Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1635/2022 06.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağı rış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1977-ci il 4 mart tarixdə anadan olmuş və İsmayıllı rayonu Hacıhətəmli kəndində yaşayır. O, İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 1995-ci il 29 iyun tarixli, 177 nömrəli əmri ilə 1995- ci il 30 iyun tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bundan sonra, o, N nömrəli hərbi hissə komandirinin 1998-ci il 25 aprel tarixli, 119 nömrəli əmri ilə 1998-ci il 25 aprel tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı Rayon Hərbi Komissarlığına göndərilmişdir.
2. İddiaçıya 2018-ci il 08 fevral tarixdə Tibbi-sosial ekspert komissiyası tərəfindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digə r zədələnmələrinə görə ikincili hipertenziya, ikincili (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu.
3. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir.
4. Cavabdeh2 onun tələbinə münasibət bildirmədən ərizəsini baxılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərmişdir.
5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci il 11 mart tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı həqiqi hərbi xidmətə çağırılarkən tərtib olun muş şəxsi (həkim mütəxəssislərin rəyi və ya əlavə tibbi müayinələr barədə sənədlər) saxlama müddəti bitdiyi üçün ləğv edilmişdir. Bu səbəbdən həqiqi hərbi xidmətə çağırılarkən səhhəti ilə bağlı şikayətinin olub-olmamasına aydınlıq gətirmək imkan xaricindədir. Eyni zamanda, maddi və mənəvi zərərin ödənilməsinə baxılması Xidmətin səlahiyyəti xaricindədir.
6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə 2020-ci il 13 mart tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı dəymiş maddi və mənəvi zərərin ödənilməsi məsələsi müvafiq sənədlərlə təsdiq edilmədiyi, iddia xarakterli olduğu və bu məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətinə aid olmadığı üçün məsələyə məhkəmə qaydasında baxılmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 202 0-ci il 31 may tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində işə cəlb edilməsini, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılarkən böyrəyindən əziyyət çəksə də, buna əhəmiyyət verən olmamışdır. Hərbi xidmətdən sonra 2015-ci ildə İran İslam Respublikasında müayinədən keçərkən sol böyrəyinin anadangəlmə olmadığı müəyyən edilmişdir. Lakin, hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası vəzifələrini layiqincə yerinə yetirməmiş və onun tək böyrək olması nəzərə alınmamışdır. Həm hərbi xidmətdə olarkən, həm də hərbi xidmətdən sonrakı dövrdə heç bir fiziki işdə çalışmamışdır. Hərbi xidmətdən buraxıldığı vaxtdan əlilliyinin müəyyən edildiyi 2018-ci il 8 fevral tarixədək 283 ay səhhəti ilə əlaqədar işləyə bilməmişdir. Həmin ayların hər birində hazırkı minimum əmək haqqı ilə (283 ay x 180 manat) cəmi 50940 manat gəlirdən məhru m olmuş, eyni zamanda keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində ona 500000 manat məbləğində mənəvi zərər dəymişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı hərbi xidmətə çağırıldığı zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılmış və müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bundan başqa, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsinin nəzərdə tutulmadığı qeyd edilmişdir. Bund an əlavə, iddiaçı ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqsirinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
11. Mübahisənin həlli üçün birinci instansiya məhkəməsinə aşağıdakı sənədlər təqdim olunmuşdur: - "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin 2020-ci il 23 iyul tarixli məktubu: İddiaçı 2017-ci il 13 dekabr tarixdən 2017-ci il 28 dekabr tarixədək "Xroniki böyrək çatışmazlığı ll-lll mərhələ" diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicə almışdır; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 2020ci il 31 iyul tarixli məktubu: Soltanov X1 Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi his sə komandirinin 1995-ci il 29 iyun tarixli, 177 nömrəli əmri ilə 1995-ci il 30 iyun tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 1996-cı il 19 fevral tarixli, 50 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 1997-ci il 18 iyul tarixli, 186 nömrəli əmri ilə 1997-ci il 19 iyul tarixdən bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin 1997-ci il 20 iyul tarixli 202 nömrəli əm ri ilə 1997-ci il 20 iyul tarixdən 6 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 1998-ci il 25 mart tarixli əmrinə əsasən, Silahlı Qüvvələr sıralarından tərxis edildiyi üçün iddiaçı N nömrəli hərbi hissə komandirinin 1998-ci il 25 aprel tarixli, 119 nömrəli əmri ilə 1998-ci il 25 aprel tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı Rayon Hərbi Komissarlığına göndərilmişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 2020ci il 7 sentyabr tarixli məktubu: İddiaçı N nömrəli hərbi hissə komandirinin 1998-ci il 8 mart tarixli, 69 nömrəli əmri ilə müalicə olunması ilə əlaqədar 1998-ci il 8 mart tarixdən briqada tibb məntəqəs inin ərzaq təminatına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin 1998ci il 12 mart tarixli, 73 nömrəli əmri ilə tibb məntəqəsindən çıxarılaraq 14-cü bölüyün ərzaq təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun 1995-ci ildən fevral 1996-cı ilədək olan əmrlərində və N nömrəli hərbi hissə komandirinin mart 1996-cı ildən iyul 1997-ci ilədək olan əmrlərində iddiaçının müayinə və müalicə olunması barədə məlumat aşkar edilməmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 16 fevral tarixli, 2-1(116)-113/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi xidmətə çağırılmazdan əvvəl hər hansı xəstəliklə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmiş, nə də hərbi xidmətə çağırıldığı zaman müayin ə olunarkən hər hansı xəstəliyi ilə bağlı şikayəti olmamışdır. Onun öz iddia ərizəsində bildirdiyinə görə, yalnız bir böyrəyinin olmasını hərbi xidmətdən xeyli sonra müayinə olunarkən bilmişdir. O, Silahlı Qüvvələrdən 1998-ci il 25 aprel tarixdə tərxis edilsə də, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına "Xroniki böyrək çatışmazlığı ll-lll mərhələ" diaqnozu ilə müalicə üçün 19 ildən də artıq müddətdən sonra 2017-ci il 13 dekabr tarixdə müraciət etmişdir. Onun həqiqi hərbi xidmət dövründə hansı xəstəlikdən müalicə alması barədə isə məlumat əldə etmək mümkün olmadı. Beləliklə, cavabdehlərin təqsiri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən edilməmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-234/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1605/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.K.Hüseynov /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-234/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ilk növbədə cavabdeh (onun hüquq sələfi) tərəfindən iddiaçının hərbi xidmətə çağırıldığı vaxtda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun tələblərinin təmin olunub-olunmadığını müəyyən etməli idi.
20. Bundan başqa, iddiaçının sağlamlığından şikayətinin olmadığı barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əgər hər hansı orqanın (hazırkı halda, böyrəyin birinin) olmaması şəxsin hərbi xidmətə yararsızlığının əsası (səbəbi) kimi çıxış edirsə, çağırış komissiyasını n təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır.
21. İddia ərizəsinin ifadə tərzinə görə, iddiaçı ona vurulan zərərin ilkin əsası kimi cavabdehin onu qanunsuz olaraq hərbi xidmətə yararlı hesab etməkdə ifadə olunan təqsirli hərəkətini qeyd edir. Apellyasiya instansiyası məhkəməsi də nəzərə almalı idi ki, iddiaçı hərbi xidmətdə olduğu müddətdə əmək fəaliyyəti ilə məşğul olmaq və ən azından minimum əmək haqqı məbləğində qazanc əldə etmək imkanından məhrum olmuşdur. Həmin vaxtdakı ümumi fiziki göstəricilərinə görə hərbi xidmətə yararlı hesab edilən iddiaçının əmək qabiliyyətli olduğu da qəbul olunmalıdı r.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının həqiqi hərbi xidmət dövründə hansı xəstəlikdən müalicə alması barədə məlumat əldə etməyin mümkün olmadığına dair dəlilə gəldikdə, bu, məhkəməni iddiaçıda müəyyən edilmiş və əlilliyə səbəb olmuş xəstəliyin özünün səbəb əlaqəsinin (o cümlədən, hərbi xidmətlə) müəyyən edilməsi üçün araşdırma aparmaq vəzifəsindən azad etmir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.A.Əsədli /sədrlik edən və məruzəçi/, Ə.T.Məcidov və A.K.Mahmudov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-113/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. 6120 (altı min yüz iyirmi) manat maddi ziyanın, 1000 (min) manat mənəvi ziyanın cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq iddiaçıya verilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
24. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
25. Həmçinin iddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) cavabdehin kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı eti razın dəlilləri ilə eynilik təşkil edir. b) iddiaçının kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi xidmətdə olduğu 34 ay üçün minimum əmək haqqı 300 manat olduğu halda 180 manatdan hesablamaqla 6120 manat maddi zərər, tələb etdiyi 500000 manat məbləğində mənəvi zərərdən isə 1000 manat təmin etmişdir. Qeyd etmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları, iddiaçının hazırkı vəziyyəti, keçirtdiyi fiziki və mənəvi iztirabların dərəcəsini, şiddətini və həddini, itirdiyi maddiyyatı, ona vurulan maddi və mənəvi zərərin ağır nəticələrini, bütün bunların bir insan həyatının itirilməsi ilə nəticələnə bilməsini nəzərə almamış, təmin edilməli ola n 84900 manat məhrum olduğum gəlirdən 6120 manatı, mənəvi zərərdən isə 1000 manatı təmin etməklə ədalətsiz hüquqi nəticəyə gəlmişdir. Bununla da Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 10-cu bəndindəki tövsiyələrə düzgün əməl etməmiş, cavabdeh tərəf dövlət orqanı olmaqla vurulan zərərin ödənilməsi imkanını nəzərə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun (1995-ci ildə qüvvədə olan redaksiyada) (2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanunla ləğv edilmişdir): Maddə
7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi Ki şi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. (...) Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. (...) Maddə
10. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; (...) çağırışçıların tibbi müayinəs ini təşkil etmək; (...) Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək;... Maddə
13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiy i Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında. Çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər.
30. Mülki Məcəllə -21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki döv riyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. -1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliy i qoyur.
31. İnzibati Prosessual Məcəllə: -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. -94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi il ə verilir. -94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. -94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: -96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; -96.9. Ali Məhkəmə ap elyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Hazırkı inzibati icraat üzrə iddia tələbindən görünür ki, iddiaçı iki tələblə, maddi və mənəvi ziyanın ödənilməsi barədə cavabdehə qarşı iddia qaldırmışdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1995-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığının çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1998-ci il tarixli 49 nömrəli əmri ilə tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı 2015-ci ildə İran İslam Respublikasında müayinədən sonra məlum olmuşdur ki, onun sol böyrəyi ümumiyyətlə anadangəlmə olmamış, onu hərbi komisarlıq bu vəziyyətdə hərbi xidmə tə göndərmişdir. Bunu aşkar etməyə cavabdeh olan həkim komisiyası və hərbi komisarlıq vəzifə borclarını layiqincə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnoz: Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, ikincili (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə y oxluğu.
38. İşin müəyyən edilmiş hallarına əsasən, hazırkı inzibati icraat üzrə məhkəmələr tərəfindən yuxarıda qeyd edilən qərarlar qəbul edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd olunan 2-1(102)-1605/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq obyektiv araşdırma aparmış və düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının maddi ziyanla bağlı dəlilinə münasibətdə müəyyən etmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr 1995-ci ilin iyun ayından 1 998-ci ilin aprel ayına qədər cəmi 34 aydır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə haqlı olaraq qeyd etmişdir ki, maddi ziyanla bağlı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutulacaq məbləğ mübahisəli hüquq münasibəti zamanı qüvvədə olan yaşayış minimumu, eyni zamanda indiki vaxtda mövcud olan yaşayış minimumu ilə deyil, iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi tarixdə, yəni 2020-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 34 ay x 180 manat = 6120 manat.
42. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı dəlilinə də düzgün qiymət verərək hesab etmişdir ki, iddiaçı iddia tələbində 500000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə müvafiq qərarın çıxarılmasını tələb etməsində ifadə olunan hər hansı sübutu məhkəməyə təqdim etməmiş, tələbini əsaslandırdığı bu halları sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı tərəf şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də haqlı olaraq apellyasiya məhkəməsi şikayətin bu dəlilini qismən əsaslı hesab edərək cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi ziyan tutulmasına qərar vermişdir.
43. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kassasiya şikayətləri təmin edilməsin. Şəki A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-65/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.