Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1635/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, güzəştli stajın olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 2-1(103)-248/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur.
2. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 07 noyabr 2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 9 ay 18 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilik baxımından mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın 50 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən təyin edilməsi və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən hesablanaraq müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəl ki son 36 ayın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. 04 sentyabr 1975-ci ildən etibarən hal-hazırkı dövrədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun təqribən 48 ilə yaxın əmək stajı vardır. İş stajının 1981- 2003-cü illər dövrünü “Neft Daşları” NQÇİ-nin müxtəlif vəzifələrində işləmişdir. Bunlar həmin idarə tərəfindən verilmiş arxiv arayışları ilə də öz təsdiqini tapmaqdadır. Güzəştli şərtlərlə pensiya almaq üçün cavabdehə müraciət edilsə də, cavabdeh əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmiş, bu zaman onun güzəştli iş stajının 12 il 6 aydan az olduğunu bildirmişdir.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir ki, etirazın əsas ını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-5105/2024 saylı qərarı ilə (hakim X3) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-i tərəfindən məhkəməyə ünvanlandığı məktubunda iddiaçının xx.xx.1992xx.xx.1994-cü illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 nömrəli qərarında olan 1 nömrəli əlavəsində qeyd olunan heç bir vəzifə (peşə) kodu ilə uyğun gəlməməsi və eynilik təşkil etməməsi qeyd edilmişdir. Həmçinin iddiaçının həmin ill ərdə güzəştli iş stajının olmaması iddiaçının vəzifə təlimatı ilə təsdiq edilir.
9. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-248/2025 nömrəli iş üzrə 16 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X1 və X4) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(112)-5105/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarın ın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
14. Belə ki, apellyasiya instansiya məhkəməsinin və birinci instansiya məhkəməsinin istinad etdiyi əsas sübut “Azneft” İstehsalat Birliyi tərəfindən sorğuya verilmiş cavabdır. Hesab edirəm ki, bu yanaşma doğru deyildir. “Azneft”İ stehsalat Birliyi belə bir cavab versə də, onun cavabının doğru deyildir. Birlik iddiaçının işlədiyi “şöbə rəisi” və “baş mühəndisin istehsalat üzrə müavini- neftin qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsinin rəisi” vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 nömrəli əlavəsində qeyd olunan heç bir vəzifə ilə uyğun gəlmədiyini yazsa da, bu yanlışdır. Sözügedən Qərarın 1 nömrəli əlavəsinə əsasən 1100000b24125 nömrəli kod ilə “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinlərinin” də güzəştli şərtlərlə pensiyaya çıxmalı olduğu da qeyd edilmişdir. Əmək kitabçasından da görünür ki, şəxs məhz istehsalat şöbəsinin rəisi vəzifəsində işləmişdir. Ümumiyyətlə iddiaçı “Azneft” Birliyində fəaliyyət göstərdiyi müddətdə dənizdə fəaliyyət göstərmişdir. Maaşına zərərli işlə məşğul olduğu üçün əlavələr almışdır. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz verərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-c i ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassas iya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olun muş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab ol unur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırki iş materiallarından görünür ki, pensiya yaşı tamam olmuş iddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Hesab edilir ki, iddiaçının həm ümumi, həm də güzəştli iş stajı ona güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün əsas verir.
27. İddiaçının ümumi iş stajı mübahisə predmeti deyildir. Mübahisəli hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün güzəştli stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən az olduğunu qeyd etsələr də, iddiaçı bunun əksini iddia edir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mövqeyi əsaslı deyildir. Belə ki, iddiaçının əmək kitabçasının (surətinin) qeydlərinə, habelə, «SOCAR» «X2 «Neft Daşları» NQÇİ-nin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən iddiaçının güzəştli işlərdə qanunvericiliklə müəyyən edilmiş müddətdə yetəri qədər çalışmadığı qeyd edilir: 1. xx.xx.1981-xx.xx.1983: Neft və qaz hasilatı üzrə operator (Arayışda həmin peşənin AR Nazirlər Kabinetinin 23.01. 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş Siyahının 10.2-ci yarım bölməsinin «a» bəndinə uyğun olduğu qeyd olunur. ) -1 il 3 ay 22 gün; 2. xx.xx.1983-xx.xx.1984: 1 saylı neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir.) -1 il 6 ay 14 gün; 3. xx.x x.1985-xx.xx.1986: 8 saylı neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir.)-10 ay 28 gün; 4. xx.xx.1986-xx.xx.1986: Quyuların əsaslı və yeraltı təmiri sexində böyük mühəndis - 4 ay 5 gün; 5. 6.12.1986 – xx.xx.1989: Quyuların əsaslı və yeraltı təmiri sexinin sex rəisi (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir) - 2 il 4 ay 8 gün; 6. xx.xx.1989 – xx.xx.1990: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə 2-ci kateqoriyalı mühəndis – 8 ay 17 gün; 7. xx.xx.1990-xx.xx.1990: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə rəis müavini - 2 ay 4 gün; 8. xx.xx.1990-xx.xx.1992: Quyuların əs aslı və yeraltı təmiri sexində sex rəisi (Arayışda qeyd olunan Siyahının 10.2-ci yarım bölməsinin «b» bəndinə uyğun olduğu göstərilir) – 2 il 8 ay 24 gün; 9. xx.xx.1992-xx.xx.1994: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə şöbə rəisi – 1 il 7 ay; 10. xx.xx.1994-xx.xx.1996: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə – baş mühəndis – rəis müavini (16-cıdərəcəli) - 2 il 1 ay 18 gün; 11. xx.xx.1996-xx.xx.2003: İdarə aparatında «Neft-qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsi»ndə baş mühəndis (17-ci dərəcəli) – 8 il 7 ay 12 gün (xx.xx.1996xx.xx.1997= 11 ay 12 gün).
29. Beləliklə, yuxarıda sıralamadan məlum olur ki, iddiaçının işlədiyi vəzifələr – işlədiyi NQÇİ-nin arayışlarında Azərbaycan Respublikasının Nazirlər Kabine tinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 10.2-ci yarımbölməsində güzəştli pensiya hüququ verən vəzifələr kimi nəzərdə tutulmuşdur. Həmin vəzifələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısında (Əlavəsində), “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Qazma” yarmıbölməsinin 1100000b şriftində (rəhbə rlər və mütəxəssislər) 50 yaşından güzəştli pensiya hüququ verən vəzifələr kimi nəzərədə tutulmuşdur.
30. Həmin güzəştli pensiya hüququ verən vəzifələrdə isə iddiaçının xx.xx.1997-ci il tarixinədək olan müddət ərzində, cəmi, 8 il 10 ay 6 gün stajı toplanır (1 il 3 ay 22+1 il6 ay 14gün+10 ay 28 gün+2 il 4 ay 8 gün +2 il 8 ay 24 gün). Halbuki, yuxarıda bəhs edilən hüquq normalarına görə həmin tarixədək 20 il ümumi stajı ilə yanaşı, həm də 1 nömrəli Siyahıda nəzərdə tutulan peşə və vəzifələrdə azı 10 il də güzəştli stajı olmalıdır ki, 50 yaşından pensiya təyinatı aparılması mümkün olsun.
31. Bundan əlavə “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-5/2-110/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1992xx.xx.1994-cü ilədək neftin, qazın çı xarılması və nəqli üzrə istehsalat şöbəsində şöbə rəisi və xx.xx.1994-xx.xx.1996-cı ildə neftin, qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsində baş mühəndisin istehsalat üzrə rəis müavini-neftin, qazın çıxarılması və nəqli üzrə istehsalat şöbəsinin rəisi (16-cı dərəcəli) vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli Əlavəsində qeyd edilən heç bir vəzifə (peşə) kodu ilə uyğun gəlmir və eynilik təşkil etmir (i.v.122). 32. “Neft Daşları” NQÇİ -tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, iddiaçının istehsalat şöbəsində şöbə rəisi və rəis müavinin vəzifə təlimatından da görünür ki, rəis istehsalatda əsas plan göstəricilərinin yerinə yetirilməsini təmin edən tədbirlərin işlənib hazırlanmasına rəhbərlik etmək, şöb ənin fəaliyyətini əlaqələndirmək işgüzar şərait yaratmaq, operativ planların yerinə yetirilməsinə nəzarət etmək, obyektlər üçün avadanlıqlara sifarişləri təhlil edərək tərtib olunmasına nəzarət etmək, əməkdaşlar arasında vəzifə bölgüsü aparmaq və s. bu kimi, rəhbərlik funksiyalarını həyata keçirir ki, burada da qeyd olunan 1 nömrəli Siyahıda nəzərdə tutulan xüsusilə zərərli və ağır əmək funksiyasını yerinə yetirməsindən söhbət gedə bilməz. İşə əlavə olunmuş həmin dövr üzrə rəis və rəis müavini vəzifələrində işlədiyi vaxt aldığı əmək haqqının tərkibində xüsusilə zərərli və ağır iş şəraitinə görə əmək haqqına əlavələr aldığı müəyyən olunmur (i.v.90-94).
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Neft Daşları” NQÇİ-də xx.xx.1997ci il tarixinədək güzəştli pensiya hüququ verən vəzifələr üzrə ayrı-ayrı arayışlarda iddiaçının cəmi, 8 il 10 ay 6 gün güzəştli stajının toplandığı təsdiq olunur. Belə olan halda, xx.xx.1994-xx.xx.1996-cı illər üzrə istehsalat şöbəsinin rəisi və rəis müavini vəzifələrinin onun güzəştli stajı kimi nəzərə alınması mümkünsüzdür. xx.xx.1986-xx.xx.1986 və xx.xx.1989-xx.xx.1990-cı illərdə təmir sexində, eləcə də xx.xx.1997-ci il tarixdən sonra işlədiyi mühəndis vəzifələri isə istər Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 10.2-ci yarımbölməsinə, istərsə də Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahısının Qazma yarımbölməsinin 1100000b şriftində aşkar surətdə mövcudluğu müəyyən edilmir.
34. Beləliklə iddiaçıya 50 yaşından güzəştli şərtlərə əmək pensiyası təyin olunması üçün əsasların mövcudluğu, y əni qanunvericiliyinin tələb etdiyi kimi 01 avqust 1997-ci ilədək 10 il güzəştli stajı olması müəyyən olunmur. Başqa sözlə, 50 yaşından güzəştli pensiya hüququ yaranmadığı halda, cavabdeh tərəfindən ona imtina cavabı verilməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 21(103)-248/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.