Məhkəmə qərarları › İş №2-1(102)-1633/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1633/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1633/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə yaşa görə əmək pensiyası; pensiya kapitalı; qazanılmış hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Nəbizadə Rahib Salman oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Kərim oğlunun (təvəllüd:xx.xx.1958; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-1(103)-106/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 10 iyun 2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda göstərmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34400,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25376,02 manat təşkil edir. Həmçinin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2020-ci il tarixli ******* nömrəli əmək kitabçasında aşağıdakı mövcud olan uyğunsuzluqlar ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır: -0091846 nömrəli dublikat əmək kitabçasında aparılan qeydlər Qaydalara uyğun aparılmamışdır. Belə ki, əmək kitabçasının titul vərəqində məlumatlar tam əksini tapmamış (peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası sahibinin imzası, əmək kitabçası verən məsul şəxsin imzası qrafalarında müvafiq qeydiyyatlar aparılmamışdır), həmçinin onun işlədiyi dövrlərə aid məlumatlar hansı sənədlərin əsasında aparıldığı qeyd olunmamışdır. -xx.xx.1976-cı il tarixli əmək kitabçasında xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Kalinin adına üzümçülük sovxozunda fəhlə işlədiyi qeyd edilmişdir. Lakin ******* nömrəli dublikatının əmək kitabçasında xx.xx.1975xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Rabitə şöbəsində poçtalyon işlədiyi qeyd edilmişdir. -0091846 nömrəli dublikat onun əmək kitabçasının 4-18-ci səhifələrində xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərz ində Sumqayıt “Kimyasənayə” İstehsalat Birliyində, xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində 3 №-li Evtikmə Kombinatında, xx.xx.1991-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsində müxtəlif peşə və vəzifələrdə işlədiyi ardıcıl olaraq qeyd edilməsinə baxmayaraq 20-23-cü səhifələrdə xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 60 yaşından, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2-1(112)-355/2023 nömrəli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus ümumi və güzəştli stajla bağlı halların araşdırılması nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçı nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla xx.xx.2006-cı il tarixədək, nə də “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixədək tələb olunan ümumi və güzəştli stajı toplamadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

6. İddia çı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-1(103)-106/2024 nömrəli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova, R. Ə.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual po zuntuya yol verməklə mövcud olmayan iddia tələbi üzrə işə baxmışdır. Belə ki, iddiaçının tələbi 57 yaşdan yox, 60 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Odur ki, apellyasiya məhkəməsi məhz 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi üzərindən araşdırma və qiymətləndirmə aparmışdır.

9. Apellyasiya məhkəməsi ümumi və güzəştli stajla bağlı iş materiallarında mövcud olan sübutların araşdırılması nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2018-ci ildə onun qanunvericiliklə tələb olunan həm 25 ildən çox ümumi, həm də 12 il 6 aydan çox xüsusi stajının mövcudluğu təsdiq olunur.

10. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təm inatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının tələb olunandan az olmasına münasibətdə isə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün “pensiya kapitalı” tələb olunmur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinadla belə hesab etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2018ci il tarixə onun ümumi və xüsusi iş stajının tamamlandığı nəzərə alınmalı, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün bu kateqoriya şəxslərə münasibətdə “pensiya kapitalının tələb olunmaması” ilə bağlı şərt “qazanılmış hüquq konsepsiyası” bax ımından iddiaçıya da şamil olunmalıdır.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenid ən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi sözügedən dəyişikliyin xx.xx.2022-ci ildən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsinə münasibətdə tətbiq edilməsi yolverilməz hesab edilmişdir. Lakin apellyasiya məhkəməsi qanunvericinin aşkar iradəsini nəzərə almamışdır. Eyni zamanda, bu kateqoriyadan olan bir çox işlərdə (tələb olunan ümumi və güzəştli iş stajı olub, pensiya kapitalı olmayan işlər) məhkəmələrin hüquqi yardımı nəticəsində vətəndaşlar iddia tələbinin dəqiqləşdirərək pensiyanın xx.xx.2022-ci il tarixdən təyin edilməsini xahiş edirlər və məhkəmələr də iddiaları xx.xx.2022-ci il tarixdən təmin edirlər. Hazırki işdə isə apellyasiya məhkəməsi bu təcrübəyə də zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya ş ikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasında qüvvədə olan redaksiya 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pen siya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiya: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1 5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu... Maddə

2. Keçid müddəaları Maddə 2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir....

16. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa bor cludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadı nın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandı rılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün təkrar apellyasiya baxışına qaytarılmasına dair verilmiş kassasiya şikayətinin dəlilləri əsaslıdır.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. Yuxarıda göstərilmiş qanunvericili yin müddəalarından göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017 - 29 iyun 2022-ci il tarixləri arasında qüvvədə olmuş redaksiyasına əsasən, şəxsə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün bir neçə şərtin eyni anda mövcud olması tələb olunurdu belə ki, şəxs müəyyən olunmuş yaş həddinə çatmalı - kişilər üçün 60 yaş, həmçinin onun 25 illik ümumi, 12 il 6 aylıq güzəştli stajı olmalı, bundan əlavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli idi.

22. Lakin daha sonra qanunvericilikdə dəyişiklik edilməklə 29 iyun 2022-ci il tarixdən etibarən qüvvəyə minmiş yeni redaksiyanın tələbinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin o lunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti tələb olunmamışdır. Bununla yanaşı, qanunverici keçid norması müəyyən edərək yeni tənzimləmənin əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməyəcəyini aşkar təsbit etmişdir.

23. İşin hallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi ümumi və güzəştli stajla bağlı iş materiallarında mövcud olan sübutların araşdırılması nəticəsində belə qənaətə gəlmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2018-ci ildə onun qanunvericiliklə tələb olunan həm 25 ildən çox ümumi, həm də 12 il 6 aydan çox xüsusi stajının mövcudluğu təs diq olunur. Kollegiya bu hissədə apellyasiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, stajların mövcudluğu ilə bağlı məsələyə dair işdəki sübutlar onların mümkünlüyü, mötəbərliyi, aidiyyəti və yetərliliyi ilə bağlı prinsiplər nəzərə alınmaqla yoxlanılmış və qiymətləndirmişdir.

24. Lakin kollegiya digər hissədə - pensiya kapitalı şərtinə münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

25. Belə ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının tələb olunandan az olmasına münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin olunması üçün “pensiya kapitalı” tələb olunmur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinadla belə hesab etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə onun ümumi və xüsusi iş stajının tamamlandığı nəzərə alınmalı, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün bu kateqoriya şəxslərə münasibətdə “pensiya kapitalının tələb olunmaması” ilə bağlı şərt “qazanılmış hüquq konsepsiyası” baxımından iddiaçıya da şamil olunmalıdır.

26. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi hazırkı işin hallarına münasibətdə tətbiq edilməklə iddiaçıya 60 yaşdan pensiya təyin etməyə əsas ve rmir.

27. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

28. Hüquq normalarının qüvvəsinin geriyə şamil edilməməsi normaların zaman baxımından tətbiqi ilə bağlı əsas ümumi prinsiplərdən biridir. Bu prinsip ümumən normanın qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiqini qadağan etməklə, yeni tənzimləmənin ancaq qüvvəyə mindiyi tarixdən sonra yaranmış hadisələrə tətbiqini mümkün edir. Prinsip özündə iki məq sədə xidmət edir – həm şəxslər, həm də inzibati orqanlar üçün proqnozlaşdırıla bilən bir vəziyyət və idarəçilik qaydası yaratmaq; bir hüquqi vasitə kimi şəxslərin konkret subyektiv hüquqlarının həyata keçirilməsini təmin etmək.

29. Bununla yanaşı, sosial təminat hüququ sahəsində qanunverici kifayət qədər geniş mülahizə sərbəstliyinə malikdir. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsindəki mülahizə sərbəstliyi ilk növbədə pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə ehtiyac yarandıqca mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsində qanunvericini n malik olduğu geniş imkanları nəzərdə tutur.

30. Bu mənada, kollegiya qeyd edir ki, müşahidə olunan olur ki, qanunverici 13 may 2022-ci il tarixdə qəbul etdiyi qanunla güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququnun yaranmasına münasibətdə yeni tənzimləmələr gətirmiş, bu zaman həm də özünün malik olduğu mülahizə sərbəstliyindən istifadə etməklə keçid normaları müəyyən edərək yeni tənzimləmələrin bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməyəcəyini aşkar təsbit etmişdir. Bu halda, qanunvericinin həmin iradəsi hüquqtətbiqi praktikasında da rəhbər tutulmalı, hüquq normasının zamanı görə qüvvəsinə dair ümumi prinsip tətbiq edilməli, yeni tənzimləmələr keçid norma nəzərə alınmaqla yalnız qüvvəyə mindiyi gündən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır.

31. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən “qazanılmış hüquq” konsepsiyasına istinad da əsaslı olmamışdır. Ümumiyyətlə, qazanılmış hüquqla bağlı məsələyə münasibətdə ilk növbədə Qanunda edilmiş dəyişikliyin mahiyyəti təhlil olunmalı, daha sonra həmin dəyişikliyin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edib-etmədiyinə, eləcə də yeni tənzimləmənin geriyə şamil edilməsinin yolverilənliyinə qiymət verilməlidir.

32. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər m əhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Sosial təminat hüququ sahəsində qazanılmış hüquq konsepsiyasının tətbiq edilə bilməsi üçün qanunda dəyişiklik edilənədək qanunvericiliyin tələb olunan bütün şərtlərinə riayət olunmaqla hüququn özünün əldə edildiyi müəyy ən edilmiş olmalıdır.

33. Bu mənada, hazırkı işin hallarından görünür ki, iddiaçıya münasibətdə qazanılmış hüququn mövcudluğu müəyyən olunmur. Çünki, ona 60 yaşdan pensiya təyin edilə bilməsi üçün həmin vaxt qüvvədə olan qanunverici həm də pensiya kapitalı şərtinin ödənilməsini tələb edirdi. İşin hallarından isə müəyyən edilir ki, sözügedən şərt ödənilməmiş, beləliklə, 60 yaşdan pensiya hüququ yaranmamış, qazanılmamışdır.

34. Bununla yanaşı, kollegiya hesab edir ki, təkrar apellyasiya baxışında iddiaçıya yardım edilərək 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyanın tələbləri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünlüyü müzakirə edilə bilər.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 21(103)-106/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar