Məhkəmə qərarları › İş №2-1(102)-1633/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1633/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1633/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən imtina; imtiyazlı illərin hesablanma qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1966; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair inzibati üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(103)-325/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1984-xx.xx.1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək daxili işlər orqanlarında xidmət etmiş, Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2003-cü il tarixli 10 ş/h nömrəli əmri ilə (öz arzusu ilə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.

2. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək daxili işlər orqanlarında xidmət etdiyi illərə görə əmək pensiyası ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixli məktubla cavabd eh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının daxili işlər orqanlarında xidmət illəri – təqvimi hesablama ilə 14 il 02 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 03 ay 09 gün təşkil edir. Qanunvericiliyə görə isə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ var. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun DİO-da uzun müddətli xidmət illərinin təqvim hesablanması ilə 15 il, 11 ay, 22 gün və imtiyazlı hesablama ilə 28 il, 11 ay, 22 gün təşkil etdiyi nəzərə alınmaqla məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 399 saylı 31 oktyabr 1988-ci il tarixli əmri ilə daxili işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və həmin İdarənin 27 yanvar 2003-cü il tarixli 10 saylı əmri ilə DİO-dan xaric edilmişdir. O, DİO-da xidmət illərinin barəsində “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi yanında DSMF-nin müvafiq orqanına göndərilməsi ilə bağlı 2 aprel 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən 22 aprel 2019-cu il tarixli 024-11891B-3219 saylı məktubla ona ünvanlanmış cavabda göstərilir ki, DİO-da xidmət müddəti təqvim hesablaması ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən ona pensiyanın təyin olunması üçün “məlumat vərəqəsi”nin tərtib olunması mümkün olmamışdır. Eyni zamanda onun müraciətinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin müraciətinə əsasən ona ünvanlanmış 20 aprel 2019-cu il tarixli 059-14465- 1219 saylı cavab məktubunda DİO-da xidmət illəri təqvim hesablaması ilə 16 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 21 il 3 ay 29 gün kimi göstərilmişdir. Göründüyü kimi, onun xidmət illəri barədə “məlumat vərəqəsi”ni verməli orqanın vahid mövqeyi yoxdur. Buna səbəb DİO-da xidməti illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinin nəzərə alınmamasıdır. Beləliklə, onun НЗ ******* saylı hərbi biletində aparılmış qeydə əsasən 20 aprel 1984-cü il tarixdən 25 m art 1986-cı il tarixədək olan 1 il 11 ay 5 gün təşkil etmiş, 31 oktyabr 1988-ci il tarixli 399 nömrəli əmrlə DİO-ya daxil olmuşdur. 27 yanvar 2003-cü il tarixli 10 saylı əmrlə öz arzusu ilə DİO-dan xaric olunduğundan, təqvim hesablaması ilə 15 il 11 ay 22 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 531 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarının tələbi nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. DİO-dan xaric olunduğu vaxt, yəni 27 yanvar 20 03-cü il tarixdə onun xidmət illəri təqvimi hesablama ilə 15 il, 11 ay 14 gün və imtiyazlı xidmət müddəti 28 il 11 ay 22 gün olmuşdur. Buna görə də onun DİN xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zaman görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən ““Hərbi qulluqçuların pensiya təminatı” haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququ əldə edildiyi zaman q üvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. İddiaçı xx.xx.2004-cü il tarixində güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmədiyindən bu Qərarı ona şamil etmək olmaz. İddiaçı daxili işlər orqanlarından xaric olunduğu tarixdə və hazırda qüvvədə olan normalara əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. Yuxarıda adıçəkilən Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi gündə iddiaçının xidmət müddəti imtiyazlı hesablama ilə - 22 il 03 ay 09 gün təşkil etdiyindən və xidmətdən buraxıldığı gün, yəni xx.xx.2003-cü il tarixində təqvimi xidmət müddəti 14 il 02 ay 17 gün təşkil etdiyindən onun əmək pensiyası hüququ yaranmamışdır.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia “müvafiq məlumat vərəqəsi tərtib edilərkən 14 il 2 ay 17 gün təqvimi hesablama ilə, 22 il 3 ay 9 gün imtiyazlı hesablama ilə xidmət illərinin nəzərə alınması” kimi göstərilmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2019-cu il tarixli, 2-1(82)2218/2019 nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddianın mümkün sayılmaması qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı vaxtilə Bakı şəhəri Binəqədi RPİ-nin kiçik rəis heyətində xidmət etdiyindən və həmin İdarənin xx.xx.2003-cü il tarixli əmri ilə DİO -da xidmətdən azad olunduğundan, onun qaldırdığı məsələ üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi deyil, xidmət etdiyi Bakı şəhəri Binəqədi RPİ çıxış edə bilər.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-389/2020 nömrəli qərardadı ilə (hakimlər: Kəmalə Abiyeva - sədrlik edən, Mirzə Tağızadə və Ülvi Mayılov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2019-cu il tarixli, qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavab deh inzibati orqanın iddiaçıya ünvanlandığı imtina məktubundan, eləcə də, işin materiallarına əlavə edilmiş, iddia tələbinə dair yazılı etirazın məzmunundan göründüyü kimi, iddiaçının məhkəməyədək müraciəti ilə bağlı inzibati icraat aparılmış və tələb üzrə cavabdehlik həmin orqan tərəfindən mübahisələndirilməmişdir. c. Birinci instansiya məhkəməsində ikinci icraat

13. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2-1(112)-4381/2020 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddianın rədd edilməsi qərara alınmışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı 2003-cü ilin yanvar ayınadək DİO-da xidmət etdiyindən mövcud qanunvericilik onun pensiya hüququnun yaranmasını xidmət illərinin 20 təqvim ili və ya imtiyazlı hesablama ilə 25 il olması ilə şərtləndirir. Lakin iddiaçı xx.xx.1988xx.xx.2003-cü illərdə işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il iş stajı toplamamışdır.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2021-ci il tarixli, 21(103)-321/2021 nömrəli qərarına əsasən (hakimlər: Elmira Nağıyeva – sədrlik edən, Vidadi Məmmədov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2-1(112)-4381/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 6 aprel 2021-ci il tarixli, 2-1(103)-321/2021 nömrəli qərarının qismən ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. d. Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1261/2021 nömrəli qərarı ilə (hakimlər: Nigar Rəsulbəyova – sədrlik edən, İlqar Hüseynov, Kamaləddin Bədəlov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 6 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kassasiya instansiyaslı məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin “imtiyazlı hesablama ilə 25 il” tələbinə dair mövqeyi isə hərt ərəfli araşdırmanın nəticəsi deyil. Məhkəmə iddiaçının imtiyazlı hesablama ilə 25 ildən az iş stajının olduğu qənaətinə gəlsə də, öz mövqeyini əsaslandırmamışdır. Belə ki, məhkəmə imtiyazlı illərin hesablama qaydasını açıqlamamış, iddiaçının xidmət illərini necə hesablamasını öz qərarında göstərməmişdir. İddiaçı isə onun iş stajının məhz “imtiyazlı hesablama ilə” hesablandığı halda əmək pensiyası hüququ yaranmasına istinad etdiyindən məhkəmə bu istiqamətdə hərtərəfli araşdırma apararaq imtiyazlı illərə hansı xidmət illərinin aid olduğunu öz qərarında göstərməli, bundan sonra iddiaçının müvafiq iş stajının olub-olmamasına qiymət verməli idi. e. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-325 /2022 nömrəli qərarı ilə (hakimlər: Aida Hüseyn – sədrlik edən, Azər Hüseynov, Səadət Bəktaşi) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2-1(112)-4381/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

22. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2005-ci il tarixli 977-İİQD nömrəli Qanuna əsasən maddənin mətnində "25 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş və mötərizədə verilmiş "imtiyazlı hesablama ilə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: “Həmin maddənin xx.xx.2005-ci ildən sonra qüvvədə olan redaksiyasına görə Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər”. Göründüyü kimi, iddiaçının xidmətdən xaric edildiyi dövrdə qüvvədə olan qanunvericilik normalarının müddəası imtiyazlı hesablama ilə 25 il xidmətin olmasını tələb edirdi. İddiaçının isə 25 ildən az, yəni 22 il 3 ay 9 gün imtiyazlı xidmət illərinin olması işin mübahisə edilməyən halıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xidmətdən xaric edildiyi dövrdə qüvvədə olan qanunvericilik norması ilə tələb edilən minimum 25 il imtiyazlı hesablama ilə xidməti olmadığından iddiasının təmin edilməsindən imtina mahiyyətcə düzgün olmuşdur.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayətində qey d etmişdir ki, o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 399 saylı 31 oktyabr 1988-ci il tarixli əmri ilə daxili işlər orqanlarının sıravi heyətinə xidmətə qəbul olunmuş və həmin İdarənin 27 yanvar 2003-cü il tarixli 10 saylı əmri ilə DİO-dan xaric edilmişdir. O, DİO-da xidmət illərinin barəsində “məlumat vərəqəsi”nin AR ƏƏSM Nazirliyi yanında DSMF-nin müvafiq orqanına göndərilməsi ilə bağlı 2 aprel 2019-cu il tarixdə AR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Nazirliyin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən 22 aprel 2019-cu il tarixli 024- 11891B-3219 saylı məktubla ona ünvanlanmış cavabda göstərilir ki, DİO-da xidmət müddəti təqvim hesablaması ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etdiyindən ona pensiyanın təyin olunması üçün “məlumat vərəqəsi”nin tərtib olunması mümkün olmamışdır. Eyni zamanda onun müraciətinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin müraciətinə əsasən ona ünvanlanmış 20 aprel 2019-cu il tarixli 059-14465-1219 saylı cavab məktubunda DİO-da xidmət illəri təqvim hesablaması ilə 16 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 21 il 3 ay 29 gün kimi göstərilmişdir. Göründüyü kimi, onun xidmət illəri barədə “məlumat vərəqəsi”ni verməli orqanın vahid mövqeyi yoxdur. Buna səbəb DİO-da xidməti illəri hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinin nəzərə alınmamasıdır. Beləliklə, onun НЗ ******* saylı hərbi biletində aparılmış qeydə əsasən 20 aprel 1984-cü il tarixdən 25 mart 1986-cı il tarixədək olan 1 il 11 ay 5 gün təşkil etmiş, 31 oktyabr 1988-ci il tarixli 399 nömrəli əmrlə DİO-ya daxil olmuşdur. 27 yanvar 2003-cü il tarixli 10 saylı əmrlə öz arzum ilə DİO-dan xaric olunduğumdan, təqvim hesablaması ilə 14 il 2 ay 17 gün kimi hesablanmalı, imtiyazlı xidməti illərlə hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 531 nömrəli 23 noyabr 1992-ci il tarixli qərarının tələbi nəzərə alınmalı idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası almaq hüququ vardır. DİO-dan xaric olunduğu vaxt, yəni 27 yanvar 2003-cü il tarixdə onun xidmət illəri təqvimi hesablama ilə 14 il 2 ay 17 gün və imtiyazlı xidmət müddəti 22 il 3 ay 9 gün olmuşdur. Bun a görə də onun DİN xətti ilə xidmət illərinə görə pensiya təyin edilməsi müvafiq qanunvericiliyin, «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Məhkəmə işə baxarkən "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 144-cü maddəsinə dəyişiklik edilməsi barədə Azə rbaycan Respublikasının xx.xx.2005-ci il tarixli qanununa istinad etmişdir. Hesab edir ki, həmin qanun onun işdən çıxdıqdan sonrakı dövrdə qəbul olunduğundan ona şamil oluna bilməz.

25. İddiaçı hesab edir ki, məhkəmə Azərbaycan Respublikasının 149-cu maddəsinin Vİİ hissəsinin, “Normativ hüquqi aktlar haqqında” Qanunun 87.1, 87.2-ci maddələrinin tələblərini pozmuşdur. Həmçinin məhkəmə işə baxarkən iş üçün əhəmiyyəti olan bir sıra hallara düzgün hüquqi qiymət verməmişdir, bununla da MPM-in 418.1, 418.2, 418.3-cü maddələrinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(103)-325/2022 nömrəli qərarını dəyişdirilmədən saxla nılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab olun a bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisəyə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılmış və məhkəmə baxışının nəticəsi olaraq məhkəmə qərarı qəbul edilmişdir.

33. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1261/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-321/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilmə mişdir.

34. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixində daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Mübahisənin həlli üçün iddiaçının DİO-da xidmətdən xaric edildiyi həmin tarixdə qüvvədə olan norma işin hallarına tətbiq edilməlidir. İddiaçı onun xidmət illərinin imtiyazlı hesablama ilə nəzərə alınmaqla müvafiq həddə olmasını əsas gətirərək “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə istinadən pensiya hüq uqunun yarandığını iddia edir. Cavabdeh isə iddiaçının həmin Əsasnaməyə xx.xx.2005-ci il tarixli Qanunla dəyişiklik edilənədək imtiyazlı hesablama ilə 25 il xidmət ilinin, dəyişiklikdən sonrakı tələblərə uyğun şəkildə isə 20 ilin, yəni təqvim ilinin toplanmadığını əsas gətirərək iddianı qəbul etmir. Məhkəmələrin mövqeyi isə belə olmuşdur ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək DİO-da işləməklə 20 təqvim ili və imtiyazlı hesablama ilə 25 il staj toplamadığından onun pensiya hüququ yaranmır. Hazırkı qərarın 26-cı bəndində göstərilən normaların məzmunundan aydın olur ki, “20 təqvim ili” tələbi Qanunun xx.xx.2005-ci ildən sonra qüvvədə olan redaksiyasında təsbit olunub. İddiaçı isə 2003-cü ildə DİO-da xidmətdən xaric edildiyindən ona münasibətdə həmin norma tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin “imtiyazlı hesablama ilə 25 il” tələbinə dair mövqeyi isə hərtərəfli araşdırmanın nəticəsi deyil. Məhkəmə iddiaçının imtiyazlı hesablama ilə 25 ildən az iş stajının olduğu qənaətinə gəlsə də, öz mövqeyini əsaslandırmamışdır. Belə ki, məhkəmə imtiyazlı illərin hesablama qaydasını açıqlamamış, iddiaçının xidmət illərini necə hesablanmasını öz qərarında göstərməmişdir. İddiaçı isə onun iş stajının məhz “imtiyazlı hesablama ilə” hesablandığı halda əmək pensiyası hüququ yaranmasına istinad etdiyindən məhkəmə bu istiqamətdə hərtərəfli araşdırma apararaq imtiyazlı illərə hansı xidmət illərinin aid olduğunu öz qərarında göstərməli, bundan sonra iddiaçının müvafiq iş stajının olub-olmamasına qiymət verməli idi.

35. Məlum olduğu kimi İPM-in 96.11-c i maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəyə təkrar baxarkən Ali Məhkəmənin məcburi xarakter daşıyan yuxarıda göstərilmiş hüquqi mövqeyini nəzərə alaraq, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İş materiallarında olan iddiaçının əmək kitabçası və hərbi biletinə əsasən, iddiaçı 20 aprel 1984-cü il tarixdən 20 aprel 1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuş, orta təhsillidir, 10 noyabr 1988-ci il tarixdən 27 yanvar 2003-cü il tarixədək DİO-da xidmət etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 27 yanvar 2003-cü il tari xli 10ş/h nömrəli əmri ilə «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) DİO-da xidmətdən xaric edilmişdir. Xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etmişdir.

38. Beləliklə iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarından xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 14 il 2 ay 17 gün, imtiyazlı hesablama ilə 22 il 3 ay 9 gün təşkil etmişdir.

39. Bununla əlaqədar Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş halını nəzərə alıb, onu maddi hüquq baxımından düzgün qiymətləndirmişdir.

40. Belə ki, iddiaçının xidmətdən xaric edildiyi xx.xx.2003-cü il tarixdə qüvvədə olan normanın tətbiq edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 144-cü maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olan mətninə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). 41. xx.xx.2005-ci il tarixli 977-İİQD nömrəli Qanuna əsasən maddənin mətnində "25 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş və mötərizədə verilmiş "imtiyazlı hesablama ilə" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: “Həmin maddənin xx.xx.2005-ci ildən sonra qüvvədə olan redaksiyasına görə Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər”.

42. Beləliklə iddiaçının xidmətdən xaric edildiyi dövrdə qüvvədə olan qanunvericilik normalarının müddəası imtiyazlı hesablama ilə 25 il xidmətin olmasını tələb edirdi. İddiaçının isə 25 ildən az, yəni 22 il 3 ay 9 gün imtiyazlı xidmət illərinin olması işin mübahisə edilməyən halıdır. 43 Həmçinin qeyd edilməlidir ki, iddiaçının xidmət müddəti təqvimi hesablama ilə 14 il 2 ay 17 gün olduğu halda, hazırda qüvvədə olan qanun bunun “20 təqvim ili” olmasını tələb edir.

44. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının xidmətdən xaric edildiyi dövrdə qüvvədə olan qanunvericilik norması ilə tələb edilən minimum 25 il imtiyazlı hesablama ilə xidməti olmadığından iddiasının təmin edilməsind ən imtina mahiyyətcə düzgün olmuşdur.

45. Eyni zamanda apellyasiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, İmtiyazlı xidmət illərinin hesablanma qaydasının açıqlanması və imtiyazlı illərə hansı xidmət illərinin aid olduğunun qərarda göstərilməli olması barədə kassasiya instansiyası məhkməsinin göstərişi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçının 22 il 3 ay 9 gün imtiyazlı xidmət illərinin olması onun öz izahatı ilə işin mübahisəsiz halı olması ilə yanaşı bu hal işdə olan iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq edilir. Belə olan halda əlavə araşdırma aparılması üçün zərurət müəyyən edilmir. Çünki hətta hərbi xidmət dövrü əlavə edilməmiş olsa belə, adi hesablama ilə müəyyən edilir ki, hesablanacağı halda (2 il hərbi xidmət + 22 il 3 ay 9 gün imtiyazlı xidmət illəri = 24 il 3 ay 9 gün) da 25 ildən az imtiyazlı xidmət illəri olacaqdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-325/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar