Məhkəmə qərarları › İş №2-1(102)-1634/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1634/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1634/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1634/2020) Açar sözlər: yaşa görə əmək pensiyasının təyin olunması, sosial sığorta stajının arayışa əsasən müəyyən edilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-nin Yevlax şəhər şöbəsi) qarşı “xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixədək Yevlax rayon Qaz İstismar İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-190/2020 saylı xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və Yevlax rayonun Ərəş kəndində qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı 1972.xx.xx- 1974.05.17, 1974.xx.xx-1976.05.17, 1976.xx.xx-1978.10.02, 1978.xx.xx-1998.01.05, xx.xx.1972-xx.xx.1974, xx.xx.1974-xx.xx.1976, xx.xx.1976xx.xx.1978, xx.xx.1978-xx.xx.1998-ci illərdə müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı DSMF-nin Yevlax rayon şöbəsinə müraciət edərək, xx xxxx 1993-cü ildən xx xxxxxx 1998-ci ilə kimi Yevlax Qaz İdarəsində işləməsi faktını da nəzərə almaqla, ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya **********4 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, iddiaçının işdən azad olunması (xx.xx.1998-ci il) və əmək haqqı cədvəlləri haqqında işlədiyi X6 (hazırkı adı X7 İstismar idarəsi) idarəsində heç bir məlumat (əmək haqqı cədvəlləri və həmin illərə aid əmr kitabları) yoxdur. Ona görə də onun X6 idarəsində nə v axtdan nə vaxta kimi işləməsini müəyyən etməkdə çətinlik yaranmışdır. Əmək haqqı cədvəllərinin və əmr kitablarının Dövlət Arxivində saxlanılmaması səbəbindən xx.xx.1993-cü ildən xx.xx.1998-ci il tarixə kimi olan dövrlər sosial sığorta stajına qəbul edilməsi tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Yevlax rayon Qaz İstismar İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onu nla əsaslandırmışdır ki, xx.xx.1972-ci ildən əmək fəaliyyətinə başlamış və xx.xx.1998-ci ilədək müxtəlif müəssisələrdə işləmişdir. xx.xx.2019-cu il tarixdə 64 yaşa çatmaqla həmin tarixdən yaşa görə pensiya almaq hüququ yaranmışdır. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasına gəlməmişdir. Cavabdehin məhkəməyə göndərdiyi yazılı etirazınının məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin 2-1(116)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilərək, DSMF-nin Yevlax şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Yevlax ray on Qaz İstismar İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Yevlax rayon Qaz İstismar İdarəsində işləməsi “xxxx” X1 X3 xx.xx.2013-cü il tarixli 90 nömrəli arayışı və “xxxx” X2 X4 İdarəsinin 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışı ilə təsdiq olunur. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-190/2020 saylı, xx xxx 2020-ci il tarixli qər arı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və E.Hüseynov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, əmək kitabçasında iddiaçının işdən nə vaxt azad olunmağı barədə göstərişin olmadığı və müəssisənin xx.xx.1998-ci il tarixli 01 saylı əmri ilə öz hesabına uzun müddətli məzuniyyətə buraxılmadığından yoxlamanın həyata keçirilməsinin mümkün olmadığı və bu səbəbdən həmin dövrlərin sosial sığorta stajına daxil edilə bilməyəcəyi qeyd olunmuşdur. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə pensiya təyin edilməsi üzrə yaranmış mübahisədir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitu siyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hiss əsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:

1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur və 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Yəni iddiaçı yaşa görə pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuşdur. Həmçinin pensiya təyin edən orqana müraciət etdiyi vaxt iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamasına baxmayaraq, sosial sığorta stajı ona pensiya təyin olunmasına imkan verirdi. Belə ki, iş materiallarına əlavə olunmuş, əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixli əmrlə X5 Kontorunda 3-cü dərəcəli çilingər kimi işə qəbul olunmuş, xx.xx.1979-cu il tarixli əmrlə 4-cü dərəcəli çilingər, xx.xx.1980-ci il tarixli əmrlə 5-ci dərəcəli çilingər keçirilmiş, xx.xx.1982-ci il tarixli əmrlə Xaldan sahəsinə usta vəzifəsinə dəyişdirilmiş, xx.xx.1993-cü ildən «xxxx» Dövlət Şirkətinin tərtib etdiyi ştat cədvəlinə uyğun olaraq usta vəzifəsindən 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmişdir. Əmək kitabçasında iddia çının hansı tarixdə işdən azad edildiyi barədə qeydiyyat aparılmamışdır. Məhkəmələr bu xüsusatı araşdırmaq üçün sorğular etmiş və sorğulara cavab olaraq “xxxx” X1 X3 verdiyi xx.xx.2013-cü il tarixli 90 nömrəli arayışı və “xxxx” X2 X4 İdarəsinin 161 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək Yevlax rayon Qaz İstismar İdarəsində işləmişdir. Cavabdeh arxiv arayışında göstərilmiş məlumatlarla da razılaşmamışdır. Lakin cavabdeh nəyə görə arxiv arayışında əksini tapmış məlumatları qəbul etmədiyini göstərməmişdir. Cavabdeh tərəf həmçinin kassasiya şikayətində bildirmişdir ki, əmək kitabçasında iddiaçının işdən nə vaxt azad olunmağı barədə göstərişin olmadığı və müəssisənin xx.xx.1998-ci il tarixli 01 saylı əmri ilə öz hesabına uzun müddətli məzuniyyətə buraxılmadığından yoxlamanın həyata keçirilməsinin mümkün olmadığı və bu səbəbdən həmin dövrlərin sosial sığorta stajına daxil edilə bilməyəcəyi qeyd olunmuşdur. Cavabdeh tərəfin bu dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, X6 İdarəsinin xx.xx.1998ci il tarixli 1 nömrəli əmrinin təsdiqlənmiş surəti işə əlavə olunmuşdur. Həmin əmrin məzmununda açıq şəkildə göstərilmişdir ki, maliyyə çətinlikləri ilə əlaqədar olaraq 20 nəfər işçilərdən başqa bütün işçilər xx.xx.1998-ci il tarixdən öz hesablarına məzuniyyətdə hesab olunsunlar. 20 nəfər işçilərin adları və soyadları əmrdə sıra ilə göstərilmişdir. Həmin işçilərin arasında iddianın adı yoxdur. Bu sübutlar müqayisəli şəkildə təhlil olunduqda, iddiaçının xx.xx.1998-ci il tarixədək qeyd olunan idarəd ə işlədiyi şübhə doğurmur. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə, yəni 1992-ci ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını subut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər K abinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan di gər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusi yanın bu norması, hazırki işin stajla bağlı hissəsinin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına istinad olunmasına imkan verir. Bu halda iddiaçının 1993-1998-ci illərə aid əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati prakt ika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). İddiaçının pensiya yaşına çatması və 25 il sığorta stajına malik olması «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən ona pensiya təyin olunması üçün yetərlidir və onun fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olubolmamasının araşdırılmasına zərurət yoxdur. Apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticə vi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-190/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar