Məhkəmə qərarları › İş №2-1(102)-1636/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1636/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1636/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X5 və Satışı” MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “X5 və Satışı” MMC-nin (VÖEN: **********) cavabdeh Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MMC) “bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(107)-101/2022 nömrəli qərarından cavabdeh və ü çüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 18/8 nömrəli qərarından və xx.xx.2019-cu il tarixli 02 nömrəli müqavilədən görünür ki, bələdiyyənin Az.İES qəsəbəsində inşa etdiyi “Bələdiyyə bazarı” obyektinin “X5 və satışı” MMC-yə xx.xx.2019-cu il tarixdən, illik icarə haqqı 7200 manat olmaqla, 25 il müddətinə icarəyə verilməsi qərara alınmış və bununla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanmışdır.

2. Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10/8 nömrəli qərarından görünür ki, Mingəçevir bələdiyyəsinin “Bələdiyyə bazarı”nın “X5 və satışı” MMC-yə icarəyə verilməsi haqqındakı xx.xx.2019-cu il tarixli 18/8 saylı qərarı ləğv edilm iş və onunla bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi və məhkəməyə göndərilməsi qərara alınmışdır. Müvafiq qərarın “X5 və satışı” MMC-nin icraçı direktoru X3 verilməsi və 10 gün müddətində “Bələdiyyə bazarı”nın bələdiyyəyə təhvil verilməli olması qeyd edilmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan, “Bələdiyyə Bazarının” icarəyə verilməsi ilə bağlı X6 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 02 nömrəli icarə müqaviləsi ləğv edilmiş, X1 2400 manat icarə pulu alınaraq Mingəçevir bələdiyyəsinin büdcəsinə ödənilməsi, Mingəçevir şəhəri, Az.İES qəsəbəsində inşa edilmiş və istifadəyə verilmiş “Bələdiyyə bazarının” boşaldılaraq Mingəçevir bələdiyyəsinə təhvil verilməsi qə t edilmişdir.

4. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Mingəçevir bələdiyyəsinin cavabdeh X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və bələdiyyə bazarının boşaldılması tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 15 fevral 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi müraciət edərək 30 iyun 2020-ci il tarixli, 10/8 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.

7. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-1505/2020 nömrəli qiyabi qətnaməsi ilə Mingəçevir bələdiyyəsinin mülkiyyətində olan “Bələdiyyə Bazarının” icarəyə verilməsi ilə bağlı X6 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 02 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, X1 2400 manat icarə pulunun alınaraq Mingəçevir bələdiyyəsinin büdcəsinə ödənilməsi, Mingəçevir şəhəri AzİES qəsəbəsində inşa edilmiş və istifadəyə verilmiş “Bələdiyyə Bazarının” boşaldılaraq Mingəçevir bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1505/2020 nömrəli qiyabi qətnaməsində qeyd edilmişdir ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10/8 №li qərarı ilə Mingəçevir bələdiyyəsinin “Bələdiyyə Bazarının” "X5 və satışı" MMC-yə icarəyə verilməsi haqqındakı xx.xx.2019-cu il tarixli 8/8 saylı qərarı ləğv edilsin və onunla bağlanmış müqavilə xitam verilməsi üçün məhkəməyə müraciət edilsin. Qətnaməni xx.xx.2021-ci il tarixdə icra məmurundan almışdır və həmin vaxtdan məlumatlı olmuşdur. Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10/8 №li qərarı rəsmi qaydada təqdim edilməmiş və qiyabi qətnaməni alarkən məlumatlı olmuşdur. Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10/8 №li qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, birtərəfli qaydada müqavilə ləğv edilə bilməz. Qiyabi qətnamədən göründüyü kimi, xx.xx.2020-ci il tarixində akt tərtib edilir ki, bazar işləmir və 6 gün sonra, yəni Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10/8 №li qərarı il ə icarəyə verilməsi haqqındakı xx.xx.2019-cu il tarixli, 8/8 saylı qərarın ləğv edilməsi və onunla bağlanmış müqavilə xitam verilməsi üçün məhkəməyə müraciət edilməsi qərara alınır. Göstərilənlər nəzərə alınaraq Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10/8 №li qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2-1(116)-595/2021 nömrəli qərarı (hakim: X8) ilə iddia təmin edilmiş, Cavabdeh 30 iyun 2020-ci il tarixli, 10/8 nömrəli qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Laki n hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də icarə müqaviləsinin şərtlərinə əməl edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı, torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqaviləni iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz qərar qəbul etmişdir. İddiaçının icarə müqaviləsi şərtlərinə əməl etməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi üçün əsas olsa da, Mingəçevir bələdiyyəsi müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin yuxarıda istinad olunan maddələr indən göründüyü kimi, qeyd olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. İş materiallarından isə Mingəçevir bələdiyyəsinin iddiaçıya pozuntuların aradan qaldırılması ilə bağlı hər hansı xəbərdarlıq etməsi müəyyən olunmur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli akt tərtib etdikdən 6 gün sonra, xx.xx.2019-cu il tarixli 18/8 №-li qərarın ləğvi barədə təklifin əks olunduğu arayış əsasında hazırda mübahisələndirilən qərarı qəbul etmişdir ki, bu özlüyündə cavabdehin heç bir xəbərdarlıq edilm ədən birtərəfli qaydada iddiaçının hüquqlarının pozulmasına səbəb olan qanunsuz inzibati akt qəbul etməsini sübut edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən icarə müqavilənin ləğvi ilə bağlı sonradan Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilməsinə baxmayaraq hazırda mübahisələndirilən - Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10/8 nömrəli qərarı hər bir halqa qanunsuz hesab edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 18/8 saylı qərarının ləğv edilməsi «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmamaqla iddiaçının hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmiş, bununla da bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olmaması ilə bağlı - Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə də zidd olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(107)-101/2022 nömrəli qərardadı ilə "xxxx" MMC iş üzrə inzibati məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 2-1(107)-101/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X7 və X11) ilə Şəki İnzibati Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

16. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılarkən və qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuş, iş hərtərəfli və obyektiv araşdırılmamış, təqdim olunmuş sübutlar düzgün qiymətləndirilməmiş, məhkəmə qanunu səhv təfsir etmiş və tərəflərin qanun və məhkəmə qarşısınd a bərabərliyi prinsipini pozmaqla və qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməklə Mingəçevir Bələdiyyəsinin AR Konstitusiyasından, Beynəlxalq Müqavilələrdən, “Bələdiyyələrin statusu haqqında” Qanundan və digər qanunvericilik aktlarından irəli gələn hüquqlarının və qanuni mənafeyinin (maraqlarının) pozulmasına səbəb olan qanunsuz qərar qəbul etmişdir. İşin hüquqi və faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan “Bələdiyyə Bazarı”nın binası Mingəçevir Bələdiyyəsinin 22 noyabr 2019-cu il tarixli 18/8 №-li qərarı ilə “X5 və satışı” MMC-yə xx.xx.2019-cu il tarixdən illik icarə haqqı 7200 (yeddi min iki yüz) manat olmaqla 25 il müddətinə icarəyə verilməsi qərara alınmış və Mingəçevir Bələdiyyəsinin sabiq sədri X9 ilə həmin MMC-n in icraçı direktoru X6 arasında xx.xx.2019-cu il tarixli, 02 №-li icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə “icarəyə götürən” icarəyə götürdüyü Bələdiyyə Bazarının binasında digər öhdəliklərlə yanaşı bazarın işini təşkil etməyi, kommunal xərcləri ödəməyi, bazarın təşkili ilə bağlı bütün məsələləri həll etməyi (müqavilə, bənd 2.2), tərəflərin razılığı ilə müəyyən edilmiş 7200 manat icarə haqqını birdəfəyə ödəməklə binanı icarəyə götürməyi, icarə pulunu vaxtlı-vaxtında bələdiyyənin hesab fakturaları əsasında nağdsız hesablaşma qaydasında bələdiyyənin bank hesabına köçürmə yolu ilə ödəməyi (müqavilə, bənd 1.3, 3.2, 3.3) öhdəsinə götürmüşdür. Lakin, icarəyə götürən müqavilə şərtlərini pozaraq, yəni Bələdiyyə Bazarının binasının giriş qapısını qıfıllayaraq bazarın fəaliyyətini təş kil etməmiş və bu barədə bələdiyyə tərəfindən xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Eləcə də, icarə haqqı birdəfəyə ödənilməli olduğu halda, “icarəyə götürən” hissə-hissə 2020-ci ilin aprel ayınadək cəmi 2400 manat icarə haqqı ödəmişdir. İcarə haqqının ödənilməsinin tam təmin edilməsi barədə icarəyə götürənə Yavər Məmmədova 13 may 2020-ci il tarixli, 521 №-li yazılı xəbərdarlıq göndərilmiş və qısa müddətə icarə haqqının ödənilməyəcəyi təqdirdə icarə müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı onun nəzərinə çatdırılmışdır. Lakin, heç bir nəticəsi olmamışdır. Odur ki, məsələ Mingəçevir Bələdiyyəsinin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin yazılı məlumatı əsasında bələdiyyənin iclasının müzakirəsinə çıxarılmış və Mingəçevir Bələdiyyəsinin 30 iyun 2020-ci il tarixli, 1 0/8 saylı qərarı ilə Bələdiyyə Bazarının binasının icarəyə verilməsi haqqında bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icarəyə götürənlə bağlanmış xx.xx.2019-cu il tarixli 02 №-li icarə müqaviləsinə xitam verilməsi üçün məhkəməyə müraciət olunması qərara alınmışdır.

18. Mingəçevir Şəhər Məhkəməsində Mingəçevir Bələdiyyəsi tərəfindən cavabdeh, müqavilədə tərəf olan icarəçi Yavər Məmmədova qarşı xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi, icarəyə verilmiş binanın (qeyri-yaşayış sahəsinin) boşaldılması barədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-1505/2020 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 2400 manat ica rə pulunun cavabdehdən alınıb Mingəçevir Bələdiyyəsinin büdcəsinə ödənilməsi və icarəyə verilmiş “Bələdiyyə Bazarı” binasının boşaldılaraq Mingəçevir Bələdiyyəsinə təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, yəni daşınmaz əmlak olan “Bələdiyyə Bazarı” binası hüquqi və faktiki cəhətdən yüklü olmadığı, məhkəmədə və ya digər orqanlarda mübahisələndirilmədiyi zaman kəsiyində 1 dekabr 2021-ci il tarixli icarə müqaviləsi əsasında Mingəçevir Bələdiyyəsi üçün daha münasib şərtlərlə Mingəçevir şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə 25 il müddətinə icarəyə verilmiş və hal-hazıradək "xxxx" MMC-nin icarəsində olmaqla supermarket kimi istifadə olunur və bələdiyyə büdcəsinə gəlir gətirir. Qiyabi məhkəmə qətnaməsi qanuni qüvvəyə minib icraya yönəldikdən sonra, yəni qətnam ə qüvvəyə mindikdən 4 ay sonra 10 fevral 2021-ci il tarixdə cavabdeh qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(051)-1505/2020 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1505/2020 saylı qətnaməsi ləğv olunmuşdur. Bundan sonra, icarəyə götürənlə məhkəmədənkənar razılaşma barədə söhbət olunduğuna görə tərəflər təyin olunmuş vaxtda məhkəmə iclasına getməmiş və iddiaçı olaraq tərəfimizdən iddia ərizəsinin baxılmamış saxlanılması və qaytarılması haqqında məhkəməyə ərizə verilmiş, cavabdeh isə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarix li 2(051)591/2021 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Göründüyü kimi, Mingəçevir Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixli müqaviləyə münasibətdə qanunvericiliyin tələblərinə tam riayət olunmuş, icarə müqaviləsi birtərəfli qaydada deyil, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında Mülki Məcəllənin 6.1.2, 6.1.5, 385.1, 442, 684.1, 685.1, 700.1, 700.3-cü maddələri düzgün tətbiq edilməklə ləğv edilmiş və bu qətnamə ilə digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmamışdır. “Bələdiyyə Bazarı” binasının “X5 və Satışı” MMC-yə və ya digər hüquqi və fiziki şəxslərə icarəyə verilməsi haqqında qərarın, o cümlədən xx.xx.2019-cu il tarixli qərarın Mingəçevir Bələdiyyəsi tərəfindən ləğv edilməsi məsələsinə münasibətdə isə qeyd etmək istəyirik ki, belə qərarlar qəbul etmək bələdiyyələrin bilavasitə qanunla normalaşdırılmış, təsbit olunmuş səlahiyyətlərinə aiddir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqan tərəfindən ləğv oluna (səlahiyyətverici norma) və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.

19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 2-1(107)-101/2022 saylı qərarının ləğv edilməsi və iddiaçı “X5 və Satışı” MMC-nin təmsilçisi X2 iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkəmə hesab etmişdir ki, bələdiyyənin 30 iyun 20 20-ci il tarixli, 10/8 saylı qərarı qanunsuz əlverişsiz inzibati aktdır. Məhkəmə hansı səbəbdən bələdiyyənin 30 iyun 2020-ci il tarixli, 10/8 saylı qərarını qanunsuz əlverişsiz inzibati akt hesab edilməsini əsaslandırmamışdır. Şəki Apellyasiya Məhkəməsinin 2 iyun 2022-ci il tarixli, 2-1 (107)-101/22 saylı qərarını ləğv edilməli və iddia tələbinin rədd edilməlidir. c. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi... 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərindəki dəlilləri əsasızdır.

26. Belə ki, ilk öncə qeyd edilməlidir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yarandığı üçün, onun inzibati mübahisə olması heç bir şübhə doğurmur.

27. Belə olan halda sözügedən inzibati mübahisənin həll edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunun müddəalarının tətbiq edilməsinin mütləq şərt olduğu şəksizdir.

28. Məlum olduğu kimi həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

29. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

30. Xüsusi olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunda “İnzibati icraat” adlanan İV fəsli mövcuddur ki, həmin fəsil 25 maddədən ibarətdir

31. Sözügedən Qanunun həmin maddələri (Qanun 28-52-ci maddələri) müfəssəl şəkildə inzibati orqanda inzibati icraatın aparılması qaydalarını müəyyən edir.

32. Lakin iş materiallarından göründüyü kimi, c avabdeh həmin qanunun tələblərini pozaraq, iddiaçının qaldırdığı məsələ üzrə ümumiyyətlə heç bir inzibati icraat aparmadan, birtərəfli şəkildə xx.xx.2020-ci il tarixli, 10/8 saylı qərar qəbul etmişdir ki, bu da yolverilməzdir.

33. Cavabdeh kassasiya şikayətində göstərir ki, tərəflər arasında bağlanmış icarə xx.xx.2019-cu il tarixli icarə müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. belə ki, buna dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi olmuşdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır.

35. Belə ki, işdə olan Mingəçevir bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10/8 nömrəli qərarından görünür ki, Mingəçevir bələdiyyəsinin “Bələdiyyə bazarı”nın “X5 və satışı” MMC-yə icarəyə verilməsi haqqındakı xx.xx.2019-cu il tarixli, 18/8 saylı qərarı ləğv edilmiş və onunla bağlanmış xx.xx.2019-cu il tarixli, icarə müqaviləsinə xitam verilməsi və məhkəməyə göndərilməsi qərara alınmışdır. Müvafiq qərarın “X5 və satışı” MMC-nin icraçı direktoru X3 verilməsi və 10 gün müddətində “Bələdiyyə bazarı”nın bələdiyyəyə təhvil verilməli olması qeyd edilmişdir.

36. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Mingəçevir bələdiyyəsinin mülkiyyətində olan, “Bələdiyyə Bazarının” icarəyə verilməsi ilə bağlı X6 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 02 nömrəli icarə müqaviləsi ləğv edilmiş, X1 2400 manat icarə pulu alınaraq Mingəçevir bələdiyyəsinin büdcəsinə ödənilməsi, Mingəçevir şəhəri, Az.İES qəsəbəsində inşa edilmiş və istifadəyə verilmiş “Bələdiyyə bazarının” boşaldılaraq Mingəçevir bəl ədiyyəsinə təhvil verilməsi qət edilmişdir.

37. Eyni zamanda, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir.

38. Bununla yanaşı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı Mingəçevir bələdiyyəsinin cavabdeh X3 qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə pulunun ödənilməsi və bələdiyyə bazarının boşaldılması tələbinə dair iddiası bələdiyyənin ərizəsi əsasında baxılmamış saxlanılmışdır.

39. Beləliklə, cavabdehin istinad etdiyi Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv edilmiş, bələdiyyənin iddiası isə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsinə əsasən baxılmamış saxlanılmışdır, cavabdeh kassasiya şikayətində özü də yazır.

40. Yəni, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 02 nömrəli icarə müqaviləsi hazırda qüvvədədir.

41. Digər tərəfdən, qeyd edilməlidir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, 10/8 nömrəli qərarında tərəflər arasında icarə müqaviləsinə xitam verilməsi yazılsa da, sonradan qərarda həmin məsələnin məhkəməyə göndərilməsi qeyd edilmişdir ki, bu da qanuna uyğun olmamaqla yanaşı, həm də anlaşılmazlıqdır.

42. Belə ki, bələdiyyə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin öz səlahiyyətləri daxilində olmasını hesab etdiyi halda, həmin məsələni nədən məhkəmədə qaldırır.

43. Cav abdeh kassasiya şikayətində həmçinin göstərir ki, məhkəmənin qərarı ilə hazırda qeyri-yaşayış sahəsinin qanuni (vicdanlı) sahibi icarəçisi olan "xxxx" MMC-nin də hüquqları və mənafeləri pozulmuş olur. Çünki onunla bələdiyyə arasında icarə müqaviləsi, iddiaçı ilə bağlanmış icarə müqaviləsi məhkəmə qətnaməsinə görə ləğv edildikdən sonra bağlanmışdır.

44. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir, belə ki, əvvəla "xxxx" MMC-nin hüquqları pozulmuş olduğu halda həmin MMC özü məhkəməyə müraciət etməkdə sərbəstdir, yəni bələdiyyə bununla bağlı hər hansı bir etibarnamə verməmişdir.

45. Digər tərəfdən, cavabdehin istinad etdiyi məhkəmə qətnaməsi, yuxarıda artıq göstərildiyi kimi məhkəmənin başqa qərardadı ilə ləğv olunmuş və cavabdehin iddiası öz ərizəsinə əsasən baxılmamış s axlanılmışdır.

46. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qanunvericilik icarə müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsini nəzərdə tutur. Lakin hazırkı işin hallarından məlum olur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl etməmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də icarə müqaviləsinin şərtlərinə əməl edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı, torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. İddiaçının icarə müqaviləsi şərtlərinə əməl etməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi üçün əsas olsa da, Mingəçevir bələdiyyəsi müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmamışdır. Qey d olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. İş materiallarından isə Mingəçevir bələdiyyəsinin iddiaçıya pozuntuların aradan qaldırılması ilə bağlı hər hansı xəbərdarlıq etməsi müəyyən olunmur. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli akt tərtib etdikdən 6 gün sonra, xx.xx.2019-cu il tarixli 18/8 №-li qərarın ləğvi barədə təklifin əks olunduğu arayış əsasında hazırda mübahisələndirilən qərarı qəbul etmişdir ki, bu da özlüyündə cavabdehin heç bir xəbərdarlıq edilmədən birtərəfli qayd ada iddiaçının hüquqlarının pozulmasına səbəb olan qanunsuz inzibati akt qəbul etməsini sübut edir.

47. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya məhkəməsi inzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyun 2022-ci il tarixli, 21(107)-101/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar