Məhkəmə qərarları › İş №2-1(102)-1632/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1632/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1632/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzif əsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-1(103)-370/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və ona ümumi xəstəlik səbəbilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə bir il müddətinə, xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə bir il müddətinə, xx.xx.2016-cı il tarixli göndə riş əsasında beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 3. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi cavabdeh tərəfindən qiymətləndirilərək “diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələri sıra larında N saylı hərbi hissədə mexanik, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə radiotelefonçu vəzifəsində xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi Bakı Ali Hərbi Komandanlıq məktəbində komanda taktiki rabitə qoşunu ixtisaslaşdırma - çoxkanallı və məxfiləşdirmə rabitə ixtisası təhsil almış və oranı bitirmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi N saylı hərbi hissədə rabitə bölüyünün telefon taqımının komandiri olmuşdur. xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissənin taborun rabitə rəisi - tağım komandiri vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi N saylı hərbi hissənin taborun rabitə rəisi - tağım komandiri vəzifəsində işləmişdir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1182 saylı sərəncamına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilmişdir). Hərbi Xidmət Keçmə haqqında əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 652 saylı xx.xx.2006-cı il tarixli əmri ilə ehtiyata buraxılmışdır və xx.xx.2007-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. xx.xx.2003-cü il tarixdə xidmətdə olduğu zaman teleqraf dirəyindən yıxılaraq sağ diz oynağı burxulmaqla zədə almışdır. Bununla əlaqədar və uşaq yaşlarından mövcud olan onurğa sütununda "S"vari skolioza görə MN MHKH-da müalicədə olmuş və hərbi xidmətə yararlılıq dərəcəsi dəyişilməklə xidmətini davam etdirmişdir. Aldığı xəsarətlə əlaqədar xx.xx. 2006-cı il tarixdə ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2007-ci ildə, xx.xx.2008-ci ildə, xx.xx.2009-cu ildə, xx.xx.2010-cu ildə, xx.xx.2011-ci ildə. xx.xx.2012-ci ildə, xx.xx.2013-cü ildə, xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə və sonrakı illərdə müayinə olunaraq əlillik dərəcəsi təsdiqlənmiş, 2021-ci ilin dekabr ayınadək 2-ci qrup əlil kimi pensiya almış, lakin xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı imtina verilmişdir.

6. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri işin halları ilə eynilik təşkil edir.

7. İşin məhkəmə araşdırması zamanı məhkəmə tibbi ekspertizaları təyin edilmiş və Azə rbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli, 1971 nömrəli məktubu ilə təqdim edilmiş T 269/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 nömrəli Formada) “Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00M25 - artropatiyalar => M20-M25 - oynaqların digər zədələnmələri => M23 - dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu qeyd edilmişdir. İddiaçının məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və ona “Onurğanın döş-bel tipli ikincili dərəcəli skoliozu (4 5°), spondilyoz, osteoxondroz, MRT müayinədə L4-L5 səviyyədə nevral kökə təmas edən 4,5mm ölçüdə yırtıq, L5-S1 3mm ölçüdə arxa-mərkəzi protruziya, kökcük ağrı sindromu, onurğanın hərəkət funksiyasının pozulması, hər iki diz oynağının birincili kontrakturası- 90°, sağ budun medial kondilusunda xondromalyasiya sahəsi-aseptik nekroz, daimi ağrılar, axsama və yerişin pozulması” diaqnozu müəyyən edilmişdir. Halhazırda iddiaçının əziyyət çəkdiyi xəstəliklə xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulan diaqnozlar tam üst- üstə düşür. Həmçinin, onun dü çar olduğu xəstəliklərin tam reabilitasiyası mümkün deyildir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 24 iyun 2023-cü il tarixli 21(112)-1641/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruz əçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 01 fevral 2024-cü il tarixli, 21(103)-370/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqana həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozunt usuna yol vermişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”: Bənd 1.2. TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3. TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosia l müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5. Əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.... 4.3. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə h əkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir.... 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir....

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraci ət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiy aya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin q ərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveri ciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulmuş diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun gəlib-gəlməməsi məqsədilə keçirilən məhkəmə - tibbi ekspertizalarının nəticələrinə əsasən, xx.xx.2021-ci il tarixli, 2767003AADXX saylı göndərişdə qeyd edilən və hazırda əziyyət çəkdiyi “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daim i radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu iddiaçının stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir.

27. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti “Onurğanın döş-bel tipli ikincili dərəcəli skoliozu (4 5°), spondilyoz, osteoxondroz, MRT müayinədə L4-L5 səviyyədə nevral kökə təmas edən 4,5mm ölçüdə yırtıq, L5-S1 3mm ölçüdə arxa-mərkəzi protruziya, kökcük ağrı sindromu, onurğanın hərəkət funksiyasının pozulması, hər iki diz oynağının birincili kontrakturası- 90°, sağ budun medial kondilusunda xondromalyasiya sahəsi-aseptik nekroz, daimi ağrılar, axsama və yerişin pozulması” diaqnozuna uyğundur və həmin diaqnoz iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulan diaqnozlarla tam üstüstə düşür.

28. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu və iddiaçıda mövcud olan xəstəliyin tam reabilitasiyasının mümkün olmaması məhkəmə icraatı gedişində əldə edilmiş əlavə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən əlil lik təyinatına əsas verən xəstəliklərin təsnifatında ağırlaşmalar M24.5, M41.2, İ83.9, L91.0 onun ikinci dərəcə əlillik dərəcəsi təyinatına əsas verir.

29. Əlillik dərəcəsinin təyin edilmə tarixinə gəlincə, məhkəmə kollegiyası aşağı instansiya məhkəməlinin mövqeyi ilə razılaşır ki, iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və əlillik təyinatından imtina edilmişdir. Hazırkı iş üzrə cavabdeh orqanın qeyd edilən imtinası məhkəmədə mübahisələndirilmiş və məhkəmə cavabdehin imtinasının əsassız olduğu qənaətinə gəlmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88 əsasında “Əlilliyin qiymətləndiril məsi Qaydası”nın 2.4-cü bəndində göstərilən müddət daxilində baxıb qiymətləndirmiş, bu halda iddiaçıya da hazırkı qərarla təmin olunan əlillik dərəcəsinin təyinatı məhz qiymətləndirmənin aparıldığı gündən - xx.xx.2021ci il tarixdən təyin edilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 21(103)-370/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar