Məhkəmə qərarları › İş №2-1(102)-1632/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1632/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1632/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-359/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 30 iyun 2021-ci il tarixli, **********200236 saylı səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticəsi olaraq 2019-cu il üzrə 9718 manat məbləğində mənfəət vergisinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayınd ırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4859 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövr üzrə 2017-2019-cu illər üzrə bəyannamə təqdim etməməklə 1192.28 manat məbləğində əmlak vergisinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 596,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövr üzrə 2019-cu ilin 4-cü rübü üzrə bəyannamə təqdim etməməklə 63027,50 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 31513,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövrdə vergi bəyannamələrinin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövrdə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə, yəni kommunal xidmətlərin (o cümlədən işıq haqqının) və əmək haqlarının, müavinətlərin, maddi yardımların, işçi ilə aparılan son haqq-hesab üzrə ödənilən pul vəsaitlərinin və təqvim ayı ərzində ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 90934,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir.

2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tər əfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********147920 saylı, 30 iyun 2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 30 iyun 2021-ci il tarixli, **********200236 saylı səyyar vergi yoxlaması aktına baxılaraq 2019-cu il üzrə 9718 manat məbləğində mənfəət vergisinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4859 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, 2017-2019cu illər üzrə bəyannamə təqdim etməməklə 1192.28 manat məbləğində əmlak vergisinin yayı ndırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 596,14 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövr üzrə 2019-cu ilin 4-cü rübü üzrə bəyannamə təqdim etməməklə 63027,50 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 31513,75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi, yoxlanılan dövrdə vergi bəyannamələrinin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1521 saylı, 26 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1192,28 manat məbləğində əmlak vergisinin az hesablanması və ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 27147,93 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanması müəyyən olunur. Həmçinin qeyd edilmişdir ki, iş materiallarında olan yoxlama aktından göründüyü kimi, vergi orqanı tərəfindən əlavə hesablanmış vergilər üzrə vergi ödəyicisi tərəfindən yalnız mənfəət vergisi üzrə hesabat verilmişdir ki, təqdim edilmiş sənədlərlə verilmiş hesabat arasında kənarlaşma müəyyən olunmamışdır. İŞ ÜZRƏ QƏBUL E DİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 30 iyun 2021-ci il tarixli, **********147920 nömrəli məsuliyyətə cəlbetmə qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********200074 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar xx.xx.2021-ci il tarixli, **********200236 nömrəli “Səyyar vergi yoxlaması aktı” tərtib edilərkən, səyyar vergi yoxlaması keçirilən zaman və həmçinin xx.xx.2021-ci il tarixli, ********* *200236 nömrəli “Səyyar vergi yoxlaması aktı” əsasında xx.xx.2021-ci il tarixli, **********147920 nömrəli məsuliyyətə cəlb qərarı qəbul olunarkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. İlk növbədə **********200236 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda qeyd edilmiş əlavə hesablanmış vergi məbləğlərinin, həmçinin mütənasib olaraq hesablanmış maliyyə sanksiyalarının heç bir əsası yoxdur. Belə ki, hesablama zamanı Cəmiyyətin gəlirlərinin hansı hesablama bazası əsasında müəyyən edildiyi barədə heç bir məlumat verilməmiş, mənfəət vergisi olaraq 9718 manat vergi hesablanması üçün əsas olan artıq dövriyyə məbləği əsaslandırıla bilməmiş və aktda yalnız 2019-cu il də xərclərin düzgün göstərilməməsi qeyd edilmişdir. Yoxlama zamanı 2017-2019-cu illər üzrə 1192,28 manat, o cümlədən 20 17-ci il üzrə 365,84 manat, 2018-ci il üzrə 511,41 manat, 2019-cu il üzrə 315,03 manat əmlak vergisinin mülkiyyət və ya balansda olan hansı əmlaka və hansı əsasla hesablanması əsaslandırılmamış və göstərilməmişdir. Yeganə əsas xx.xx.2017-ci ildən etibarən sadələşdirilmiş vergi ödəyicilərinin artıq əmlak vergisi ödəyiciləri hesab edilməsi olmuşdur. Eləcə də, ödəmə mənbəyindən verginin 63027,5 manat məbləğində azaldılması ilə razı deyillər və cavabdeh orqan həmin məbləğin hansı əsasla hesablanmasını qeyd etməmişdir. Yoxlama aktı ilə 2019-cu il üzrə 9718 manat mənfəət vergisinə görə 50 %, yəni 4859,0 manat, 2017-2019-cu illər üzrə bəyannamə təqdim etməməklə 1192,28 manat əmlak vergisinin yayındırılmasına görə 50% məbləğində, yəni 596,14 manat məbləğində, 2019-cu ilin 4-cü rübü üzrə bəyannamə təqdim etməməklə 63027,50 manat ödəmə mənbəyindən verginin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 %, yəni 31513,75 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 90934,47 manat maliyyə sanksiyası hesablanmışdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesab lanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən faktiki yoxlanılan müəssisə, dövr və məhsullar üzrə ekspertiza keçirilməsi barədə heç bir qərar qəbul edilməmiş, olduğu halda isə yoxlanılan şəxs bu qərarla tanış edilməmiş və onun Vergi Məcəlləsi ilə müəyyən olunan hüquqları ciddi şəkildə pozulmuşdur. Yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən yoxlamanın başlanması tarixindən əvvəl mövcud olmuş, digər bir ekspert rəyi əsas götürülərək əlavə hesablamalar aparılmışdır. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar yoxlama aparılan zaman yoxlamanın başlanıldığı tarixdən öncə mövcud olmuş ekspert rəyi əsas götürüldüyü halda, belə yoxlamanı həyata keçirən vergi orqanı tərəfindən yoxlanılan şəxsə bu barəd ə məlumat verilməməklə Cəmiyyətin Vergi Məcəlləsi ilə nəzərdə tutulan hüquqları ciddi şəkildə pozulmuşdur. Cavabdeh mübahisələndirilən qərarında qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən, mübahisələndirilən qərarın hazırki iş üzrə mübahisələndirilən hissələrdə əsassız olduğu müəyyən edilir ki, bu da öz növbəsində həmin aktın və qərarın həmin hissələrdə ləğv edilməli olması qənaətinə gəlmək üçün məhkəməyə kifayət qədər əsas verir.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, səyyar vergi yoxlaması aktı iddiaçı tərəfindən qəbul edilmiş və hər hansı etiraz qeyd edilməmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı b ir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etmək hüququ vardır. Lakin işin hallarından da görünür ki, xx.xx.2021-ci il tarixli, **********200236 saylı “Səyyar vergi yoxlaması Aktı” ilə iddiaçı razılaşmışdır və müvafiq olaraq da xx.xx.2021-ci il tarixli, **********147920 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına gör ə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar da, iş materiallarından göründüyü kimi, iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq qəbul edilmişdir. Yəni iddiaçı məhkəmədə mübahisələndirmə müddətini ötürdüyü inzibati aktın qanuni və əsaslı olması ilə razılaşmışdır. Hesablama ilə bağlı qeyd edilməlidir ki, yoxlama ilə 9718.0 manat mənfəət vergisinin, 1192.28 manat əmlak vergisinin, 63027.5 manat ödəmə mənbəyində tutulan verginin az hesablanmasına, cəmi 73937.78 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 36968.9 manat və 58.7.1-ci maddəsinə əsasən 90934.47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamalar ı keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Həmin Məcəllənin 23.1.3-cü maddəsi ilə Məcəllə ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən verg i ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların həmin orqanın əsaslandırılmış qərarı əsasında baxışını keçirmək hüququ vardır. Vergi Məcəlləsinin göstərilən bu maddələrinə əsaslanaraq yoxlama zamanı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2020-ci il tarixli, **********136865 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərarına əsasən müəssisənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Gülbaxt daş yatağı ünvanında yerləşən əhəng daşı karxanasında ərazinin, binaların, istehsal sahəsinin, xammal-materialın, avadanlıqların, hazır məhsulun, mal qalığının, əşyaların, digər aktivlərin və sənədlərin baxışı keçirilmişdir. Baxış zamanı müəssisənin faktiki olaraq tir blok mişar daşının istehsalı ilə məşğul olduğu aşkar edilmiş, onun digər növ sahibkarlıq fəaliyyətini həyata keçirməsi müəyyən edilməmişdir. Baxışın nəticələrinə görə müvafiq qaydada protokol tərtib edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: yoxlama nəticəsində müəssisə tərəfindən 2019-cü ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 63027.50 manat azaldılması müəyyən edildi. Mənfəət vergisi üzrə: yoxlama nəticəsində müəssisə tərəfindən 2019-cü il üzrə mənfəətdən verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 9718 manat azaldılması müəyyən edilmişdir. Müəssisə tərəfindən 2019-cu il ərzində xərclərin düzgün göstərilməməsi kənarlaşmaya səbəb olmuşdur. Əmlak vergisi üzrə: yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisənin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Gülbaxt daş karxanası ünvanında yerləşən istehsal obyektində olan əsas vəsaitlər müəssisə tərəfindən uçota alınmamışdır. Həmin əsas vəsaitlərin alınması ilə bağlı ilkin sənədlər, aktlar və sair yoxlamaya təqdim edilmiş, lakin müəssisə tərəfindən əmlak vergisi hesablanmamışdır. Yoxlama zamanı müəssisənin 2017-2019-cu illər üzrə əmlak vergisinin ödəyicisi olduğu müəyyən edildiyindən, həmin verginin hesablanması zərurəti yaranmışdır. Belə ki, xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏD V-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildi. 16 dekabr 2016-cı il tarixli, 454-QD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş düzəlişə əsasən həmin maddədən “əmlak vergisi” sözləri çıxarılmışdır. Göründüyü kimi, xx.xx.2017-ci ildən etibarən sadələşdirilmiş vergi ödəyiciləri də artıq əmlak vergisinin ödəyiciləri hesab edilirlər. Yuxarıda qeyd edilənlərə əsasən müəssisənin 2017-ci il tarixindən etibarən əmlak vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Bu səbəbdən 2017-ci, 2018-ci və 2019-ci illər üzrə əmlak vergisinin hesablanması üçün müəssisənin əsas vəsaitlərinin ilkin və qalıq dəyəri istifadə edilmişdir. Belə ki, 2017-ci ilin əv vəlinə olan əsas vəsaitlərin qalıq dəyəri 2389,60 manat+ ilin sonuna olan əsas vəsaitlərin qalıq dəyəri 70779 manat=365,84 manat, 2018-ci ilin əvvəlinə olan əsas vəsaitlərin qalıq dəyəri 70779 manat + ilin sonuna olan əsas vəsaitlərin qalıq dəyəri 31503 manat=511,41 manat və 2019-cu ilin əvvəlinə olan əsas vəsaitlərin qalıq dəyəri 31503 manat + ilin sonuna olan əsas vəsaitlərin qalıq dəyəri 31503 manat/2*1 % (dərəcə ilə) 315.03 manat müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə müəssisənin 2017-2019-cu illər üzrə əmlak vergisi bəyannamələrini vergi orqanına təqdim etməməsi nəticəsində 1192.28 manat əmlak vergisinin yayındırılması müəyyən edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2251/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim F.İ.Mədətli) iddia tələbi qis mən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 30 iyun 2021-ci il tarixli, **********147920 saylı vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı "xxxx" MMC-yə 2017-2019-cu illər üzrə 1192.28 manat məbləğində əmlak vergisinin hesablanması və həmin məbləğə 596,14 manat maliyyə sanksiyasının tətbiq edilməli, ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə 27174,93 manat maliyyə sanksiyasının tətbiq edilməli və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 160 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməli hi ssələri istisna olmaqla qalan hissədə ləğv edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntularına görə 27147,93 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməli olduğu halda 90934,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv olunmasını və iddianın təmin edilən hissədə rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-359/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və R.Ə.Qurbanov) apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hal larda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. 23.1.2. Vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlu matlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 24.0.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.0.4. Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək vergi orqanının vəzifəsidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsi rinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. 54.0.2. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2003cü il tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün ol mayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132. 3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məh kəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı... 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbl ərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Mübahisəyə dair iş üzrə materiallardan səyyar vergi yoxlamasının VM 38.3.5-ci maddəsinə əsasən başlanıldığı görünür. Lakin nə yoxlama haqqında qərarda, nə də yoxlamanın vahid reyestrindən çıxarışda yoxlamanın hansı mənbəyi bəlli məlumat əsasınd a başlanıldığı qeyd olunmamışdır.

25. Bununla bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri gözlənilmədən keçirilən yoxlamalarla bağlı vahid məhkəmə təcrübəsi formalaşmışdır. Həmin təcrübəyə görə, belə hallarda qəbul edilən yoxlamanın keçirilməsi haqqında qərarlar artıq formal-hüquqi baxımdan qüsurlu sayılır.

26. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlara münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasə n inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi v əziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

27. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar ve rgi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinə dair yoxlama aktı hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlbetmə barədə qərarı əsasında vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu baxımdan məhz həmin qərar vergi ödəyicisi üç ün hüquqi nəticə yaratmış olur.

28. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir.

29. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

30. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar ver gi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

31. Növbədən kənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fə aliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskr esion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

32. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

33. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir.

34. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başq a dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair" 12 yanvar 2011-ci il tarixli Qərarı).

35. Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilmə si barədə 27 iyul 2020-ci il tarixli, **********138441 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxar ıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

36. Yoxlama ekspertiza təyin olunması əsası ilə uzun müddət dayandırılsa da, sonradan hesablama aparılan zaman ekspert rəyindən istifadə olunmamış, bununla da yoxlamanın müddəti süni şəkildə əsassız olaraq uzadılmışdır. Ali Məhkəmənin xx.xx.2023cü il tarixli, 2-1(102)-55/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, “qanunverici dayandırmanın konkret əsaslarını göstərməklə inzibati icraatın aparılma müddətlərinə əsassız müdaxiləni məhdudlaşdırmış və inzibati icraatın ağlabata n müddətdə yekunlaşmasına maneçilik tərədə biləcək halların qarşısını almışdır. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xələl gətirmir (əksinə, həmin məqsədlərə xidmət edir), lakin o şərtlə ki, qanunvericilikdə nəzərdə tutulan əsasların mövcudluğu öz təsdiqini tapsın. Əks hal, Vergi Məcəlləsinin 38.7-ci maddəsindən sui istifadəyə zəmin yaradar ki, bu da yolverilməzdir. Lakin hazırkı iş üzrə vergi orqanı öz təşəbbüsü ilə yoxlamanı 9 (doqquz) dəfə dayandırsa da (VM-nin 38.7.3-cü maddəsi), sonda ekspert rəyi alınmamış və verginin hesablanması zamanı ekspert rəyinə istinad olunmamışdır. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə istinadən vergi orqanı yoxlama nı dayandırdıqda və sonradan ekspertiza rəyinə lüzum olmadığı nəticəsinə gəldikdə, belə davranışın obyektiv araşdırma prinsipinə kölgə salacağının mümkünlüyü düşüncəsindən (əsaslı ehtimaldan) çıxış etməlidir. Bununla yanaşı, qanun konkret olaraq müəyyən edir ki, bu əsasla yoxlamanın dayandırılması məhz vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsinə və ya ekspertiza keçirilməsinə zərurət mövcud olduqda mümkündür və yoxlama mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək dayandırılır. Ona görə də, cavabdeh inzibati orqan tərəfindən yoxlamanı dayandırmaq üçün yalnız ekspertiza təyin edilməsi barədə qərarın qəbulu yetərli sayıla bilməz, bu zaman həqiqətən ekspert rəyinə zərurət olduğu da iş üzrə təsdiqlənməlidir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin bu qaydada d avranmadığı iş üzrə materiallarla təsdiq olunur. Göründüyü kimi, hazırkı halda cavabdeh yoxlamanı dəfələrlə və eyni əsaslarla dayandırsa da, dayandırmanın əsaslarının mövcudluğunu yoxlamamış, dayandırmanın inzibati icraatın məqsədlərinə xidmət etməsi halından çıxış etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yoxlamanın 9 dəfə dayandırılması qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla aparılmışdır, bu isə inzibati icraatın səmərəli keçirilməsinə mane olmuş və prosesin yubadılmasına şərait yaratmışdır. ”

37. Bundan əlavə, cavabdeh kassasiya şikayətinə iddiaçının zəmanət məktubunu əlavə etməklə onun vergiləri ödəmək öhdəliyini üzərinə götürdüyünə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, belə qaydada zəmanət məktubunun verilməsi iddiaçının ziyanına şərh ol una bilməz. Birincisi, inzibati məhkəmə icraatı zamanı hər bir halda mübahisələndirilən inzibati aktın qanunauyğunluğu yoxlanılır. Digər tərəfdən, Vergi Məcəlləsinin 63.2-ci maddəsinə görə, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Yəni vergilərin ödənilməsi və ya ödəniləcəyinə zəmanət verilməsi şəxsi həmin qərarı mübahisələndirmək imkanından məhrum etmir və edə bilməz. Maliyyə sanksiyası istisna olmaqla, vergi ödəmələrinin yerinə yetirilməsi şəxsin qanundan irəli gələn vəzifəsi (müvəqqəti xarakterli müdafiə institutunun imkanlarından istifadə etmədiyi hallarda) kimi çıxış edir.

38. Belə ki, İnzibati Prosessual Məcəllənin 41.1-ci maddəsinə görə, inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Maliyyə sanksiyasına münasibətdə isə Vergi Məcəlləsinin 63.2-ci maddəsinə görə, şəxsin şikayət instansiyasına və ya məhkəməyə verilən şikayətinə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin istinad etdiyi zəmanət məktubu mübahisələndirilən inzibati aktın qanuni hesab olunması üçün əsas qismində qiymətləndirilə bilməz.

39. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, ş ikayət təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-359/2023 nömrəli, 2 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar