamışdır. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseynsədrlik edən və məruzəçi, S.İ.Bektaşi və A.S.Hüseynov) 2-1(103)-48/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(82)-66/2019 nömrəli qərarı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərarının qismən, Vergi Məcəlləsi nin 58.1-ci maddəsinə əsasən 320078.68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissəsində dəyişdirilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərar qismən, "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 10333.58 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarındakı hüquqi mövqe ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, yoxlama ilə 2014cü ilin iyun-iyul ayları və digər ayları üzrə, yəni vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixindən geriyə üç illik dövr üzrə hesablama aparıla bilməzdi.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayəti və ona əlavənin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində işin hallarını və iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, səyyar vergi yoxlamasının xx.xx.2017-ci il tarixdə təyin olunmasını və iyul 2014 - dekabr 2016-cı illəri əhatə etməsini nəzərə aldıqda aydın olur ki, 3 illik müddət ötürülməmişdir.
19. Əlavə olaraq, məhkəmə cavabdehin istinad etidiyi ekpert r əyinin mötəbərliliyini şübhə altına alsa da, həmin rəy əsasında hesablanmış vergiləri qismən əsaslı hesab etməklə (iddianı qismən təmin etməklə) yanaşı, bu rəyin mötəbər olmamasını da əsaslandırmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Daha sonra iddiaçı kassasiya şikayətinə etiraza əlavə təqdim edərək, cavabdehin kassasiya şikayətinin qismən 3976.80 manat ƏDV və ona əsasən tətbiq edilmiş 1988.40 manat maliyyə sanksiyası hissəsində təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər (1 yanvar 2020-ci il tarixədək olan redaksiyada).
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir.
27. Məhkəmə kollegiyası ilk növbədə iş üzrə kassasiya şikayətinin hədləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
28. Belə ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya 2014-cü ilin ƏDV üzrə 636340.78 manat (00.00 manat maliyyə sanksiyası), 2015-ci ilin ƏDV üzrə 6058.99 manat (3029.50 manat maliyyə sanksiyası), 2016-cı ilin ƏDV üzrə 457.60 manat (228.80 manat maliyyə sanksiyası), həmçinin 2014-cü ilin əmlak vergisi üzrə 0.21 manat (0.11 manat maliyyə sanksiyası), 2015-ci ilin əmlak vergisi üzrə 4774.94 manat (2387.47 manat maliyyə sanksiyası), 2016-cı ilin əmlak vergisi üzrə 9215.20 manat (4607.60 manat maliyyə sanksiyası), ümumilikdə 656847.72 manat vergi borcu hesablanmış və 10333.58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 29. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-66/2 019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, mübahisələndirilən qərar qismən, 2014-2016-cı illər üzrə 640157.37 (642857,37 – 2700) manat ƏDV hesablanması və 320078.68 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmişdir.
30. Başqa sözlə, mübahisələndirilən qərarla hesablanmış əmlak vergisi, o cümlədən ona müvafiq tətbiq edilmiş maliyyə sanksiyası (6995.18 manat) və ƏDV üzrə hesablanmış 2700 manat vergi borcu (həmçinin, ona müvafiq tətbiq edilmiş maliyyə sanksiyası-1350 manat) hissələrində iddia rədd edilmiş və həmin qərardan iddiaçı apellyasiya şikayəti vermədiyi üçün iddianın rədd edilmiş hissəsi ilə bağlı məhkəmə qərarı qüvvəyə minmişdir.
31. Belə olan halda, ilkin apellyasiya baxışının hədlərini iddianın təmin edilmiş hissəsi, yəni 2014-2016-cı illər üzrə 64015 7.37 manat ƏDV və ona uyğun hesablanmış maliyyə sanksiyası (1988.40 manat) hissəsində mübahisələndirilən qərarın ləğv edilməsi təşkil etmiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamış və bu qərardan yalnız cavabdeh kassasiya şikayəti vermişdir.
32. İlkin kassasiya icraatı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyası haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarla iddiaçıya 320078.68 manat maliyyə sanksiyası hesablanmamışdır və bu məsələ təkrar apellyasiya baxışında yenidən araşdırılmalıdır.
33. Təkrar apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərarı 320078.68 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində dəyişdirilmiş və apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarı 10333.58 manat maliyyə sank siyasının tətbiq edilməsi hissəsində ləğv etmişdir.
34. Göründüyü kimi, hər iki apellyasiya instansiya məhkəməsi maliyyə sanksiyası ilə bağlı iddia tələbinə münasibətdə apellyasiya baxışının hədlərindən kənara çıxmışdır.
35. Belə ki, qeyd edildiyi kimi inzibati orqanın qərarı ilə iddiaçıya 2014-2016-cı illər üzrə ƏDV və əmlak vergisi üzrə cəmi 10333.58 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əmlak vergisi ilə bağlı hesablanmış vergi borcu və tətbiq edilmiş maliyyə sanksiyası (6995.18 manat), o cümlədən 2700 manat ƏDV-nin hesablanması və ona müvafiq maliyyə sanksiyasının (2700*50%=1350 manat) tətbiq edilməsi hissəsində iddia rədd olunduğundan, maliyyə sanksiyası ilə bağlı apellyasiya baxışının hədlərini 1988.40 manat (103xx.xx-1350-6995.18) məbləğ ində maliyyə sanksiyasının tətbiqi təşkil edirdi.
36. Beləliklə, apellyasiya instansiya məhkəməsinin qərarı yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən kassasiya şikayətinin predmetini iddianın təmin edilmiş hissəsi (hesablanmış 640157.37 manat ƏDV-nin və 1988.40 manat maliyyə sanksiyasının ləğv edilməsi) təşkil edir.
37. Bununla belə, hazırkı iş üzrə iddiaçı kassasiya şikayətinə etiraza əlavə təqdim edərək, cavabdehin kassasiya şikayətinin qismən 3976.80 manat ƏDV və ona əsasən tətbiq edilmiş 1988.40 manat maliyyə sanksiyası hissəsində təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
38. Belə olan halda, iddiaçı kassasiya şikayətinin 3976.80 manat ƏDV-nin hesablanması və 1988.40 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsaslı hesab olunmasını xahiş etdiyindən, hazırkı halda, məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən qərarla ƏDV üzrə hesablanmış 636180.57 (6401xx.xx-3976.80) vergi borcu ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyinə qiymət veriləcəkdir. Belə ki, mübahisələndirilən qərarla tətbiq edilmiş maliyyə sanksiyası hissəsinə məhkəmə kollegiyası tərəfindən qiymət verilmir. Çünki, tətbiq edilmiş maliyyə sanksiyasının bir hissəsi məhkəmə qərarı ilə rədd edilib, digər hissəsi isə iddiaçının özü tərəfindən etiraf edilib.
39. Məhkəmə kollegiyası mübahisələndirilən qərarla ƏDV üzrə hesablanmış 636180.57 məbləğində vergi borcu ilə bağlı qeyd edir ki, səyyar vergi yoxlaması aktına (xx.xx.2017-ci il tarixli) və cavabdehin dəlillərinə əsasən, həmin b orcun hesablanmasının əsasını iddiaçı tərəfindən təqdim edilmiş mənzillərin dəyərinə bazar qiymətinin tətbiq edilməsi olmuşdur. Səyyar vergi yoxlaması aktından görünür ki, hazırda kassasiya icraatının predmetini təşkil edən 636180.57 məbləğ iyun 2014-noyabr 2014 aralığındakı dövrü əhatə etmişdir (İ cild iş v.:49).
40. Mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” **********134703 saylı, xx.xx.2017-ci il tarixli qərarla cavabdeh özünün xx.xx.2017-ci il tarixli qərarına düzəliş etmişdir ki, sonuncu qərarla xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında vergi borcu və maliyyə sanksiyası hesablanmışdır.
41. Beləliklə, cavabdeh tərəfindən məsuliyyət qərarının qəbulu zamanı 3 illik müddətlə bağlı vergi qanunvericiliyinin imperativ tələbinə riayət edilməmişdir.
42. Məhkəmə kollegiyası cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 85.4-cü maddəsindəki 3 illik müddətin ötürülməməsi ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin maddənin məzmununa əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
43. Həmin maddəyə 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbayc an Respublikasının Qanunu (xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, “bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir”.
44. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq, Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qər arlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Qərardadı, bənd 48).
45. Göründüyü kimi, xx.xx.2020-ci il tarixədək vergi orqanının vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququ olmuş, hesablama dedikdə isə ə lavə vergilərin hesablanması ilə müvafiq inzibati aktın qəbul edilməsi başa düşülmüşdür (Vergi Məcəlləsinin 85.4-cü maddəsi baxımından). Bu baxımdan, maddəyə edilmiş dəyişikliyə qədər 3 illik müddət məsuliyyət qərarının qəbul edilməsindən əvvəlki 3 illik dövrü əhatə etmişdir. Odur ki, mübahisələndirilən qərar qəbul olunarkən sözügedən maddənin redaksiyasında dəyişiklik olmadığından cavabdehin qeyd edilən dəlilləri əsassızdır.
46. Qeyd edilənlərə əsasən, iddiaçıya iyun 2014 - noyabr 2014 tarixləri aralığındakı dövr üzrə vergilərin hesablanması zamanı vergi qanunvericiliyin tələbləri pozulduğundan mübahisələndirilən qərar həmin hissədə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından qanunsuzdur və ləğv edilməlidir. Belə olan halda isə, cavabdehin kassasiya şikayətində irəli sürdüyü digər dəlillərin qiymətləndirilməsinə zərurət yoxdur.
47. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-48/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərar qismən, 2014-cü ilin ƏDV üzrə 636180.58 manat hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Kassasiya