Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1635/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1635/2020) Açar sözlər: pensiya ödənişinin dayandırılması barədə qərarın ləğvi, pensiya ödənişinin davam etdirilməsi. Bakı şəhəri xx xxxxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi cavabd ehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-nin Qəbələ rayon şöbəsi) qarşı “DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-203/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı qizi xx.xx.1966-cı ildə Qə bələ rayonun Uludaş kəndində doğulmuşdur və həmin rayonda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçıya xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuş və pensiya təyin edən komissiyanın qərarına əsasən xx.xx.2017-ci il tarixdən ona əliliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxdan xx.xx.2019-cu il tarixədək iddiaçı əlilliyə görə pensiya almışdır. Lakin xx.xx.2019-cu il tarixdən ona pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı DSMF-nin Qəbələ rayon şöbəsinə müraciət edərək, ona əlilliyə görə pensiya ödənilməsinin davam etdirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya **********2 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş mətninə uyğun ola raq əlilliyə görə əmək pensiyası təyin olunması tələbi ilə DSMFnin Qəbələ rayon şöbəsinə daxil olmuş ərizəyə əlavə olunmuş sənədlər təkrar araşdırılaraq, pensiya təyin edən komissiyada baxılmışdır. Təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayış, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödəməyi barədə arayış və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərməyi barədə ərizə təqdim etmiş, lakin əmək kitabçası təqdim etməməsi, pensiya təyin edən komissiyanın qərarı ilə, Qəbələ rayon Dövlət Arxivi tərəfin dən verilmiş xx.xx.2019-cu il tarixli 110 saylı arayışda qeyd olunmuş, 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda iş dövrü, “Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajına daxil edilməmişdir. Beləliklə də, həmin Qaydaların 3.10-cu bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə məcburi dövlət sosial sığorta haqları ödədiyi və 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq göstərdiyi dövrlər, xeyrinə sığorta fəaliyyəti həyata keçirilməsi təsdiq olunmadığı üçün (əmək kit abçası ilə təsdiqlənən sığorta stajı olmadığı üçün) ümumi iş stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Əmək pensiyaları haqqında" Qanunun 12-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan mətninə uyğun olaraq, əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan 11 il 8 ay sığorta stajı təsdiqlənmədiyi üçün aparılmış təyinat qanunsuz hesab edilmiş və təyin olunmuş pensiyanın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Bundan sonra İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ona əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyasının xx.xx.2019-cu il tarixdən ödənişinin bərp a edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2017-ci il tarixdən əliliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan xx.xx.2019-cu il tarixədək əlilliyə görə pensiya almışdır. Lakin cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. Cavabdehin etirazları: Cavabehin iddia tələbinə qarşı etirazının dəlilləri imtina məktubunun məzmunu ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(116)-304/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilərək, DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı nın ləğv edilməsi, DSMF-nin Qəbələ rayon şöbəsinin üzərinə İddiaçı əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2017-ci il tarixdə əlil olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı iddiaçının kolxozda işlədiyi müddətin əmək kitabçasında qeyd olunmaması və arxiv arayışında soyadının “Muradova” yazılmasından ibarətdir. İddiaçının kolxozda işlədiyi müddət nəzərə alınmasa da, cavabdeh tərəfindən iddiaçıya mübahisəsiz 11 il 8 ay sosial sığorta stajı hesablanmışdır. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-203/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (R.Rəfiyev hakimlər (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-304/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmiş, cavabdeh DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə İddiaçı əlilliyə görə xx.xx.2017-ci il tarixdən təyin edilmiş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənişinin bərpa edilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmiş dir ki, iddiaçının “Azərbaycan” adına kolxozda adam günü normasına uyğun işləməsi və Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2018-ci il 135 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardan 30 günlük şikayət vermə müddətini ötürməklə, yəni xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, məcburetmə haqqında iddia növünün mümkünlük şərtlərindən olan inzibati aktdan şikayət vermə müddəti iddiaçı tərəfindən ötürülmüşdir. Bununla da, Şəki Apelyasiya Məhkəməsi iddianın mümkünlük şərtlərinə düzgün qiymət verməməklə maddi hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə iddiaçının 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsinin təsdiq olunmasına aşkar münasibət bildirdiyindən, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırki iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirilməli, iddiaçının 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxo zda işləməsinin onun sosial sığorta stajına daxil edilməsi barədə iddia tələbinin olmamasına baxmayaraq, həmin illəri iddiaçının işləməsi kimi qəbul etmiş, iddia tələbindən kənara çıxmaqla qərar qəbul etmişdir. Göstərilənlərdən məlum olur ki, apellyasiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsini və həmin kolxozun qeyd olunan dövrlərdə fəaliyyət göstərib-göstərməməsini aydınlaşdırmaq məqsədilə müvafiq qurumlara sorğular verməmiş və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Cavabehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Resbulikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 62.3-cü maddəsi). İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əs asən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə, mahiyyəti üzrə əlilliyə görə pensiya təyin olunması üzrə yaranmış mübahisədir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu növ pensiya almaq hüququnun əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın x əstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək göstərilmişdir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya ikinci qrup əlillik xx.xx.2017-ci il tarixli müayinə aktına əsasən təyin edildiyi üçün ona əlilliyə görə pensiya təyin edilməsinin mümkünlüyünə də həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qiymət verilməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 12.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiy asında əlilliyə görə pensiya təyin olunması üçün zəruri şərtlərdən biri kimi müəyyən olunmuş pensiya kapitalı, iddiaçıya münasibətdə tələb olunmur. Hazırki iddianın təmin olunması üçün iki şərt:
1. İddiaçının əlil olması;
2. İddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması mövcud olmalıdır. Bu şərtlər əsasında işin halları araşdırıldıqda görünür ki, iddiaçının xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlil sayılması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi onun zəruri sosial sığorta stajına malik olmadığını bildirir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu etiraz dəlilinin əsassız olduğunu müəyyən etmiş və iddia tələbini təmin etmi şdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuş və xx.xx.2017-ci il tarixdə ikinci dərəcəli əlil olmuşdur. Ona 51 yaşından əlilliyə görə pensya təyin edilməsi üçün 12 il (51 – 15 = 36 x 4 = 144 / 12 = 12 il) sosial sığorta stajı tələb olunur. İddiaçı sosial sığorta stajını təsdiq edən sübut kimi onun 1989-1992-ci illərdə “Azərbaycan” adına kolxozda işləməsi və adam günü normasına uyğun işlədiyi barədə Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 110 nömrəli arxiv arayışını, həmçinin sağlamlıq imkanları məhdud uşağına xx.xx.2003-cü ildən xx.xx.2016-cı ilədək (12 il 7 ay) qulluq etməsi barədə DSMF-nin Qəbələ rayon şöbəsinin nümayəndəsinin də iştirakı ilə tərtib edilərək imzalanıb möhürlə təsdiqlənmiş xx.xx.2017-ci il tarixli aktı təqdim etmişdir. Cavabdeh iddiaçın kolxozda işlədiyinə dair arxiv arayışında göstərlən məlumatları, əmək kitabçası olmadığına görə qəbul etmir və mövqeyini «“Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1-ci bəndinə uyğun əsaslandırır. Apelyasiya instansiyası məhkəməsi iş stajına dair əmək kitabçası olmamasına baxmayaraq, iddiaçının kolxozda işlədiyinə dair arxiv arayışının stajı təsdiq edən sübut kimi qəbul edilməklə, arayışda göstərilən iş illərinin sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü barədə nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə qanunidir. Belə ki, SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə də, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Naz irlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cu bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxa rışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin digər qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanu nvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü b arədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Bundan başqa, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu döv rdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş və x xxxx 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də eyni qayda nəzərdə tutulmuşdu. Apelyasiya instansiyası məhkəməsi bu müddəalara əsasən, iddiaçının kolxozda qazanılmış iş stajını hesablayarkən iş vaxtının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasını nəzərə almaqla hesablamışdır. Ümumiyyətlə kassasyia şikayətinin dəlilləri təkcə işin o halına əsasən əhəmiyyətsizdir ki, iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşadək uşağına qulluq etdiyi müddət cavabdehin özü tərəfindən tərtib olunub təsdiq edilmiş akta əsasən 12 il 7 ay təşkil edir. Bu müddət "Əmək pensiyaları haqqında" Qanunun 21.2.4-cü maddəsinə əsasən onun sığorta stajına daxil edilən fəaliyyət müddətidir. Yəni əlil olan iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün təkcə bu staj müddəti yetərlidir. Göründüyü kimi iddiaçının əlilliyə görə pensiya təyin olunması üçün zəruri iş stajının olmadığı barədə inzibati orqanın gəldiyi nəticə və bu nəticənin maddiləşdiyi DSMF-nin Qəbələ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı aşkar qanunsuzdur. Məhkəmə kollegiyası xatırladır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinas iya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələri). Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır). Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv olunması barədə apelyasiya instansiyasının gəldiyi nət icə əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxmış məhkəmələr cavabdehin üzərinə iddiaçıya əlilliyə görə pensiya ödənişinin davam etdirilməsi barədə öhdəlik qoyarkən də haqlı olmuşdur. Çünki «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Kassatorun xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərarın ləğv olunması üçün iddia müddətinin iddiaçı tərəfindən buraxıldığı barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki inzibati orqan bu qərarı qəbul edərkən qanunun tələblərinə uyğun inzibati icraat aparması, iddiaçının da icraata cəlb olunması (ona rəsmi məlumat verilməsi), qəbul edilmiş qərarın iddiaçıya rəsmən verilməsi barədə sübut təqdim olunmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi Gülbarə «Muradova»nın adına verilmiş arxiv arayışının məhz iddiaçıya aid sənəd olması barədə nəticəyə gəlməkdə istər prosessual baxımdan, istərsə maddi-hüquqi baxımdan haqlı olmuşdur. Çünki inzibati məhkəmə icraatının İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının araşdırılması prinsipi, məhkəmədən proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağı tələb edir. Bu baxımdan arxiv arayışının həqiqətən də iddiaç ıya aid məlumatları əks edib etməməsini araşdıran zaman məhkəmənin hərəkətləri İPM-dən irəli gələn qanuni prosessual hərəkət olmuş, iddia tələbindən kənara çıxmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər t utaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-203/2020 saylı xx xxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.