Məhkəmə qərarları › İş №2-1(102)-1632/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1632/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1632/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1961, FİN:2TOGSY5) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-590/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 4 dekabr və 2020-ci il 21 yanvar tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar olduğu təqdirdə (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti), “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məs ələsinə aidiyyəti komissiyada baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədilə Azərbaycan Tibb Universitetinin rektorunun 210/N saylı əmrinə əsasən 1989-cu il 22 sentyabr tarixdən 1989-cu il 9 noyabr tarixə qədər Xankəndi rayonuna, rektorun 39/E saylı əmrinə əsasən 1992-ci il 10 may tarixdən 1992-ci il 20 may tarixə qədər Ağdam rayonuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1994-cü il 5 yanvar tarixli, 1 sayl ı əmrinə görə rektorun 3/E saylı əmrinə əsasən Beyləqan rayonuna xidməti ezamiyyətə göndərilmişdir. Cavabdehə “müharibə veteranı” statusu verilməsinə dair etdiyi müraciətlərə 2 dəfə baxılmış, həmin qurumun 2019-cu il 4 dekabr tarixli, R/4301 saylı və 2020-ci il 21 yanvar tarixli, R/102 saylı eyniməzmunlu məktubları ilə imtina cavabı verilmişdir.

5. Cavabdeh tərəfindən təqdim olunmuş iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medall arla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, arxiv arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. İddiaya əsasən, iddiaçı müxtəlif vaxtlarda Xankəndi, Ağdam və Beyləqan rayonlarına döyüş bölgələrində yaralılara ixtisaslaşdırılmış tibbi yardım səviyyəsinin artırılması məqsədi ilə ezamiyyətə göndərilməsini bildirmiş və məhkəmə işinə bu barədə arayışlar əlavə etmişdir. Lakin həmin arayışlarda iddiaçının həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, həmçinin onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumat qeyd olunmamışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçının özünümüdafiə də stələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını, həmçinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə sübuta yetirilmişdir. Bunu təkzi b edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-359/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 sentyabr tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, qər arda iş üzrə müəyyən edilən faktlar, yəni “... iddiaçının... döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması iş materialları ilə sübuta yetirilmişdir” qənaəti qanunla müəyyən olunmuş sübutetmə vasitələri ilə təsdiqini tapmamışdır. Həmin məhkəmə qərar qəbul edərkən habelə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “... döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş...” müddəasını səhv təfsir edərək, nəzərə almamışdır ki, qanunvericiliyin bu tələbi hərbi qulluqçulara şamil olunur. İddiaç ı isə hərbi qulluqçu olmamışdır və o, həkim olaraq xidməti vəzifələrini yerinə yetirməklə xəstələrə və yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün mülki şəxs kimi ezam olunmuşdur.

11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1494/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-359/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, oxşar mübahisə üzrə digər işdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinin məzmununa görə, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normaya görə, hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünüm üdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.

14. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular (İdd iaçı X1 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 2-1(102)-1408/2021 №-li iş üzrə 2021ci il 21 sentyabr tarixli Qərarın 39 və 40-cı bəndləri).

15. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarım həmin hüquqi mövqe nəzərə alınmaqla, həm də təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı və qiymətləndirməlidir. Hazırkı işdə bu, baş vermədiyindən, bununla da İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. b) apellyasiya instansiyası məhkə məsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-590/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, E.M.Həsənov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2020 nömrəli, 17 sentyabr 2020-ci il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının, Azərbaycan Tibb Universitetinin Rektorunun 210/N- saylı əmrinə əsasən, xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixinə qədər Xankəndi rayonuna, rektorun 39/E saylı əmrinə əsasən xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə qədər Ağdam rayonuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.19 94-cü il tarixli 1 saylı əmrinə görə rektorun 3/E saylı əmrinə əsasən Beyləqan rayonuna xidməti ezamiyyətə göndərilməsi və bu müddətlərdə ezam olunan yerlərdə olması faktları hər hansı sənəd-sübutla (o cümlədən ezam olunduğu rayon İcra Hakimiyyəti orqanının və ya hərbi komissarlığın, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı və ya qeydi ilə) təsdiq olunmadığından iddia tələbi əsaslı sayıla bilməz. Eyni zamanda iddiaçının təşəbbüsü ilə məhkəmə kollegiyası tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi 1827 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçının iş yoldaşları kimi göstərdiyi 2 şəxsə: B.Zeynalova və N.Bayramova müvafiq məhkəmə qərarları və təsdiqedici sənədlər (ezam olunan yerdə yerləşən hərbi hospitalın rəhbərliyinin müvafiq məktubları) nəzərə alınmaqla müharibə veteranı statusu verilmişdir. Beləliklə, iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.

18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli Qərarı təhrif edilmiş, yanlış təfsir olunmuş, döyüş bölgələrində xidmət etməyimin döyüş təminatı ilə bağlı olmaması, həmçinin Az ərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə özünümüdafiə dəstələrinin tərkibində iştirak ilə əlaqəli olmamasına istinad edilmişdir. Qərarın həmin hissəsində Ali Məhkəmənin İnzibati Kollegiyası Nazirlər Kabinetinin həmin qərarına istinad edərək həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsinin normalarını göstərmişdir. Həmin normalara görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteran adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatı aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Nazirlər Kabinetinin yuxarıda qeyd edilmiş qərarına və Ali M əhkəmənin 2-1(102)-1494/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarına yanlış istinad edərək cavabdeh tərəfin iddia ərizəsində yazılmış mətni 2-ci dəfə köçürməklə öz qərarını cavabdeh tərəfin ərizəsinin sürətinə çevirmişdir. Nazirlər Kabinetinin 22 sentyabr 1995-cı il tarixli 216 nömrəli Qərarına görə 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək olan müddət ezam olunmuş şəxslərə, həmçinin 1994-cü ilin mayın 12-dən sonrakı hissə isə yalnız hərbi qulluqçulara şamil edilmişdir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının məlum qərarının əsaslandırma hissəsində iddiaçının hərbi qulluqçu olmamağını xüsusi qabartmış, Ali Məhkəmənin bu barədə qərarını nəzərə almamışdır Hərbi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən xüsus i səlahiyyətli komissiyanın, səlahiyyətli icra orqanlarının və məhkəmə orqanlarının qərarları ilə hərbi qulluqçu olmayan minlərlə mülki şəxslərə, konkret olaraq, mühəndıs-texniki işçilərə, tibb işçilərinə, həkimlərə, sürücülərə, aşpazlara, avtomobil, mülki və hərbi texnika təmiri ustalarına, Bakı-Ağdam-Stepanakert və Bakı-Noraşen(Sədərək)-Yerevan yük və sərnişin qatarlarının maşinistlərinə və bələdçilərinə, hərbi hissələrin mülki çamaşırxana işçilərinə və digərlərinə müharibə veteranı adı və vəsiqəsi verilməsi Nazirlər Kabinetinin məlum qərarına adekvat yanaşmanın nəticəsidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Müharibə veteranlar ı Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə t əsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şər tləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir: “iddiaçının, Azərbaycan Tibb Universitetinin Rektorunun 210/N- saylı əmrinə əsasən, xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixinə qədər Xankəndi rayonuna, rektorun 39/E saylı əmrinə əsasən xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə qədər Ağdam rayonuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1994-cü il tarixli 1 saylı əmrinə görə rektorun 3/E saylı əmrinə əsasən Beyləqan rayonuna xidməti ezamiyyətə göndərilməsi və bu müddətlərdə ezam olunan yerlərdə olması faktları hər hansı sənədsübutla (o cümlədən ezam olunduğu rayon İcra Hakimiyyəti orqanının və ya hərbi komissarlığın, Müdafiə Nazirliyinin, tibb müəssisəsinin hər hansı arayışı v ə ya qeydi ilə) təsdiq olunmadığından iddia tələbi əsaslı sayıla bilməz.

30. Eyni zamanda iddiaçının təşəbbüsü ilə məhkəmə kollegiyası tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi 1827 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçının iş yoldaşları kimi göstərdiyi 2 şəxsə: B.Zeynalova və N.Bayramova müvafiq məhkəmə qərarları və təsdiqedici sənədlər (ezam olunan yerdə yerləşən hərbi hospitalın rəhbərliyinin müvafiq məktubları) nəzərə alınmaqla müharibə veteranı statusu verilmişdir”.

31. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə əsasən Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat n övləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi qeyd olunmuşdur.

32. Həmçinin qeyd hissədə həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminatının nəzərdə tutulduğu göstərilmişdir.

33. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması nəticəsində qəbul olunduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbi təmin edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsəsən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-590/2022 nömrəli, 25 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar