Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1636/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müalicə üçün müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı müalicə üçün müavinətin cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-821 /2021 nömrəli iş üzrə 02.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ildə bir dəfə olaraq iki aylıq təminat xərcliyi miqdarında müalicə üçün müavinətin cavabdeh tərəfindən 26.05.2006-cı il tarixdən ona ödənilməsinin təmin edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24.03.1975-ci i l tarixdən 26.04.1994-cü il və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əvvəllər İƏİİ (UİTU) adlanan, sonralar isə Penitensiar Xidmətə çevrilən idarənin müəssisələrində mülki və zabit vəzifələrində işləmişdir. 1994-cü ilin aprel ayından ədliyyə polis mayoru rütbəsində, səhhətinin məhdud imkanları ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasına çıxmışdır. “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə “Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. 2020-ci ilin avqust ayında Qanunun 23.2ci maddəsi ndən bəhrələnmək üçün indiyə kimi müxtəlif xəstəliklərdən dörd dəfə əməliyyat olunduğunu və bir neçə dəfə də əməliyyata ehtiyacı olduğunu qeyd edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixindən, 27 may 2006-cı ildən 23.2-ci maddəsini nəzərə alaraq ildə bir dəfə müalicə üçün ödənilməli olan müavinətin verilməsini təmin etsinlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Maliyyə-iqtisadiyyat idarəsinin rəisinin imzası ilə cavab məktubunda Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluqkeçmə” haqqında Qanunun 26.05.2006-cı il tarixdə, yəni onun pensiyaya çıxdığı 27.04.1994-cü il tarixdən sonra qüvvəyə minməsi i lə əlaqədar ona tətbiq olunmasından imtina olunmuşdur. İdarənin bu səbəbini əsassız sayır. Çünki o, pensiyaya “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 29.04.1992-ci il tarixli, 110 saylı Qanunu ilə çıxmışdır. Bu Qanunun 40-cı maddəsinə görə təminat xərcliyi hesablanarkən yeni artımlar və əlavələr də nəzərə alınmalıdır. Eyni şərt 2006-cı ilin 26 yanvar tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” 54-İİİQ-saylı Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsində də öz əksini tapmışdır. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsində və digər maddələrində müalicə üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin əvvəllər pensiyaya çıxmış işçilərə şamil olunmaması haqqında heç bir istisna yoxdur və ola da bi lməzdi. Çünki o zaman bu 2006-cı ildən əvvəl pensiya çıxmış Ədliyyə orqanları işçilərinə qarşı bir “diskriminatsiyya” aktı olardı. Penitensiar xidmətin səbəb kimi göstərdiyi ikinci əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 28.04.2008ci il tarixli, 7-T saylı əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarında pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)6359/2020 nömrəli (sədrlik edən hakim Fərid Mədətli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gəl ərkən, Azərbaycan Respublikası “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 23.2-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 14.3, 33.1, 52, 58.1, 68.1 və 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçı xidmətdə olduğu dövr ərzində Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi üzrə müəyyən edilmiş müavinətin xidmətdən xaric olunmuş şəxslərə verilməsi nəzərdə tutulmadığından iddia rədd edilməlidir.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-6359/2020 nömrəli qərar ının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 02.06.2021-ci il tarixli, 2-1(103)-821/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)6359/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 23.2-ci maddəsinə, Azərbaycan Respublikasının İnzibati Pr osessual Məcəlləsinin 2.2.2, 14.3, 87.7 və 33.1-ci maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işə baxan birinci instansiya və apelyasiya məhkəmələri, mübahisə predmetinə tətbiq edilməli olan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsini düzgün tətbiq etməmiş, əksinə hazırkı mübahisəyə tətbiq edilməməli, eləcə də həmin hüquqi normaya zidd olması qeyri-mümkün olan “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi” Qaydalarını tətbiq etmiş və həmin Qaydalar da düzgün tətbiq olunmamışdır.
9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(103)-821/2021 nömrəli qərarın ləğv edilməsi və iş üzrə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən ildə bir dəfə olaraq iki aylıq təminat xərcliyi miqdarında müalicə üçün müavinətin 26.05.2006-cı il tarixdən ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasa siya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı də vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məru zəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassızdır.
20. Belə ki, Azərbaycan Respublikası “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Qanunun həmin maddəsinin icrasının təmin edilməsi məqsədi ilə A zərbaycan Respublikası Ədliyyə Nazirinin 28.04.2008-ci il tarixli, 7-T nömrəli əmri ilə «Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları» təsdiq edilmişdir.
21. Həmin qaydaların 1.3-cü bəndinə müvafiq olaraq işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir.
22. İş materiallarında olan 10.04.1967-ci il tarixdə doldurulmuş əmək kitabçasında qeyd edilmişdir ki, 24.03.1975-ci il tarixdən - 26.04.1994-cü il tarixədək Azərbaycan Respublikası DİN-nin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində mülki və zabit vəzifələrində işləmişdir. 26.04.1994-cü il tarixdən xidmətdən xaric olmuşdur ki, iddiaçı pensiyaya çıxmaqla o ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
23. İddiaçı xidmətdən xaric olduqdan sonra qəbul edilmiş “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən ildə bir dəfə olaraq iki aylıq təminat xərcliyi miqdarında müalicə üçün müavinətin cavabdeh tərəfindən qanun qüvvəyə mindiyi tarixdən ona ödənilməsini tələb edir ki, iddiaçının xidmətdə xaric olunduğu günədək Penitensiar xidmətin əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununu isə 26 may 2006-cı il tarixdə, yəni iddiaçı xidmətdən xaric olduqdan sonra qəbul edilmişdir.
24. Göründüyü kimi, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qan ununun 23.2-ci maddəsi üzrə müəyyən olunmuş ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət yalnız işçinin xidmətdə olduğu dövr ərzində verilir. İşçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona həmin müavinətin verilməsi nəzərdə tutulmamışdır.
25. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı A pelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2021-ci il tarixli, 21(103)-821/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.