Məhkəmə qərarları › İş №2-1(102)-1633/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1633/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1633/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindın imtina, xüsusi iş stajına dair şərtin ödənilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil işt irakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “60 yaşının tamam olduğu 12.04.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-145/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur.

2. O, 1976-cı ildən 10.03.1977-ci ilə qədər Bakı şəhəri 25 №-li Texn iki Peşə Məktəbində təhsil almış, 11.11.1977-ci ildən 29.11.1979-cu ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur.

3. Əmək kitabçaları və arxiv arayışlarına əsasən, iddiaçı 19.05.1977-ci ildən 19.10.1977-ci ilə qədər “Azərbalıqticarət” Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, 04.06.1980-cı ildən 17.02.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, 28.04.1982-ci ildən 25.01.1984-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, 20.08.1984-cü ildən 21.12.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən), 01.07.1989-cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər, 03.10.1989-cu ildən 20.04.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, 16.08.2005-ci il tarixdən 01.12.2008-ci il tarixə qədər "xxxx" ASC-nin Bakı Kanalizasiya Xidməti İdarəsinin Kanalizasiya Nasos X1 23 saylı nasos stansiyasına 4-cü dərəcəli nasos qurğuları maşinisti, 01.12.2008-ci ildən 31.03.2011-ci ilə qədər 35 saylı nasos stansiyasında 4-cü dərəcəli maşinist, 05.05.2010-cu ildən 11.05.2011-ci ilə qədər AR X3 “Azərkontrakt” SC “Azərətsüd” X5 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğuları maşinisti, 01.04.2011-ci ildən 01.06.2011-ci il tarixə qədər Kanalizasiya Nasos X1 35 saylı nasos stansiyasında 4-cü dərəcəli nasos qurğularının maşinisti, 09.05.2011-ci ildən 01.02.2012-ci ilə qədər "xxxx" ASC-nin Balaxanı şəhər tullantılarının çeşidlənməsi məntəqəsində təmir elektriki vəzifəsində işləmişdir. 01.02.2012-ci ildən hazırki vaxta qədər isə həmin ASC-də elektromexanik vəzifəsində işləyir.

4. Azərbaycan Respublikası X3 “Azərkontrakt” SC “Azərətsüd” X5 Birliyi tərəfindən verilmiş 1118 №-li 23.04.2019-cu il tarixli Arayışda qeyd edilir ki, iddiaçının 19.05.1977-ci ildən 19.10.1977-ci ilə qədər “Azərbalıqticarət” Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuları maşinisti, 01.07.1989-cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər, 03.10.1989-cu ildən 20.04.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, 05.05.2010-cu ildən 11.05.2011-ci ilə qədər AR X3 “Azərkontrakt” SC “Azərətsüd” X5 Birli yinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti vəzifələrində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğundur.

5. İddiaçının 2006-cı ildən hazırki vaxta qədər 25.015,92 manat pensiya sığorta kapitalı vardır.

6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.

7. Cavabdeh **********77 saylı, 02 avqust 2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, güzəştli iş stajı 12 il 6 ay aydan az təşkil etdiyi ndən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ona 60 yaşı tamam olduğu tarixdən, yəni 12.04.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 60 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 12.04.2019-cu il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 60 yaşı tamam olduğu 12.04.2019-cu il tarixə qədər 29 il 2 ay 22 gün ümumi iş stajı, 12 il 8 ay 8 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. Nəhayət 60 yaşı tamam olan tarixdən, yəni 12.04.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh 02.08.2019-cu il tarixli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Azərbaycan Respublikası X3 “Azərkontrakt” SC “Azərətsüd” X5 Birliyi tərəfindən ona 1118 №-li 23.0 4.2019-cu il tarixli güzəştli arayış verilmişdir. Həmin arayışda iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğundur. Bundan əlavə, 28.04.1982-ci ildən 25.01.1984-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, 20.08.1984-cü ildən 21.12.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən) vəzifələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsin in 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğundur. İddiaçı qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4485/2019 saylı, 6 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilmiş, iddiaçıya 60 yaşı tamam olduğu 12.04.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 19.05.1977-ci ildən 19.10.1977-ci ilə qədər “Azərbalıqticarət” Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, 01.07.1989 -cu ildən 03.10.1989-cu il tarixə qədər “Azərətsüdticarət” İdarəsinin 1 №-li kompressor sexində çilingər, 03.10.1989-cu ildən 20.04.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, 05.05.2010-cu ildən 11.05.2011-ci ilə qədər AR X3 “Azərkontrakt” SC “Azərətsüd” X5 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti vəzifələrində işlədiyi dövrlər AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000- 14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğunlaşdırılmışdır. İddiaçının 04.06.1980-cı ildən 17.02.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, 28.04.1982-ci ildən 25.01.1984-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, 20.08.1984-cü ildən 21.12.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən) vəzifələri müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğunlaşdırılmalıdır. Belə ki, həmin müəssisələr Ermənistan Respublikasında yerləşdiyindən və həmin ölkə ilə müharibə şəraiti mövcud olduğundan iddiaçının həmin peşələrin güzəştli iş stajı sayılması ilə əlaqədar arayış əldə etməsi mümkünsüzdür. Hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddia çının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Odur ki, iddiaçının 60 yaşı tamam olduğu 12.04.2019- cu il tarixə qədər 29 il 2 ay 22 gün ümumi iş stajı, 12 il 8 ay 8 gün zərərli iş stajı mövcuddur. Bundan başqa, iddiaçının minimum pensiya kapitalına malik olub-olmaması məsələsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən və imtina məktubunun əsası kimi qeyd olunmadığından, iddiaçının həmin kriteriya üzrə minimal sığorta kapitalına malik olmasını inzibati orqan qəbul etmişdir. Bu əsasdan həmin hal işin mübahisələndirilməyən halı kimi qəbul edilmişdir.

12. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarıl masını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-327/2020 nömrəli iş üzrə 21 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)- 4485/2019 saylı, 6 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki birinci icraat

16. Azərbaycan Re spublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1335/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-327/2020 nömrəli iş üzrə 21 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

17. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının işlədiyi kompressor qurğularının maşinisti peşəsinin iş yerinin verdiyi arayışa əsasən Siyahıda olan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğun olduğunu qəbul edərək bu hissədə şikayətin dəlillərini əsaslı saymamış, bununla bel ə qeyd etmişdir ki, bu peşə üzrə iddiaçının işlədiyi dövr 12 il 6 ay təşkil etmir. Məhkəmə həmçinin göstərmişdir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının əmək kitabçasında xlorçu peşəsində çalışması qeyd edilsə də, əmək kitabçasının tərcüməsində orijinalda olmayan “ammonyakla işləyən” ifadəsi əlavə edildiyini bildirmiş, apelyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apelyasiya şikayətinin bu dəlilinə münasibət bildirməmişdir. İddiaçının əmək kitabçasının işdə olan surətindən onun 1 dekabr 1987-ci ildə hansı peşədə işləməsini ümumiyyətlə oxumaq mümkün deyil, bu səbəbdən iddiaçının Siyahıda olan ammonyakla işləyən xlorçu peşəsində işləməsini hazırkı halda müəyyən etmək mümkün olmur. Odur ki, əmək kitabçasının əsli tələb edilib iddiaçının Siyahıda olan peşədə işləyib-işləməməsi müəyyən edilməlidir. Apelyasiya məhkəməsi iddiaçının işlədiyi xlorçu peşəsinin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğun olması ilə bağlı heç bir əsaslandırma aparmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-145/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(81)-4485/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, “kompressor qurğularının maşinisti” və “xlorçu” peşələrində çalışmışdır. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi peşənin (“ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti”) iddiaçının çalışdığı peşə ilə əlaqəsi müəyyən edilmir. İddiaç ının əmək kitabçasında onun “xlorçu” peşəsində işləməsi qeyd edilsə də, əmək kitabçasının tərcüməsində orijinal olmayan “ammonyakla işləyən” ifadəsi əlavə edilmişdir. Orijinalla tərcümə arasında fərq var. Bundan əlavə, iddiaçı Kirovakan Topdan Ticarət Bazasında çalışıb. Bu hissədə, məhkəmənin istinad etdiyi kod- 2130302a-13652dir: sənaye çirkab suların təmizlənməsi, mineral kükürd turşusunun, qazların fraksiyalaşdırılması və kompremirləşdirilməsi, polietilenin, sintetik spirtin, katalitik krekinqin, piroliz qurğularında məşğul olan qaz doldurma maşınlarının maşinistləri. Göründüyü kimi, 2130302a-13652 kodu altında olan peşə 2 nömrəli Siyahının Xİİ bölməsinə aiddir. Həmin bölmə isə, “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şist in emalı” adlanır. Dolayısı ilə, iddiaçının çalışdığı peşənin Xİİ bölmə ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, məlum kod adı altında “xlorçu” peşəsi öz əksini tapmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

23. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

24. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşı tamam olduğu tarixdən, yəni 15.10.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

31. Birinci və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının mövqeyi qanunvericiliyin müddəalarına uyğun olduğundan təmin edilməlidir. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab edərək ondan kassasiya şikayəti vermiş və qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320N-li qərarı ilə təsdiq edilmiş 2N-li siyahıda nəzərdə tutulmadığından iddia əsassızdır.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları və qanunvericiliyin müvafiq normaları ilə əlaqəli şəkildə təhlil edərək apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının «Ə mək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün o, qeyd edilən yaş həddinə çatmalı, 25 il ümumi iş stajı olmalı və bu müddətin ən azı 12 il 6 ayını əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

33. Lakin iddiaçının təqdim etdiyi sənədlərlə onun 12 il 6 ay xüsusi iş stajını tamamlaması müəyyən edilmir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir.

34. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir: “İddiaçinin işlədiyi xlorçu peşəsi ilə bağlı məhkəmə kollegiya sı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilmiş, təqdim edilmiş əmək kitabçasının tərcümə və təsdiq edilmiş surətinə əsasən iddiaçının 04.06.1980-ci ildən 17.02.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, 28.04.1982-ci ildən 25.01.1984-cü ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, 20.08.1984-cü ildən 21.12.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən) vəzifəsində işləməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən peşələri AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİ İ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğundur.”

35. Qeyd olunmalıdır ki, Ali Məhkəmədə hazırkı işə birinci dəfə baxılarkən məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının işlədiyi kompressor qurğularının maşinisti peşəsinin iş yerinin verdiyi arayışa əsasən Siyahıda olan “ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti” peşəsinə uyğun olduğunu qəbul edərək bu hissədə şikayətin dəlillərini əsaslı saymamış, bununla belə qeyd etmişdir ki, bu peşə üzrə iddiaçının işlədiyi dövr 12 il 6 ay təşkil etmir.

36. Məhkəmə kollegiyası Ali Məhkəmənin əvvəlki mövqeyinə uyğun olaraq hesab edir ki, iddiaçının işlədiyi kompressor qurğularının maşinisti peşəsinin iş yerinin verdiyi arayışa əsasən Siyahıda olan ammonyaklı soyuducu qurğulara xid mət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğun olduğu qəbul edilsə belə, onun bu peşədə işlədiyi müddət güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün lazım olan 12 il 6 ay təşkil etmir.

37. Məhkəmə kollegiyası iddiaçının işlədiyi “xlorçu” peşəsinin AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 koduna uyğunluğu ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edir.

38. Belə ki, apelyasiya instansiyası məhkəmənin istinad etdiyi 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 kodunda “Sənaye çirkab suların təmizlənməsi, mineral kükürd turşusunun, qazların fraksiyalaşdırılması və kompremirləşdirilməsi, polietilenin, sintetik spirtin, katalitik krekinqin, piroliz qurğularında məşğu l olan qaz doldurma maşınlarının maşinistləri” peşəsi qeyd edilmişdir. Göründüyü kimi, 2130302a-13652 kodu altında olan peşə 2 nömrəli Siyahının Xİİ bölməsinə aiddir. Həmin bölmə isə “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır. İstinad edilən Siyahının quruluşundan da göründüyü kimi, orada ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. Yəni, hər hansı şəxsin işlədiyi iş, peşə və vəzifə Siyahıya uyğun gəlsə belə, onun bu iş, peşə və vəzifələrdə işlədiyi dövr yalnız o halda güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajı sayıla bilər ki, o, bu iş, peşə və vəzifələrdə məhz həmin Siyahıda nəzərdə tutulmuş istehsalat sahəsində çalışmış olsun. İddiaçının Xİİ bölmədə qeyd edilmiş “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” istehsalat sahəsində işləməsi, onun çalışdığı “xlorçu” peşəsinin bu istehsalat sahəsi ilə əlaqəsi iş materialları ilə sübuta yetirilmir.

39. Beləliklə, iddiaçının güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyası hüququnun yaranması üçün 12 il 6 ay güzəştli iş stajını tamamlaması sübuta yetirilmədiyindən, ƏPQnun 9.1-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmamışıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkə mə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-145/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar