Məhkəmə qərarları › İş №2-1(102)-1632/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1632/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1632/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral N25- ci il tarixli, 2-1(103)- 758/N25 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 16 iyun N23-cü il tarixli, 825 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, İddiaçı xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək N saylı hərbi hissəyə ezam olunmuşdur. O, N21-ci ilin iyun ayında Hərbi Tibb Fakültəsindən məzun olmuş, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Müdafiə nazirinin xx.xx.N21-ci il tarixli 480 saylı əmrinin 7-ci bəndinə əsasən xidmə t yeri dəyişdirilmiş şəxslərin ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya təqdim edilməsi, hazırda həqiqi hərbi xidmət keçdiyi hərbi hissə tərəfindən aparılmalıdır. İddiaçı “Vətən Müharibəsində” fəaliyyətinə görə sənədlərinin hazırlanması və Müdafiə Nazirliyinin Aparatı nəzdində ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya təqdim olunması üçün sənədlərinin hazırlanması Hərbi Tibb Fakültəsi tərəfindən aparıla bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xx.xx.N23-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanun suz hesab edilməsi, cavabdehdən hüquqi yardıma görə ödədiyi 100 manat pulun onun xeyrinə tutulması və ona ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 44 günlük Vətən Müharibəsində Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbəsi olaraq döyüş bölgəsinə - N saylı hərbi hissəyə ezam olunaraq hərbi həkim köməkçisi kimi xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci ilədək xidmət etmişdir. N21-ci ildə Hərbi Tibb Fakültəsindən məzun olmuş və xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, hazırda ön cəbhədə - Kəlbəcərdə hərbi həkim kimi xidmətini d avam etdirir, rütbəsi leytenantdır. Tələbə yoldaşlarına Müharibə veteranı adı və vəsiqəsi verilsə də, ona bu ad və vəsiqə bugünə kimi verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq cavabdehə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə köməklik edilməsi üçün müraciət edilsə də, cavabdeh müraciətin təmin edilməsindən etmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.

6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3052/N24 saylı, 24 sentyabr N24-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3052/N24 saylı, 24 sentyabr N24-cü il tarixli qərarı ilə (hakim X5) iddia tələbi təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N21-ci il tarixli 4N Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir

9. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2-1(103)-758/N25 nömrəli, 06 fevral N25-ci il tarixli qərarı ilə (hakimlər X6 /məruzəçi/, X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3052/N24 saylı, 24 sentyabr N24cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələrin mövqeyi əsassız olmuşdur. Belə ki, şəxsin Universitet tərəfindən ezam olunması barədə əmrin olması döyüş əməliyyatlarında iştirak et məsi anlamına gətirib çıxara bilməz. Çünki bunun üçün şəxsin məhz döyüş əməliyyatlarında iştirak edən hərbi hissənin şəxsi heyət siyahısına salınması barədə əmrin olması zəruridir. ATU-nun əmrindən sonra iddiaçının xx.xx.NN-ci il tarixədək məhz döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidməti hərbi hissələrin əmrləri ilə təsdiq olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 367 nömrəli əmrin tarixindən də görmək olar ki, dekabr NN-ci il tarixdə şəxsi heyət siyahısından çıxarılması İddiaçı məhz xx.xx.NN-ci il tarixədək orada olmasını sübut etmir. N nömrəli hərbi hissənin xx.xx.N24-cü il tarixli 1004 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.NN-xx.xx.NN-ci il tarixlərdə İddiaçı barəsində N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabları nda heç bir məlumat yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həya ta keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliy yətindən azad edilmiş şəxslərə şamil edilmir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göyg öl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralan ma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştira k etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NN-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi b ütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə i ştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi N. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqeyi ilə razılaşmayaraq iş materiallarına istinad etməklə aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 s entyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən hərbi qulluqçu “Müharibə veteranı” statusunu alması üçün o, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli və hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır.

26. Hərbi xidmət keçməsini sübut edən sənədlər dedikdə, hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış lar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar başa düşülür.

27. Eyni zamanda mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir.

28. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qayda sı və şərtləri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat anlaşılır.

29. İş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.NN-ci il tarixli 212 nömrəli əmri ilə xx.xx.NN-ci il tarixdən 2 (iki) ay müddətinə N №-li hərbi hissəyə (Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.NN-ci il tarixli 26/1071 nömrəli telefonoqramması) döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezam edilmiş, xx.xx.NN-ci il tarixli 285 nömrəli əmri ilə 26 dekabr NNci il tarixdə N №-li hərbi hissədən ezamiyyətdən gəlmiş hesab edilmişdir. xx.xx.N21-ci il tarixli 144 nömrəli əmri ilə 30 iyun N21-ci il tarixdən Hərbi Tibb Fakültəsinin bütün növ təminatlardan çıxarıl mış və xidmətlərini davam etdirmək üçün təyin olunduqları hərbi hissə komandirinin sərəncamına göndərilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun N21-ci il tarixli 0813 nömrəli əmri ilə ilkin “Tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə müvafiq hərbi hissələrdə vəzifələrə təyin olunmuşdur-Kursant İddiaçı - N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi).

30. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq ezamiyyət vərəqələri əsasında verilən N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 367 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən ezamiyyətə gəlmiş iddiaçının ezamiyyət müddəti bitdiyinə görə getmiş və qazan təminatından çıxarılmış hesab edilmişdir. İddiaçı xx.xx.NN-ci il tarixli əmrlə N nömrəli hərbi hissəyə ezam edilmiş, N nömrəli hərbi hissə xx.xx.NN-ci il tarixli əmrində iddiaçının Tibb Universitetindən ezam olunduğunu bildirmişdir. Hərbi hissənin əmrində iddiaçının xx.xx.NN-xx.xx.NN aralığında N nömrəli hərbi hissədə xidmət etmədiyini bildirməmişdir.

31. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi N19/NN-ci tədris ilində Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının İV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 36 nömrəli 28 mart N19-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında problemi olmayan tələbə olaraq Hərbi həkim ixtisası hazırlığı kurslarının kursantı hesab edilməsi və bütün növ təminatlara qoyul araq xx.xx.N19-cu il tarixdən ilkin təlim toplanışına cəlb edilməsi olub.

32. Beləliklə, yuxarıda qeyd edilən sənədlərdən də göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissədə xx.xx.NN - xx.xx.NN-ci il tarixlərində döyüş əməliyyatlarında iştirakı onun ezamiyyətə göndərilməsi üçün əsas olmuş əmrlərdən çıxarışlar ilə təsdiq edilir. Bundan əlavə iddiaçını ezam edən Azərbaycan Tibb Universitetinin müvafiq əmrləri (ezamiyyə vərəqələri) N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 367 nömrəli əmrinə əsas olan sənədlər olmaqla cavabdehin iddiaçının adının hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında olmaması ilə bağlı dəlilini təkzib edir.

33. Yuxarıda sadalanan sənədlər (əmrlər, arayış) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 n ömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğundur və iddiaçının müharibə veteranı statusunun tələb etməklə haqlı olduğuna dəlalət edir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 fevral N25-ci il tarixli, 21(103)-758/N25 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar