Məhkəmə qərarları › İş №2-1(102)-1634/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1634/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1634/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş müddət üzrə əmək pensiyasının ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyina t İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) “keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 2-1(103)-1250/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprel ayından 2019-cu il 1 noyabr tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 12 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, əmək pensiyası ilə sosial müavinət məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından ərizədə qeyd edilən keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 28 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının ödənilməyən hissəsinin hesablanaraq ödənilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) tətbiq ed ilməsi və 2015-ci ilin aprel ayından 2019-cu il 1 noyabr tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli, 2-1(112)-4283/2020 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 2-ci qrup əlilliyi 1985-ci ildən, uşaqlıqdan müəyyən olunduğundan, ona ailə başçısı itirməyə görə 2019-cu il 1 noyabr tarixdən atası X4 əmək pensiyasının 80% məbləğində əmək pensiyası tətbiq edilmişdir. İddiaçının anası X1 ailə başçısını itirməyə görə atası X4 əmək pensiyasının 80% məbləğində pensiyasının vəfat etdiyi tarixə 2015-ci il mart ayının 28-dək almışdır. İddiaçı cavabdeh tərəfindən ailə başçısı itirməyə görə 2019-cu il 1 noya br tarixdə təyin edilmiş, əmək pensiyasını almaq hüququ 2015-ci il 29 mart tarixdən (anasının ölümündən sonra) yaranmışdır. O, bir vətəndaş kimi itirdiyi gəlir kompensasiyasını almaq hüququna malikdir. Cavabdehin etirazları: 6 Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli, 2-1(112)-4283/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının 2016-cı il 1 noyabr tarixdən 2019-cu il 1 noyabr tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, idd ia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının 2015 – 2019-cu illər üzrə ödənilməmiş məbləğini tələb etsə də, bu məsələyə münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1, 37.7-ci maddələrinin (həmin maddələrin 2017-ci il 1 iyul tarixdən qüvvədə olan) tələbləri tətbiq edilməlidir. Belə ki, iddiaçı ödənilməmiş pensiya məbləğinin 2016-cı ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək olan dövrə aid hissəsini tələb edə bilər ki, həmin məbləğ də ona «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməli və bu ödəmədən ona verilmiş sosial müavinət məbləği çıxılmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələb inin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 2-1(103)-1250/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər tə şkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçıya 2019-cu il 1 noyabr tarixdə cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 20.13-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə mərhum atası X4 almalı olduğu əmək pensiyasının (1694,55 manat) 80 faizi-1355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir'. Göründüyü kimi, məhkəmə, ƏPQ-nin 32.1-1-ci maddəsini düzgün şərh edilməmişdir. Belə ki, həmin maddənin tətbiq edilə bilməsi üçün şəxsə pensiya təyin edildiyi tarixlə şəxsin pensiya h üququnun yarandığı tarix arasında 3 il və ya daha çox müddətin mövcudluğu tələb olunur. Başqa sözlə, İddiaçıya münasibətdə bu maddənin tətbiq edilə bilməsi üçün İddiaçıya pensiya təyin edilmə tarixinin 2019-cu il 1 noyabr deyil, 2015-cı il 29 mart olması zəruri idi. Əks halda, təyinat tarixi ilə müraciət tarixi arasında yaranmış pensiya fərqinin ödənilməsi üçün hüquqi əsas (inzibati orqanın müvafiq aktının) mövcud olmur. Çünki inzibati orqanın pensiya təyin etməsi haqqında qərarı inzibati aktdır və həmin aktın qəbulundan sonra cavabdeh orqanın pensiya ödəmək öhdəliyi yaranır. Digər tərəfdən, yenidən hesablama və əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi öhdəliyinin əsasında məhz pensiyanın müraciət tarixindən 3 il və ya daha çox əvvəl üçün təyin olunması şərti dayanır. Bu səbəblədir ki, inzibati orqan ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən yalnız müraciət tarixindən (pensiyanın təyin edildiyi tarixdən deyil!) geriyə üç il üçün ödəmə aparmaq öhdəliyini daşıyır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmə qaldırılan iddiala rda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş süb utları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütöv lükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

21. Normanın məzmunundan göründüyü kimi, şəxsə əmək pensiyası ödənilməsi üçün (o cümlədən, Qanunda nəzərdə tutulmuş üç il müddət üçün), ilk növbədə, həmin şəxsə onun hüququ ilə əhatə olunan əmək pensiyası təyin edilməlidir. Başqa sözlə, iddiaçının iddia etdiyi məzmunda (birinci instansiy a məhkəməsinin təmin etdiyi hissədə) tələbinin təmin olunması üçün, onun hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin olunması barədə qərar (inzibati akt) mövcud olmalıdır. Hazırkı halda, inzibati orqanın özü tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməmiş, məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə inzibati akt qəbul etmək öhdəliyi qoyulmamışdır.

22. İşdən göründüyü kimi, iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilərək «ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çaxmaqla) tətbiq edilməsi və 2015-ci ilin aprelindən 2019-cu il 1 no yabr tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmiş, birinci instansiya məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli qərardadı ilə iddia tələbi «ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək (ödənilmiş sosial müavinətlərin məbləği çıxmaqla) tətbiq edilməsi və 2015-ci ilin aprelindən 2019-cu il 1 noyabr tarixədək ödənilməmiş əmək pensiyası hissəsinin ödənilməsi» kimi icraata qəbul edilmişdir.

23. Göründüyü kimi, məhkəmə (iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığı halda) iddiaçının “ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 2015-ci ilin aprel indən tətbiq edilməsi” məzmunda tələbinin, onun əslində arzuladığı nəticəyə uyğun ifadə edilməsində, tam aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım etməli idi.

24. Cavabdeh düzgün olaraq qeyd edir ki, yenidən hesablama və əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi öhdəliyinin əsasında məhz pensiyanın müraciət tarixindən 3 il və ya daha çox əvvəl üçün təyin olunması şərti dayanır. Bu səbəblədir ki, inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən yalnız müraciət tarixindən (pensiyanın təyin edildiyi tarixdən deyil) geriyə üç il üçün ödəmə aparmaq öhdəliyini daşıyır.

25. Cavabdehin 2020-ci il 12 fevral tarixli imtina məktubunun məzmununa görə, iddiaçı keçmiş dövr üzrə fərq məbləğinin hesablanması haqqında ərizə ilə cavabdehə 2020-ci il 16 yanvar tarixdə müraciət etmişdir. Bunun təsdiq edildiyi halda, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddət də məhz həmin müraciət tarixi nəzərə alınmaqla müəyyən edilməlidir.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 may tarixli, 21(103)-1250/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar