Məhkəmə qərarları › İş №2-1(102)-1634/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1634/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1634/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1976-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazir liyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(103)-769/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bağ sahəsinin icarəyə verilməsinə dair 29 dekabr 1967-ci il tarixli müqaviləyə əsasən, Ləhiş bağ massivində 157 saylı, 0,25 ha torpaq sahəsi İddiaçı Nuri oğluna 29 dekabr 1973-cü ilədək icarəyə verilmişdir. 2. 2 fevral 1971-ci il tarixli müq aviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı, 0,25 ha bağ sahəsi X1 istifadəsinə verilmişdir. 3. 2 fevral 1971-ci il tarixli müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsində o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir.

4. Bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona 17 may 1982-ci il tarixli və 14 oktyabr 1982-ci il tarixli məktub göndərilmişdir. Məktubların icarəçiyə çatmasına dair işdə sübut mövcud deyildir. 5. 4-cü sahənin böyük mühəndisi E.İ.Tağıyev tərəfindən Bakı şəhər Bağlar Təsərrüfatı İdarəsinin rəisi İ.İ.Vəkilova ünvanlanmış xx.xx.1983-cü il tarixli məlumata əsasən qeyd olunmuşdur ki, Ləhiş sahəsində yerləşən 157 nömrəli bağın icarədarı X1 idarəyə verdiyi ərizəsi yerində yoxlanılmış və məlum olmuşdur ki, o, bağ verilən ildən halhazıra qədər bağdan istifadə etməmişdir, ona görə də 15469 nömrəli müqavilənin vaxtı uzadılmamışdır.

6. Lakin müqavilənin müddətinin uzadılmasından yaxud da yeni müqavilənin bağlanmasından imtina barədə hər hansı sübut iş materiallarına əlavə edilməmişdir.

7. X3 xx.xx.1991-ci ildə vəfat etmiş, 39 saylı notariat kontoru tərəfindən iddiaçı T.H.Əliyevanın vərəsəsi müəyyən edilmişdir.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı, 0.25 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdeh 16 noyabr tarixli 2016-cı il məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, bağ sahəsinin nömrəsinə əsasən naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq mövcuddur. Belə ki, bölgü sxeminə əsasən 157 saylı bağ sahəsi əvəzinə başqa bir torpaq sahəsinin ərazisi göstərilmişdir və göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən 4500 m aralı məsafədə yerləşir. Həmçinin, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazinin 157 saylı bağ sahəsinə aidiyyəti yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı 26 iyul 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı 0.25 ha bağ sahəsinin faktiki koordinatları daxilində onun üzərində mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı bağ sahəsi xx.xx.1971-cü il tarixli 15469 saylı müqavilə ilə mərhum X1 istifadəsinə verilmişdir. Həmin bağ sahəsi uzun müddət mərhumun icarəsində olmuş və mübahisəsiz olaraq tərəfindən istifadə edilmişdi r. Əliyeva Tahirə vəfat etdikdən sonra bağ sahəsi vərəsəlik hüququ əsasında iddiaçının istifadəsinə keçmişdir. Hal-hazırda iddiaçının istifadəsindədir. Daha sonra mülkiyyət hüquqlarının mərhumun adına qeydiyyata alınması və buna dair çıxarışın və plan-ölçünün verilməsi üçün cavabdeh idarəyə tərəfindən müraciət edilmişdir. Lakin cavabdeh orqan formal və əsassız mülahizələrə istinad edərək tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 21(82)-2990/2019 nömrəli qərarı (hakim Z.M.Tağıyev) ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı 0.25 ha bağ s ahəsinin faktiki koordinatları daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum anası mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, anası X1 xx.xx.1991-ci ildə vəfat etdiyini bildirmiş, bu səbəbdən iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 157 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2020-ci il tarixli, 2-1(103)-144/2020 nömrəli qərarı (hakimlər S.S.Seyidova /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və İ.B.Əhmədov) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2990/2019 nömrəli qərarı dəyişdirilmiş, qərarının nəticə hissəsində “çıxarış” ifadəsi “arayış” ifadəsi ilə əvəz edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən, müqaviləyə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində m ülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir.

18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1155/2020 nömrəli qərarı (hakimlər İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və İ.Ə.Şəfiyev) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2020-ci il tarixli, 2-1(103)-144/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 157 saylı bağ sahəsinə dair arxiv qovluğunun təsdiq edilmiş surətinin təqdim edildiyini qeyd etsə də, həmin sənədləri tam tədqiq etməmişdir. Belə ki, məhkəmənin əsaslandığı müqavilənin 13-cü bəndinə görə onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsindən göründüyü kimi, o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin icarəçinin ərizəsinin yerində yoxlanması zamanı məlum olmuşdur ki, bağ sahəsi verilən ildən bağdan istifadə etmədiyinə görə müqavilənin müddəti uzadılmamışd ır. Bundan sonra bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona təkrar məktublar göndərilmişdir. Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə işdə məlumat yoxdur. Beləliklə, iddiaçının hazırkı məzmunda iddia qaldırmağa subyektiv hüquqa malik olduğunun yoxlanılması üçün, ilk növbədə miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olub-olmadığı müəyyən edilməli idi. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli, 21(103)-559/2021 nömrəli qərardadı (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmi ş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2990/2019 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

22. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı 0.25 ha bağ sahəsinin X1 istifadəsinə verilməsinə dair müqavilənin müddəti xx.xx.1981-ci il tarixdə bitdiyindən, həmin müqavilənin müddətinin uzadılmasına dair iş materiallarında hər hansı sənəd-sübut olmadığından, yəni miras qoyanın öldüyü məqamda həmin bağ sahəsinə əşya hüququnun olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair subyektiv hüququ mövcud deyildir.

23. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1842/2021 nömrəli qərarı (hakimlər R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli, 21(103)-559/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, T.H.Əliyeva ilə müqavilənin müddətinin fevral 1981-ci ildə bitməsinə baxmayaraq, ondan sonrakı dövrdə müqavilə münasibətlərinə xit am verilməsi barədə Trestin rəhbərliyi tərəfindən hər hansı hərəkət müəyyən edilməmiş, əksinə, ondan bir il sonra, yəni 3 mart 1982-ci ildə T.H.Əliyeva müqavilənin müddətinin uzadılması barədə ərizə ilə trest rəhbərliyinə müraciət etmiş, Trestin işin 4 və 60-cı səhifələrində olan məktublarında bağın icarəyə verilməsi ilə bağlı sənədlərin yenilənməsi üçün T.H.Əliyevanın trestə dəvət edildiyi qeyd edilmişdir. Odur ki, T.H.Əliyeva ilə müqavilənin müddəti bitdikdən sonra müqavilə tərəflərinin etirazı olmadığından və torpaq sahəsindən istifadə davam etdirildiyindən müqavilə qeyrimüəyyən müddətə təzələnmiş hesab olunmuşdur. Fevral 1981-ci ildə icarə müqaviləsinin müddətinin bitməsindən sonra icarədarın müqavilə şərtlərini tam və ya qismən yerinə yetirmədiyinə dair hər hansı sübut təqdim edilmə mişdir. İcarə müqaviləsinin müddətinin uzadılmasından imtina ilə bağlı cavabdeh hər hansı dəlil təqdim etməmiş, bu barədə məhkəmə mübahisəsinin olduğuna dair tələb səsləndirməmişdir. Sonrakı dövrlərdə qüvvədə olan hüquq normalarına görə, torpaq sahəsindən icarə hüququna xitam verilməsi barədə məhkəmə qərarının olması zəruri idi, lakin icarə münasibətlərinə xitam verilməsinə dair məhkəmə qərarı mövcud olmamışdır. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat 26. 11 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi mübahisələndirilən bağ sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

27. İddiaçın ın, üçüncü şəxsin nümayəndəsinin və cavabdehin mütəxəssisinin iştirakı ilə 18 mart 2022-ci il tarixdə keçirilən yerli baxış zamanı üçüncü şəxsin nümayəndəsi üçüncü şəxsə ayrılan torpaq sahəsinin yolun qarşı tərəfində yerləşdiyini, mübahisələndirilən torpaq sahəsinin onların torpağa aidiyyətinin olmadığını bildirmişdir.

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(103)-769/2022 nömrəli qərarı (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2990/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2 fevral 197 1-ci il tarixli müqavilənin 13-cü bəndinə görə, onun qüvvədə olma müddəti 2 fevral 1981-ci il tarixədək müəyyən edilmişdir. Bağın icarəçisi X1 arxiv qovluğunda olan 3 avqust 1982-ci il tarixli ərizəsində o, müqavilənin müddətinin başa çatdığına istinad edərək onun müddətinin uzadılması barədə göstəriş verilməsini xahiş etmişdir. Bağ sahəsinə dair icarə müqaviləsinin təzələnməsi üçün icarəçinin Bağlar Təsərrüfatı İdarəsinə dəvət edilməsi barədə ona 17 may 1982-ci il tarixli və 14 oktyabr 1982-ci il tarixli məktub göndərilmişdir. Lakin müqavilənin müddətinin uzadılması (yaxud yeni müqavilənin bağlanması) barədə hər hansı sənəd sübut iş materiallarına əlavə edilməmişdir. X3 xx.xx.1991-ci ildə vəfat etmiş, 39 saylı notariat kontoru tərəfindən iddiaçı T.H.Əliyevanın vərəsəsi müəyyən edilmişdir. İcarə müqaviləsi T.H.Əliyevanın adına 2 fevral 1981-ci ilədək müddətə bağlanmışdır. T.H.Əliyeva vəfat edən zaman qüvvədə olmuş Torpaq Məcəlləsinin 12-ci maddəsinin tələbinə görə, torpaq sahələrindən müvəqqəti istifadə müddəti bu sahələri vermiş orqanlar tərəfindən uzadılırdı. Mübahisəli torpaq sahəsi mərhuma Bakı şəhər XDSnin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti tərəfindən verilmişdir. İcarə müddəti bitdikdən sonra müddətin uzadılmasından imtina barədə Trest tərəfindən hər hansı qərar qəbul edilməsinə dair sübut mövcud olmamış, həmçinin, xx.xx.1983-cü il tarixli məlumata əsasən, müqavilənin vaxtının uzadılmadığı qeyd edilsə də, həmin məlumatdan sonra Trest rəhbərliyi tərəfindən müqavilənin vaxtının uzadılmasından imtina olunması işdə olan sənədlərlə təsdiq olunmamışdır. Digər tə rəfdən, 1981-ci ilin fevral ayında müqavilə müddəti tamam olan vaxt qüvvədə olmuş Mülki Məcəllənin 276 və 291-ci maddələrinin tələbinə görə, müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. T.H.Əliyeva bağlar təsərrüfatı idarəsinin rəisinə yazdığı 3 mart 1982-ci il tarixli ərizəsində müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. T.H.Əliyeva ilə müqavilə müddəti fevral 1981-ci ildə bitməsinə baxmayaraq, ondan sonrakı dövrdə müqavilə münasibətlərinə xitam verilməsi barədə Trestin rəhbərliyi tərəfindən hər hansı etirazın olunduğu müəyyən edilməmiş, əksinə, daha bir il sonra, yəni 3 mart 1982-ci ildə T.H.Əliyeva müqavilənin müddətinin uzadılması xahişi ilə ərizə ilə trest rəhbərl iyinə müraciət etmiş, Trestin işdə olan məktublarında bağın icarəyə verilməsi ilə bağlı sənədlərin yenilənməsi üçün T.H.Əliyevanın trestə dəvət edildiyi qeyd edilmişdir. Eyni zamanda, 2 fevral 1971-ci il tarixli müqavilənin 8-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin bütün maddələrini yerinə yetirdikdə icarədara yeni müddətə müqavilə bağlamaqda hüquq üstünlüyü verilir. Bununla əlaqədar icarə müqaviləsinin müddətinin bitməsindən sonra icarədarın müqavilə şərtlərini tam və ya qismən yerinə yetirmədiyinə dair hər hansı sübut təqdim edilməmişdir. T.H.Əliyeva ilə bağlanmış müqavilə müddəti keçdikdən sonra müqavilə tərəflərinin etirazı olmadığından və torpaq sahəsindən istifadə davam etdirildiyindən, müqavilə qeyrimüəyyən müddətə təzələnmiş hesab olunmuşdur. xx.xx.1971-ci il tarixli icarə müqaviləsi qanuni əsaslarla bağlanmış və hər hansı qaydada mübahisləndirilməməklə hazırda qüvvədədir.

30. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, şəxsin istifadəsindəki bağın yerləşdiyi torpağın dövlət qeydiyyatına alınmasını yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Cavabdeh orqan iddiaçının müraciətinə verilən imtina cavabını yuxarıda qeyd edilən uyğunsuzluqla əsaslandırsa da, həmin uyğunsuzluğun aradan qaldırılması məqsədilə hər hansı araşdırma aparmamış, həmçinin sxematik xəritəyə əsasən 157 sayla qeydiyyata alınan digər 157 saylı bağ sahəsinə dair hər hansı hüquqi və fiziki şəxs ə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat təqdim etməmişdir. Belə olan halda, nəticə etibarı ilə sxematik xəritədəki məlumata əsaslanaraq torpaq sahəsinin qeydiyyatından imtina edilməsi barədə cavabdehin mövqeyi əsaslı qəbul edilə bilməz. Digər tərəfdən, cavabdeh tərəfindən təqdim edilən 157 sayla qeydə alınan bağ sahəsinin plan-cizgisindən həmin sahənin qonşuluğunda yerləşən torpaq sahələrinin 156, 158, 212 kimi nömrələrlə qeydiyyata alındığı görünsə də, məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, sözügedən torpaq sahələrinin qeydiyyatı ilə bağlı hüquqmüəyyənedici sənədlər də məhkəməyə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, T.Əliyevanın adına bağlanmış xx.xx.1971-ci il tarixli hazırda qüvvədə olan icarə müqaviləsi iddiaçıya mərhum anasının adına torpaq sahəsinə dair arayışın verilməsinə qanuni əsasdır.

31. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh apelyasiya şikayətinin dəlillərinə əsaslanan kassasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən İdarəyə müraciət zamanı göstərilən bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olmuşdur. Belə ki, göstərilən sahə bağ sahəsinin öz həqiqi yerindən təxminən 4500 metr aralı məsafədə yerləşir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-769/2022 nömrəli qərarı İdarəyə daxil olduqdan sonra iddiaçının iştirakı ilə yenidən torp aq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iddiaçı ilkin müraciəti zamanı iddia etdiyi torpaq sahəsini deyil, fərqli torpaq sahəsini göstərir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 2584 kv.metrdir. Torpaq sahəsinin bir hissəsi qonşu hasarla, digər hissələri isə şərtidir. Sahənin bir hissəsinin relyefi mailidir və ümumi torpaq sahəsində tikili yoxdur. Bağ sahəsinin konfiqurasiyası, ölçüləri və nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin, torpaq sahəsinin daxilində yol mövcuddur. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin qonşu bağ nömrələri 6207, 6208, 6209, 6210 və 5785-dir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəs inə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Sözügedən maddədə qeyd olunan qanuni istifadə torpaq sahəsinə həm faktiki istifadəni, həm də istifadənin hər hansı hüquqmüəyyənedici sənədlə təsdiqlənməsini nəzərdə tutur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, sözügedən torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyil. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllə Maddə

272. Əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsinə görə kirayədar, əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçiyə verməyi öz öhdəsinə götürür. Maddə

274. Əmlak kirayə müqaviləsinin müddəti Əmlak kirayə müqaviləsinin müddəti tərəflərin razılığı ilə, on ildən artıq olmayan müddətə müəyyən edilir. Dövlət, kooperativ və sair ictimai təşkilatlar arasında tiki ntilərin və ya qeyri-yaşayış binalarının kirayə müqaviləsinin müddəti beş ildən, avadanlığın və sair əmlakın kirayə müqaviləsinin müddəti isə bir ildən artıq olmamalıdır. Müqavilə bu maddədə göstərildiyindən daha uzun müddətə bağlandıqda, müvafiq olaraq on il, beş il və ya bir il müddətinə bağlanmış hesab olunur. Maddə

275. Qeyri-müəyyən müddətə bağlanan əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsi müddət göstərilmədən bağlandıqda, bu Məcəllənin 274-cü maddəsi ilə müəyyən edilən müddətlər dairəsində, qeyri-müəyyən müddətə bağlanmış hesab olunur. Tərəflərdən hər biri, digər tərəfi: tikinti və qeyri-yaşayış binaları kirayəyə verildikdə — üç ay əvvəl, sair əmlak kirayəyə verildikdə isə — bir ay əvvəl bu barədə yazılı formada xəbərdar etməklə, istədiyi vaxt müqaviləni xitam etməyə haqlıdır. Maddə

276. Müqavilənin müddəti keçdikdən sonra əmlakdan istifadənin davam etdirilməsi Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Bu qayda dövlət, kooperativ və sair ictimai təşkilatlar arasındakı müqavilələrə, habelə məişət burovuz müqavilələrinə tətbiq edilmir (16). Maddə

291. Əmlakdan əvəzsiz istifadə müqaviləsi Əmlakdan əvəzsiz istifadə müqaviləsinə görə bir tərəf, əmlakı digər tərəfə müvəqqəti və əvəzsiz istifadəyə verir və ya verməyi öz üzərinə götürür, digər tərəf isə həmin əmlakı qaytarmağı öhdəsinə götürür. Əmlakdan əvəzsiz istifadə müqaviləsinə müvafiq surətdə bu Məcəllənin 273, 275, 276, 278, 281 və 286-cı maddələrinin qaydaları tətbiq edilir. 35. 1 yanvar 1970-ci ildə qüvvəyə minmiş Torpaq Məcəlləsi Maddə

12. Torpaqdan istifadə müddətləri Torpaq müddətsiz və ya müvəqqəti istifadəyə verilir. Torpağın müddətsiz (daimi istifadəyə verilməsi o deməkdir ki, torpaqdan istifadə üçün qabaqcadan müddət müəyyən edilmir.... Torpaqdan müvəqqəti istifadə qısamüddətli-üç ilədək və uzunmüddətli-üç ildən on ilədək ola bilər. İstehsalata lazım olduqda bu müddətlər, müvafiq surətdə, qısa və ya uzun vaxt üçün müvəqqəti istifadə müddətlərindən çox olmayan dövrədək uzadıla bilər. Torpaq sahələrindən müvəqqəti istifadə müddəti bu sahələri vermiş orqanlar tərəfindən uzadılır. 36. 9 noyabr 1991-ci ildə qüvvəyə minmiş Torpaq Məcəlləsi Maddə

32. Torpaq üzərində mülkiyyət hüququna, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları 1) torpaq sahəsindən kön üllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; 2) torpaq sahəsinin verildiyi müddət bitdikdə;... Maddə

36. Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına xitam verilməsi qaydası Bu Məcəllənin 32-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulan halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, həmin maddədə göstərilən digər hallarda isə torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və digər hüquqlara rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən xitam verilir. Torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qərar qəbul edildiyi gündən, torpaq sahibləri, istifadəçiləri, icarəçiləri torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə ərizə verilən gündən xitam verilir.... 37. “Torpaq islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollekti v bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmi n torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 38. “İcarə haqqında” Qanun Maddə

13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması

1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

2. İcarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir.

3. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir.

4. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır.

5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.

6. İcarəçi vət əndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin. Maddə

14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı mübahisələrə baxılması İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. 39. “Torpaq icarəs i haqqında” Qanun Maddə

15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı AzərbaycanRespublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələdiyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquql ar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. 40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan ç ıxarış;... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Mə cəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, A li Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ

42. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apellyasiya şikayətinin dəlill ərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

47. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı, 0.25 ha bağ sahəsinə dair hüququn ölmüş şəxsə - X2 məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə alm aqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

49. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

50. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə mübahisəli bağ sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə vərəsə olaraq ona arayışın verilməsinə nail olmaqdan ibarətdir.

51. Nəzərə almaq lazımdır ki, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı, 0.25 ha bağ sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətinin uzadılmasından imtina olunduğu, bununla bağlı aidiyyəti orqan tərəfindən hər hansı icraatın aparıldığı və müvafiq qərar qəbul edildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bunu təsdiq edən hər hansı sübut (xüsusilə də bağçılıq təsərrüfatlarına aid sənədlərin cavabdehə təhvil verildiyi nəzərə alındıqda) məhkəməyə təqdim olunmamışdır. Eləcə də icarədar tərəfindən müqavilə şərtlərinin tam və ya qismən yerinə yetirilmədiyinə dair hər hansı sübut iş üzrə materiallara əlavə edilməmişdir. Əksinə, iş üzrə materiallardan görünür ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra T.H.Əliyeva onun müddətinin uzadılması barədə 3 mart 1982-ci il tarixli ərizə ilə Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin Bağ lar Təsərrüfatı Trestinə müraciət etmiş, işdə olan Trestə aid məktublarda həmin bağın icarəyə verilməsi ilə bağlı sənədlərin yenilənməsi üçün T.H.Əliyeva həmin idarəyə dəvət olunmuşdur. Bu baxımdan tərəflərin qeyd olunan davranışları onların icarə müqaviləsinin müddətinin uzadılmasına yönəlmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir.

52. Eyni zamanda yuxarıda istinad olunan normalar baxımından müqavilənin müddətinin bitməsindən sonra müqavilə tərəflərinin müddətin uzadılmasından imtinasını yaxud müddətin uzadılmasına hər hansı etirazını özündə əks etdirən hərəkətlərin edilməsi müəyyən olunmadığından və X3 tərəfindən torpaq sahəsindən istifadə davam etdirildiyindən, həmin müqavilə qeyri-müəyyən müddətə təzələnmiş sayılmalıdır. Belə ki, həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 276-cı v ə 291-ci maddələrinin tələbinə görə, müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Yuxarıda istinad olunan normalara görə, torpaq üzərində mülkiyyət hüququna, torpağa sahiblik, torpaqdan istifadə və torpağın icarəsi hüquqlarına rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qərar qəbul edildiyi gündən, torpaq sahibləri, istifadəçiləri, icarəçiləri torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə ərizə verilən gündən xitam verilir.

53. Bu qərarın 37-ci bəndində istinad edilən normalara əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindək i bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 54. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, hab elə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun.

55. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edil ən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

56. İş üzrə materiallardan göründüyü kimi, mərhum X3 icarə müqaviləsinə və bunun üzərindən yuxarıda istinad olunan normalara əsasən əldə etdiyi daşınmaz əmlaka dair hüququ dövlət qeydiyyatına alınmadan vəfat etmişdir. Bu səbəbdən iddiaçı vərəsəsi olaraq bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

57. Belə ki, həmin qərarın 40-cı bəndində istinad olunmuş normaya görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması ha qqında arayışı qeydiyyat orqanı verir. Yəni həmin müqavilə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ləhiş bağ massivi ünvanında yerləşən 157 saylı, 0.25 ha bağ sahəsi ilə bağlı kassasiya şikayətində istinad olunan məlumatlar bu qərarın 34-40-cı bəndlərində istinad olunan normaların müddəaları baxımından əmlak üzərində etibarlı müqaviləyə əsaslanan hüququn mərhum X2 məxsus olmasını istisna edən hal kimi qiymətləndirilə və bu barədə onun vərəsəsinə müvafiq arayışın (çıxarışın) verilməsindən imtinaya səbəb ola bilməz. 5

9. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçıya müvafiq çıxarışın (arayışın) verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

60. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 21(103)-769/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar