Məhkəmə qərarları › İş №2-1(102)-1631/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1631/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1631/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması (bağ nömrəsinin sxematik xəritədə olmaması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri X massivin də yerləşən X saylı bağın 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)37/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarından X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə İddiaçı arasında imzalanmış “ X ərazisindəki X nömrəli bağın istifadəyə verilməsi haqqında” 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, X ərazisində 0.12 hektar torpaq sahəsi olan X nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir.

2. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli bildirişlə imtina edərək bildirmişdir ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, X saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin, göstərilən sahənin bir hissəsi digər şəxsin müraciəti ilə, çox hissəsi isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnziba ti Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, X bağlar massivində yerləşən Xsaylı bağın 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Bakı şəhəri, Sabunçu rayonu, X bağ massivində yerləşən X saylı bağın istifadəyə verilməsi barədə 33394 nömrəli müqavilə imzalanmışdır. Həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 29 oktyabr 2004-cü il tarixli 251 saylı qərarı əsasında X saylı müqaviləyə əsasən 0.12 ha olmaqla onun istifadəsinə verilmişd ir. Həmin bağ sahəsindən hal-hazıradək təyinatı üzrə istifadə edir. Bağ sahəsini rəsmiləşdirmək üçün 17 oktyabr 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin xx.xx.2019-cu il tarixli məktubla ərizəsi təmin olunmamış və həmin məktubda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi, X saylı bağ nömrəsinin sxematik xəritədə olmadığı qeyd edilmiş, həmçinin göstərilən sahənin bir hissəsinin digər şəxsin müraciəti ilə, bir hissəsinin isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir.

5. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin tərəfindən məhkəməyə ünvanlanmış mütəxəssis rəyi (xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş) ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X bağlar massivindəki X saylı bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin sərhədləri şərtidir, üzərində tikili mövcud deyildir. Cavabdehin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə X bağ nömrəsi yoxdur, həmçinin sxematik xəritənin həmin hissəsində bağ nömrələri göstərilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahənin bir hissəsi "xxxx" MMC-yə məxsus, bir hissəsi isə digər vətəndaşa məxsus torpaq sahələri ilə üst-üstə düşür. X saylı bağ sahəsinin nömrəsinə yaxın nömrəli bağ sahələri iddia edilən sahədən 200-250 metr cənubda yerləşir. Bu hissədə isə bağ sahələri sxematik plana uyğun hasarlanmadığı üçün dəqiqləşmə aparmaq mümkün olmamışdır. Həmçinin, İddiaçı cavabdehə əvvəlki müraciətində indi göstərdiyi sahənin cənubunda yerləşən sahəyə iddia etmişdir ki, həmin sahənin bir hissəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmüşdür.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: P.A.Hüseynov) 01 iyul 2021-ci il tarixli 21(112)-570/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, X bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan X saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdehin üzəri nə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilənin İdarənin arxivində mövcud olduğu qeyd olunmuş və həmin müqavilənin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd olunan müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan həmin bağ sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi İddiaç ı iradəsindən asılı olan hal deyildir. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Hazırda həmin bağ sahəsi İddiaçı istifadəsindədir və qeyd olunan 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilə isə ləğv və ya etibarsız hesab edilməmişdir, qüvvədədir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də, cavabdehin imtinası əsassızdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. İşin məhkəmə araşdırması zamanı məhkəmə tikinti -texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5450 nömrəli, xx.xx.2022ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, göstərilən faktiki sahənin sərhədləri şərti olaraq 1200 kv.m təşkil edir və sahənin üzərində tikili yoxdur. Sözügedən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmır, həmin hissədə sxematik xəritəyə əsasən bağ nömrəsi əks olunmamışdır, qeyd olunan əraziyə BİM-in və digər hüquqi və fiziki şəxslərin fərqli konfiqurasiyalarla müraciətləri mövcuddur. Ümumi ərazi dövlət mülkiyyəti torpağıdır. Sözügedən torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmadığından sahənin sənəd üzrə hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşib-yerləşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, R.Ə.Qurbanov və V.Ə.Baxışova) 26 yanvar 2023-cü il tarixli, 21(103)-37/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2-1(112)-570/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, X bağlar massivində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət X saylı bağ sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər onda olmadığından iddia etd iyi sahənin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 33394 nömrəli 01 noyabr 2004-cü il tarixli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyildir. Eyni zamanda, ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, X bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət X saylı bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, İddiaçı həmin bağ sahəsindən halhazıradək təyinatı üzrə istifadə etdiyini qeyd etsə də, mütəxəssis rəyi ilə müəyyən olunur ki, sahənin üzərində tikili mövcud deyildir.

13. İddiaçının arvadı X2 həmin qərardan kassasiya şikayəti verərək, qərar ın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. KASSASİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

16. Kassasiya şikayətinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ ha qqında şəhadətnaməyə əsasən X2 onun vərəsəsidir.

17. X2 hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək, iddiaçı öldüyü üçün onun hüquq varisi qismində tanınmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.

19. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) müddəaları tətbiq oluna bilər.

20. İşdə iştirak edən şəxs(lər)in prosessual hüquq varisliyi qaydasında əvəz edilməsi qaydası İPM-də nəzərdə tutulmadığından, məhkəmə İPM-i n 1.2-ci maddəsinin hazırkı işdə tətbiqini mümkün və zəruri hesab edir.

21. MPM-in 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. Məhkəmə kollegiyası istinad edilən normaların əlaqəli təhlilinin nəticəsi olaraq hesab edir ki, iddiaçının tələbi onun gözlənilən əmlak hüququnun reallaşmasına (bu hüququn maddiləşməsinə) yönəldiyindən və yuxarıda istinad edilən maddi hüquq normaları hüquq varisliyinə yol verdiyindən, hazırkı işdə sıradan çıxmış iddiaçı hüquq varis(lər)i ilə əvəz oluna bilər. Odur ki, hazırkı iş üzrə İddiaçı öldüyü üçün hüquq varisi X2 ilə əvəz edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” 7.1-ci bənd: Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məh kəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı sə bəblərdən irəli gəlir.

31. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, İddiaçı bundan 6 ay əvvəl, yəni xx.xx.2022-ci il tarixdə ölmüşdür. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək, ölmüş şəxsin barəsində qərar qəbul etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının hüquq varisi X1 iştirakı ilə işə mahiyyəti üzrə təkrar baxılmalıdır.

32. Həmçinin qeyd edilməlidir ki, mübahisə predmeti olan bağ sahəsi ilə bağlı müvafiq sənədlər İddiaçı adına tərtib edildiyindən, yəni hüquq sahibi məhz sonuncu olduğundan, iddiaçı tərəf isə hüquq varisi ilə əvəz edildiyindən iddia tələbi artıq “hüquqların dövlət qeydiyyatına alınması, çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi” kimi deyil, hazırkı qərarın 24 və 25-ci bəndlərində qeyd olunan qanunvericiliyin tələbi baxımından, qanuni əsaslar olduğu halda, “hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayışın verilməsi” məzmununda təmin edilə bilər. Odur ki, iddia tələbinin qanunvericiliyin tələbinə uyğunlaşdırılması məqsədilə məhkəmə tərəfindən proses iştirakçısı olan iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi üçün hüquqi yardım edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-37/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar